Məhkəmə qərarları › İş №2(102)-2359/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2359/2022

27.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2359/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mirasın qəbul edilmə müddətinin uzadılması və s. ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1622/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: X1 03 fevral 2016-cı il tarixdə baş vermiş vəfatı ilə əlaqədar ona məxsus olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Bəhlulzadə küçəsi, 1 saylı evin 57 saylı mənzilinin ¼ hissəsinə və eləcə də ona məxsus olan “Opel Astra” markalı, avtomobilə və "xxxx" ASC-də olan 1252,70 manat məbləğində pul vəsaitinə vərəsəlik açılmışdır. Ölümündən sonra Yəhya Zəkiyevin 01 avqust 2006-cı il tarixdən nikahda olduğu arvadı Əliyeva Sədaqət İbrahim qızı, uşaqları-Şahin, Ələsgər, Rövşən, Zeynəb və İddiaçı5lər vərəsə qalmışlar. Əliyeva Sədaqət İbrahim qızı miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması barədə miras qoyanın uşaqları isə miras əmlaka mülkiyyət hüquqlarının tanınması barədə iddia və qarşılıqlı iddia tələbləri irəli sürmüşlər. Sum qayıt şəhər Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2017-ci il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilərək Sədaqət Əliyevanın miras əmlaka vərəsəlik hüququ tanınmışdır. Mərhumun uşaqları miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü sayılaraq uzadılması üçün məhkəməyə müraciət etmiş, Sumqayıt şəhər Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Mərhumun həyat yoldaşı Sədaqət Əliyeva həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin 22 dekabr 201 7-ci il tarixli qətnaməsi ləğv edilərək ərizə baxılmamış saxlanılmışdır. Bundan sonra Sədaqət Əliyeva Sumqayıt “Asan Xidmət” Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mirasın qəbul edilmə müddətinin uzadılması barədə iddia qaldırmış, Sumqayıt şəhər Məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnaməyə əsasən Sədaqət Əliyevanın adına Yəhya Zəkiyevdən miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyul ayında Zəkiyevlər cavabdeh “Sumqayıt Regional Asan Xidmət Mərkəzinə” və 3-cü şəxs Əliyeva Sədaqət İbrahim qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əliyeva Sədaqət İbrahim qızının adına veril miş 10 noyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasın qəbul edilməsi müddətinin uzadılması, mirasın qəbulu faktının tanınması və miras əmlak olan mənzilin ¼ hissəsinə, avtomobilə və bankda olan pul vəsaitinə paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-277/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim: E.A.Abdullayev) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Əliyeva Sədaqət İbrahim qızı qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1622/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik e dən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-277/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı4 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraa t qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1243.1 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasın dan asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1248.1 Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məh kəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən Sumqayıt şəhər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı4 mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi tələbin in rədd edilməsini və Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən həmin qətnamə ilə müəyyən edilmiş halların həmin işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməsinə yol verilməməsini əsas göstərmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı4 mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin üzürlü səbəblər olmadan ötürülməsi müəyyən olunduğundan və iddiaçı həmin iş üzrə tərəf kimi iştirak etdiyindən, hazırkı iş üzrə həmin hal yenidən sübut edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəf indən həmçinin müəyyən olunmuşdur ki, iddiaçıların miras əmlakla bağlı aparılan məhkəmə proseslərindən məlumatları olmuş, lakin bununla belə məhkəməyə mirasın qəbul edilmə müddətinin üzürlü səbəblərdən ötürülməsi barədə heç bir mötəbər sübut təqdim etməmişlər. İddiaçılar Mülkü Məcəllənin 1243-cü maddəsinin tələbinə müvafiq olaraq mirası müəyyən olunmuş müddətdə və qaydada qəbul etmədiklərindən və eləcə də, Mülkü Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirası qəbul etmə müddətinin ötürülməsinin üzürlü səbəblərdən baş verməsini sübuta yetirə bilməməklə, bu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia əsassız sayılmışdır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla həll edildiyindən qətnamə dəyişdirilmədən, kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1622/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar