Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2363/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2547/2024 nömrəli, 1 aprel 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi MÜƏYYƏN ETDİ: İddiaçı cavabd ehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 55000 (əlli beş min) ABŞ dolları borcun olmasına dair xx.xx.2015-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1045/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Günay Axundova – sədrlik edən və məruzəçi, Fuad Babayev və Cəmilə Musayeva) 1 aprel 2024-cü il tarixli, 2(104)-2547/2024 nömrəli qərardadı ilə İddiaçı verdiyi apelyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1045/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)2547/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti Ali Məhkəmənin Müli kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul edimişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilməli, mülki iş kassasiya baxışından çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 403.1-cü maddəsinə görə, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Hazırkı işdə kassasiya şikayəti verən Cavabdeh1 tələbləri təmin olunmayan şəxs deyil. Belə ki, iddiaçının tələbi üzrə açılmış mülki işin icraatına xitam verilmiş, apelyasiya məhkəməsində məhz iddiaçının şikayətinə baxılaraq qərardad çıxarılmışdır. Belə olan halda Cavabdeh1 tələbləri təmin olunmayan şəxs hesab edilə və onun kassasiya şikayəti mümkün sayıla bilməz. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmam ışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-nin 404-1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 2(104)-2547/2024 nömrəli, 1 aprel 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Müli kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin, mülki iş kasasiya baxışından çıxarılaraq kassasiya şikayətinin geri qaytarılması məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2363/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-2363/2024
01.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver