Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2353/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, “X6” MMC-yə və “xxxx” firmasına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X9, Azərbaycan Respublikası Auditorlar Palatası və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyat İdarəsinə qarşı “müqavilənin və auditor rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin səlahiyyətli şəxs tərəfindən bağlanılması, müqavilənin etibarsızlığı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaqubovi çdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2019-ci il tarixli, 2(103)5242/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfdən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: “xxxx” firması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 18 avqust 1994cü il tarixdə qeydiyyata alınmışdır. Firmanın təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarına əsasən 30 dekabr 2000-ci il tarixə təsisçilərdən biri Cavabdeh2 əlavə pay qoyması nəticəsində “xxxx” firmasının nizamnamə kapitalı artırılaraq 236 9774,27 manat məbləğində müəyyən edilmiş, X10 “xxxx” firmasının təsisçiliyindən çıxarıldığından və onun nizamnamə kapitalında olan 122,82 manat məbləğində payı ona verildiyindən firmanın nizamnamə kapitalı həmin məbləğdə azaldılaraq 2369774,27 manat məbləğində müəyyən edilmişdir. İddiaçı nizamnamə kapitalındakı payı - 98,26 manat, 0,004%, 3,05 manat pul şəklində, 95,21 manat əmlak şəklində, Cavabdeh2 nizamnamə kapitalındakı payı 2369676,01 manat, 99,996 %, 8,39 manat pul şəklində, 2369667,62 manat əmlak şəklində müəyyən edilmişdir. Nizamnamə kapitalının artırılması və təsisçi dəyişikliyi ilə əlaqədar “xxxx” firmasının nizamnaməsinə edilmiş dəyişiklik layihəsinin təsdiq edilməsi, Cavabdeh2 “xxxx” firmasının direktoru vəzifəsinə təyin edilməsi, dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəy işikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 aprel 2013-cü il tarixli hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası CM-in 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 3 il müddətinə dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifəsi tutmaq hüququndan məhrum edilməklə, 6000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Həmin hökmün icrası ilə bağlı “xxxx” firmasının ləğvetmə komissiyasının sədri Cavabdeh2 01 dekabr 2015-ci il tarixdən kommersiya X4 reyestrindən çıxarılmış və dövlət reyestr məlumatlarında nəzərdə tutulmuş dəyişikliklər edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi nin 27 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” firmasının həmtəsisçisi İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia ərizələri təmin edilmiş, “xxxx” MMC-nin 12 iyun 2013-cü il tarixli auditor hesabatı, sərbəst auditor X3 tərəfindən verilmiş 28 yanvar 2010-cu il tarixli S.A. seriyalı, 17466 №-li auditor rəyi, “xxxx” MMC-nin 10 dekabr 2011-ci il tarixli 11 №-li və 20 dekabr 2011-ci il tarixli 12 №-li, “RR-VAM X1” MMC-nin 28 aprel 2014-cü il tarixli AR 15 №-li auditor rəyi etibarsız hesab edilmişdir. Həmin qətnamə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır “X6” MMC və “ xxxx” firması arasında bağlanmış 05 oktyabr 2018-ci il tarixli, AT seriyalı, 882 nömrəli müqaviləyə əsasən “X6” MMC “xxxx” firmasına audit xidmətinin göstərilməsi, “xxxx” firması isə göstəriləcək xidmətin dəyərini ödəmək öhdəliklərini üzərilərinə götürmüşlər. “X6” MMC-nin 08 oktyabr 2018-ci il tarixli rəyinə əsasən “xxxx” firmasının nizamnamə kapitalı 2369774,27 manat həcmindədir və hər biri 10 manat olmaqla 236977,4 paydan ibarətdir. İddiaçı payı - 0,004 %, 98,26 manat, 9,83 ədəd pay 3,05 manat pul şəklində, 95,21 manat əmlak şəklində, Cavabdeh2 payı - 99,996 %, 2369676,01 manat, 236967,6 pay, 8,39 manat pul şəklində, 2369667,62 manat əmlak şəklindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2, “X6” MMC-yə və “xxxx” f irmasına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X9, Azərbaycan Respublikası Auditorlar Palatası və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyat İdarəsinə iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X6” MMC-nin direktoru X12 tərəfindən “xxxx” firması ilə ikitərəfli bağlanmış 05 oktyabr 2018-ci il tarixli AT-882 saylı müqavilənin və həmin müqavilə əsasında “X6” MMC tərəfindən “xxxx” firmasına dair müstəqil auditor hesabatının və 08 oktyabr 2018-ci il tarixli auditor rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” firmasının təsisçilərindən biri olan C avabdeh2 firmanın rəhbəri və qanuni təmsilçisi olmadığı halda, firmanın həmtəsisçisi olan iddiaçının xəbəri və razılığı olmadan firmaya audit xidmətinin göstərilməsi barədə “X6” MMC-nin direktoru X12 ilə firmanın adından qanunsuz olaraq müqavilə bağlamış, həmin qanunsuz müqavilə əsasında audit rəyi verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(001)6236/2019 nömrəli qətnaməsi ilə (hakim F.V.Abdıyev) iddia tələbi təmin edilmiş, “X6” MMC ilə “xxxx” firması arasında bağlanmış AT seriyalı, 882 saylı, 05 oktyabr 2018-ci il tarixli müqavilənin və həmin müqaviləyə əsasən “X6” MMC tərəfindən tərtib edilmiş 08 oktyabr 2018-ci il tarixli “Müstəqil auditor rəyi”nin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini “Auditor xidməti h aqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 13, 16-cı, Mülki Məcəllənin 91.4, 106-1.3.6, 107.6, 337.1, 337.2, 337.3, 337.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehlər Cavabdeh2 və “X7” MMC ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(001)6236/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2019-ci il tarixli, 2(103)-5242/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(001)-6236/2019 nömrəl i qətnaməsi cavabdehlər Cavabdeh2 və “X7” MMC-nin apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, “xxxx” firmasının nizamnaməsinə əsasən bu müəssisənin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağırılan ümumi yığıncağıdır (müəssisənin təsisçisi bir nəfər olduqda, o ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir). Müəssisənin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasının müəyyən edilməsi də məhz müəssisənin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Müəssisənin fəaliyyətinə cari rəhbərliyi müəssisənin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçiril ir. Bir sıra digər səlahiyyətlərlə yanaşı, (əqdlərin) müqavilələrin imzalanması da məhz direktorun səlahiyyətlərinə aid edilmişdir. Lakin hazırda “xxxx” firmasının icraedici orqanı (qanuni təmsilçisi) mövcud deyil. Müəssisənin hazırda cəmi iki təsisçisi var. Müəssisənin təsisçilərinin ümumi yığıncağı keçirilmir. Buna baxmayaraq, Cavabdeh2 müəssisənin adından digər cavabdeh “X6” MMC ilə 05 oktyabr 2018-ci il tarixdə audit xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamışdır. Halbuki, buna səlahiyyətli olmamışdır. Belə ki, bu məsələ müəssisənin təsisçilərinin ümumi yığıncağında həll edilməli və bu barədə qərar qəbul edildikdən sonra “X6” MMC ilə müəssisənin qanuni təmsilçisi arasında hazırda mübahisələndirilən müqavilə bağlanmalı idi. Bununla belə, hüquqi nəticə etibarı ilə həmin müqavil ə müəyyən edilmiş prosedura riayət edilməməklə və müəssisənin adından belə səlahiyyətlə çıxış etmək hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, qanunvericiliyin tələblərinə əsasən auditor yoxlamasının nəticələrinə dair auditor tərəfindən hesabatın deyil, auditor rəyinin tərtib edilməsi nəzərdə tutulmuşdur. Mübahisəli sənəd hesabat adlandırılsa da, nəticədə auditor tərəfindən rəy verilmişdir. Mübahisə predmeti olan hesabat və rəy nəticə etibarilə eyni sənəddir. Bu səbəbdən iddia tələbinin “auditor hesabatının və auditor rəyinin etibarsız hesab edilməsi” hissəsini “auditor rəyinin etibarsız hesab edilməsi” tələbi kimi qiymətləndirmək olar. Çünki həmin tələb “müqavilənin etibarsız hesab edilməsi” tələbinə münasibətdə törəmə tələbd ir və bu tələbin təmin edilibedilməməsi bilavasitə “müqavilənin etibarsız hesab edilməsi” tələbinin təmin edilibedilməməsindən asılıdır. Bununla belə, məhkəmənin iddia tələbinin “müqavilənin etibarsız hesab edilməsi” hissəsində təmin edilməli olması qənaətinə gəlməsi nəticə etibarilə artıq həmin tələbin də təmin edilməsini şərtləndirir. Eyni zamanda işin faktiki hallarından görünür ki, iki səhifədən ibarət olan hazırkı rəydə hüquqi nəticə etibarilə “xxxx” firması ilə bağlı Kommersiya X4 Reyestrində olan məlumatlar təkrarlanmışdır. Bu da öz növbəsində audit xidmətinin göstərilməsi hesab oluna bilməz. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin auditor rəyi öz məzmununa görə daha çox “arayış” kimi qiymətləndirilə bilər və həmin sənədin tərtibi üçün auditor olmağa hər h ansı ehtiyac yoxdur. Hüquqi şəxslərin fəaliyyətindən məlumatlı olan ixtiyari şəxs belə bir sənədi qısa müddət ərzində hazırlamaq imkanına malikdir. Halbuki, auditor tərəfindən bu sənəd 3 günlük fəaliyyət nəticəsində tərtib edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında apellyatorların iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətlərinin dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, hər iki apelyatora məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilmiş və hətta Cavabdeh2 iş üzrə icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. “xxxx” firmasının nizamnaməsində auditor yoxlamasının təyin edilməsinə dair səlahiyyət ümumi yığıncağa verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2019-ci il tarixli, 2(103)-5242/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, “Auditor xidməti haqqında” Qanunun 2, 8, 16-cı maddələrində auditor rəyinin etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə hazırki iddiaya aidiyyəti olmayan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4, 106.-1.3.6, 107.6, 337.1, 337.2, 337.3, 337.4-cü maddələrinə istinad etmişdir. “X7” MMC tərəfindən “xxxx” firmasında auditor yoxlaması keçirilməsi üçün 05 oktyabr 2018-ci il tarixdə müqavilə firmanın təsisçisi kimi Cavabdeh2 ilə bağlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(102)-2353/2021 nömrəli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2019-ci il tarixli, 2(103)-5242/2020 nömrəli qətnaməsi qismən, yəni “X6” MMC tərəfindən tərtib edilmiş 08 oktyabr 2018-ci il tarixli “Müstəqil auditor rəyi”nin etibarsız hesab olunması hissəsində ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2, “X6” MMC-yə və “xxxx” firmasına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X9, Azərbaycan Respublikası Auditorlar Palatası və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyat İdarəsinə qarşı iddiası üzrə icraata “X6” MMC tərəfindən tərtib edilmiş 08 oktyabr 2018-ci il tarixli “Müstəqil auditor rəyi”nin etibarsız hesab olunması hissəsində işə məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə yazılı etiraz verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasını göstərmiş və kassasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, t ərəflər və vəkillər məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və kassasiya şikayətinin təmin edilməməsini, kassatorun vəkili X2 isə teleqram göndərərək işin təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil etmişdir. Bununla belə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(102)-2353/2021 nömrəli qərarı ilə apellyasiya instansiyası m əhkəməsinin mübahisələndirilən qətnaməsi qismən ləğv edilmiş və həmin hissədə icraata xitam verilmişdir. Odur ki, hazırda kassasiya baxışının predmeti kimi yalnız apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “X6” MMC ilə “xxxx” firması arasında bağlanmış AT seriyalı, 882 saylı, 05 oktyabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab olunması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması çıxış edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsas ən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin i zahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hazırda kassasiya baxışının predmeti olan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və ira də ifadəsi. Yuxarıda qeyd olunduğu kimi işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, “xxxx” firmasının icraedici orqanı (qanuni təmsilçisi) mövcud deyil, müəssisənin cəmi iki təsisçisi olmaqla, təsisçilərinin ümumi yığıncağı keçirilməmişdir. Lakin Cavabdeh2, buna səlahiyyətli olmadan, müəssisənin adından “X6” MMC ilə 05 oktyabr 2018-ci il tarixdə audit xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamışdır. Yəni həmin müqavilə müəyyən edilmiş prosedura riayət edilməməklə və müəssisənin adından belə səlahiyyətlə çıxış etmək hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Bu səbəbdən, işin faktiki halların araşdıran məhkəmələr cavabdehlər arasında bağlanmış həmin müqavilənin etibarsız hesab etməklə düzgün nəticəyə gəlmişlər. Kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəm ə kollegiyası qeyd edir ki, Cavabdeh2 “X7” MMC ilə müqaviləni təsisçi kimi öz adından deyil, Firmanın adından imzalamışdır ki, onun buna hüququ və səlahiyyəti olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya baxışının predmeti olan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti, kassasiya baxışının predmeti olan hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 sentyabr 2019-ci il tarixli, 2(103)-5242/2020 nömrəli qətnaməsi “X6” MMC ilə “xxxx” firması arasında bağlanmış AT seriyalı, 882 saylı, 05 oktyabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2353/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2353/2021
24.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver