Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2373/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Rahim oğlunun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli, 2(103)9366/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə b axaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim A.Məmmədov) 11.05.2018-ci il tarixli, 2(004)-3077/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar ünvan 1 saylı yaşayış binasının mülkiyyətçilərinin Cavabdeh qarşı “kommunal xidmətlərə görə haqq” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ***************** küçəsindəki **** saylı çoxmənzilli yaşayış binasının ümumi əmlakının saxlanmasına çəkilən xərclərə görə 2017-ci ilin yanvar ayından 2017-ci ilin noyabr ayınadək yaranmış 1870 (min səkkiz yüz yetmiş) manat məbləğində borcun tutularaq ünvan1 saylı yaşayış binasının mülkiyyətçilərinin ümumi yığıncağına (Mülkiyyətçilərin özünüidarə orqanına) ödənilməsi, 2017-ci ilin dekabr ayından başlayaraq C.Məmmədquluzadə küçəsindəki 3 saylı çoxmənzilli yaşayış binasının ü mumi əmlakının saxlanmasına çəkilən xərclərdə Cavabdeh Rahim oğlunun üzərinə hər ay 170 (yüz yetmiş) manat ödənilməsi öhdəliyinin qoyulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Rahim oğlunun cavabdehlər ünvan 1 saylı yaşayış binasının mülkiyyətçilərinə qarşı “qərarların etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova, V.Həsənov) 10.10.2018-ci il tarixli, 2(103)-9366/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinin rədd edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli qətnamə sindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar ünvan1 saylı yaşayış binasının mülkiyyətçiləri Cavabdeh qarşı “kommunal xidmətlərə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 27.02.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ********* küçəsindəki 3 saylı çoxmənzilli yaşayış binasının ümumi əmlakının saxlanmasına çəkilən xərclərə görə 2017-ci ilin yanvar ayından 2017-ci ilin noyabr ayınadək yaranmış 1870 manat məbləğində borcun tutulması, 2017-ci ilin dekabr ayından başlayaraq *********** küçəsindəki 3 saylı çoxmənzilli yaşayış binasının ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə cavabdehin həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq hər ay 250 (iki yüz əlli) manat ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ünvan1 saylı yaşayış binasının mülkiyyətçilərinə qarşı “qərarların” etibarsızlığına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının 25.01.2017-ci və 26.01.2018-ci il tarixli (protokolların) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının 25.01.2017-ci və 26.01.2018-ci il tarixli qərarları qanunla müəyyən edilmiş qaydada keçi rilməmiş, əyani yığıncaq olmamışdır. Ona görə həmin qərarlar etibarsız sayılmalıdır. Mübahisələndirilən qərarlar – protokollar (onların surətləri) yalnız E1 və N1 tərəfindən imzalanmışdır. Həmin protokollarda nə 25.01.2017-ci il tarixli qiyabi səsvermədə guya iştirak edən 28 sahə mülkiyyətçisinin, nə də 29.01.2018-ci il tarixdə keçirilən ümumi yığıncağda guya iştirak edən 16 payın mülkiyyətçisinin nə adları, nə imzaları var. Protokollarda sadəcə həmin saylarda iştirakçısının olduğu qeyd edilir. Apellyasiya baxışı zamanı vəsatət verilsə də, 28 nəfər mülkiyyətçi arasından kimsə məhkəmə iclasında iştirak edib əyani iclasın keçirilməsini təsdiq etməmişdir. Digər tərəfdən N1 özü iddiaçı kimi qeyd edilən mülkiyyətçilərdən biridir. Yəni o, şahid kimi dindirilə bilməzdi. Onun ifadəsinə tənqidi yan aşılmalı idi. Eyni zamanda, cavabdehə qarşı iddia qaldırmaq və E1 bununla bağlı səlahiyyət verməklə Mülki və Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada, bütün mülkiyyətçilərin və ya onların əksəriyyətinin olduğu hər hansı bir yığıncağın keçirilmədiyinə, mülkiyyətçilər tərəfindən belə bir qərar qəbul edilmədiyinə və mülkiyyətçilərin hər biri tərəfindən imzalanaraq və lazımi qaydada rəsmiləşdirilərək E1 etibarnamə verilmədiyinə görə E1 hazırki iş üzrə mülkiyyətçilərin nümayəndəsi olmaq, sənədləri bütün mülkiyyətçilərin adından imzalamaq və iddia qaldırmaq hüququ və səlahiyyəti yoxdur. İlk iddia tələbinin əsassızlığına gəldikdə, yüklülüklərin ödənilməsi üçün guya qərarlarla müəyyən edilmiş hər ay 170 manatın hansı meyarla, hesablamalarla müəyyən edilməsi, bu məbləğə hansı xərclərin və xidmə tlərin daxil edilməsi barədə heç bir məlumat verilməmişdir. Cavabdeh hər hansı xidmətin göstərilməsi ilə bağlı müqavilə bağlamamış, hər hansı şərtləri razılaşdırmamış, xidmətin nədən ibarət olması, kim tərəfindən hansı şərtlərlə göstərilməsi barədə cavabdehə məlumat verilməmişdir. Məhkəmələr isə bu hala qiymət verməmişlər. Eyni zamanda, pul vəsaitlərinin məhz E1 tərəfindən toplanması, ödənişin ona edilməsi tələbi qanunsuz və əsassızdır. Belə ki, o, cavabdeh ilə hər hansı bir müqavilənin tərəfi deyildir. Məhkəmələr bu faktı da nəzərə almamış, iddiaçıların mənafeyini əsas götürmüşlər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, birinci instansiya məhkəməsinin iş üzrə nəticələrini formal olaraq təkrar etmiş, şikayətdə qeyd olunan proses sual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli, 2(103)-9366/2018 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər ünvan 1 saylı yaşayış binasının mülkiyyətçiləri, onların nümayəndəsi E1, vəkili X3 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublika sı MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Rahim oğlunun vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, mübahisə çoxmənzilli yaşayış binası üçün ümumi olan xərclərin ödənilməsi barədədir. Həmin bina ünvan1 ünvanında yerləşir. Bi nada 28 mənzil var. Bina sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə olunur. Binanın sahə mülkiyyətçiləri tərəfindən 2 – 25.01.2017-ci il və 26.01.2018-ci il tarixlərdə ümumi yığıncaq keçirilmiş, 1-ci yığıncaq qiyabi səsvermə formasında keçirilmiş və qərara alınmışdır ki, birgə idarəetmə xərcləri hər sahə mülkiyyətçisi üçün aylıq 170 manat müəyyən edilsin. 2-ci yığıncaq adi səsvermə formasında keçirilmiş və qərara alınmışdır ki, xərclərdə iştirak etməkdən boyun qaçıran cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilsin, bu məslədə sahə mülkiyyətçilərinin adından E1 çıxış etsin. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, 25.01.2017-ci il və 26.01.2018-ci il tarixlərdə ümumi yığıncaq keçirilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci dəlil üzrə qeyd etmi şdir ki, 25.01.2017-ci il tarixində ümumi yığıncaq Mənzil Məcəlləsinin 46-cı maddəsinin göstərişinə uyğun olaraq qiyabi səsvermə formasında keçirilmiş, bunu təsdiq edən sənədlər (yığıncağın protokolu, sahə mülkiyyətçiləri tərəfindən imzalanmış sənədlər və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və həmin sənədlər iş materiallarına əlavə edilmişdir. Cavabdeh bunun əksini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin cavabdeh bu qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, Mənzil Məcəlləsinin 45.6-cı maddəsinə əsasən şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul etdiyi barədə bildiyi və bilməli olduğu gündən 6 ay müddətində verilə bilər. Cavabdeh 2017-ci ilin yanvar ayından xərclərin ödənilməsində iştirak etməmişdir. Buna sə bəb o, olmuşdur ki, o, həmin qərarla razılaşmamışdır. Yəni cavabdeh 2017-ci ilin yanvar ayında qərar qəbul edilməsini bilmişdir. Qarşılıqlı iddia ərizəsini isə bu tarixdən 1 il 3 ay sonra vermişdir. Apellyasiya instansiya məhkəməsi ikinci dəlil üzrə qeyd etmişdir ki, 26.01.2018-ci il tarixində ümumi yığıncaq Mənzil Məcəlləsinin 44-cü maddəsinin göstərişinə uyğun olaraq adi qaydada keçirilmiş, bunu təsdiq edən (protokol) iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, habelə iddiaçının vəsatəti əsasında bunu təsdiq edən şahid (X1) apelyasiya icraatı zamanı dindirilmişdir. Protokolda qeyd olunmuşdur ki, yığıncaq olmuş və 16 sahə mülkiyyətçisi yığıncaqda iştirak etmişdir. Şahid də ifadəsində bunu təsdiq etmişdir. İddiaçının nümayəndəsi və şahid məhkəməyə həmin 16 nəfər şəxsin adını bildirmişdir. Cavabdeh bunun əksini təsdiq edən sübut təqdim etməmişdir. Halbuki, məhkəmə cavabdehin nümayəndəsinə təklif etmişdir ki, yığıncağın olmadığını təsdiq edə bilən hər hansı şəxs (bina sakini) varsa onun şahid qismində dindirilməsi barədə vəsatət versin, habelə bu məsələnin araşdırılması üçün cavabdeh özü şəxsən məhkəmə iclasında iştirak etsin. Lakin belə bir vəsatət verilməmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı şikayətinin əsası olaraq sahə mülkiyətçilərinin yığıncağının keçirilmədiyinə, buna görə də iddiaçıların nümayəndəsinə qanuni əsasla etibarnamə verilmədiyinə, onun məhkəmədə iştirak etməyə səlahiyyəti olmadığına istinad etsə də, apelyasiya baxı şı zamanı iş materiallarına əlavə edilmiş sübutlarla yığıncağın qanuni əsaslarla keçirilməsi və qəbul edilmiş qərarların qanuni qəbul edilməsi öz təsdiqini tapmışdır. Bu hal qətnamənin ləğvi üçün əsas deyildir. Həmçinin kassasiya şikayətinin digər bir dəlili kimi göstərilmiş “yüklülüklərin ödənilməsi üçün guya qərarlarla müəyyən edilmiş hər ay 170 manatın hansı meyarla, hesablamalarla müəyyən edilməsi, bu məbləğə hansı xərclərin və xidmətlərin daxil edilməsi barədə cavabdehə heç bir məlumat verilməmişdir. Cavabdeh hər hansı xidmətin göstərilməsi ilə bağlı müqavilə bağlamamış, hər hansı şərtləri razılaşdırmamış, xidmətin nədən ibarət olması, kim tərəfindən hansı şərtlərlə göstərilməsi barədə cavabdehə məlumat verilməmişdir” dəlili ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, iş materiallar ına əlavə edilmiş cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, həmin məktubla yaşayış sahəsinin ümumi əmlakının saxlanması xərclərinin hesablanma qaydası barədə cavabdehə məlumat verilmişdir. Hər hansı xidmətin göstərilməsi ilə bağlı cavabdehlə hər hansı müqavilənin bağlanmasına, onunla hər hansı şərtin razılaşdırılmasına zərurət yoxdur. Çünki Mülki Məcəllənin 236.2-ci maddəsinə əsasən, belə xərcləri müəyyən etmək binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətinə aiddir. Bu hal qətnamənin ləğvi üçün əsas deyildir. Pul vəsaitlərinin məhz E1 tərəfindən toplanması, ödənişin ona edilməsi barədə dəlil ilə bağlı isə kassasiya kollegiyası qeyd edir ki, iş materiallarına əsasən yaşayış sahəsinin ümumi əmlakının saxlanması xərcləri ümumi yığıncağın qəbul etd iyi qərar əsasında yığılır. Həmin vəsaitin E1 tərəfindən toplanması, ödənişin ona edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu hal da qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, lazımi qaydada əsaslandırmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 235.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya b ilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli, 2(103)-9366/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2373/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2373/2019
15.04.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver