Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2368/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xələfov İlqar Rəhim oğlu, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4858/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar X2 və X5 qızı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar X1 və X5 qızının cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası Xammal və X6 Mərkəzi “Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “AGBank” Açıq Səhmdar Cəmiyyətinə, cavabdehin t ərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X3rşı “hərracın yekunları barədə protokolların və alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, reyestrdən çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-132/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə iddiaçılar X2 və X5 qızı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və i ddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim ki, kassasiya şikayəti mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, iddiaçıların kassasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması qeyd olunaraq ləğv edilməsi tələb olunarkən bu pozuntuların nədən ibarət olması göstərilməmiş və şikayət MPM-nin 407-ci maddəsinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə görə kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq norma larının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 407,408-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4858/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar X2 və X5 qızı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qa
Məhkəmə qərarları › İş №2(102)-2368/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2368/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver