Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2354/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və X7 cavabdehlər X18, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32rşı iş üzrə QƏRARI iş № 2(102)-xxxx/2023 Açar sözlər: əqdin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviç və X9 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və X7 cavabdehlər X18, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32rşı “bağışlama müqaviləsinin etibarsız hesab edilmə si və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)-890/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və X19 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti üzrə mülki işə 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X25 ilə X10 birgə nikahlarından İddiaçı1 və X19 (bundan sonra – iddiaçılar) anadan olmuşdur. 2. 05.11.1996-cı il tarixdə X2 Səmayə Elxan qızı ilə nikaha daxil olmuşdur.
3. Hüseynov Sabir ilə Cavabdeh1 xx.xx.1994-cü il təvəllüdlü X14 xx.xx.1997-ci il tarixdə övladlığa götürmüşlər.
4. Cavabdeh1 X25 ilə birgə nikahda olduğu dövrdə 15 saylı MKİS-də “dalandar” vəzifəsində işlədiyinə görə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 738 №-li «S.Rəhimov küçəsi, 181 saylı evdə k/k Saakovun boşalmış mənzilinin vətəndaş Cavabdeh1 mənzil sahəsinə əlavə edilməsi və ona daimi verilməsi barədə» sərəncamı ilə S.Rəhimov küçəsi, 181 saylı evin 1 otaqlı yaşayış sahəsi 16,0 kv.m. olan 7 saylı mənzili xidməti mənzil siyahısından çıxarılmış, S.Rəhimov küçəsi, 181 saylı evdə keçmiş icarədar Saakovun boşalmış 1 otaqlı yaşayış sahəsi 13,0 kv.m. olan 10 saylı mənzili vətəndaş Cavabdeh1 mənzil sahəsinə əlavə edilmiş və 2 otaqlı yaşayış sahəsi 29,0 kv.m. olan 7 saylı mənzilə daimi order verilmişdir.
5. Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 002021 saylı orderi ilə bu fakt təsdiqlənmiş və qeyd edil mişdir ki, Cavabdeh1 sözügedən mənzildə 3 nəfər (özü, həyat yoldaşı, qızı) ilə yaşamaq hüququ var. X25 xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Texniki İnventarlaşdırma İdarəsinə razılıq ərizəsi təqdim edərək, həmin mənzilin həyat yoldaşı Cavabdeh1 adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir.
6. Cavabdeh1 xx.xx.2005-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, S.Rəhimov küçəsi, ev 181, mənzil 7-də yerləşən ümumi sahəsi 57,43 kv.m., yaşayış sahəsi 29,0 kv.m. olan iki otaqdan ümumi sahəsi 16,5 kv.m. olan, yaşayış sahəsi 13,0 kv.m-dən ibarət 1 otağını X11 117.840.000 AZM satmışdır.
7. Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 saylı evin 29.0 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 7 saylı mənzili Cavabdeh1 adına 16,0 m2 pay da, digər paylar üzrə 1 y/otaq 13,0 m2 payda, 16,5 m2 üm/sahə X21 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında xx.xx.2005-ci il tarixində qeydiyyat aparılmışdır.
8. Cavabdeh1 xx.xx.2008-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə X6 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 13 nömrəli binada yerləşən ümumi sahəsi 43,4 kv.m., yaşayış sahəsi 31,0 kv.m. olan iki otaqlı 1 nömrəli mənzili 135.744 manata almışdır.
9. Cavabdeh1 xx.xx.2008-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə bir otaqlı, 16.0 kv.m. olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 nömrəli mənzili "xxxx" MMC-yə 128.800 manata satmış və X21, eləcə də X2 5 ərizə təqdim edərək, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 saylı mənzildən özlərinə məxsus olan 1 yaşayış otağının 16,0 kv.m. hissəsinin satılmasına etiraz etmədiyini bildirmişlər.
10. Cavabdeh1 xx.xx.2008-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə X15 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 7 nömrəli binada yerləşən dörd otaqlı 18 saylı mənzildən ona məxsus olan yaşayış sahəsi 28.4 kv.m-dən ibarət olan iki otağını 68.680 manata almışdır.
11. X25 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 12. 19.03.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı dövlət notariat kontorunda V-82 saylı vərəsəlik işi açılmış, X25 iş üzrə miras qoyan, Cavabdeh1, İddiaçı1, X19 və X18 isə iş üzrə vərəsəliyi qəbul edənlər olmuşlar.
13. Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 13 nömrəli binada yerləşən ümumi sahəsi 43,4 kv.m., yaşayış sahəsi 31,0 kv.m. olan iki otaqlı 1 nömrəli mənzili xx.xx.2022-ci il tarixdə 73418 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi üzrə X8 mülkiyyətinə vermiş və mənzil xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət hüququ üzrə X8 adına xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
14. Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 7 nömrəli binada yerləşən dörd otaqlı 18 saylı mənzili xx.xx.2022-ci il tarixdə 75187 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi üzrə X8 mülkiyyətinə vermiş və həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyət hüququ üzrə 2 otaq, y/s – 28.2 kv.mdən ibarət payda X24, 2 otaq, y/s – 28.4 kv.m-dən ibarət payda isə X12 məxsusdur. X8 payı xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
15. İddiaçılar cavabdehlər X18, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək Cavabdeh1 və X18 arasında ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və X12 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi; Cavabdeh1 və X18 arasında ünvan 2, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və X12 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi; X5 məxsus ünvan 2, mənzil 1 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 faiz payın 1/3 hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50 faiz payın 1/3 hisssəsinə (16,6 %) X7 vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, ataları vəfat etdiyi tarixdə onun cavabdehlə nikaha daxil olduqdan sonra birgə nikah dövründə əldə etdiyi əmlaklardan ünvan 2 ünvanında yerləşən 1 saylı və ünvan 3nında yerləşən 18 saylı mənzillərə mülkiyyət hüququ Cavabdeh1 məxsus olmuşdur. Göstərilən mənzillərin 50 % pay hissəsi iddiaçıların atası X22 məxsus olmuşdur. X25 ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. Həmin mənzil iddiaçıların ögey bacısı X8 mülkiyyətindədir. Belə ki, həmin mənz ili ona ataları X3 bağışlamışdır. İddiaçılar atalarının vəfatından sonra ərazi üzrə 14 saylı Notariat Ofisinə vərəsəliyin açılması ilə bağlı müraciət etmişlər. Ataları sağlığında ögey bacılarına mənzil hədiyyə edib onun payını ayırdığından iddiaçılar hesab edirlər ki, ona vərəsəlikdən pay düşmür. Bundan başqa, X4 Sabirin vəfatından sonra notariusa vərəsəliyin açılması ilə bağlı qanunla müəyyən olunmuş 6 aylıq müddət ərzində müraciət etməmişdir. O, atalarının sağlığında ərə gedərək köçüb getmişdir. Belə ki, hər mənzilə üç varis - iddiaçılar Ağayeva (Hüseynova) Gülşən Sabir qızı, X19 və cavabdeh Hüseynova (Mustafayeva) Səmayə Elxan qızının 50 faiz payı vardır. Qeyd edildiyi kimi, həmin daşınmaz əmlaklar cavabdehin adınadır. Bu səbəbdən hal-hazırda vərəsəlik hüquqlarının tanınması ilə bağlı m əhkəməyə müraciət edirlər.
17. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, ailə qurduqları gündən X39 cavabehə məxsus S.Rəhimov küçəsi, ev 181, mənzil 7-də onunla birlikdə yaşamışdır. Həmin mənzil cavabdehə uzun müddət işlədiyi Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Hüseynov Sabir həmin ünvanda qeydiyyatda olmamışdır. Ev 1 otaqdan, 16.0 m2 sahədən ibarət olmuşdur. Cavabdeh xx.xx.2005-ci il tarixində evi öz adına özəlləşdirmişdir. İddiaçıların atası həmin ünvanda qeydiyyatda olmadığından onun həmin evə heç bir hüququ olmamışdır. Cavabdeh evi özəlləşdirərkən, yəni xx.xx.2005-ci il tarixində X25 yazdığı ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 özünə məxsus olan 1 yaşayış otağının satılmasına etiraz etməmişdir. Əslində onun ərizəsinin lazım olmadığını bildir ərək, həmin 1 otaqlı mənzili birgə nikah dövründə əldə etmədiyini qeyd etmişdir. 2008-ci il tarixində həmin mənzil cavabdehdən şirkət tərəfindən alınmış və əvəzinə cavabdehə 2 otaqdan ibarət ünvan 2-də 1 saylı mənzil və 2 otaqdan ibarət Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 7-də 18 saylı mənzil verilmişdir. Hər iki mənzil 2 otaqdan ibarətdir və cavabdehin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir, yəni həmin mənzil cavabdehə məxsus xüsusi mülkiyyət olan birotaqlı mənzilin əvəzində verilmişdir və birgə nikah dövrünə aid olmamışdır. Həmin mənzillərin alınmasında iddiaçıların atası X16 maddi dəstəyi olmamışdır. Buna görə də vərəsəliyin predmeti ola bilməz.
18. Eyni zamanda, xx.xx.2022-ci il tarixdə iddiaçı X17 vəkili və nümayəndəsi müddətin buraxılmamış hesab olu nması barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, X1 pisləşdiyindən atası vəfat etdikdən sonra bacısı ilə birlikdə notariusa gedə bilməmişdir. O, onkoloji xəstə olduğundan kimyaterapiya müalicəsi almışdır. Səhhəti ilə əlaqədar vərəsəliklə bağlı o, yalnız bir neçə ay sonra notariat ofisinə gedə bilmişdir. Nəticədə 3 aylıq müddət keçəndən sonra, lakin 6 aylıq müddət bitməmiş iddiaçı Ağayeva Gülcahan notariat ofisində vərəsəliyin açılması üçün müraciət etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən iddiaçıların vərəsəliyi qəbul etməsi həmin notariat ofisinin xx.xx.2022-ci il tarixli 913 saylı məktubu ilə təsdiq edilmişdir. Göstərilənlər, həmçinin, 14 saylı Notariat Ofisinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 1229 saylı məktubundakı qoşmalar ilə də təsdiq olunur.
19. Ba kı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-2588/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim:G.Abidova) ilə iddia rədd edilmişdir.
20. Birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 3nında yerləşən 18 saylı mübahisəli mənzilin Cavabdeh1 mərhum X25 ilə birgə nikah dövründə əvəzsiz verilən və onun adına özəlləşdirilməsinə X39 tərəfindən qanunamüvafiq qaydada razılıq verilən başqa bir mənzilin satılmasından əldə edilən vəsait hesabına alınması aşkardır. Qanunvericiliyə əsasən, mənzilin Cavabdeh1 mərhum X25 ilə birgə nikah dövründə verilməsinə baxmayaraq, əvəzsiz verildiyindən və mərhumun razılığı ilə Cavabdeh1 adına özəlləşdirildiyindən, həmin mənzil onların birgə mülkiyyəti hesab edilmir, dolayısı ilə həmin mənzilin satılmasından əldə olunan vəsait hesabına birgə nikah dövründə alınan ünvan 3nında yerləşən 18 saylı mənzil də ümumi əmlak hesab edilə bilməz. Bu səbəbdən də, ünvan 3nında yerləşən 18 saylı mənzil Cavabdeh1 ilə mərhum X16 ümumi əmlakı deyildir, cavabdehlər Cavabdeh1 ilə X18 arasında həmin əmlaka dair bağlanmış 4Ə-280 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur, buna görə də iddia tələbi bu hissədə təmin edilə bilməz.
21. Həmçinin məhkəmə iddia tələbinin Cavabdeh1 və X18 arasında ünvan 2, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi ilə əlaqədar hesab etmişdir ki, həmin mənzilin ümumi mülkiyyətdə olub-olmamasından asılı olmayaraq, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur. Belə ki, birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü tələbi məhz X39ə məxsus olan şəxsi hüquq olmuş, lakin iş materiallarından müəyyən olunur ki, Hüseynov Sabir öz sağlığında mübahisəli mənzildə olan pay hüququnun müəyyən edilməsinə dair hər hansı hüquqi addım atmamışdır. Bu da onu düşünməyə əsas verir ki, mərhum həmin əmlakda öz pay hüququnun müəyyənləşdirilmədən əmlakın arvadının mülkiyyətində olması ilə razı olmuşdur. Mübahisəli əmlakın iddiaçıların atası ilə Cavabdeh1 birgə nikahı dövründə əldə edilməsi mübahisəsiz olsa da, birgə gəlirlər hesabına əldə edilib-edilməməsini hazırda mü əyyənləşdirmək mümkünsüzdür. Çünki hazırki iddia irəli sürülənədək tərəflərdən biri, yəni iddiaçıların atası vəfat etmiş, sağlığında isə bu əmlakın bölünməsini tələb etməmişdir. Hazırki iş üzrə iddiaçılar mənzil bağışlanarkən ataları öldüyündən onların vərəsə kimi razılığının alınmasının məcburi olduğunu düşünsələr də, bu dəlil əsaslı ola bilməz. Çünki mənzil birgə nikah dövründə, birgə gəlirlər hesabına əldə edilmiş olsa belə, buna razılıq hüququ əgər sağ olsaydı onların atası tərəfindən verilə bilərdi. Ancaq qeyd olunduğu kimi, mənzil özgəninkiləşdirilərkən Hüseynov Sabir sağ olmamış, sağlığında da mənzilin bölünməsini tələb etməmişdir. Bu cür vəziyyətdə Hüseynov Sabirin həmin mənzil üzərində payı müəyyən edilmədiyindən, bağışlama müqaviləsinin bağlanmasına iddiaçıların razılığı da tələb olunmurdu. Ona görə də iddiaçıların məhz Hüseynov Sabirin vərəsələri kimi mübahisəli mənzilin bağışlanmasının etibarsızlığını tələb etməyə subyektiv hüquqları da yaranmamışdır.
22. Beləliklə, X39 sağlığında mübahisəli mənzildə olan pay hüququnun müəyyən edilməsinə dair hər hansı hüquqi addım atmadığından və əgər mənzil ümumi mülkiyyətdə olsaydı belə, hazırda onun ölümü səbəbindən həmin mənzilin birgə mülkiyyət rejiminə xitam verildiyindən, iddiaçıların isə belə bir subyektiv hüquqları olmadığından, iddia tələbi Cavabdeh1 və X18 arasında ünvan 2, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir.
23. Bundan əlavə, məhkəmə iddia tələbinin “Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən aparılmış hüquqların dövlət qeydiyyatı və X12 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, tələbin bu hissəsi yuxarıda qeyd olunan tələblə birbaşa əlaqəli olduğundan və həmin tələb təmin edilmədiyindən, yəni bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından, müqavilə əsasında müvafiq reyestrdə aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi də əsassızdır, buna görə də iddia bu hissədə də təmin edilməməlidir.
24. Digər tərəfdən, məhkəmə iddia tələbinin “X5 məxsus ünvan 2, mənzil 1 və ünvan 1 ünvanında yerləşən hər bir mənzildə 50 faiz payın 1/3 hisssəsinə (16,6 %) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50 faiz payın 1/3 hisssəsinə (16,6 %) X7 vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi” hissəsinə münasibətdə hesab etmişdir ki, bu mənzillərə mülkiyyət hüququna dair diqqətəlayiq hallar məhkəmə tərəfindən araşdırılmış və mənzillərin iddiaçıların iddia etdiyi kimi X5 məxsus olması və ya onun hər bir mənzildə 50 faiz payının olması müəyyən edilməmişdir. Bu səbəbdən də, iddia tələbi mübahisəli mənzillərdə atalarına məxsus 50 % payda müəyyən hissəyə iddiaçıların vərəsəlik hüquqlarının tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi hiss əsində də əsassızdır və təmin edilməməlidir.
25. Eyni zamanda birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki,iddia təmin edilmədiyindən məhkəmə tərəfindən iddiaçı X17 vəkili-nümayəndəsinin verdiyi müddətin buraxılmamış hesab olunması barədə ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1, 337-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1, 36.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88. 89.3, 124.2, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
27. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əsaslandırması faktlar arasında səbəbli əlaqə olmamasından və çoxsaylı maddi hüquq normalarının düzgün tətbiq olunmaması səbəbindən əsassızdır. Məhkəmə mənzillərin birgə nikah dövründə alınmasını təsdiq etsə də, iddia tələbini təmin etməmişdir. Həmçinin, məhkəmə 2008-ci ilə qədər Cavabdeh1 məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, 181 nömrəli binada yerləşən 7 saylı mənzil hüquqi satusu ilə bağlı bir sıra normativ aktlara istinad etmişdir. İddia tələbi isə Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi,ev 13, 1 saylı mənzil və Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi,ev 7, mənzil 18-lə bağlıdır. Belə ki, ər-arvad olan X25 və Cavabdeh1 başqa mənzillər də məxsus ola və satıla, bağışlanıla bilərdi. O cümlədən, X16 da adında ölümündən əvvəl qızı X12 bağışladığı Bakı şəhəri, X40 küçəsi, 251 nömrəli yaşayış evinin 24 “a”mənzil olmuşdur. Göstərilən əsaslarla məhkəmə qətnaməsində Azərbaycan Respubblikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına istinad olunması əsassızdır və tətbiq edilməli deyildir. Belə ki, həmin əmlakla bağlı iddia tələb i irəli sürülməmişdir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarı isə özəlləşdirilən mənzilllərə aiddir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, ərarvadın həmin dövrdə alınan mənzillərin (Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi,ev 7 mənzil 18 və Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi,ev 13, 1 saylı mənzil) statusu (təkcə arvada məxsus olması) ilə bağli heç bir açıqlama ya bəyanatı olmayıb (məsələn, notariusda ər arvad arasında razılaşma ya digər birtərəfli ya ikitərəfli əqd). Təsdiq olunan hal əmlakların birgə nikah dövründə alınmasıdır. Göstərilənlərdən başqa, iddiaçılar hələ hazırlıq mərhələsində bildirmişdilər ki, 16 kv.m.-lik cavabdeh Səmayə Hüsüynovanın adına özəlləşdirilmiş mənzil əslində real olaraq 70 kv.metrlik bir ev olub və həmin e v Cavabdeh1 əri Sabir Hüseynov tərəfindən artırılıb və təmir edilib. Həmin mənzil təmir olunana qədər və sonralar da yaşayışın təmin edilməsi Sabir Hüseynova məxsus Bakı şəhəri, X40 küçəsi, 251 nömrəli yaşayış evinin 24 “a”mənzilinin (nikahdan əvvəl alınıb) aylıq 1500 ABŞ dollarına kirayə verilərək, həmin məbləğlər ailənin saxlanılmasına xərclənmişdir. Alınan mənzillərin hər ikisi Sabir Hüseynovun ailəni saxlaması nəticəsində mümkün olmuşdur və hər iki mənzil birgə nikah dövründə əldə olunduğundan Sabir Hüseynovun bu mənzillərdə payı vardır. Məhkəmə işin bu faktiki hallarını da nəzərə almamışdır. Nəzərə alınmalıdır ki, iddiaçıların sənədin sübutlar sırasından çıxarılması barədə vəsatətinə ("xxxx" MMC-nin məktubu) məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Eyni zamanda, məhkəmə tərəfind ən Mülki Məcəllənin 1151-ci maddəsinin tələbləri tətbiq olunmamışdır. Yəni, Mülki Məcəllə birmənalı olaraq əmlak hüquqlarını vurğulayır ki, bu da birgə nikah dövründə əldə olunmuş ünvan 2, mənzil 1-ə aiddir. Məhkəmə tərəfindən iddiaçıların hüquqlarının pozulması, onların mərhumun qızları olmasına baxmayaraq, vərəsə kimi tanınmaması tərəflərin bərabərliyi prinsipini pozmuşdur. O cümlədən, şahidlərin dindirilməsi barədə vəsatət də təmin olunmamışdır.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 07 fevral 2023-cü il tarixli, 2(103)-890/2023 nömrəli qətnaməsi ilə (hakimlər: X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhramzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, mübahisəli mənzillər birgə nikah dövründə əldə edilən əmlak olsa da, həmin mənzillərdə ölən mərhum Sabir Hüseynova məxsus pay mövcud olması iş materiallarından görünmür.
31. Həmçinin, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 və X18 arasında ünvan 2, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin həmin mənzillə bağlı mövqeyi işin araşdırılmış hallarına tam uyğun olmuşdur.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 ilə X18 arasında ünvan 2, 1 saylı mənzilə dair 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi bağlanan zaman onların atası ölmüş olduğundan, mərhumun vərəsəsi olaraq onların mövqeyi nəzərə alınmalı olduqları halda alınmamasına dair dəlilləri ilə bağlı belə qənaətə gəlmişdir ki, qeyd edildiyi kimi əvvəla qeyd edilən əmlaklar ümumi əmlak olmamış, ikincisi də bağışlama müqavilələri rəsmiləşdirilən zamanı mənzillər Cavabdeh1 mülkiyyətində olduğu üçün mülkiyyətçi kimi həmin əmlaklar üzərində sərəncam verməkdə sərbəst idi. Beləliklə də, mübahisələndirilən müqavilələr bağlanmasının Mülki Məcəllənin 667-ci maddəsinin tələblərinə zidd olmasına dair əsaslar müəyyən edilməmişdir.
33. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfin izahatları özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qə bul edilə bilməz. Belə ki, iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddia tələblərinin əsaslı olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
34. Məhkəmə kollegiyası "xxxx" MMC-nin məktubunun sübutlar sırasından çıxarılması barədə vəsatətinə məhkəmə tərəfindən münasibət bildirilməməsi dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfin qeyd edilən məktubun qanuna uyğun olmamasına dair şübhələri ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət etmək hüquqları vardır.
35. Bundan başqa, məhkəmə kollegiyası müqavilə əsasında müvafiq reyestrdə aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi və mübahisəli mənzillərdə iddiaçıların atalarına məxsus 50% payda müəyyən hissəyə iddiaçıların vərəsəlik hüquqlarının tanınması və mənzillərdəki paya çıxarışın verilməsi tələblərinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşmışdır.
36. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1, 337-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 106.1, 107, 119.1, 217.1, 217.3, 218.1, 218.3, 372.6, 372.7, 384.0.1, 405-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 3
7. İddiaçılar ayrı-ayrılıqda kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayətləri eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan əmlaklar birgə nikah dövründə əldə olunduqlarından onların statusu yalnız nikah müqaviləsi ilə dəyişdirilə bilərdi. Belə bir müqavilə isə iş materiallarında yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh1 məxsus 16 kv.m. sahəsi olan özəlləşdirilmiş mənzilin satılmasına əri Hüseynov Sabir razılıq ərizəsi vermişdir, eləcə də birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakların yalnız arvada məxsus olması nikah müqaviləsi ilə tənzimlənə bilərdi.
39. Həmçinin, a pellyasiya instansiyası məhkəməsinin birgə mülkiyyətdəki pay hüququnu şəxsi əmlak hüquqlarına aid etməsi əsassızdır. Digər tərəfdən, iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquq da birgə nikah dövründə əldə edilmiş maddi dəyərlərə malik olan daşınmaz əmlak üzərindəki mülkiyyət və sair əşya hüquqları tələb hüquqlarına aid olunduğundan iddiaçıların atalarının vərəsəsi olaraq yaranmışdır.
40. Eyni zamanda ailə qanunvericiliyi ümumi mülkiyyətçilərdən ər və ya arvadın əmlakın hər iki (həm ər, həm də arvadın) tərəfin adına olmasını tələb etmir və əmlak adına olmayan digər tərəfin hüquqlarını müdafiə edən normaları tətbiq edir. Yəni, qanunvericilik əmlakın ər-arvaddan kimin adına rəsmiləşdirilməsinin onun statusuna heç bir təsiri olmamasını göstərsə də, məhkəmə qanunvericiliyin bu maddələrinə istinad etməmiş və nəticədə qanunun çoxsaylı tələblərini pozan qətnamə qəbul etmişdir.
41. Bununla yanaşı, miras qoyan X39in mübahisəli mənzili Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri əmlak olduğu həm məhkəmə, həm də cavabdeh tərəfindən də tanınmışdır. Məlum olduğu kimi, iddia predmeti olan mənzillərdə cavabdehlə birgə nikah dövründə əldə olunduğundan, ölən mərhum Sabir Hüseynova məxsus pay mövcuddur. Birgə mülkiyyətçinin ölümü birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulmasının əsası deyil. Həmçinin, ümumi birgə mülkiyyətdə olan mənzillər mirasa daxil olmayan əmlaklar sırasında da mövcud deyil.
42. İddia predmeti olan mənzillərin təcili olaraq Sabir Hüseynovun vəfatından sonra bağışlanılmasının Mülki Məcəllənin 667-ci maddəsinin tə ləblərinə zidd olması da nə mənzilləri bağışlayan Cavabdeh1, nə əqdi imzalayan Rəsmiyyə Hüseynova, nə də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmə faktiki olaraq, daşınmaz əmlaklara mərhum Sabir Hüseynovun hüququnu inkar etmişdir. Halbuki, ərin (arvadın) ümumi birgə mülkiyyətlərinə digər tərəfin arvadın (ərin) hüquqlarının dövlət reyestrində qeydiyyat alınması tələbi nəinki mövcud deyil, eyni zamanda Mülki Məcəllənin, Ailə Məcəlləsinin istinad olunan maddəlri ilə bu qeydiyyatın məcburi olmaması vurğulanmışdır və qanunla nikahda mükiyyət adına olmayan digər tərəfin hüquqlarının qorunması barədə müddəlar öz yerini tutmuşdur.
43. Bundan başqa, məhkəmə tərəfindən iddiaçıların şahidlərin dindirilməsi, vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı iddia ərizəsinin Nəsimi Rayon Məh kəməsinin icraatında olması səbəbindən işin icraatının dayandırılması ilə bağlı yazılı vəsatətlər də təmin olunmamışdır
44. Kassatorlar şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15.2, 17.1, 158, 213.2, 223.1, 225.1, 667, 1151, 1155, 1162, 1302-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31, 32, 33.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 88, 218.1, 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, mübahisəli mənzil onun adına özəlləşdirildiyi və birgə nikah dövründə əldə olunmuş vəsait hesabına alınmadığı üçün həmin mənzil üzərində X39in payı olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləs i
46. Maddə 223.1 Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.
47. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
48. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
49. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
50. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
51. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
52. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarı
53. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbləri nə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsi z (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Ailə Məcəlləsinin 34- cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ər-arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstəri lmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz raz ılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Beləliklə, Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Mülki Məcəllənin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın b irgə (ümumi) mülkiyyəti sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırki kassasiya şikayətində iddiaçılar tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, iddianın ünvan 3nında yerləşən 18 saylı mübahisəli mənzilə dair tələblərin rədd edilməsi hissəsində əsaslıdır və bu hissədə məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının tələ blərinin pozulmasına yol verilməmişdir.
63. Belə ki, ünvan 3nında yerləşən 18 saylı mənzil Cavabdeh1 mərhum X25 ilə birgə nikah dövründə əvəzsiz verilən və onun adına özəlləşdirilən başqa bir mənzilin satılmasından əldə edilən vəsait hesabına alınması həm alqı-satqı əməliyyatlarının aparılması tarixi və həm də əldə edilmiş əmlakın dəyəri baxımından aşkardır. Bu mövqe Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqelərə uyğundur. Buna görə də, həmin hissədə qətnamənin dəyişdirilməsi və ləğvi üçün əs aslar mövcud deyildir.
64. Lakin digər mənzilə münasibətdə isə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:
65. Apellyasiya məhkəməsi həmin mənzilin ümumi mülkiyyətdə olubolmamasından asılı olmayaraq, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqlarının olmaması qənaətinə gəlmiş və hesab etmişdir ki, birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü ilə bağlı Hüseynov Sabir öz sağlığında hər hansı hüquqi addım atmamışdırsa, onun ölümü ilə ümumiliyə xitam verilmişdir. Hüseynov Sabirin sağlığında həmin mənzil üzərində payı müəyyən edilmədiyindən, onun ölümündən sonra həmin mənzilin cavabdeh tərəfindən bağışlanılmasına iddiaçıların razılığı da tələb olunmamışdır. Ona görə də iddiaçıların məhz Hüseynov Sabirin vərəsələri kimi mübahisəli mənzilin bağışlanmasının etibarsızlığını tələb etməyə subyektiv hüquqları da yaranmamışdır.
66. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu mövqe səhvdir.
67. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, birgə nikah dövründə əldə edilən əmlakın bölgüsü ilə bağlı Hüseynov Sabirin öz sağlığında hər hansı hüquqi addım atmaması, onun ölümü ilə ümumiliyin mövcudluğuna son qoyulması iləxitam verilməsi barədə mövqeyi ümumiyyətlə mülki və ailə qanunvericiliyinin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə ziddir.
68. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 2, 1 saylı mənzilin birgə əmlak olduğu müəyyən edildiyi halda, iddiaçıların atasının ölümü ilə həmin mənzildəki payına vərəsəlik açıldığından iddiaçıların həmin əmlaka vərəsəlik hüquqları yaranmış olur.
69. Kon stitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
70. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündü r (Mülki Məcəllənin 25.3-cü maddəsi).
71. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
72. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüququ vərəsəlik hüququndan əmələ gəlir. Həmçinin məhkəmə qeyd edir ki, bu hüquq yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.
73. Belə ki, qüvvədə olan MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
74. İş materiallarından görünür ki, iddiaçılardan biri Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş 3 aylıq müddətdə, digəri isə 6 aylıq müddət də notariat orqanına mirasın qəbulu üçün müraciət etmiş, həmçinin 2-ci iddiaçı həmçinin mirasın qəbulu müddətinin bərp ası ilə bağlı ərizə ilə də məhkəməyə müraciət etmişdir.
75. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən ikinci mənzildmərhuma məxsus payı qətnamədə göstərilən əsaslarla miras kütləsinə daxil etməməklə səhvə yol vermiş, həmçinin qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüququnun olubolmamasını tam, hərtərəfli araşdırmamış, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etməmişdir.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
77. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ünvan 2, 1 saylı mənzilə dair tələblər hissəsində ləğv edilməli və həmin hissələrdə iş yeni apellyasiya baxışına göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
78. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və X19 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-xxx/2023 nömrəli mülki iş üzrə 7 fevral 2023-cü il tarixli qətnaməsi qismən, Cavabdeh1 və X18 arasında ünvan 2, 1 saylı mənzilə dair bağlanmış 4Ə-281 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X12 verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi və həmin mənzildə 50 faiz payın 1/3 hissəsinə (16,6%) Ağayeva (Hüseynova) Gülşən Sabir qızının və hər bir mənzildə 50 faiz payın 1/3 hissəsinə (16,6%) X7 vərəsəlik hüququnun tanınması və mənzillərdəki paya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsi barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş yeni baxışa göndərilsin. Qətnamə ünvan 1 ünvanında yerləşən mənzilə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir