Məhkəmə qərarları › İş №2(102)-2373/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2373/2020

30.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2373/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X12 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(027)1813/2019, hakim İ.A.Məmmədov) İddiaçı X1 qarşı iddiası qismən təmin edilmiş, cavabdehin xx.xx.2016-cı il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixd ə doğulmuş Ayanın atası olması faktının müəyyən edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü Ayana yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X2, ana qrafasında İddiaçı və soyadlarının Hacıbalayev və Hacıbalayeva kimi qeyd edilmələri, cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 160 manat olmaqla, hər ay cəmi 320 manat sabit pul məbləğində alimentin xx.xx.2019-cu il tarixdən başlayaraq tutulub iddiaçıya verilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Sumaqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-4150/2019, hakimlər S.A.Qafari, L.M.Məmmədova və F.Ə.Məmmədov) Cav abdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə İddiaçı X1 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2016-cı il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş doğum haqqında şəhadətnaməsi olmayan Ayanın atası olması faktının müəyyən edilməsi, onların yetkinlik yaşına çatandək saxlanmaları üçün cavabdehdən sabut pul məbləğində alimentin tutulması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayə tinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci m addəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdehə qarşı onların faktiki nikah münasibətlərindən doğulmuş uşaqların atası olması faktının müəyyən edilməsi və uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında cavabdehin adının qeyd edilməsi, o cümlədən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər uşağa 260 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə tələb irəli sürmüşdür. Cavabdeh birinci instansiya məhkəməsinə verdiyi izahatda iddianı qismən, uşaqların atası olması faktının müəyyən edilməsi hissəsində qəbul etdiyini, lakin xəstəliyi ilə əlaqədar aliment ödəməyə maddi imkanı çatmadığını, eyni zamanda uşaqları anası və bacısının köməyi ilə özü nün saxlamağa hazır olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarını nəzərə alaraq, cavabdehin uşaqların atası olması faktının müəyyən edilməsi, onlara doğum haqqında şəhadətnamə verilərkən müvafiq qeydlərin edilməsi və cavabdehdən uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 160 manat olmaqla, hər ay cəmi 320 manat sabit pul məbləğində tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətində də atalığın müəyyən edilməsi hissəsində iddiaya qarşı hər hansı etiraz irəli sürməməklə və mübahisələndirməməklə, uşaqların onların faktiki nikah münasibətlərindən doğulması faktını qeyd etmişdir. Apellyasiya məhkəməsi cavabdehin iddianı atalığın müəyyən edilməsi hissəsində etirafını və h əmin faktı apellyasiya şikayətində bir daha təsdiq etdiyini nəzərə alaraq hesab etmişdir ki, iddianın həmin hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bununla bərabər, uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasının əsaslarını müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması müm kün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci bəndinə əsasən 2019-cu il üçü n yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunv ericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar