Məhkəmə qərarları › İş №2(102)-2369/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2369/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2369/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Lizinq Kompaniyası MMC-nin Cavabdeh1 və digərlərinə qaşı iş üzrə QƏRARİ iş № 2(102)-2369/21 (Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən və məruzəçi, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh1 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)-5346/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə iş ə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən 6.501 manat əsas, 291 manat faiz borcunun, 13.988 manat dəbbə pulunun, cəmi 20.330 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.H.Qasımov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19 mart 2015-ci il tarixli müqavilə üzrə əsas borca görə 6.051 manat, hesablanmış faiz borcuna görə 291 manat, dəbbə puluna görə 600 manat, cəmi 6.942 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında “Daxili maliyyə icarəsi (lizinq) müqaviləsi”nə və “zaminlik müqaviləsi”nə əsasən öhdəlik hüquq münasibətləri yaranıb. İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsini Cavabdeh1 lizinqə verib və digər Cavabdeh2 öhdəliklərin yerinə yetirilməsinə və lazımınca icrasına görə zamin durub. Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və onun iddiaçıya ödənilməmiş 6.051 manat əsas, 291 manat faiz borcu yaranıb. Zamin Cavabdeh2 da Cavabdeh1 kreditoru olan iddiaçı qarşısında öhdəliyin tam icra olunmamasına görə birgə məsuliyyət daşıyır. Eyni zamanda iddia olunan 13.988 manat dəbbə pulu tənasübsüz surətdə yüksək olmaqla nə iddiaçının ə mlak mənafeyinə, nə də ki, bütün əsaslı mənafelərə uyğun deyil. Bu baxımdan dəbbə pulu 600 manata azıldılmalıdır. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 747.1, 748-1.12, 748-10.1, 467, 470.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binə qədi Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın Cavabdeh1 qarşı təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı Cavabdeh1a münasibətdə qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 747.1, 748-1.12, 748-10.1, 467, 470.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 və vəkili Əfqan Hüseynli kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı Lizinq Kompansiyası MMC və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilmə si də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmin Məcəllənin 750-ci maddəsində göstərilir ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafeyinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 751-ci maddəsinə əsasən, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPMnin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələb lərini pozub. Belə ki, işdən görünür ki, 2012-ci il buraxılışlı, “SHAGMAN SX5251DM384” yük özüboşaldan markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 iyul 2014-cü iil tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən iddiaçının mülkiyyətində olub, sonuncu həmin nəqliyyat vasitəsini 19 mart 2015-ci il tarixli “Daxili maliyyə icarəsi (lizinq) müqaviləsi”nə əsasən Cavabdeh1 lizinqə verib. Müqavilənin şərtlərinə və lizinq ödənişləri qrafikinə əsasən lizinq müqaviləsi 21 ay müddətinə bağlanıb, lizinq obyektinin qiyməti 16.304 manat, müqavilənin ümumi qiyməti isə 20.097 manat müəyyən edilib. Eyni zamanda sözügedən müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaçı, lizinq alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında 19 mart 2015-ci il tarixli ü ç tərəfli zaminlik müqaviləsi bağlanıb. 19 mart 2015-ci il tarixdə lizinq verən iddiaçı, lizinq alan Cavabdeh1 və lizinq alanın nümayəndəsi və borclu Fariz Hüseynov arasında tərtib edilib, imzalanmış “Nəqliyyat vasitəsinin təhvil-təslimi haqqında” Aktına əsasən sözügedən nəqliyyat vasitəsi Cavabdeh1 təhvil verilib. Hazırda iddiaçı, (iddia ərizəsi məhkəməyə 12 dekabr 2017-ci il tarixdə daxil olub) Cavabdeh1 qeyd olunan müqavilə üzrə hər növbəti ayın 10-cu günündə 905 manat lizinq ödənişi etməli olduğu halda öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyini, sonuncu dəfə onun tərəfindən 17 oktyabr 2016-cı il tarixdə 1.000 manat ödəniş edildiyini, 07 yanvar 2019-cu il tarixə Cavabdeh1 ödənilməmiş 6.051 manat əsas, 291 manat faiz borcunun olduğunu və onun barəsində 13.988 manat dəbbə pu lu hesablandığını göstərib, cavabdehlərdən onun xeyrinə cəmi 20.330 manat pulun tutulmasını iddia edir. Cavabdeh1 isə lizinq obyekti istifadəsində olduğu müddətdə iddiaçıya 1 il ərzində hər ay 1.600 manat olmaqla, cəmi 19.200 manat, 6 ay ərzində hər ay 970 manat olmaqla, cəmi 5.820 manat, bütövlükdə 25.020 manat ödəniş etdiyini, lizinq obyektinin ondan geri alındığını, bütövlükdə ödədiyi məbləğin düzgün hesablanmadığını göstərib iddiaya etiraz edir. Eyni zamanda işin 48-ci vərəqində olan sözügedən müqavilə üzrə iddiaçı tərəfindən verilmiş 19 mart 2015-ci ildən 26 fevral 2018-ci il tarixədək olan dövr üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən sonuncu dəfə 17 oktyabr 2016-cı il tarixdə 1.000 manat olmaqla, cəmi 12.359 manat ödəniş edilib. Əvvəla işdə, lizinq obyektinin nə vax t Cavabdeh1 geri alındığını, 07 yanvar 2019-cu il tarixədək onun tərəfindən iddiaçıya hansı məbləğdə ödəniş edilməsini, həmin tarixə müəyyən edilmiş 6.051 manat əsas, 291 manat faiz borcunun hansı qaydada hesablanmasını özündə ehtiva edən heç bir sübut növü yoxdur. Eyni zamanda, Cavabdeh1 iddia olunan məbləğlə razılaşmır və sözügedən müqavilə üzrə iddiaçıya bütövlükdə 25.020 manat ödəniş etdiyini göstərib iddiaya etiraz edir. Göründüyü kimi, tərəflər arasında sözügedən müqavilə üzrə aparılmış ödənişlərin məbləğlərinə dair açıq-aşkar fikir ayrılığı vardır və onların iddia etdikləri məbləğlər kəskin şəkildə biri-birindən fərqlənir. Xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirilməsi üçün birinci instansiyası məhkəməsinin 18 avqust 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəm ə mühasibatlıq ekspertizası təyin edilsə də, işə baxan hakim öz qərarının icrasını təmin edib mübahisəli məsələyə dair əsaslandırılmış ekspert rəyi almadan, iddianı qismən yuxarıda göstərilən məbləğdə təmin etmişdir. Belə ki, işin 107108-ci vərəqələrində olan Məhkəmə Ekspertizası Mərkəzə tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 22 noyabr 2018-ci il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş suallara aydınlıq gətirilməsi üçün zəruri hesab edilən əlavə materiallar məhkəmə tərəfindən ekspertizaya təqdim edilmədiyi üçün ekspertizanın aparılmasından imtina edilərək, məhkəmənin qərarı icra edilmədən mülki iş materialları ilə birlikdə məhkəməyə geri qaytarılıb. A pelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, Cavabdeh1 təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün iddiaçının icra ilə bağlı öz mənafeyinə aid olmayan tələbləri irəli sürməsinin yolverilməz olmasına əhəmiyyət vermədən, habelə iddiaçının tələblərini müəyyənləşdirərkən lizinq obyektinin qalıq dəyərini, lizinq muzdu üzrə faizlərin qalığını və qənaət edilmiş digər xərcləri nəzərə almadan, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Mülki Məcəllənin 750-ci maddəsinin mənasına görə, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafeyinə aid olmayan tələbləri irəli sürə bilməz. Eyni zamanda tələblər müəyyənləşdirilərkən lizinq əmla kının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmalıdır. Ona görə də işə yenidən apelyasiya qaydasında baxılarkən ilk növbədə lizinq obyektinin nə vaxt Cavabdeh1 geri alındığı dəqiqləşdərilməli və xüsusi bilik tələb edən qeyd olunan sualların aydınlaşdırılması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli, lizinq obyektinin Cavabdeh1 geri alındığı vaxtadək onun iddiaçıya ödədiyi və borclu qaldığı əsas və faiz borclarının məbləğinə dair əsaslandırılmış ekspert rəyi alınmalı və yalnız bundan sonra iddia tələbinin əsaslılığına hüquqi qiymət verilməlidir. Kasasiya instansiyası məhkəməsi eyni zamanda yuxarıda sadalanan normaların tələbləri baxımından hesab edir ki, lizinq obyektinin istifadəçisi (lizinq alan şəxs) lizinq obyektin in geri qaytarılması və ya lizinqdən istifadə münasibətlərinə xitam verilməsi halında o, lizinq obyektindən istifadə müddətində yaranan əsas və faiz borcunu və hesablanmış dəbbə pulunu ödəməyə borcludur. Eyni zamanda, tərəflər arasındakı öhdəlik hüquq münasibətləri lizinq müqaviləsinə əsasən əmələ gəldiyindən iddiaçı, cavabdehlərdən lizinqə, istifadəyə verdiyi lizinq obyektinə görə ödənilməmiş muzdu tələb etməkdə haqlıdır, lakin bu zaman lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər mütləq nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosess ual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni olmaqla yanaşı, eyni zamanda əsaslı olmalıdır. Qətnamənin əsaslılığı dedikdə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o, vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin material larına uyğun olsun. Bu baxımdan kasasiya instansiyası məhkəməsi Cavabdeh1 kasasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz b u qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərə fli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli, 2(103)5346/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar