Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2357/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: podrat müqaviləsinin ləğv edilməsi) 07.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının XXX-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 17 mar t 2007-ci il tarixdə “Podratçı” qismində çıxış edən İddiaçı-nin direktoru ilə “Sifarişçi” Cavabdeh arasında “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Podratçı” N küçəsində inşa etdiyi binanın sahəsi 172,7 kv.metr təşkil edən 4 otaqlı 197 saylı mənzilini 24 ay müddətinə sifarişçiyə təhvil vermək barədə, “Sifarişçi” isə mənzilin dəyərini təşkil edən 96.380,41 manatın 31 faizini müqavilə bağlanarkən, qalan məbləği isə 19 ay ərzində podratçıya ödəmək barədə üzərlərinə öhdəlik götürmüşlər. Mənzilin qiymətinin 31 faizi sifarişçi tərəfindən müqavilə bağlanarkən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiyası məhkəməsində icraat 2016-cı ilin iyun ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mənzilə görə MMC-yə 25.660 manat məbləğində borcunun qalmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən MMC ilə Cavabdeh arasında bağlanmış 17 mart 2007-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8275/2016 saylı, 14 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunaraq tərəflər arasında bağlanmış 17 mart 2007-ci il tarixli podrat müqaviləsi ləğv edilmişdir. 2017-ci ilin oktyabr ayında Cavabdeh İddiaçı-yə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək mübahisəli mənzilə dair onunla müqavilənin bağlanmasına baxmayaraq 12 fevral 2016-cı il tarixdə həmin mənzilə dair X3 arasında müqavilə bağlanmasını əsas göstərməklə A zərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Nlə İddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1108/2018 saylı, 25 yanvar 2018ci il tarixli qətnaməsi ilə (hakim: L.O.Talıbova) iddia təmin edilmişdir. Həmin qətnamədən İddiaçı və X3 apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə cavabdeh Kazımov X4 Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək iddiaçının müqavilə üzrə öhdəliyini tam icra etməməklə mənzili ona təhvil verməməsini və bununla əlaqədar onun tərəfindən ödənişlərin dayandırılmasını, müqavilənin şərtlərinin iddiaçı tərəfindən pozulmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5914/2017 saylı, 06 iyun 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(008)-8275/2016 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Mübahisəli mənzili MMC ilə bağladığı 12 fevral 2016-cı il tarixli müqavilə əsasında əldə etmiş X3 Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 16 yanvar 2018-ci il tarixli qərardadı ilə N qətnamədən kassasiya şikayəti vermək hüququ olmayan şəxs hesab edilərək kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3892/2018 saylı, 31 may 2018-ci il tarixli qərarı ilə (hakimlər – T.A.Qoldman (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev və G.A.Quliyev) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5914/2017 saylı, 06 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərardadı ilə hazırkı işin Cavabdeh İddiaçı-yə qarşı iddia tələbi üzrə baxılmış və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli qətnaməsi ilə mənzilə dair bağlanmış 12 fevral 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, Nin mübahisəli mənzildən çıxarılması və Cavabdeh həmin mənzilə köçürülməsinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Birləşdirilmiş iddia tələbləri üzrə işə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-84/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə(hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) Cavabdeh apellyasiya şikayəti qismən, X1 və İddiaçı-nin apellyasiya şikayətləri isə tam təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)8275/2016 saylı, 14 sentyabr 2016-cı il tarixli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1108/2018 saylı, 25 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı-nin iddiası təmin edilib 17 mart 2007-ci il tarixli podrat müqaviləsinin ləğv edilməsi, MMC-dən 70.720 manatın tutularaq Cavabdeh verilməsi qət edilmiş, Cavabdehlər X2 və İddiaçı-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarma və mənzilə köçürmə tələbinə dair iddiası təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti verərək MMCnin mənzilin ona təhvil verilməsi ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi icra etməməsini, onunla bağlanmış müqavilənin qüvvədə olduğu vəziyyətdə mənzilə dair R.U.Dəmirçiyevlə müqavilənin bağlanmasının qanunsuz olmasını və Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin müqavilənin etibarsız sayılmalı olmasını və s. əsas göstərməklə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və onun iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. R.Dəmirçiyevin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbay can Respublikasının Mülki Məcəlləsi Maddə 452.1 Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2 Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçı ya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2 Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadi səyə aidiyyəti hissəsində məcburidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzilə dair Cavabdehla daha əvvəlki müddətə müqavilə bağlansa da, mənzil ona təhvil verilməmiş, əksinə Nlə bağlanmış müqavilə əsasında mənzil sonuncuya təhvil verilmiş və o, həmin mənzili təmir etməklə orada yaşayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, göstərilən vəziyyətdə mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452-ci maddəsinin tələblərinə müvafiq olaraq mənzilin ikinci alıcısı Nin xeyrinə həll edilməlidir. Qanunun həmin normasına görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.(452.1) Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.(452.2) Apellyasiya instansiyası məhkəməsinə görə fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağladıqda, tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş mənzil o vaxt verilə bilər ki, həmin mənzil digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Bundan başqa, işdən göründüyü kimi Cavabdeh müqavilə üzrə ödəməli olduğu pul məbləğini podratçıya tam ödəməmiş, mənzil isə Nə satılmaqla sonuncu həmin evdə uzun müddətdir ki, ail əsi ilə birlikdə yaşayır. Kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-84/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2357/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2357/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver