Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2356/2021 10.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəsirova Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil2, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və “xxxx” MMC-yə qarşı “bağışlama müqavilələrinin etibarsızlığı, verilmiş çıxarışların ləğvi və əmlak bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5534/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(011)-416/2020 saylı qətnaməsi ilə (hakim İ.Abbasova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi, 668 saylı bağ sahəsinə dair 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış 02.08.2018-ci il tarixli 4Ə/1273 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlakda ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən 45 saylı evin 40 saylı mənzili ilə bağlı 5 saylı “A SAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış 17.08.2018-ci il tarixli 4Ə/1383 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlakda ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, Cavabdeh1 adına “xxxx” MMC ilə bağlanmış 05.12.2014-cü il tarixli B-9-1 nömrəli müqavilənin xitam olunması haqqında razılaşmanın etibarsız hesab edilməsi, həmin əmlakda ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, Cavabdeh1 adına 01 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 2593-cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qarajda ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi, iddia tələbinin 20000 ABŞ dolları məbləğində pulun 2/3 hissəsinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5534/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Kərimli, hakimlər A.İsgəndərov və E.Kazımov) İddiaçı, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(011)416/2020 saylı qətnaməsi İddiaçı, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorlara aid edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolle giyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5534/2020 saylı, 27 oktyabr 2020ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Az ərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5534/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5534/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişlər. Məhkəmə iclası zamanı İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəflərin imzaladığı aşağıdakı məzmunda barışıq sazişini təqdim edərək mülki işin icraatına xitam verilməsini xahiş etmişlər:
1. Bakı ş əhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2593-cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1 -ci mərtəbəsində yerləşən qaraja dair Cavabdeh1 ilə “xxxx” MMC ilə bağlanmış 01.10.2015-ci il tarixli müqavilə ləğv edilməklə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2593-cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qaraj İddiaçı mülkiyyətinə verilir.
2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 668 saylı bağ sahəsinə İddiaçı pay əvəzi ona 20000 (iyirmi min) manat məbləğində pul ödəyirlər. Pulun ödənilməsi qeyd olunan əmlakın notarial satışı günü həyata keçirilir. Əmlakın satışı 2 ay ərzində həyata keçiriləcəkdir.
3. Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, A ğa Nemətulla küçəsində yerləşən 45 saylı evin 40 saylı mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməklə mənzilə dair İddiaçı 1/2 pay, Cavabdeh1 1/2 pay hüquqları tanınır.
4. İddiaçı iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930 ünvanında inşa olunan “Panorama Park” layihəsindəki mənzilə dair hissəsindən imtina edir.
5. Barışıq sazişi əmlakların Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində yeni qeydiyyat üçün əsasdır.
6. Tərəflər Xətai Rayon Məhkəməsinin qərardadı ilə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2593-cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qarajın, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 45 saylı evin 40 saylı mənzilinin, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 668 saylı bağ sahəsinin və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930 ünvanında inşa olunan “Panorama Park” layihəsindəki mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair razılığa gəlir.
7. Azərbaycan Respublikası MPM-nin 261 və 262-ci maddələrinin tələbləri tərəflərə izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə kollegiyası tərəflərin tıəqdim etdiyi barışıq sazişini araşdıraraq belə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının 2(103)-5534/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 52, 191-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD İ: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aşağıdakı məzmunda barışıq sazi şi təsdiq edilsin:
1. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2593-cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qaraja dair Cavabdeh1 ilə “xxxx” MMC ilə bağlanmış 01.10.2015-ci il tarixli müqavilə ləğv edilməklə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2593cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qaraj İddiaçı mülkiyyətinə verilir.
2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 668 saylı bağ sahəsinə İddiaçı pay əvəzi ona 20000 (iyirmi min) manat məbləğində pul ödəyirlər. Pulun ödənilməsi qeyd olunan əmlakın notarial satışı günü həyata keçirilir. Əmlakın satışı 2 ay ərzində həyata keçiriləcəkdir.
3. Cavabdeh2 Bakı ş əhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 45 saylı evin 40 saylı mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməklə mənzilə dair İddiaçı 1/2 pay, Cavabdeh1 1/2 pay hüquqları tanınır.
4. İddiaçı iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930 ünvanında inşa olunan “Panorama Park” layihəsindəki mənzilə dair hissəsindən imtina edir.
5. Barışıq sazişi əmlakların Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində yeni qeydiyyat üçün əsasdır.
6. Tərəflər Xətai Rayon Məhkəməsinin qərardadı ilə Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2593-cü məhəllədə yerləşən “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qarajın, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Ne mətulla küçəsində yerləşən 45 saylı evin 40 saylı mənzilinin, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 668 saylı bağ sahəsinin və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2930 ünvanında inşa olunan “Panorama Park” layihəsindəki mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair razılığa gəlir.
7. Azərbaycan Respublikası MPM-nin 261 və 262-ci maddələrinin tələbləri tərəflərə izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5534/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və “xxxx” MMC-yə qarşı “bağışlama müqavilələrinin etibarsızlığı, verilmiş çıxarışların ləğvi və əmlak bölgüsü” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.