Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2369/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar Qanuni nümayəndə və İddiaçı1 cavabdehlər Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: payların müəyyənləşdirilməsi, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Ə zizağa oğlundan ibarət tərkibdə, İddiaçılar Qanuni nümayəndə və İddiaçı1 cavabdehlər Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz ərazi İdarəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “etibarnamələrin, ərizənin, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin və müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-247/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 13 avqust 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh5 və Cavabdeh3 X4 (bundan sonra – miras qoyan) övladlarıdır və Cavabdeh3 anası Cavabdeh4dır.
2. Miras qoyanla Qanuni nümayəndə 2014-cü ildə rəsmi nikaha daxil olmuş və onların 2010-cu il təvəllüdlü övladı olan İddiaçı1 dünyaya gəlmişdir.
3. Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Gədəbəy rayonu, Novosaratovka kəndində ümumi sahəsi 173,9 m2 olan fərdi yaşayış evi (bundan sonra – birinci miras əmlak) tam mülkiyyət hüququ üzrə miras qoyanın adına və həmin evin yerləşdiyi 0,1598 ha torpaq sahəsi miras qoyanın, Cavabdeh3, Maraqlı şəxs1 və Cavabdeh5 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır.
4. Dövlət reyestrindən veri lmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 40 m2 olan 2 nömrəli mənzil (bundan sonra – ikinci miras əmlak) tam mülkiyyət hüququ üzrə miras qoyanın adına xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır. 5. “UAZ 469B” markalı, 1977-ci il buraxılışlı, ** BB *** qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2001-ci il tarixində, "VAZ 21011 minik” markalı, 1979-cu il buraxılışlı, ** TX *** qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixində və "Ford Transit" markalı, 2007-ci il buraxılışlı, ** VF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində miras qoyanın adına qeydiyyata alınmışdır.
6. Miras qoyan xx.xx.2019-cu il tarixində Cavabdeh3 10 il müddətinə etibarnamə vermiş və 3 dekabr 2020-ci il tarixində isə Bakı şəhərində vəfat etmişdir.
7. Qanuni nümayəndə xx.xx.2020-ci il tarixində Cavabdeh3 10 il müddətinə ümumi etibarnamə vermişdir. Etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. Etibarnaməyə xx.xx.2021-ci il tarixində xitam verilmişdir.
8. Cavabdeh3 Cavabdeh4 xx.xx.2021-ci il tarixində 10 il müddətində ümumi etibarnamə vermişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur.
9. Cavabdeh3 Qanuni nümayəndə tərəfindən xx.xx.2020-ci il tarixli etibarnamə əsasında ona verilmiş səlahiyyətləri xx.xx.2021-ci il tarixində Cavabdeh4 ötürmüşdür.
10. Qanuni nümayəndə etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 xx.xx.2021-ci il tarixində notariat ofisinə müraciət edərək vəfat etmiş miras qoyanın ölümündən sonra miras qalmış əmlakdan arvada düşən 1/2 hissə paydan imtina etmiş, əmlakı n bütün vərəsələr arasında bərabər payda bölünməsinə etiraz etmədiyini və gələcəkdə bununla bağlı məhkəmədə heç bir iddia qaldırmayacağını qeyd etmişdir. Ərizəni onun əvəzindən etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 imzalamış, ərizə notariat qaydada təsdiq edilmişdir.
11. Bakı şəhəri 19 saylı notariat ofisi (bundan sonra – notariat ofisi) tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə (2V-165) (bundan sonra – birinci şəhadətnamə) əsasən miras qoyanın vərəsələri Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh3 miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən ikinci miras əmlakdan ibarət olmuşdur.
12. Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021 -ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə (2V-166) (bundan sonra – ikinci şəhadətnamə) əsasən miras əmlakın vərəsələri Qanuni nümayəndə, Cavabdeh3 və Cavabdeh3 miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfindən birinci miras əmlakdan və həmin əmlakın yerləşdiyi 0.1598 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət üzrə miras qoyana məxsus olan hissəsindən ibarət olmuşdur.
13. Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras qoyanın vərəsələri (12-ci bənddə qeyd eidlənlər) miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak VAZ 21011 minik markalı **-TX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ndən ibarət olmuşdur. 14. 12-ci bənddə qeyd edilmiş vərəsələr arasında bağlanmış xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqavilələrinə əsasən Qanuni nümayəndə və Cavabdeh3 birinci və ikinci şəhadətnaməyə əsasən onlara məxsus vərəsəlik paylarını Cavabdeh3 bağışlamışlar və müqaviləni bağışlayanların əvəzinə onların etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 imzalamışdır.
15. Dövlət reyestrindən verilmiş çıxarışa əsasən birinci miras əmlak və həmin əmlakın yerləşdiyi torpaq sahəsi Maraqlı şəxs1 (mülkiyyət payı: torpaq sahəsi-1/4 hissə) və Cavabdeh3 (mülkiyyət payı: ev – tam, torpaq sahəsi-3/4 hissə) adlarına xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.
16. Alğı-satqı müqavilələrinə əsasən 2007-ci il buraxılışlı, **-VF-*** qeydiyyat nömrəli “Ford Transit” markalı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Cavabdeh4 satılmış, daha sonra sonuncu tərəfindən xx.xx.2021-ci il tarixində X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı Qanuni nümayəndə (yetkinlik yaşına çatmayan İddiaçı1 qanuni nümayəndəsi) cavabdehlərə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 7 və 9-cu bəndlərdə qeyd edilmiş etibarnamələrin,10-cu bənddə qeyd edilmiş ərizənin, birinci və ikinci şəhadətnamələrin, 14-cü bənddə qeyd edilmiş bağışlanma müqavilələrinin, 16-cı bənddə qeyd edilmiş alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına ikinci miras əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi, birinci miras əmlaka və həmin əmlakın yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyət üzrə miras qoyana məxsus hissəsinə dair Cavabdeh3 və Cavabdeh5 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, birgə nikah müddətində əldə edilmiş və miras qoyanın adına qeydiyyata alınaraq miras qalmış birinci miras əmlakın və yerləşdiyi torpaq sahəsinin birgə mülkiyyətdə olan torpaq sahəsindən miras qoyana məxsus hissəsinin, ikinci miras əmlakın, “VAZ 21011 markalı" və "Ford Transit" markalı nəqliyyat vasitələrinin 7/12 hissəsinə Qanuni nümayəndə 1/12 hissəsinə İddiaçı1 payının və miras qoyanın adına qeydiyyata alınaraq sonuncu tərəfindən miras qalmış “UAZ 469B” markalı nəqliyyat vasitəsinin 1/6 hissəsinə Qanuni nümayəndə, 1/6 hissəsinə İddiaçı1 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, miras qoyan onun əri olmuşdur. Onunla 2009-cu ildən faktiki ailə qursalar da, xx.xx.2014-cü il tarixində nikahları qeydiyyata alınmışdır. Mərhumun öldüyü anda vərəsələri: Qanuni nümayəndə (arvadı), Cavabdeh3 (qızı), Cavabdeh3 (oğlu), Maraqlı şəxs1 (qızı), Maraqlı şəxs2 (qızı), İddiaçı1 (oğlu) olmuşlar. İddiaçı xəstə olduğu müddətdə Cavabdeh3 tərəfindən ona qayğı göstərildiyindən, özünün və övladının ehtiyacları qarşılandığından, Cavabdeh3 təkidi ilə sonuncunun ona və övladına göstərdiyi qayğıya aldanmış, onun hər hansı bir pis niyyətinin olmayacağına inanmış, xx.xx.2020-ci il tarixində vərəsəlik işinin aparılaraq mirasın qəbul edilməsi üçün yaşadığı evin yaxınlığında yerləşən Abşeron rayonu 1 saylı Notariat ofisində 10 317 reyestr nömrəsi ilə etibarnamə vermişdir. O, Cavabdeh3 vərəsəlik işinin nəticəsi ilə maraqlandıqda sonuncu narahat olmamağı bütün məsələlərin qaydasında getdiyini bildirmiş, tezliklə vərəsəlik hüququ haqqında şəhadətnaməni ona verəcəyini bildirsə də, 2021-ci ilin avqust ayının sonlarından cavabdehin ona hər hansı bir sənəd təqdim etməməsi və ümumiyyətlə vərəsəlik işinin hansı notariat ofisində açılması ilə bağlı məlumat verməkdən yayınmasında ifadə olunan hərəkətlərindən şübhələnməyə başlamış və xx.xx.2021-ci il tarixində cavabdehə etibarnamə verdiyi notariat ofisinə müraciət edərək etibarnaməni ləğv etdirmişdir. xx.xx.2021-ci il tarixində vəkilə müraciət edərək vərəsəlik işi ilə bağlı sübutların toplanması üçün müqavilə bağlamışdır. Cavabdeh3 xx.xx.2021-ci il tarixində öz adından, eti barnamə əsasında Qanuni nümayəndə adından digər Cavabdeh4 isə etibarnamə əsasında Cavabdeh5 adından ərizələrlə notariat ofisinə müraciət edərək miras qoyandan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsələr də, həmin ərizələrlə digər vərəsələr olan Maraqlı şəxs2, İddiaçı1 və Maraqlı şəxs1 adlarını qeyd etməmişlər. Birgə nikah müddətində iddiaçı ilə miras qoyan birinci və ikinci miras əmlakı, “VAZ 21011 markalı və “Ford Transit" markalı nəqliyyat vasitələrini əldə etmişlər. Mülki və Ailə qanunvericiliyinin tələblərinə görə qeyd olunan əmlaklar birgə nikah müddətində əldə edildiyindən birgə mülkiyyət kimi iddiaçının həmin əmlaklarda 1/2 hissədə payı olmuş və həmin hissə miras kütləyə daxil olmamışdır. Bundan başqa miras qoyandan birgə nikah müddətində əldə edilməyən “UAZ 469B” markalı nəqliyyat vasitəsi qalmışdır. Qanunvericiliyin tələblərinə əsasən mərhumun ölümündən sonra onun 6 nəfər qanun üzrə birinci növbəli vərəsələri qaldığından miras qoyanın öləndən sonra adında olan və birgə nikah müddətində əldə edilən əmlaklardakı iddiaçının payı 7/12 hissədə olmaqla digər iddiaçı, yetkinlik yaşına çatmayan İddiaçı1 və digər vərəsələrinin hər birinin 1/12 hissədə payı, birgə nikah müddətində əldə edilməyən miras əmlaklara münasibətdə isə vərəsələrin hər birinin 1/6 hissədə payı müəyyən edilməli idi. Lakin Cavabdeh3 iddiaçı Qanuni nümayəndə tərəfindən verilmiş etibarnamədən sui-istifadə edərək vərəsələr sırasına daxil olmayan anası olan - digər Cavabdeh4 ilə iddiaçılar barədə pis niyyətə girməklə etibarnamə üzrə verilmiş səlahiyyətlərdən iddi açıların mənafeyinə zidd istifadə edərək guya Qanuni nümayəndə arvada düşən 1/2 hissədən imtina edərək miras payın vərəsələr arasında bərabər bölünməsinə dair ərizə verməklə birgə mülkiyyətdəki payından, sonradan isə Tovuz rayonunda yerləşən mənzildəki miras əmlakdakı payın bağışlanmasına dair müqavilə bağlamaqla, faktiki olaraq Qanuni nümayəndə miras əmlakdan məhrum etmişdir. Daha sonra Cavabdeh3 həm öz, həm də etibarnamə üzrə təmsil etdiyi şəxslərin adından miras əmlakdan vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müraciət edərkən vərəsələrdən miras qoyanla bir ünvanda qeydiyyatda olan qızları Maraqlı şəxs1, yetkinlik yaşına çatmayanlar Maraqlı şəxs2 və oğlu İddiaçı1 adlarını bəyan etməməklə həmin xüsusatı notariat ofisindən gizlətmişlər. Nəticədə həmin vərəsələr miras əmlakdan pay almaq hüququndan məhrum olmuşlar. Bundan başqa miras qoyan xx.xx.2020-ci il tarixində vəfat etməsinə baxmayaraq mərhumdan miras qalan “Ford Transit" markalı nəqliyyat vasitəsini Cavabdeh3 miras əmlak olaraq vərəsələr arasında bölünməməsi üçün saxta yollarla qeydiyyatdan çıxarmışdır. Belə ki, miras qoyanın ölümündən sonra həmin nəqliyyat vasitəsinə dair hər hansı bir əməliyyatın aparılması, qeyd olunan əməliyyatın etibarsızlığı üçün əsas olmuş və bu əməliyyat zamanı hansısa saxtakarlığa yol verildiyinə dəlalət etmişdir. Cavabdeh3 notariat ofisinin vasitəsilə həmin sənədlərin dublikatını alaraq bütün əməliyyatları başa çatdırmışdır. Eyni zamanda sonuncu nəqliyyat vasitəsi və 1977-ci il buraxılışlı ** BB *** qeydiyyat nömrəli “UAZ 469B” markalı nəqliyyat vasitəsi miras kütləyə daxil edilə rək nikah müddətində əldə edilən əmlak kimi həmin əmlaklar üzərində də həm iddiaçının birgə mülkiyyətdəki payı, həm də vərəsə olaraq miras əmlakda paya müəyyən edilməli olduğu halda, cavabdehlər həmin əmlakları miras əmlaklar siyahısına daxil etməmişlər.
19. Cavabdeh3 iddia tələbinə dair yazılı etiraz təqdim edərək ərizəsini belə əsaslandırmışdır ki, o, atasının vəfatından sonra iddiaçı ilə aralarında miras qoyandan qalmış miras əmlaklarla bağlı razılığa gəlmişlər. Aralarında belə qərara gəlmişlər ki, birinci miras əmlak, ikinci miras əmlak, “VAZ 21011” markalı və “Ford Transit” markalı nəqliyyat vasitələri onun mülkiyyətinə keçəcək, atasının adına olan Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, 22-ci məhəllə, "xxxx" MMC-nin şirkətinin inşa etdiyi blok 1, mənzil 51-də yerləşən, 5 5 kv.m olan 1 otaqlı mənzil (bundan sonra – 51 saylı mənzil) və Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evi isə iddiaçının mülkiyyətində qalacaqdır. Belə olan halda Qanuni nümayəndə ona miras əmlakın sənədləşdirilməsi ilə bağlı etibarnamə vermiş və atasından ona çatacaq miras paydan imtina edərək həmin payın onun adına sənədləşdirilməsinə etiraz etməmişdir. O, iddiaçının guya ki, aldadılaraq etibarnamənin verilməsi tələbini tam əsassız hesab etmişdir. Belə ki, əgər o aldanmışdırsa, onda niyə gedib vərəsəliyin qəbulu dövründə etibarnaməni ləğv etməmişdir. İddiaçı mirasın açıldığı vaxtdan 6 ay ərzində heç bir notariat ofisinə mirasın qəbulu ilə bağlı ərizə verməmiş və bununla mirasın qəbulu müddətini heç bir səbəb olmadan ötürmüşdür. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya birinci miras əmlak miras qoyanla birgə nikah dövründə tikilmişdir. Belə ki, həmin evin texniki pasportunda fərdi yaşayış evinin tikilmə tarixi 1981-ci il qeyd edilmişdir. İddiaçıların belə bir iddia tələbi qaldırmağa heç bir subyektiv hüquqları olmamışdır. Onun tərəfindən notariat ofisində miras qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir.
20. Şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Cavabdeh3 onun qardaşının oğludur. 2020-ci ilin dekabr ayının sonunda Nəcibə xanım Raminə zəng edərək, əmlakın bölgüsü ilə bağlı razılaşmaq üçün onu Xırdalan şəhərində yaşadığı yerə çağırmışdır. O da Raminlə birgə getmişdir. Nəcibə Xırdalanda yerləşən evin, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evinin özündə qalmasını, qalan əmlakların isə Raminə verilməsini təklif e tmiş və onlar razılığa gəlmişlər. “Ford Transit” markalı nəqliyyat vasitəsi Raminin özünün olmuş, lakin atasının adına almışdır. "VAZ 21011 markalı" nəqliyyat vasitəsi isə köhnə olduğundan, ondan yalnız rayonda olarkən istifadə edirmişlər. Südabəni və onun anasını tanımamışdır.
21. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)324/2022 nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia təmin olunmamışdır.
22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı etibarnaməni yalnız mirasın qəbulu üçün verdiyini qeyd edərək aldadıldığını iddia etsə də, istinad etdiyi halların təsdiqi barədə heç bir sübut təqdim etməmişdir. Qanuni nümayəndə müvafiq etibarnamə ilə R,Məmmədova miras qəbul etmək ilə yanaşı, ondan imtina etmək, qanunla icazə verilmiş b ütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq səlahiyyəti də vermişdir. Ərizə verilərkən və müqavilələr bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuşdur. Odur ki, iddiaçının tələb etdiyi etibarnamə və müqavilələrin etibarsızlıqlarına dair əsaslar mövcud olmamışdır.
23. İddia tələbinin şəhadətnamələrin etibarsızlığı ilə bağlı məhkəmə qeyd etmişdir ki, Qanuni nümayəndə İddiaçı1 qanuni nümayəndəsi kimi notariat kontoruna mirası qəbul etmə barədə ərizə verməmiş, miras əmlaka sahiblik etməmiş və əmlakı idarə etməyə faktiki başlamamışdır.
24. Məhkəmə 16-cı bənddə qeyd edilən müqavilələrin etibarsızlığı və "Ford Transit" markalı nəqliyyat vasitəsinin 7/12 hissəsinə Qanuni nü mayəndə 1/12 hissəsinə İddiaçı1 payının müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, miras qoyan xx.xx.2020-ci il tarixində vəfat etmiş və buna görə də onun tərəfindən xx.xx.2019-cu il tarixində Cavabdeh3 verilmiş etibarnamənin qüvvəsinə miras qoyanın ölməsi nəticəsində xitam verilmişdir. Beləliklə, Cavabdeh3 atasının ölümündən sonra onun adından hərəkət etmək səlahiyyəti olmamış və Cavabdeh3 qüvvəsini itirmiş etibarnamə əsasında hərəkət edərək xx.xx.2020-ci ildə miras qoyanın mülkiyyətində olan "Ford Transit" markalı nəqliyyat vasitəsi barədə alğı-satqı müqaviləsi bağlayaraq Cavabdeh4 satmışdır. Cavabdeh4 isə həmin nəqliyyat vasitəsini X2. M.Əhmədov vicdanlı alıcı hesab edilmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanması zamanı heç bir qanun pozuntusuna yol verməmişdir. Bundan əlavə mübahisəli nəqliyyat vasitəsinin alınması zamanı o bilmirdi və bilə bilməzdi ki, əvvəlki alğı-satqı prosesi qanunvericiliyə zidd formada aparılmış və satıcılar tərəfindən qeyri-qanuni hərəkətlə nəqliyyat vasitəsi özgəninkiləşdirilmişdir.
25. Məhkəmə iddia tələbinin “UAZ 469B” markalı nəqliyyat vasitəsinin 1/6 hissəsinə Qanuni nümayəndə, 1/6 hissəsinə İddiaçı1 payının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilə bilməz. Çünki iş materialları ilə təsdiq edilmişdir ki, nəqliyyat vasitəsi miras qoyanın ölümündən sonra heç kimin adına qeydiyyata alınmamışdır. Miras əmlak bölünərkən həmin nəqliyyat vasitəsi miras əmlaka daxil edilməmiş və nəqliyyat vasitəsinə dair heç bir vərəsənin hüququ tanınmamışdı r. Ona görə də qeyd edilən nəqliyyat vasitəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün iddiaçı notariat ofisinə müraciət etməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 337.1, 339.2, 339.3, 359.1, 362.1, 1133.1, 1243.2, 1244, 1246, 1271 və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
27. İddiaçılar qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
28. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin göstərilmişdir ki, məhkəmə xx.xx.2021-c i il tarixli alğı-satqı müqaviləsi üzrə alıcı olan Mehman Əhmədovu məhkəməyə dəvət edib izahatını almadan, onun hazırkı mübahisənin ona aid hissəsinə münasibətini və cavabdehlərlə nə kimi əlaqəsinin olmasını müəyyən etmədən, vicdanlı əldə edən hesab etmişdir. Mirasdan imtina ilə bağlı hər hansı hal mövcud deyildir. Onlar mirasın açıldığı gündən faktiki qəbul etmişlər. Bu hal həmçinin Cavabdeh3 özü tərəfindən də göstərilmişdir, belə ki, sonuncu qeyd etmişdir ki, guya aralarında olan şifahi razılığa görə Abşeron rayonu Xırdalan şəhərində olan mənzil iddiaçıda qalmaqla digər əmlaklar Raminin adına keçəcəkdir. Onlar Abşeron rayonunda olan mənzildə yaşayırlar.
29. Apellyasiya baxışı zamanı Maraqlı şəxs1, Maraqlı şəxs2 və M.Əhmədov mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
30. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli məktuba əsasən 51 saylı mənzilə dair müqavilə 7 sentyabr 2010-cu il tarixində miras qoyan tərəfindən alınmışdır. Mənzilin ümumi məbləğindən 2835 manat məbləğində borc qalmışdır.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5728/2022 nömrəli mülki iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Sadıqov sədrlik edən və məruzəçi, E.Həsənov və X.Mərdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin 7 və 9-cu bəndlərində qeyd edilmiş etibarnamələrin və "Ford Transit” markalı nəqliyyat vasitəsinin alğı-sa tqısına dair Cavabdeh4 ilə M.Əhmədov arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməsi, qalan hissədə iddia tələbinin qismən təmin edilməsi, 10-cu bənddə qeyd edilən ərizənin, 14-cü bənddə qeyd edilən müqavilələrin və şəhadətnamələrin etibarsız hesab olunması, həmin şəhadətnamələr əsasında ikinci miras əmlaka dair verilmiş çıxarışın (dövlət qeydiyyatı), birinci miras əmlaka dair verilmiş çıxarışın (dövlət qeydiyyatı) ləğv edilməsi, Qanuni nümayəndə, İddiaçı1, Cavabdeh3, Cavabdeh3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 miras qoyanın vərəsələri hesab edilməklə onların hər birinin miras əmlak – birinci miras əmlakın yerləşdiyi 0,1598 ha torpaq sahəsinin miras qoyanın payına və birinci miras əmlaka 1/6 hissədə paylarının; ikinci miras əmlaka 7 /12 hissədə Qanuni nümayəndə, 1/12 hissədə isə İddiaçı1, Cavabdeh3, Cavabdeh3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 payının müəyyən edilməsi, "Ford Transit" markalı nəqliyyat vasitəsinin Cavabdeh4 satılması ilə bağlı xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin dəyərinin 16000 manat müəyyən edilməklə həmin məbləğ üzərində 7/12 hissədə Qanuni nümayəndə, 1/12 hissədə isə İddiaçı1, Cavabdeh3, Cavabdeh3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 payının müəyyən edilməsi, paylarına uyğun məbləğdə pulun Cavabdeh3 onların xeyrinə tutulması, “VAZ 21011 minik” markalı nəqliyyat vasitəsinə 7/12 hissədə Qanuni nümayəndə, 1/12 hissədə isə İddiaçı1, Cavabdeh3, Cavabdeh3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 payının müəyyən edilməsi, “UAZ 469B” markalı nəqliyyat vasitəsinə vərəsələri n hər birinin 1/6 hissədə payının müəyyən edilməsi, 51 saylı mənzilə vərəsələrin hər birinin 1/6 hissədə payının müəyyən edilməsi, həmin mənzilin dəyərindən ödənilməmiş qalan 2835 manat borc məbləğinin miras passivi olmaqla həmin vərəsələr arasında paylarına uyğun olaraq 1/6 hissədə bölünməsi qət edilmişdir.
32. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı öz razılığı ilə iradə ifadəsinə əsaslanaraq Cavabdeh3 etibarnamə vermiş, yəni həmin etibarnamə ilə müəyyən işlərin görülməsini tapşırmışdır. Etibarnamənin hansı niyyətlə verilməsindən asılı olmayaraq könüllü şəkildə qanunvericiliyin tələblərinə uyğun etibarnamə verilmiş, sonra da həmin etibarnamə ləğv edilmişdir. Hazırda həmin etibarnaməyə xitam verilmişdir. Etibarsızlıq üçün əsaslar müəyyən edilməmişdir. Kolleg iya qeyd etmişdir ki, etibarnamə qanuni əsaslarla verildiyindən onun özü yox, etibarnamə əsasında aparılmış qanunsuz hərəkətlər etibarsız hesab oluna bilərdi.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh3 iddiaçının ona verdiyi səlahiyyətləri anası Cavabdeh4 ötürməklə faktiki olaraq özünun xeyrinə hərəkət etmişdir, halbuki təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Belə əqd etibarsızdır. Bundan başqa həyata keçirilmiş hərəkətlər nəticəsində digər vərəsələrin (İddiaçı1, Maraqlı şəxs2 və Maraqlı şəxs1) hüquqları pozulmuşdur. Notariat ofisi tərəfindən müvafiq notariat hərəkətləri aparılarkən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, digər vərəsələrin olub-olmaması müəyyənləşdirilməli idi. Belə olan halda məlum olmuşdur ki, digər vərəsə lərin hüquqları pozulmuşdur.
34. Kollegiya onu da qeyd etmişdir ki, Gədəbəy rayonunda yerləşən torpaqda miras qoyanla bərabər Maraqlı şəxs1 da birgə mülkiyyətçi olmuşdur. Ona görə də şəhadətnamə verilərkən notariusda L.Vəliyəva barədə məlumatın olmaması inandırıcı olmamışdır. Vərəsələrin dairəsini yoxlamaq notariusun vəzifəsi olduğu halda notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri vərəsələrin dairəsini yoxlamadan vermişdir. Kollegiya hesab etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir, buna görə də etibarsız hesab edilməlidir. Şəhadətnamələr etibarsız sayıldığından, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında aparılmış sonrakı notariat hərəkətləri etibarsız hesab olunmalı, Cavabdeh3 adına aparılmış dövlət qeydiyyatları isə ləğv edilməlidir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Şəmkir Ərazi İdarəsi tərəfindən ünvanlanmış cavab məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində torpaq sahəsi aqrar islahat zamanı mərhuma verilmiş, fərdi yaşayış evi isə 1981-ci il tarixində inşa edilmişdir. Torpaq sahəsi miras qoyan, Cavabdeh3, Cavabdeh3 və L.Məmmədovanın ümumi birgə mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi və ev mərhumun adına 2017-ci ildə qeydiyyata alınmışdır. Düzdür ilkin sənədlərdə yaşayış evinin ümumi sahəsi 32 kv.m olduğu halda, 2017-ci ildə miras qoyanın adına qeydə alınarkən ümumi sahə 173,9 kv.m göstərilmişdir. Ancaq bu onu deməyə əsas verməmişdir ki, həmin evin artırılması məhz iddiaçı ilə miras qoyanın birgə n ikah dövründə və birgə vəsait hesabına baş vermişdir. İddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda Gədəbəy rayonunda yerləşən torpaq sahəsi və evin mərhum ilə Qanuni nümayəndə birgə nikah dövründə birgə vəsait hesabına əldə edilmədiyi, ondan xeyli müddət əvvəl əldə edildiyi aşkar olmuşdur. 2017-ci ildə isə həmin əmlakların dövlət reyestrində ilkin hüquqi qeydiyyatı baş vermişdir. Ona görə də həmin miras əmlak üzərində vərəsələrin hər birinin 1/6 hissədə payı müəyyən edilməlidir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Tovuz Ərazi İdarəsi tərəfindən ünvanlanmış cavab məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ikinci miras əmlak xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında əldə olunmuşdur. Həmin mənzil iddiaçı ilə mərhumun bi rgə nikah dövründə əvəzli əqd əsasında əldə edilmişdir. Ona görə də həmin əmlak üzərində 7/12 hissədə Qanuni nümayəndə, 1/12 hissədə isə digər vərəsələrin payı müəyyən edilməlidir.
37. Məhkəmə kollegiyası “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə bağlı 16-cı bəndə istinadla qeyd etmişdir ki, nəqliyyat vasitəsi 16000 manata M.Əhmədova satılmışdır.
38. Kollegiya qeyd etmişdir ki, avtomobilin Cavabdeh3 tərəfindən atasının ona verdiyi etibarnamə əsasında anası Cavabdeh4 satılması barədə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız əqd olmuşdur. Belə ki, miras qoyan xx.xx.2020-ci il tarixində ölmüş, belə olan halda sonuncu tərəfindən oğlu Cavabdeh3 verilmiş etibarnaməyə xitam verilmiş və Cavabdeh3 avtomobili özgəninkiləşdirmək səlahiyyəti olmamışdır. Alğı-satqı müqaviləsi formal olaraq yalnız görünüş yaratmaq məqsədini güdmüşdür. Cavabdeh3 atasının ölməsinə baxmayaraq səlahiyyəti olmadığı halda mərhum atasının adından çıxış edərək avtomobili öz anasına formal olaraq satmış, onun niyyəti həmin avtomobilin vərəsələr arasında mümkün bölgüsündən yayındırmaq olmuşdur.
39. Məhkəmə kollegiyası həmin avtomobilin xx.xx.2021-ci il tarixli müqavilə əsasında M.Əhmədova satılması ilə bağlı qeyd etmişdir ki, M.Əhmədov avtomobili əldə edərkən həmin avtomobilə başqa şəxslərin iddiasının olmasından məlumatlı olmadığından göstərilən hallar müəyyən edilərək vicdanlı əldə edən hesab edilmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin də etibarsız hesab olunması barədə tələb təmin oluna bilməz.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, avtomobilin Cavabdeh4 satı lması barədə alğı-satqı müqaviləsi etibarsız olduğu üçün həmin müqavilədə göstərilən avtomobilin dəyəri olaraq 10000 manatın alıcı tərəfindən satıcıya verilməsi real olmamışdır, ona görə də avtomobilin real dəyəri M.Əhmədova satılması barədə alğısatqı müqaviləsində göstərilən 16000 manat qəbul edilməklə həmin məbləğ vərəsələr arasında paylarına uyğun olaraq bölünməlidir. Həmçinin həmin avtomobil 2019-cu il tarixində qeydiyyata alınmaqla Qanuni nümayəndə ilə miras qoyan birgə nikah dövründə əldə edildiyi üçün payların müəyyən edilməsində bu nəzərə alınmalıdır.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “VAZ 21011" markalı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixində miras qoyanın adına qeydiyyata alınmış, həmin avtomobil xx.xx.2021-ci il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə əsası nda qeydiyyatdan çıxarılmışdır. Şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyi üçün etibarsız hesab edilmişdir. Həmin avtomobil də iddiaçı Qanuni nümayəndə ilə miras qoyanın birgə nikah dövründə əldə edilmişdir.
42. Məhkəmə kollegiyası "UAZ 469B" markalı nəqliyyat vasitəsi ilə bağlı qeyd etmişdir ki, həmin nəqliyyat vasitəsi vərəsəliyin predmeti olmamışdır. Lakin bu o demək deyildir ki, həmin avtomobil hazırkı iş üzrə vərəsələr arasında bölünməməlidir. Həmin avtomobil xx.xx.2001-ci il tarixində miras qoyanın adına qeydiyyata alınmışdır. Odur ki, həmin avtomobil üzərində vərəsələrin hər birinin 1/6 hissədə payı müəyyən edilməlidir.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 51 saylı mənzil miras aktivi olduğu kimi mənzilin dəyərindən ödənilməmiş qalan 2835 manat borc məbləği d ə miras passivini təşkil etmişdir. Mənzil 2010-cu il tarixində əldə edildiyi üçün həmin mənzil üzərində də vərəsələrin hər birinin 1/6 hissədə payı müəyyən edilməlidir. Eyni zamanda 2835 manat borc məbləği miras passiv olmaqla 1/6 hissədə bölünməlidir.
44. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324, 337, 340.1, 359.3, 362.1, 364, 365.1.7, 1133, 1145, 1151, 1159.1.1, 1243, 1244, 1246, 1257, 1269, 1318, 1322-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c)Kassasiya instansiya məhkəməsindəki birinci icraat
45. Cavabdeh3 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
46. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1348/2023 nömrəli mülki iş üzrə 4 aprel 2023-cü il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - “Qanuni nümayəndə, İddiaçı1, Cavabdeh3, Cavabdeh3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 miras qoyanın vərəsələri hesab edilməklə onların hər birinin miras əmlak – birinci miras əmlakın yerləşdiyi 0,1598 ha torpaq sahəsinin miras qoyanın payına və birinci miras əmlaka 1/6 hissədə paylarının, ikinci miras əmlaka 7/12 hissədə Qanuni nümayəndə, 1/12 hissədə isə İddiaçı1, Cavabdeh3, Cavabdeh3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 payının müəyyən edilməsi, "Ford Transit" markalı nəqliyyat vasitəsinin Cavabdeh4 satılması ilə bağlı xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin dəyərinin 16000 manat müəyyən edilməklə həmin məbləğ üzərind ə 7/12 hissədə Qanuni nümayəndə, 1/12 hissədə isə İddiaçı1, Cavabdeh3, Cavabdeh3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 payının müəyyən edilməsi, paylarına uyğun məbləğdə pulun Cavabdeh3 onların xeyrinə tutulması, “VAZ 21011 minik” markalı nəqliyyat vasitəsinə 7/12 hissədə Qanuni nümayəndə, 1/12 hissədə isə İddiaçı1, Cavabdeh3, Cavabdeh3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 payının müəyyən edilməsi, “UAZ 469B” markalı nəqliyyat vasitəsinə vərəsələrin hər birinin 1/6 hissədə payının müəyyən edilməsi, 51 saylı mənzilə vərəsələrin hər birinin 1/6 hissədə payının müəyyən edilməsi, həmin mənzilin dəyərindən ödənilməmiş qalan 2835 manat borc məbləğinin miras passivi olmaqla həmin vərəsələr arasında paylarına uyğun olaraq 1/6 hissədə bölünməsi” hissələrində ləğv olunması, həmin hissələrdə (51 saylı mənzilə d air olan hissə istisna olmaqla) yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması, qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər: V.Həsənov - sədrlik edən və məruzəçi, Ə.Əhmədov və İ.Şəfiyev)
47. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin araşdırılmış halları baxımından aydın olmuşdur ki, vərəsələrdən Cavabdeh3 və Cavabdeh3 mirası rəsmi olaraq digər vərəsə Qanuni nümayəndə faktiki olaraq qəbul etdiklərini göstərmişdir, digər vərəsələr isə mirasın rəsmi və ya faktiki qəbul edilməsi ilə bağlı hər hansı münasibət bildirməmiş, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi isə bununla bağlı hər hansı araşdırma aparmadan vərəsələrin hər birinin miras əmlakda pay sahibi olmasını müəyyən etmiş dir. Məhkəmənin bu nəticəyə hansı sübutlar əsasında gəlməsi qeyri-müəyyəndir. Bu halda isə kassasiya şikayətində haqlı olaraq göstərilmişdir ki, “Apellyasiya şikayətini yalnız iddiaçı Qanuni nümayəndə vermişdir. İşdə qanuni qüvvəyə minmiş məhkəmə qərardadları olduğu halda 3-cü şəxslər işə daxil olmadıqları halda, iddia tələbləri icraata daxil edilmədiyi, vərəsəliyin qəbulu müddətini ötürdükləri halda hakim qanunsuz olaraq qanunları pozaraq qanuni qüvvədə olan məhkəmə qərardadlarının əleyhinə olaraq 3-cü şəxsləri işə cəlb edərək miras əmlakdan onlara da pay hüququ tanımışdır. Məhkəmənin pay verdiyi şəxslərdən iddiaçı və 3-cü şəxslərin heç biri qanunla nəzərdə tutulmuş qaydada 6 ay müddətində mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etməmişlər”.
48. Məhkəmə kollegiyas ı qeyd etmişdir ki, məhkəmə sorğusuna cavab məktubundan müəyyən edilmişdir ki, miras qoyanın adına olan müqavilə ilə aldığı 51 saylı mənzil mövcud olmuş, mənzil miras aktivi olduğu kimi mənzilin dəyərindən ödənilməmiş qalan 2835 manat borc məbləği də miras passivini təşkil etmişdir. Mənzil 2010-cu il tarixində əldə edildiyi üçün həmin mənzil üzərində də vərəsələrin hər birinin 1/6 hissədə payı müəyyən edilməlidir. Eyni zamanda 2835 manat borc məbləği miras passiv olmaqla 1/6 hissədə bölünməlidir. İddiaçının bu əmlakla bağlı tələbi olmamış və həmin əmlaka münasibətdə payların müəyyən edilməsi xahiş edilməmiş və birinci instansiya məhkəməsi həmin əmlakla bağlı hər hansı araşdırma aparmamış və nəticəsi olmamışdır.
49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddia tələbi il ə əhatə olunmayan əmlaka münasibətdə (51 saylı mənzil) qətnamə çıxarmışdır ki, bu verilmiş tələbdən kənara çıxma və MPM-in 218.3-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir.
50. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 324, 337.1, 337.3-5, 340.1, 359.3, 362.1, 364.1, 364.2, 365.1.7, 1133.1, 1133.2, 1145, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1244, 1246, 1257, 1269, 1318, 1322, MPM-in 14.2, 77.1. 88, 217.2, 407.2, 416.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
51. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-247/2024 nömrəli mülki iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan h issədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, Qanuni nümayəndə, İddiaçı1, Cavabdeh3, Cavabdeh3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 miras qoyanın vərəsələri hesab edilməklə onların hər birinin miras əmlak – birinci miras əmlakın yerləşdiyi 0,1598 ha torpaq sahəsinin miras qoyanın payına və birinci miras əmlaka 1/6 hissədə payları; ikinci miras əmlaka 7/12 hissədə Qanuni nümayəndə, 1/12 hissədə isə İddiaçı1, Cavabdeh3, Cavabdeh3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 payının müəyyən edilməsi, "Ford Transit" markalı nəqliyyat vasitəsinin Cavabdeh4 satılması ilə bağlı xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin dəyəri 16.000 manat müəyyən edilməklə həmin məbləğ üzərində 7/12 hissədə Qanuni nüm ayəndə, 1/12 hissədə isə İddiaçı1, Cavabdeh3, Cavabdeh3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 payının müəyyən edilməsi, paylarına uyğun məbləğdə pulun Cavabdeh3 onların xeyrinə tutulması, “VAZ 21011 minik” markalı nəqliyyat vasitəsinə 7/12 hissədə Qanuni nümayəndə, 1/12 hissədə isə İddiaçı1, Cavabdeh3, Cavabdeh3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 payının müəyyən edilməsi, “UAZ 469B” markalı nəqliyyat vasitəsinə vərəsələrin hər birinin 1/6 hissədə payının müəyyən edilməsi qət edilmişdir. (hakimlər: M.Rüstəmli - sədrlik edən və məruzəçi, A.İsgəndərov və F.Qasımov)
52. Kollegiya birinci miras əmlakla münasibətini 35-ci bəndə uyğun əsaslandırmış və hesab etmişdir ki, iddiaçının bu əmlakla bağlı iddiası tələbi qismən təmin edilməli, həmin miras əmlak üzərində vərəsələrin hər birinin 1/6 hissədə payı müə yyən edilməlidir.
53. Məhkəmə kollegiyası ikinci miras əmlaka, “Ford Transit” və "UAZ 469B" markalı nəqliyyat vasitələrinə dair qənaətini əvvəlki apellyasiya instansiyası məhkəməsinin qənaətinə uyğun əsaslandırmışdır.
54. Məhkəmə kollegiyası əlavə olaraq bildirmişdir ki, BDYPİ-nin kompüter çıxarışında göstərilmişdir ki, xx.xx.2014-cü il tarixində miras qoyanın adına qeydiyyata alınmış “VAZ 21011" markalı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydiyyatdan çıxarılmışdır. Əvvəlki apellyasiya qətnaməsi ilə həmin şəhadətnamə etibarsız hesab edilmiş, qətnamə həmin hissədə qanuni qüvvəsini almışdır. Həmin nəqliyyat vasitəsi də iddiaçı ilə miras qoyanın birgə nikah dövründə əldə edildiyindən onun üzərində 7/12 hissədə iddiaçının, 1/12 hissəd ə isə digər vərəsələrin payı müəyyən edilməlidir.
55. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 225.1, 225.2, 324, 337.1, 337.3, 337.4, 337.5, 340.1, 359.3, 362.1, 364.1, 364.2, 365.1.7, 1133.1, 1133.2, 1145, 1151. 1159.1.1, 1162, 1243.1, 1243.2, 1243.3, 1244, 1257, 1269, 1301.1, 1301.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına, MPM-in 14.2. 77.1, 88, 217.1, 217.3, 218.3, 384.0.2, 385.2, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
56. Cavabdeh (Vəkil2) ka ssasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
57. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız iddiaçının sübutlarını araşdıraraq onlardan istifadə etmişdir. Cavabdehin təqdim etdiyi sübut və arqumentlərə istinad etməmişdir. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Lakin hazırkı işdə aydındır ki, məhkəmə prinsipləri pozmuşdur. İddiaçı məhkəməyə təqdim etdiyi əsassız ittihamlarını sübut etməsə də məhkəmədə cavabdehə qarşı düzgün olmayan fikir formalaşdırmışdır. Bu səbəbdən də iddianı təmin edən məhkəmə bu qərarını kifayət qədər əsaslandıra bilməmişdir.
58. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 29 (hissə V), Mülki Məcəlləsinin 337.1, 337.3-5, 340.1, 359.3, 362.1, 364.1, 364.2, 365.1.7, 1133.1, 1145, 1151, 1159.1.1, 1162, 1243.1, 1243.2, 1243.3, 1244, 1257, 1269, 1301.1, 1301.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına, MPM-in 9.1, 9.2, 9.3, 14.2, 77.1, 88, 106.1, 165, 217.1, 217.4, 218.3, 220.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kassas iya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
60. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
61. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
62. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (i kitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
63. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
64. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
65. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
66. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
67. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
68. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
69. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
70. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
71. Maddə 365.1.7. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir.
72. Maddə 1133.1. Ölmüş şəxsin (mir as qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
73. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
74. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
75. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
76. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər ), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar.
77. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
78. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
79. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna (hazırda notariat ofisinə) mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
80. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
81. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.
82. Maddə 1257. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
83. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
84. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdiril miş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.
85. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
86. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
87. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
89. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
90. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
91. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
92. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
93. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
95. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
96. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan a pellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
97. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
98. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-247/2024 nömrəli mülki iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.