Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2355/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Şirkətinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1715/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı Şirkətinin kassasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında 29 sentyabr 2004-cü il tarixində saziş (“Saziş”) imzalanmışdır.
2. Cavabdeh tərəfindən inşa оlunmuş fərdi ev Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun kontrakt sahəsində inşa еdilmişdir. Ev rəsmi reyestrdə xxxnın adına dövlət qeydiyyatından keçməyib. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Şirkəti (bundan sonra “iddiaçı” və ya “Şirkət”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bund an sonra "xxxx") 1 saylı mədənin 4-cü sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdеh tərəfindən Şirkətini Saziş üzrə istifadəsinə vеrilmiş kоntrakt sahəsinin ərazisində, 1 saylı mədənin 4-cü sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti nоrmaları və qaydaları ciddi surətdə pоzulmaqla özbaşına tikili inşa еdilmişdir. Cavabdеhin inşa еtdiyi özbaşına tikili Şirkətin həmin ərazidə nеft-qaz əməliyyatlarını həyata kеçirməsinə ciddi manеə yaratdığından, Şirkətin qa nunla qоrunan hüquqları və dövlət tərəfindən vеrilmiş təminatları kоbud surətdə pоzulmuşdur.
5. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında 29 sentyabr 2004-cü il tarixində Saziş imzalanmış və 29 aprеl 2005-ci il tariхdə Azərbaycan Rеspublikası Prеzidеntinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusunu almışdır.
6. Qeyd edilən Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkredt surətdə başqa hallar göstərilməyibsə Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanununlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalrından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsinə neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
7. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya İcra Hakimiyyətinin sərəncamının olması, həmçinin cavabdehin özbaşına inşa etdiyi tikilidə pasport qeydiyyatında olması mübahisələndirilən tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180-ci, Torpaq Məcəlləsinin 9, 11, 20, 22, 48, 62, 65, 66, 67 və 82-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7788/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, xxxnın 1 saylı mədənin 4cü sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa еdilmiş özbaşın a tikilidən çıxarılması, həmin tikilinin xxxnın hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinə qaytarılması, dövlət rüsumunun əvəzi оlaraq 10 (on) manat məbləğində pul vəsaitinin cavabdehdən Şirkətin xeyrinə tutulması qət edilmişdir. (hakim Fərid Hətəmzadə)
11. Birinci instansiya məhkəməsi işdəki sənədlər əsasən müəyyən edib ki, cavabdеh tərəfindən tikili inşa edilmiş torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, sənaye təyinatlı torpaqlara aiddir. İnşa olunmuş tikili iddiaçının kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, nеft quyusunun mühafizə zоlağı daхilində yerləşir, tikili şəhərsalma nоrma və qaydalarına uyğun inşa оlunmayıb.
12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, idd ia təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 180.4-cü, Torpaq Məcəlləsinin 46 və 111-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində ilk icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlillər: - cavabdeh Binəqədi rayonu, Xocəsən qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Başqa sözlə, cavabdehin həmin əmlakla heç bir bağlılığı yoxdur, əmlak cavabdehin atası X7 məxsusdur; - bununla bağlı Şirkət əvvəllər də iddia qaldırmış və həmin iddia son nəticədə təmin olunmamışdır. Şirkət iddia qaldırarkən sökülməsi tələb olunan evdə işiq, qaz və su sayğaclarının cava bdehin adına olmasına istinad etmişdir. Hazırda sayğaclar cavabdehin atası X6 adına keçirilmişdir; - bundan əlavə məhkəmə işə baxarkən nəzərə almamışdır ki, Şirkət həmin ərazidə müqavilə əsasında fəaliyyət göstərir və ona hansı statusların verilməsindən asılı olmayaraq icarəçidir. Onun belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Həmin torpaqlar Dövlət Neft Şirkətinə məxsusdur. Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsinə uyğun olaraq qanunsuz hesab edilən tikili və binaların sökülməsi ilə bağlı iddia qaldırmaq hüququ həmin Nazirliyin səlahiyyətlərinə aiddir.
16. İddiaçı apellyasiya şikayətinə etiraz edib. Etirazın dəlilləri belə olub: - əvvələr indiki cavabdehə qarşı iddia qaldırılıb, lakin evin sahibi kimi cavabdehin atası özünü təqdim etdiyi üçün, cavadehin atası əsl cavabdeh ki mi əvəz olunaraq iddia təmin olunub. Lakin sonradan həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın ona cavab verməli olmayan şəxsə qaldırıması əsası ilə təmin edilməiyb. Apellyasiya instansiyası həmin qərarında qeyd edib ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 2479 saylı, 29 dekabr 2007-ci il tarixli sərəncamına əsasən 100 kv.metr torpaq sahəsi xxxna ayrıldığı üçün iddia tələbi əsl olmayan cvabadehə X7 qarşı irəli sürülüb; - hazırda iddia əsl cavabdehə qarşı qaldırılıb, lakin cavabdeh bu dəfə də cavabdehin əslində X10 olmasını göstərir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2561/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ( hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Elşən Kazımov)
18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir sökülməsi tələb olunan tikili Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Cavabdеh tərəfindən tikili inşa edilmiş torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, sənaye təyinatlı torpaqlara aiddir. İnşa olunmuş tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, nеft quyusunun mühafizə zоlağı daхilində оlduğu müəyyən еdilir, tikili şəhərsalma nоrma və qaydalarına uyğun inş a оlunmamışdır.
19. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə X3 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2-1(112)541/2021 saylı qərardadına əsasən, Binəqədi qəsəbə Bələdiyyəsinin xxxnın istifadəsinə torpaq sahəsinin ayrılması barədə 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının qanunsuzluğunun tanınması haqqında iddiası mümkün sayılmamışdır. Həmin işdə məhkəmə bu qənaətə gəlmişdir ki, Saziş qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edildiyindən, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verildiyindən, Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac yoxdur.
20. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, iddiaçı şirkət bundan əvvəl eyni tələblə X7 qarşı məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamədən Əli Məmmədov apellyasiya şikayəti vermiş və şikayətdə göstərmişdir ki, həmin torpaq sahəsi və tikili onun deyil, torpaq sahəsi Binəqədi qə səbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamına əsasən xxxna ayrılmışdır və hazırkı iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi apellyatorun dəlili ilə razılaşaraq torpaq sahəsinin xxxna ayrılmasını nəzərə alaraq əsl olmayan cavabdehə qarşı iddia qaldırıldığından, 22 sentyabr 2021-ci il tarixli 2(103)209/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd etmişdir. Həmin qətnamə ilə həmçinin iddiaçı şirkətə izah olunmuşdur ki, hazırkı iddia tələbi ilə əsl cavabdehə qarşı məhkəmədə iddia qaldıra bilər. İddiaçı Şirkəti bu hüquqdan istifadə edərək xxxna qarşı iddia qaldırmışdır
21. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, Mülki Məcəllənin və Torpaq Məcəlləsinin müvafiq maddəl ərini əsas tutaraq belə qənaətə gəlib ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
22. Apellyasiya instansiyası məhkəməsi xxxnın hazırkı iddiaya cavab verməli olmayan şəxs olması barədə apellyasiya şikayətinin dəlilini əsassız saymış və bunu onunla əsaslandrımışdır ki, eyni tələblə bağlı işdə olan Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(103)-209/2021 saylı qətnaməsinin təhlili göstərir ki, şikayətin bu dəlili yalnız iddiaya cavab vermək məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Halbuki şirkət eyni tələblə bağlı bundan əvvəl Əli Məmmədova qarşı məhkəmədə iddia qaldıranda sonuncu h əmin torpaq sahəsinin qızı Rəşadət Məmmədovaya ayrıldığını, torpaq sahəsinin və üzərində olan tikilinin ona aidiyyətinin olmadığını bildirmişdi.
23. İddiaçı Şirkətinin hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı isə apellyasiya instansiyası məhkəməsini mövqeyi belə olub ki, Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin 8.6-cı bəndinə əsasən, Şirkət podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə əməliyyatçı kimi fəaliyyət göstərir. Buna görə də şirkətin hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. c) Kassasiya instansiyası məhkəməsində ilk icraat
24. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlilləri: - şirkət həmin ərazidə müqavilə əsasında fəaliyyət göstərir və ona hansı statusların verilməsindən asılı olmayaraq icarəçidir. Onun belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Həmin torpaqlar Dövlət Neft Şirkətinə məxsusdur. Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsinə uyğun olaraq qanunsuz hesab edilən tikili və binaların sökülməsi ilə bağlı iddia qaldırmaq hüququ həmin Nazirliyin səlahiyyətlərinə aiddir; - şirkət tərəfindən ikinci dəfə əsassız iddia qaldırılmasına və o nlara məxsus əlaqə vasitələrinin onlarda olmasına baxmayaraq qəsdən məhkəməyə məlumat verməmişlər və məqsəd cavabdehə zərər vurmaq olmuşdur; - birinci instansiya məhkəməsində buraxılmış pozuntular apellyasiya məhkəməsi tərəfindən təkrarlanmışdır. Xəstə olduğu həmin dövrdə iddiaçı tərəfindən portala yeni sənədlər əlavə edilmiş (təxminən 40 vərəq həcmində) və onlarla tanış olmaq imkanı olmamışdır. İşin mürəkkəbliyi baxımından məhkəmə ədalət mühakiməsini həyata keçirmək, həqiqətə nail olmaq üçün işi hərtərəfli və tam araşdırmalı idi. Bunun baş verməməsi nəticəsində qanunsuz və əsasız qətnamə qəbul olunmuşdur. Belə ki, həmin qətnamələrə əsasən Cavabdeh öz vəsaiti hesabına həmin evi sökməli və təhvil verməlidir. İnsan tikmədiyi, xərc çəkmədiyi evin sökülməsini necə həyata keçirə bilər? Cavabdeh ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Evin faktiki sahibi, onu öz vəsaiti hesabına tikən və orada hazırda yaşayan X8r. Belə olan halda məhkəmə qətnaməsini necə qanuni saymaq olar. Həmin qətnamə əsasında icra vərəqəsi verilərsə, o zaman qətnamə necə icra olunacaq?!; - Cavabdeh həmin evə hər hansı bağlılığı yoxdur. Yeganə hal onun adına olan bələdiyyə sərəncamıdır. Həmin sərəncamla bağlı elə iddiaçı Şirkət tərəfindən qaldırılmış iddia üzrə Bakı İnzibati Məhkəməsində işə baxılmış və həmin sərəncam hüquqi qüvvəsi olmayan akt kimi tanınmışdır; - məhkəmədə işə baxılarkən tərəflərindən evin əsl sahibinin məhkəmə iclasında iştirak etməsi və izahat verməsi barədə və başqa əlavə vəsatətlər də verilmişdir. Məhkəmə isə heç bir sübutu araşdırmadan və heç kəsi dinləmədən qərar vermişdir.
26. Azərb aycan Respublikası Ali Məhkəməsinin 2(102)-5787/2022 nömrəli, iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
27. Kassasiya instansiya məhkəməsinin mövqeyi belə olub ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli, 2479 saylı sərəncamı ilə fərdi ev inşa etmək üçün cavabdehə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində mübahisəli ev inşa edilmişdir. İddiaçı analoji iddia tələbi ilə cavabdehin atası X7 qarşı tələb irəli sürmüş və nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddianın rədd edilməsinə əsas ondan i barət olmuşdur ki, ev Cavabdeh ayrılan torpaq sahəsində inşa edilmiş, ona məxsusdur və ona görə iddia tələbi ona qarşı irəli sürülə bilər. Bundan sonra iddiaçı təşkilat hazırkı tələblə cavabdehə qarşı mübahisə açmışdır. Analoji məhkəmə mübahisəsi “X2 Azərbaycana qarşı” şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış predmeti olmuş və həmin məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərarı qəbul edilmişdir. Həmin qərarda Avropa Məhkəməsi aşağıdakıları qeyd edib: - “ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinəaid olsun. Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və qanuni gözlən tisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. Gözlənti ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). - sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə, icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46 577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il); - Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdi və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Ön eryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018, ilə müqayisə edin) - Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin); - müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yar atmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonaviçius vəbaşqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahona Quachamin və başqaları, §§ 67-68 baxın).” - buna görə şikayətçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan (mülkiyyət hüquqları) hüquqları pozulmamışdır; - lakin ərizəçinin evinə müdaxilə Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanınmışdır. Bununla bağlı Məhkəmənin əsaslandırması aşağıdakı kimi olmuşdur: “Ərizəçi bildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənas ında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X4rşı, № 66610/10, § 30, 14 mart 2017); - ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də, ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən, Mülki Məcəllənin 180-ci maddəsi nə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin hökumət sözügedən müdaxilənin ölkənin iqtisadi rifahının maraqları naminə... zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin “Azneft”in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir; - Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50., AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53); - hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin); - bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).”; - ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır”.
28. Kassasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab edib ki, cavabdehin hesabına tikilinin sökülməsi, onların evdən çıxarılması tələbinə baxılarkən yol verilmiş pozuntuların aradan qaldırılması və mübahisənin X13 Məhkəməsinin Qərarında şərh edilən Konvensiyanın 8-ci maddəsinin tələbləri fonunda yenidən araşdırılması təmin olunmalıdır. İşə yenidən baxan apellyasiya məhkəməsi mübahisəli hüquqi məsələlərlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Qərarında şərh edilənlərə uyğun hüquqi dəyərləndirmə aparmaqla məsələ ilə bağlı yekun nəticəyə gəlməlidir. O cümlədən, mütənasiblik yoxlanılarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında qeyd olunduğu kimi qanunsuz evin kim tərəfindən, nə vaxt inşa edilməsi, müvafiq orqanların tikintiyə ağlabatan müddət ərzində reksiya verib-verməməsi, söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatla rı və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutların mövcudluğu, cavabdehlərin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı hallar aydınlaşdırılaraq nəzərə alınmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
29. İşin təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1715/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, və Sabit Bəhrəmzadə)
30. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, hazırda cavabdehin istifadəsində olmaqla, onun tərəfindən tikili inşa edilən torpaq sahəsinin iddiaçının isti fadəsində olan torpaq sahəsinin ərazisində yerləşdiyi və həmin torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olduğu işin mübahisəsiz halıdır. Lakin iddiaçının qeyd olunan ərazidə inşa edilən özbaşına tikilinin sökülməsini tələb etmək hüququna malik tərəf olmasına baxmayaraq, torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi halı da müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ev inşa edilmiş sahənin onun tərəfindən istifadə edilməsinin hazırki vəziyyətdə iddiaçının hansı hüquq və mənafeyinə xələl gətirməsinə, neft-qaz əməliyyatlarının aparılması ilə bağlı müəyyən işlər görülməsinə dair işlərin hazırlanmasına və görülməsinin zəruriliyinə dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir.
31. Apellyasiya in stansiyası məhkəməsi göstərib ki, Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir.
32. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edib ki cavabdehin mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsi faktı öz təsdiqini tapmamasından əlavə, müəyyən edilmişdir ki, mübahisəli ev 2007-ci ildə inşa edilmiş, inşası zamanı və sonrakı dövrlərdə (iddia qaldırılana kimi) ərazi üzrə və aidiyyatı orqanların evin özbaşına tikilməsi ilə bağlı mənfi reaksiyaları olmamış, həmin ev kommunal xidmətlərlə təhciz olunaraq orada yaşayış davam etmi ş və etməkdədir.
33. Həmçinin işin faktiki halları baxımından neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpağın hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmasına baxmayaraq Konvensiyanın 8-ci maddəsinin tələbləri fonunda iddiaçı tərəfindən tikilinin sökülməsi, ərazinin boşaldılmasına dair iddiasının təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Belə ki, söküntünün aparılmasında iddiaçının maraqları, torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmamasına dair sübutlar təqdim edilməmişdir.
34. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi oxşar işdə qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icr a ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır.
35. Apellyasiya instansiyası məhkəməsi cavabdehin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanlarının olub-olmaması ilə bağlı halları aydınlaşdırılaraq müəyyən etmişdir ki, cavabdehin adına mülkiyyət əsasında qeydə alınmış yaşayış evlərinin olmasına dair iddiaçı tərəfindən də sübut təqdim edilməmişdir Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsini qətnaməsini qüvvədə saxlanmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti belə əsaslandırılıb: - daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçdiyi halda, cavabdehin mübahisəli torpaq sahəsinə hüququ dövlət reyestrində qeydə alınmamış, bir sözlə mülkiyyət hüququ yaranmamışdır; - tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi, cavabdehin mübahisəli torpaq sahəsində özbaşına tikili inşa etməsi Şirkətin hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin bu qanunsuz hərəkətinə düzgün qiymət verməmişdir; - torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Lakin apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin bu normalarına da əhəmiyyət verməmiş, cavabdehin mübahisəli torpaq sahəsinə dair hüququ dövlət reyestrində dövlət qeydiyyatına alınmadan, çıxarış rəsmiləşdirilmədən məhkəmə dolayısı ilə cavabdehin həmin torpağa dair hüququnu tanımışdır; - dövlət təşkilatlarının daimi istifadəsində olan, habelə təbii ehtiyatlar yatağı təsdiq edilmiş olan torpaq sahələri dövlətin müstəsna mülkiyyətində olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kobud pozuntuya yol verməklə cavabdehin qanunsuz inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdehə məxsus olması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz vermişdir. Kassasiya şikayəti nə etiraz iddiaya etirazın dəlillər ilə eyni məzmunda əsaslandırılıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüq uqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
46. Dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühü m meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Avropa İnsan Hüquqları Konvensiyası Maddə
8. Şəxsi və ailə həyatına hörmət hüququ
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayi ş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
43. Belə ki, Mülki Məcəllənin 180.1 və 184.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
44. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından da görünür ki, mübahisə predmeti olan tikili dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
45. Cavabdeh torpaq sahəsinin Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncam ına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmasına istinad etmişdir.
46. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2-1(112)-541/2021 saylı qərardadına əsasən, Binəqədi qəsəbə Bələdiyyəsinin xxxnın istifadəsinə torpaq sahəsinin ayrılması barədə 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının qanunsuzluğunun tanınması haqqında iddiası mümkün sayılmamışdır. Həmin işdə Bakı İnzibati Məhkəməsi bu qənaətə gəlmişdir ki, Saziş qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edildiyindən, habelə bu Qanun qüvvəyə mindikdə n sonra Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verildiyindən, Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac yoxdur.
47. Göründüyü kimi, cavabdehin torpaq sahəsinin onun mülkiyyətinə ayrıması barədə istinad etdiyi bələdiyyə qərarının qanuni qüvvədə olmamasına dair Bakı İnzibati Məhkəməsinin qərardadı vardır.
48. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş ü zrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (MPM, 14.1, 218.1.)
49. Apellyasiya məhkəməsi isə prosessual qanunvericiliyin tələbinə əməl etməyərək Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərardadına əhəmiyyət verməmişdir.
50. Mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olması işin mübahisəsiz halıdır.
51. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlə r üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır.
52. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarına istinadən iddianın həllinə dair apellyasiya məhkəməsinin mövqeyi ilə bağl qeyd edir ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir.
53. Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur.
54. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının məzmunundan da görünür ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.
55. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığmı göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qa lmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitcjə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedqn evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.
56. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində y aşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
57. Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir.
58. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habel ə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.
59. Həmçinin, qətnamənin əsaslandırıcı hissəsində çıxarılması tələb olunan cavabdehin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu, ona Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulm uş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilməlidir.
60. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq, yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, eləcə də dövlət mənzil fonduna daxil olan sosial kirayə müqavilələrinin bağlanması səlahiyyətləri yerli icra hakimiyyəti orqanlarına aid edildiyindən işlərə baxılması zamanı sökülməsi tələb olunan tikililərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanlarının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmələri təmin edilməlidir.
61. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəılir ki, kassasiya şikayəti qismən təmi n edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxşına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
62. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Şirkətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1715/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ləğ v edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.