Məhkəmə qərarları › İş №2(102)-2350/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2350/2021

24.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2350/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə, Cavabdeh3, Cavabdeh5 və X1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2350/21 (Açar sözlər: əqdlərin etibarsızlığı, vurulmuş maddi və mənəvi zərər, kompensasiyanın ödənilməsi ) Bakı şəhəri, 24 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızndan, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətl i Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə, Cavabdeh3, Cavabdeh5 ogluna və X1 qarşı “əqdin etibarsız elan edilməsi, vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)7121/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə, Cavabdeh3, Cavabdeh5 ogluna və X1 qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X2 “insult” keçirməsinə səbəbkar olduqlarına və yetirdikləri mənəvi, eləcə də maddi ziyana görə ca vabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Bakı şəhəri Cavabdeh2in 500 manat kompensasiya ödəməsinə məcbur edilmələri, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin XXX yerləşən əmlakın payçıları ilə, başda Cavabdeh3 olmaqla imzaladıqları əqdlərin, həmçinin digər ünvan sakinləri ilə imzaladığı əqdlərin etibarsız hesab edilməklə nəticələrinin ləğv edilməsi, “payın naturada ayrılması və s.” tələbinə dair iddia ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılan 2(005)-2874/2019 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək və həmin akt qanuni qüvvəyə minənədək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 34 ünvanında yerləşən hüquq sahiblərinin “pilot layihə” bəhanəsi ilə bir daha narahat edilməməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Bakı şəhəri Cavabde h2in hərəkətlərinə hüquqi qiymət verilməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilməsi, eyni zamanda “pilot layihə” çərçivəsində “kirayə” və “evə-ev” təkliflərinin Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinin tələblərinə uyğun olmamasına münasibət bildirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddia tələbi belə əsaslandırılıb ki, ünvan 1 ünvanında 522,5 kv.metrlik həyətyanı torpaq sahəsi üzərində yerləşən 6 nəfər hüquq sahibindən ibarət birmərtəbəli fərdi yaşayış evi ümumi mülkiyyətdə olan və payları müəyyənləşdirilməyən birgə mülkiyyətdir.

3. Hüquq sahiblərinə təqdim edilən dövlət reyestrindən çıxarış və qeydiyyat vəsiqələrində qeyd edilən riyazi rəqəmlərdən ibarət pay hissə ifadələri-13/256, 8/32 və s. reallığa, əmlakdan real istifadəyə qəti uyğun deyild ir. Məsələn, iddiaçıya verilmiş dövlət reyestrindən 26 sentyabr 2014-cü il tarixli çıxarışa görə iddiaçının pay hissəsi 13/256 hissə olaraq müəyyənləşdirilmişdir ki, “A” və “B” tikililərin ümumi 229,9 kv.metrlik sahəsinə nisbətdə bu 11,3 kv.metr tikili sahəsidir. Halbuki, 1974-cü ildən iddiaçı 49,8 kv.metrlik iki yataq otaqlı mənzilin (m 4) sahibidir və istifadəçisidir.

4. Bundan əlavə torpaq üzərində (həyətyanı) mülkiyyət hüquqları qeyd olunan sənədlərdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və Əsas Qanuna zidd olaraq, torpaq dövlətin mülkiyyətində qeydə alınmışdır.

5. İddiaçı dəfələrlə Bakı şəhəri Cavabdeh2ə yazılı müraciətlər edib, tikili və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasın tələb etməsinə baxmayaraq, Bakı şəhəri Cavabdeh2in qanunsuz havadarlıq etdiyi məhdu d məsuliyyətli cəmiyyətlər (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) tikintidə təhlükəsizlik qaydalarını kobud pozaraq, ətrafındakı ünvanlarda –Təbriz küçəci, 36 və Əlizadə küçəsi, 25 ünvanlarında söküntü-tikinti işləri apararaq, onlara kommunal problemlər, toz və səs-küy yaradaraq, müqavilə imzalayıb sakinləri köçməyə məcbur etməyə cəhd etmişlər.

6. Qaz, işıq və telefon xətləri kəsilmiş, Təbriz küçəsi 36 ünvanında lyükun üzərinə torpaq tökülərək kanalizasiya borusu qəsdən tutulmuş, çirkab su mənzilin altına sızmış, evi üfunət iyi bürümüş və divarlar kif bağlamışdır. Gecələr səs-küy içərisində betonun tökülməsi, gündüzlər də müxtəlif konstruktiv işlərin aparılması nəsticəsində əmələ gələn səs-küyə dözməyən iddiaçının həyat yoldaşı X6 07 iyun 2019-cu il tarixdə beyin insultu keçirmiş, xəstəxanaya yerləşdirilmiş və hələ də müalicə olunmaqdadır.

7. Təbriz 34 ünvanında “A”, “B” və “V” tikililəri ümumi birgə mülkiyyət olmasına və bu barədə Bakı şəhəri Cavabdeh2ə və məhdud məsuliyyətli cəmiyyətə dəfələrlə yazılı müraciətlər edilməsinə baxmayaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyənləşdirilmiş fəaliyyət məqsədinə zidd olaraq, hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxaraq, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.4-cü və 215.5-ci bəndlərinin tələblərini pozaraq, Cavabdeh3 ilə müqavilə imzalayıb, onu 2019-cu ilin aprel ayından şirnikləndirici təkliflərlə kirayəyə göndərmişdir.

8. Cavabdeh3 dəfələrlə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı əqdin bağlandığı andan etibarsız, qanuna və konstitusiyaya zidd ol masına dair şifahi və telefon ilə məlumatlar vermişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 25 dekabr 2018-ci il tarixli müqavilədə ona sökülmüş sahədə tikinti-inşaat işləri aparmaq öhdəliyi verilmişdir. Həmçinin, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Nərimanov Rayonİcra Hakimiyyəti ilə imzaladığı müqavilədə Rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli sərəncamla sonuncuya boş torpaq üzərində hündürmərtəbəli binalar inşa etmək tapşırılmışdır. 9. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh3 ilə şirnikləndirici təkliflərlə qanunsuz imzaladığı əqd üçüncü şəxslərə, yəni digər payçılara qarşı yönəlmişdir. Məqsəd Təbriz küçəsi, 34 ünvanına müdaxilə edib, XXX törətdikləri problemləri bu dəfə yaxın ünvanda, yəni Təbr iz küçəsi 34 ünvanında iddiaçıya qarşı törətmək və onu analoji müqavilələr imzalamağa məcbur etməkdir.

10. Bakı şəhəri Cavabdeh2 özbaşınalıq edərək, iddiaçının mülkiyyət və dövlət hakimiyyəti orqanlarının vətəndaşa münasibətdə vicdanlı münasibət hüququnu pozmuşdur.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İ və 71-ci maddəsinin İ hissələri ilə əsaslandırmışdır.

12. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilmirmiş, Cavabdeh1 ünvan 2 ünvanında törətdiyi dağıntı-söküntü və qazıntı-tikinti işlərinin qanuna zidd hərəkətlər hesab edilməsi, payçılarla imzaladığı müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri Cavabdeh2in hərəkətsizliyinə hüquqi qiymət verilməsi, ona qarşı Bakı şəhəri Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Kons titusiyasının 68-ci və 71-ci maddələrinin tələblərinin pozulmasının müəyyən edilməsi, sökülən “A” və “V” tikililərində iddiaçının 13/256 hissə payının da söküldüyü və mülkiyyət hüququnun pozulduğunun müəyyən edilməsi və cavabdehdən bunun əvəzinin tələb edilməsi, cavabdehlə qanuna zidd sövdələşmələrə gedən payçıların məsuliyyətlərinin müəyyən edilməsi, iddiaçının 13/256 hissə payının olduğu “A”, “V” və sair tikililərin sökülməsi, iddiaçı şəxsə psixoloji təzyiq göstərilməsi üçün əlbir olduqlarına görə iddiaçı şəxsin pozulan mülkiyyət hüququnun (13/256 hissə) əvəzinin cavabdehlərdən tələb edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddaya etiraz olaraq göstərib ki, qeyd edilən ünvanda iki nəfərlə, Cavabdeh3 və Cavabdeh5 ilə tikiləcək binada mənzillər verilməsi barədə müqavilələr bağlanıb. İddiaçının əmlakı ilə bağlı heç bir söküntü işi aparılmayıb.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3525/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Əsədova Gültəkin)

15. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət olaraq, 16/32 hissə Cavabdeh5, 30/256 hissə açıq saxlanılmaqla X4, 1/32 hissə Cavabdeh4, 13/256 hissə X5, 8/32 hissə Cavabdeh3 və 13/256 hissə İddiaçı məxsusdur. Bakı Şəhər Cavabdeh2 Başçısının 21 iyun 2019-cu il tarixli 161 nömrəli sərəncamı ilə rayonun XXX kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi nin aparılması məqsədilə 0,884 ha torpaq sahəsi Cavabdeh1 MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdeh1 MMC ilə Cavabdeh3 və Cavabdeh5 arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli 104A və 108 nömrəli müqavilələrə əsasən MMC hər iki şəxsə mülkiyyətlərində olan qəzalı evlərin sökülməsi əvəzində yeni tikiləcək binada mənzil verilməsini, yeni mənzillər verilənədək isə kirayə haqqını ödəyəcək.

16. Birinci instansiya məhkəməsi qeyd edib ki, tərəflər arasında müvafiq münasibətləri yaradan müqavilənin bir tərəfi Cavabdeh1, digər tərəfi isə qeyd edilən ünvanda yerləşən evin müxtəlif payçıları olduqları halda, iddiaçı şəxs müqavilə tərəfi olmadan qeyd edilən müqavilələrin mübahisələndirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı hazırkı idd ia tələbi üzrə qeyd edilən müqavilələrdə tərəf olmadan həmin müqavilələrin mübahisələndirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.

17. Məhkəmə hesab edib ki, İddiaçı hazırkı iddiasının hüquqi əsası yoxdur, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etməmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.

18. Məhkəmə mövqeyini Mülki Məcəllənin 21.1, 385.1,386.1,390.1, 390.5, 449.1, 1096.1, 1097, Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şi kayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir, cavabdehlər Cavabdeh3, Cavabdeh5la cavabdeh MMC arasında bağlanmış əqdlər etibarsızdır və həmin əqdlərə istinad edən MMC-nin hərəkətləri qanunsuzdur. Belə ki, əqdlərin imzalanma tarixləri sonraya göstərilməklə saxtalaşdırılmışdır. Həmçinin müqavilənin predmeti olan əmlakların ölçüləri də səhv göstərilmişdir. Müqavilədə göstərilən ölçülər çıxarışla cavabdehlərə məxsus olan ölçülərdən qat-qat çoxdur. İşə baxmış Rayon Məhkəməsi paylı mülkiyyətə dair maddi hüquq normalarının tələblərini də pozmuşdur. Belə ki, müqavilələr bağlanılan zaman digər mülkiyyətçilərin razılığı tələb olunmamış, onun üstünlük hüququnun olması da nəzərə alınmamışdır.

21. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-7121/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3525/2019 saylı iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)

22. Apellyasiya məhkəməsi ilkin olaraq iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olmaması barədə işə baxan Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb və əqdlərin etibarsızlığı ilə bağlı maddi hüquq normalarının tələblərindən çıxış edərək qeyd edib ki, mübahisə edilən əqdlər üzrə müqavilənin etibarsızlığı ilə bağlı tələb irəli sürmək hüququ müqavilə tərəflərinə məxsusdur. Yuxarıda adıçəkilən müqavilə üzrə tərəf olmadığı üçün müqavilənin məzmunundan çıxış edərək, iddiaçının həmin müqavilələrin etibarlılığını mübahisələndirməyə subyektiv hüququ yoxdur.

23. Apellyasiya məhkəməsi müqavilələri etibarsızlığı ilə bağlı digər əsas kimi müqavilələrin predmeti olmuş əmlakların paylı mülkiyyət olması və bu zaman digər mülkiyyətçilərin də razılığının tələb olunmalı olması barədə apellyasiyua şikayətinin dəlilləri əsassız sayaraq qeyd edib ki, cavabdehlər yaşayış sahəsindəki payını özgəninkiləşdirən zaman paylı mülkiyyətdə olan əmlaka sərəncam verilməsinə dair maddi hüquq normalarının tələblərinə riayət etmişlər. Belə ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh5 tərəfindən İddiaçı göndərilmiş iş materiallarında olan 19.08.2020-ci il tarixli bildirişlərə əsasən cavabdehlər mübahisəli yaşayış sahəsindəki paylarını iddiaçıya təklif etmiş, 5 gün müddətində cavab verilmə diyi təqdirdə paylarını digər şəxslərə satacaqlarını bildirmişlər. Lakin iddiaçı qeyd olunan müddətdə həmin payları almamışdır. Buna görə də cavabdehlər hazırki iş üzrə digər cavabdeh olan MMC ilə alğı-satqı müqaviləsi bağlamaqda haqlı olmuşlar.

24. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, satın almaqda üstünlük hüququnun müdafiəsi ilə bağlı maddi hüquq normalarına görə paylı mülkiyyətə sərəncam verilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu halda üstünlük hüququ olan mülkiyyətçi alıcının hüquq və vəzifələrinin ona keçirilməsini tələb edə bilər. Lakin hazırda iddiaçının digər mülkiyyətçilərin paylarını almaq niyyəti yoxdur, iddiaçının tələbi həmin müqavilələrin etibarsız hesab edilməsindən ibarətdir.

25. Apellyasiya məhkəməsinin iddiaçının başqa tələbinə – cavabdeh MMC-nin həmin ərazidə apardığı tikinti işlərinin qanunsuz hesab edilməsi və qanunsuz tikinti işlərinin aparılması nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi – münasibətdə mövqeyi belə olub ki, ziyan vurmadan irəli gələn bu tələblər sübuta yetmir.

26. Apellyasiya məhkəməsi müəyyən edib ki, cavabdeh MMC mübahisəli ərazidə söküntü-tikinti işlərini qanuni əsaslarla həyata keçirmişdir. Çünki mübahisəli əmlakların yerləşdiyi ərazidə 0,884 ha torpaq sahəsi Nərimanov RİH başçısının 21.06.2019-cu il tarixli 161 nömrəli sərəncamı ilə binaların tikintisinin aparılması məqsədilə cavabdeh MMC-nin daimi istifadəsinə verilmiş, həmçinin orda yerləşən yaşayış sahələrinin bəzi mülkiyyətçiləri ilə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə cavabdeh MMC qəzalı vəziyyətdə ola n mülkiyyətçilərə məxsus mənzillərin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, həmin ünvanda yeni mənzilləri mülkiyyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilələrin etibarsızlığı məhkəmə araşdırması öz təsdiqini tapmamış, müqavilə tərəfləri həmin müqavilə ilə razılaşaraq hər hansı bir tələb irəli sürməmişlər. Həmçinin, 10.09.2020-ci il akta əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin baş məsləhətçisi Samir Cabbarov, “xxxx” MMC-nin direktoru vəzifəsini icra edən Əsəd Məmmədov, Nərimanov RİH-nin baş məsləhətçisi Azər Gülənmədov, Nərimanov Rayon Polis İdarəsinin ərazi üzrə sahə müvəkkili Babək Abbasov, Nərimanov Rayon 37 saylı MKİS-nin rəisi Elxan Abdullayev, mübahisəli olan və Təbriz küç əsi 34 ünvanda yerləşən evin paylı mülkiyyətçiləri Cavabdeh5 və Cavabdeh3 təsdiq etmişlər ki, Cavabdeh1 MMC tərəfindən tikinti aparılan ərazisinin bir hissəsi Təbriz küçəsi, 34 ünvanını əhatə etsə də, həmin ünvanın hamısı deyil, yalnız bir hissəsi tikinti-layihə sənədlərinin təsiri altına düşüb, Təbriz küçəsi, 34 ünvanında digər sakinlərin yaşayış sahələrinə münasibətdə hər hansı söküntü və tikinti işləri aparılmamışdır.

27. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 218, 337, 1096.1, 1097.1, 1108.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci madələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı XXX (Vəkil Qələndər qızı) kassasiya şikayəti verib, qətnamənin ləğv edi lməsini və işin yenidən apellyasiya instansiyasına göndərilməsi qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, əlavə olaraq şikayətdə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin pozulmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

30. Kassasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları 31.Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil Qələndər qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

32. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyy ətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zər ərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüqu qi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyəthüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının süb ut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

37. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

38. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi apellyasiya şikayətinin dəlillərinə münaisbətdə dəyərləndirməsini əsaslı və qanunu hesab edir və hazırki qərarın 22-26-cı bəndlərində qeyd edilənləri bir daha təkrar etməyə zərurət görmür.

39. Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin pozulması barədə yeni dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin normanın hazırki kassasiya baxşının predmeti ilə heç bir əlaqəs i yoxdur.

40. Apelyasiya məhkəməsi iş materiallarında olan sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.

41. Bu baxımdan, apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması barədə şikayətin dəlilləri əsasızdır.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-7121/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar