Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2364/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X10 Komitəsinə və Cavabdeh2 qarşı, Cavabdeh2 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyatı qaydalarının pozulması) 01.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavadeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X11 və vəkili X6, Digər Cavabdeh2 Şahin qızının nümayəndəsi X1 və vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-5581/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X10 Xidməti və digər Cavabdeh2 Şahin qızı tərəfindən ayrı-ayırılıqda verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirinin 01 saylı xx xxxx 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və obyektin Texniki Pasportuna əsasən, həmin pasport Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin balansında olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,1 kvadrat metr olan qeyriyaşayış sahəsinə dair xx xxxxxxx 2001-ci il tarixdə tərtib edilmişdir, həmin daşınmaz əmlak X3 icarəyə verilmişd ir, texniki pasportun hazırlanmasına əsas olan sənədlər arasında 4894 saylı xx.xx.2001-ci il tarixli İcarə müqaviləsi mövcud olmuşdur. Azərbaycan Respublikası X10 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35,5 kvadrat metr olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 226 nömrəli reyestr kitabının 21317 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası X10 Komitəsinin **********56 nömrəli xx xxx 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 35,5 kvadrat metr qeyriyaşayış sahəsi əvvəllər bağlanılmış xx.xx.2012-ci il tarixli, 3617 nömrəli icarə müqaviləsi əsasında İddiaçı icarəsində olmuş və həmin sahə satın alınması üçün 100% dəyəri ilə icarəçiyə təklif olunmuşdur. Bu haqda ona xx.xx.2017-ci il tarixli, **********95 nömrəli və xx.xx.2017-ci il tarixli, **********78 nömrəli bildiriş məktubları göndərilmişdir. Lakin, mövcud qanunvericiliklə müəyyən edilmiş müddət ərzində icarəçi tərəfindən əmlakın dəyərinin ödənilməsi təmin edilməmiş və həmin qeyri-yaşayış sahəsinin hərraca çıxarılması barədə xx.xx.2017-ci il tarixində qərar qəbul edilmişdir. Qeyd edilən obyekt 10 dəfə hərraca çıxarılmış, lakin keçirilən hərraclarda İddiaçı iştirak etmək hüququndan istifadə etməmiş və xx.xx.2018-ci il tarixində hərracın qalibi tərəfindən göstərilən obyekt satın alınmışdır. İş materiallarınd a olan xx xxxx 2012-ci il tarixli, 3617 nömrəli icarə müqaviləsinin surətindən məlum olur ki, icarəverən Azərbaycan Respublikasının X10 Komitəsinin sədr müavini cənab R.Cəlilov və icarəçi İddiaçı arasında bağlanan müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,5 m2 təşkil edən qeyri yaşayış sahəsini xidmət məqsədi ilə müddətli xx.xx.2012-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək İddiaçı istifadəsinə verilmişdir. İddiaçı ünvanlanmış Azərbaycan Respublikası X10 Komitəsi tərəfindən təsdiq olunmuş bildirişlərdə qeyd edilmişdir ki, icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin ilk növbədə 100 faiz dəyəri ilə satın alınması üçün icarəçiyə təklif olunmuş, icarəçinin, ona müvafiq təklif edildikdən 30 gün ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikd ə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, həmin obyekt Azərbaycan Respublikası X10 Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdiriləcəyi barədə məlumat göndərilmişdir. Azərbaycan Respublikası X10 Komitəsinin xx xxxx 2019-cu il tarixli 190 ********* nömrəli vətəndaş Cavabdeh2 ünvanladığı məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 35,5 kvadrat metr qeyri-yaşayış sahəsi əvvəllər bağlanılmış xx.xx.2012-ci il tarixli, 3617 nömrəli icarə müqaviləsi əsasında İddiaçı icarəsində olmuş və həmin sahə satın alınması üçün 100 faiz dəyəri ilə icarəçiyə təklif olunmuşdur. Lakin, mövcud qanunvericiliklə müəyyən edilmiş müddət ərzində icarəçi tərəfindən əmlakın dəyərinin ödənilməsi təmin edilməmiş və həmin qeyr i-yaşayış sahəsinin hərraca çıxarılması barədə xx.xx.2017-cı il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən obyekt 10 dəfə hərraca çıxarılmış, lakin keçirilən hərraclarda İddiaçı iştirak etmək hüququndan istifadə etməmiş və xx.xx.2018-ci il tarixində Cavabdeh2 tərəfindən göstərilən obyekt satın alınmışdır. 113 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilən 661 nömrəli xx.xx.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə 2001-ci i tarixindən Q.Süleymanov küçəsi 44 saylı ünvanda yerləşən qeyri yaşayış sahəsində yaşayır. xx.xx.2019-cu il tarixdə Asif Quliyev, Mehrac Ramazanov və Vüqar Həsənov tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı 2001-ci ildən hal hazıradək Qabil Süleymanov 44 ünvanında qeyri-yaşayış sahəsində ailəsi ilə birlikdə yaş ayır. Azərbaycan Respublikası X10 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********54 nömrəli, xx xxxxxx 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 35,1 kvadrat metr olan 44 saylı qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə bağlanmış heç bir icarə müqaviləsi aşkar edilməmişdir. İddiaçı adına ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 35,1 kvadrat metr olan 44 saylı qeyri-yaşayış sahəsinin dövlət reyestrindən qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar olunmamışdır. xx xxxxxx 2018-ci il tarixli 47/01 nömrəli Hərrac protokoluna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küşəsi 44 ünvanında yerləşən, Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 2 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı birliyinin 5 mərtəbəli binanın kürsü mərtəbəsinin yerüstüsünün bir hissəsi (35,5 kvadrat metr) ilkin hərrac qiyməti 10 000 manat olmaqla hərraca çıxarılmış, Cavabdeh2 hərracda qalib kimi tanınmışdır. 4223 nömrəli, xx.xx.2018-ci il tarixində tərtib olunmuş müqaviləyə əsasən, satıcı Azərbaycan Respublikasının X10 Komitəsi, sədr müavini cənab X5 şəxsində alıcı Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 35,5 kvadrat metr qeyri yaşayış sahəsini 10000 min manata satın almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X10 Komitəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,1 kvadrat metr olan qey ri-yaşayış sahəsinin açıq hərracdan satılmasına dair hərracın nəticələri haqqında protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun anası X4 uzun illər Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində işləmişdir. Qüsursuz əməyinə görə “Fəxri Dəmiryolçu” nişanı ilə təltif olunmuşdur. Anasına xx.xx.2001-ci il tarixdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,1 kvadrat metr olan qeyri-yaşayış sahəsi verilmiş, bununla bağlı Əmlakın İnventarlaşdırması Bürosu tərəfindən texniki pasport da tərtib edilmiş, anası ilə 2001-ci ildə icarə müqavil əsi bağlanmışdır. Həmin yer anasına verildikdən sonra onlar ora köçmüşdür və orada yaşayış sahəsi kimi o, ailəsi ilə qalmışdır. Hər ay vaxtlı-vaxtında icarə haqlarını ödəmişdirlər. 2006-cı ildə anası rəhmətə getdiyindən icarə müqaviləsi Azərbaycan Respublikası X10 Komitəsi ilə onun arasında bağlanmışdır. Daha sonra müqavilə xx.xx.2012-ci il tarixdə uzadılmışdır. Onun xəbəri olmadan, onunla cavabdeh Azərbaycan Respublikası X10 Komitəsi arasında icarə müqaviləsi davam edə-edə ünvan 1 ünvanında yerləşən yaşadığı yer hərraca çıxarılaraq (hətta sonradan ona məlum olub ki, bir neçə dəfə hərrac keçirilmişdir) iddia ərizəsi üzrə digər Cavabdeh2 tərəfindən alınmışdır və həmin yerə onun adına Seriya RX ******* saylı çıxarış verilmişdir. Cavabdeh Azərbaycan Respublikası X10 Komitəsi onun icarəsində olan yeri açıq hərraca çıxarmamışdan ilk olaraq ona təklif etməli idi. Cavabdeh ona heç bir rəsmi xəbərdarlıq etmədən satın almaqda üstünlük hüququnu pozmuşdur. Onun xəbəri olmadan, ona heç bir bildiriş verilmədən hərrac keçirilmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdeh, (qarşılıqlı iddia üzrə olan iddiaçıya) məxsus olan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onunla yaşayan bütün ailə üzvlərinin (3-cü şəxsləri) çıxarılması, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödən ilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sifariş etdiyi açıq hərracda iştirak etmiş və nəticədə, hərracı udaraq dövlətə məxsus olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı satın almışdır. Bununla əlaqədar həmin əmlak üzərində qanuna müvafiq qaydada Seriya RX ******* nömrəli xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsindən çıxarış da verilmişdir. Lakin həmin əmlakdan nəinki istifadə edə bilmir, hətta oraya daxil olmaq belə imkanı yoxdur. Çünki orada məskunlaşan cavabdeh vaxtilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə xx.xx.2012-ci il tarixində bağladığı 3617 nömrəli “İcarə” müqaviləsi əsasında həmin əmlakın istifadəçisi kimi ö zünü təqdim etmişdir. Nəticə etibarı ilə qanuni mülkiyyətçi üçün hərracda alınmış əmlakın istifadəsi qeyrimümkündür. Yaranmış məsələ ilə əlaqədar ilk növbədə AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq Komitədən verilən xx.xx.2019cu il **********00 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, həqiqətən cavabdeh İddiaçı ilə 2012-ci il tarixli “icarə” müqaviləsi bağlanılmış, lakin əldə edilmiş əmlak özgəninkiləşdirilməsi məqsədilə açıq hərraca çıxarılarkən ilk növbədə ona təklif edilsə də, o, bundan istifadə etməmiş və nəticədə, dəfələrlə hərrac keçirilərkən sonra nəhayət onun tərəfindən alınmışdır. Cavabdeh qərəzli olaraq onun xüsusi mülkiyyətində olmuş əmlakın istifadəsinə, ondan öz şəxsi mülahizəsi üzrə sərəncam verilməsinə qanunsuz olaraq maneə törədərək əmlakından istifadəsini qeyri-mümkün edir. Bu əmlak qeyri-yaşayış sahəsidir və həmin əmlak müxtəlif şəxslərə icarəyə vermək yolu ilə və ya orada digər işlərin təşkil etməsi yolu ilə o, xeyli məbləğdə gəlir götürə bilər. Ancaq cavabdehin bu qərəzli və qanusuz hərəkətlər nəticəsində artıq neçə aydır ki, o, əmlakdan istifadə edə bilmir və hər ay ən azı 1000 manat əldə edə biləcəyi gəlirdən məhrum olunur. Bu da yolverilməzdir. Cavabdehin hərəkətləri qanunsuzdur və ona görə iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlak (obyekt) boşaldılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) xx xxxxxx 2020-ci il tarixli, 2(011)-2126/2020 nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,1 k vadrat metr olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli 47/01 nömrəli protokolun və X10 Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış 4223 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı və 71ci maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 2.1, 31.1.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 416.1-ci və 416.2-ci maddələrinə istiinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə özəlləşdirilmədən əvvəl həmin sahənin qanuni istifadəçisi olan icarəçiyə təklif olunması nəzərdə tutulmuşdur. Özəlləşdirmənin hərrac yolu ilə keçirilməsi, qeyri-yaşayış sahəsi icarəçi tərəfindən alınmadıqda və ya tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmadıqda mümkün hesab edilmişdir. İşin faktiki hallarından görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi uzun illər qanuni əsasla iddiaçının anası X2, sonradan İddiaçı sahibliyində və istifadəsində olmuşdur. Bu səbəbdən İddiaçı qeyri-yaşayış sahəsinin icarəçisi sayılmaqla, həmin sahənin özəlləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan üstünlük hüququna malik olmuşdur. Lakin Azərbaycan Respublikası X10 Komitəsi sözügedən qeyri-yaşayış sahəsini hərrac vasitəsi ilə özəlləşdirmədən qabaq qanuni istifadəçi olan İddiaçı təklif etməmiş, onun həmin sahənin sa tın alınması ilə bağlı mövqeyini öyrənməmişdir. Azərbaycan Respublikası X10 Komitəsi tərəfindən İddiaçı ünvanlanmış bildirişlər məhkəməyə təqdim edilsə də, həmin bildirişlərin İddiaçı çatdırılmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Halbuki, işin mübahisəsiz halına görə, İddiaçı sözügedən qeyriyaşayış sahəsini özəlləşdirmək məqsədilə Azərbaycan Respublikası X10 Komitəsinə müraciət etmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikası X10 Komitəsi qeyriyaşayış sahəsinin özəlləşdirilməsi barədə qanuni istifadəçi İddiaçı məlumat vermədən sahəni hərrac vasitəsi ilə Cavabdeh2 satmaqla qeyd edilən Qaydaların tələbini pozmuşdur. Qətnamədən cavabdeh X10 Xidməti və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə, ilk iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, qarşılıqlı iddianın isə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin müba hisələndirilən hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin yaşayış sahəsi kimi istifadə edərək ailəsi ilə birgə orada yaşaması ilk iddianın əsassızlığına və qarşılıqlı iddianın isə əsaslılığına dəlalət etmir. Bu halın mübahisələndirilməsi isə qarşılıqlı iddiaçı tərəfindən deyil, icarə müqaviləsinin tərəfi olan cavabdeh X10 Xidməti tərəfindən edilə bilərdi. Lakin sonuncu qurum əvvəllər bu halı, yəni qeyri-yaşayış sahəsi həqiqətən təyinatı üzrə istifadə edilmədiyinə görə mübahisələndirməmişdir. İcarə müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması da müqavilə tərəflərinin səlahiyyətində olan məsələlərə aiddir. Ən azından X10 Xidmətinin apellyasiya şikayətində bu halı da mübahisələ ndirmir. Məhkəmə həmçinin hesab etmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq etməməsi də qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Çünki, qarşılıqlı iddiaçı həmin alqı-satqı müqaviləsi üzrə həqiqətən də hansısa məbləğdə vəsait ödəmişdirsə, onsuzda həmin məbləği, hətta bununla əlaqədar ona hansısa formada zərər vurulmuşdursa onun da əvəzini tələb etmək hüququnu özündə saxlayır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri Cavabdeh X10 Xidməti (vəkil X12) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması ilə əsaslandırılmışdır. Cavabdeh2 Şahin qızı (vəkil X13) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavadeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X11 və vəkili X12 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izaha t verərək şikayətin təmin edilməsini xahiş etdilər. Digər Cavabdeh2 Şahin qızının nümayəndəsi X1 və vəkili X13 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1). Ərizəyə məhkəmə qayda sında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Maddə 418.4 və 418.4.9. İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. MPM-nin tələblərinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir. İlk iddia tələbindən görünür ki, iddiaçı cavabdehlər X10 Komitəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,1 kvadrat metr olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmasına dair hərracın nəticələri haqqında protokolun, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin və Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbu l edilməsini xahiş etmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə, mübahisəli qeyri-yaşayış sahəsi əvvəllər bağlanılmış xx.xx.2012-ci il tarixli, 3617 nömrəli icarə müqaviləsi əsasında İddiaçı icarəsində olmuş və həmin sahə satın alınması üçün 100 faiz dəyəri ilə icarəçiyə təklif olunmuşdur. Həmin qeyri-yaşayış sahəsinin hərraca çıxarılması barədə xx.xx.2017-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən obyekt 10 dəfə hərraca çıxarılmış, lakin keçirilən hərraclarda İddiaçı iştirak etmək hüququndan istifadə etməmiş və xx.xx.2018-ci il tarixdə hərracın qalibi tərəfindən göstərilən obyekt satın alınmışdır. Həmin obyekt Azərbaycan Respublikası X10 Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları ”na müvafiq olaraq açıq hərraca çıxarılmış və xx.xx.2018-ci il tarixində Cavabdeh2 tərəfindən satın alınmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orq an olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İlk iddia tələbindən iddiaçı inzibati orqan olan X10 Komitəsi tərəfindən keçirilmil hərracın yekunlarını və hərracdan irəli gələn alğı-satqı müqaviləsini və müqavilə əsasında verilmiş çıxarışı mübahisələndir ir. Göründüyü kimi cavabdeh inzibati orqandır və ilk iddia tələbinin əsası dövlət mülkiyyətində olan əmlakın açıq hərrac vasitəsi ilə özəlləşdirilməsi, qeyri-yaşayış sahəsinin hərraca çıxarılması barədə xx.xx.2017-ci il tarixli qərar qəbul edilməsi təşkil edir. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icra atı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-in 30-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası MPM-in 30-cu maddəsinə uyğun həll edilməlidir. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İPM-in 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, həmin tələb ilk iddia tələbindən asılı olduğundan apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia tələbinin məhkəmə aidiyy əti məsələsinə qiymət verildikdən sonra baxıla bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.4 və 418.4.9. İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavadeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Xidməti və Cavabdeh2 Şahin qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5581/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.