Məhkəmə qərarları › İş №2(102)-2360/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2360/2019

03.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2360/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli 2(103)-1013/2017 saylı qərardadından Cavabdeh2əli oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərardadı ilə (hakimlər: X.Ə.Sarıyev, E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh2əli oğlu tərəfindən verilmiş ərizənin təmin edilməməsi, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2əli oğluna qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq obyektinin qaytarılması və pul tələbinə dair iddiası qismən təmin edilərək, “xxxx” MMC ilə Cavabdeh2əli oğlu arasında bağlanmış 13 may 2013-cü il tarixli, 13/604 saylı daxili lizinq müqaviləsinin və Cavabdeh1 arasında bağlanmış 13 may 2013-cü il tarixli 13/604-1 saylı zaminik müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada lizinq məbləği üzrə 24. 739,86 ABŞ dolları əsas, 7520,44 ABŞ dolları faiz, 9000 ABŞ dolları cərimə borcu, 30 manat dövlət rüsumunun tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi, lizinq obyekti olan “DAF” markalı, HO27264 dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili və “KOEGEL” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun iddiaçı “xxxx”xxxx“xxxx” MMC-nin mülkiyyətində olan “DAF” markalı, HO27264 dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili və “KOEGEL” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərinə qoyulmuş həbsin hazırkı qətnamə icra edilənədək qüvvəsində saxlanılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2əli oğlunun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı ray on məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli qətnaməsinin cərimənin tutulması hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2əli oğlundan müştərək qaydada lizinq məbləği üzrə 2400 ABŞ dolları cərimə ( ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq, Azərbaycan manatı ilə) tutularaq, iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2əli oğlundan müştərək qaydada tutulacaq 24.739,86 ABŞ dolları əsas, 7520,44 ABŞ dolları faiz, 2400 ABŞ dolları məbləğində pul vəsaitləri ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutulması, qətnamə “xxxx” MMC-nin mülkiyyətində olan “DAF” markalı, HO27264 dövlət qeyd iyyat nişanlı yəhərli dartıcı yük avtomobili və“KOEGEL” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərinə qoyulmuş həbsin hazırkı qətnamə icra edilənədək qüvvəsində saxlanılması hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 2018-ci ilin dekabr ayında Cavabdeh2əli oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Prosessual müddətin bərpasına dair ərizə ilə əlaqədar yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2əli oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayətində qətnamənin məhkəmə tərəfindən ona çatdırılmamasını, qətnamənin yalnız onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan şəxsə təqdim edilməsini, həmin şəxslə əlaqələrinin apellyasiya instansiyası məhkəməsinin yekununda bitməsini, bu səbəbdən qətnaməni əldə edə bilməməsini və yalnız 13 dekabr 2018-ci il tarixdə qətnaməni vəkilinin təşəbbüsü ilə əldə etməsini əsas gətirərək ötürülmüş müddətin üzrlü hesab edilməklə qərardadın ləğv edilməsini və iş üzrə müddətin bərpa edilməsinə dair ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh2 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələ lər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, məhkəmənin 02 mart 2017-ci il tarixli qətnaməsinin surəti Cavabdeh2əli oğlunun nümayəndəsi olan X2 şəxsən imza etdirilməklə 14 aprel 2017-ci il tarixdə təqdim edilmiş, lakin qətnamədən kassasiya şikayəti və eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə məhkəməyə 28 dekabr 2018-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Cavabdeh tərəfindən kassasiya şikayəti müəyyən olunduğu kimi qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdə kassasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən ötürülməsi barədə əsaslar olmadığından, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2əli oğlunun buraxılmış prosessual müddətin bərpası barədə ərizəsini təmin etməmişdir. Göstərilənlərlə əlaqədar kollegi ya apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad iş materiallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar