Məhkəmə qərarları › İş №2(102)-2377/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2377/2023

13.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2377/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 51 saylı Notariat Ofisinə (50 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 51 saylı Notariat Ofisi və Cavabdeh4 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-815/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzillə (bundan sonra – mübahisəli mənzil və ya mənzil) bağlıdır.

2. Mənzil İddiaçı, ondan əvvəl isə Anna Qavrilkeviçə məxsus olub. Anna Qavrilkeviç mənzili İddiaçı vəsiyyət edib və 2018-ci ilin iyul ayında vəfat edib. İddiaçı mülkiyyə tçi olduqdan sonra 2 müqavilə bağlanıb.

3. Birinci müqavilə xx.xx.2020-ci ildə satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanıb. Həmin müqaviləyə görə mənzil 39.000 manata alğı-satqı edilib. Müqaviləni satıcının adından onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 bağlayıb. Belə ki, xx.xx.2020-ci ildə İddiaçı Cavabdeh1 etibarnamə verib, bu etibarnamənin əsasında həmin gün Cavabdeh1 Cavabdeh2 ilə alğı-satqı müqaviləsi bağlayıb. Cavabdeh1 və Cavabdeh2 bacı-qardaşdırlar. Etibarnamənin verilməsi ilə alğı-satqı müqaviləsinin bağlanmasının arasında 3 saat 32 dəqiqəlik zaman fərqi var. Etibarnamə xx.xx.2020-ci ildə, saat 12:56-da 21 saylı Notariat Ofisində verilib, alğı-satqı müqaviləsi isə həmin gün saat 16:28-də 51 saylı Notariat Ofisində bağlanıb. Bu müqavilənin əsasında Cavabdeh2 mənzil üzə rində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib.

4. İkinci müqavilə birinci müqavilədən 39 gün sonra – xx.xx.2020-ci ildə satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh4 arasında bağlanıb. Həmin müqaviləyə görə mənzil 50000 manata alğı-satqı edilib. Müqaviləni satıcının adından onun etibarnamə üzrə nümayəndəsi Fuad İslamov bağlayıb. Etibarnamə müqavilənin bağlanmasından 4 il əvvəl – xx.xx.2016cı ildə verilib. Bu müqavilənin əsasında Cavabdeh4 mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib.

5. Birinci müqavilə üzrə təmsil edilən İddiaçı ilə nümayəndə Cavabdeh1 26 saylı MKİS-nin keçmiş rəisi Natiq Məmmədov əlaqələndirib. Natiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibi həya ta keçirilir. İttiham aktına əsasən, ona qarşı irəli sürülmüş ittihamlardan biri də onun 26 saylı MKİS-nin rəisi işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədilə ələ keçirmək üçün Nizami rayonu, Naxçvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzillin (hazırkı mübahisədə adı keçən mənzilin) sahibi Anna Qavrilkeviçin ölməsindən istifadə edərək həmin mənzili Anna Qavrilkeviçin varisi vasitəsilə Könül Əskərovaya hissə-hissə ödəmək şərtilə 45.000 manata satacağına dair yalan vəd verib aldatmaqla 2019-cu il yanvar-mart aylarında 25.000 manat pulunu ələ keçirib zərər çəkmiş Könül Əskərovaya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) i ddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun adından Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh4 arasında Bakı şəhəri, 50 saylı Notariat Ofisində bağlanmış 4Ə-531-reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 ilə Cavabdeh4 adına verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini n 1 saylı Ərazi İdarəsi və 50 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb ediliblər.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. 2020-ci ilin əvvəllərində iddiaçı həmin evi satmaq üçün müxtəlif şəxslərə, maklerlərə müraciət etmişdir. İddiaçı 21 aprel 2020-ci il tarixdə Cavabdeh1 adlı şəxsə Bakı şəhəri 51 saylı Notariat Ofisində etibarnamə vermişdir. Lakin iddiaçı Vüsaləni həmin günə qədər tanımamış ilk dəfə onu həmin gün görmüşdür.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-260/2021 nömrəli, 15 fevral 2021 -ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış mübahisəli mənzilin alğı-satqısına dair 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh4 arasında həmin mənzillə əlaqədar Bakı şəhərindəki 50 saylı Notariat Ofisində bağlanmış 4Ə-531-reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab olunmuş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 63 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 və Cavabdeh4 adına verilmiş çıxarışların ləğv edilməsi qət e dilmişdir.

10. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 359.3 və 362.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, İddiaçı adından etibarnamə ilə çıxış edən və onun əmlakı üzərində sərəncam vermək hüququ əldə edən Cavabdeh1 özünün şəxsi maraqları üçün heç bir hərəkət əldə edə bilməzdi. Lakin Cavabdeh1 iddiaçının əmlakı üzərində sərəncam verərkən onun nəticəsində maraqlı olmuşdur. Belə ki, “mənzilin gələcək alıcısı” Qasımov X1 qardaşı olmaqla etibarnamə alındığı ilk dəqiqələrdən onunla birlikdə notariat ofisində olmuş və həm ilk, həm də sonrakı əməliyyatlarda iştirak etmiş, hətta iddiaçı ilə birlikdə mənzilin 39000 manata satılmasına razılaşmaları ilə bağlı notariusa razılıq ərizəsi vermişdir. Həmin ərizəni də etibarnamə əsasında iddiaçının adından məhz Cavabdeh1 imzalamışdır. Hadisələr in bu cür inkişafı ehtimal etməyə əsas verir ki, məhz bacı-qardaş arasında bu cür əqdin (mənzilin alğı-satqı müqaviləsinin) imzalanması (baxmayaraq ki, Vüsalə etibarnamə əsasında hərəkət edirdi) Cavabdeh1 şəxsi maraqlarına uyğun olmuşdur. Mənzilin alğı-satqısının tələm-tələsik (etibarnamə verildikdən bir-neçə saat sonra başqa bir notariat ofisində) həyata keçirilməsi bu ehtimalı daha da gücləndirir.

11. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən həm də onu nəzərə alıb ki, İddiaçı alğı-satqıdan əldə olunan pulun ona verilmədiyini bildirir. Cavabdeh1 nümayəndəsi pulun iddiaçıya verildiyini israrla bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin mövcud prinsiplərinə görə, Cavabdeh1 39000 manatı alması mübahisə predmeti olm adığından onun iddiaçıya verilməsini sübutetmə yükü məhz Cavabdeh1 üzərinə düşür. Həmçinin, 10 il müddətinə verdiyi etibarnaməni bir ay keçməmiş ləğv etməsi iddiaçının əqd bağlarkən aldanıldığına dəlalət edir. 12. xx.xx.2020-ci il tarixdə bağlanmış əqd etibarsız əqd olduğundan, Cavabdeh2 verilmiş çıxarış, xx.xx.2020-ci il tarixdə bağlanmış əqd və son olaraq Cavabdeh4 verilmiş çıxarış da əhəmiyyətsiz əqdlərdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

14. Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməmiş, ona nə şifahi, nə də rəsmi qaydada məhkəmə iclaslarının vaxtı barədə məlumat verilməmiş, məhkəmə iclasında iştirakı təmin edilmədən qətnamə qəbul edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, qətnamədə iddia tələbinin ona qarşı hissəsinin hansı əsaslarla təmin edilməsinə münasibət bildirməmiş, iddia tələbinin həmin hissəsinin qanuniliyi və əsaslılığı məhkəmə araşdırması zamanı sübut edilməmişdir. Belə ki, o, mübahisəli mənzili vicdanlı əldə edən olmasına baxmayaraq, məhkəmə qətnamə qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş, ümumiyyətlə, mübahisəli mənzilin vicdanlı əldə edilməsi halını araşdırmamış, bununla da, onun konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnu pozmuşdur.

15. Cavabdeh1 apelyasiya şikayətini onunla əsasland ırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, qətnamədə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən, qətnamə ləğv edilməlidir. Belə ki, iddiaçı könüllü şəkildə, öz istəyi ilə Cavabdeh1 etibarnamə vermişdir. İddiaçını Cavabdeh1 etibarnamə verməyə heç kim məcbur etməmiş, notariusda növbə olduğundan və iddiaçı gözləyəcəyi halda SMS icazəsinin vaxtı bitəcəyindən, Cavabdeh1 yalnız onun adından sənədləri imzalamaq üçün etibarnamə vermiş, müqavilənin bütün şərtlərini, ən əsas da mənzilin satış qiymətini əvvəlcədən iddiaçı ilə razılaşmışlar. Müqavilə iddiaçı ilə razılaşdıqları kimi mənzilin satış qiyməti 39.000 manat göstərilməklə bağlanmışdır.

16. Cavabdeh2 apellyasiya şikayətini Cavabdeh1 apelyasiya şikayətinin d əlillərinə uyğun əsaslandırmışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5535/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Vahid Sadıqov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-503/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Vüqar Həsənov, İspəndiyar Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğ v edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

20. Kassasiya instansiyası məhkəməsinin mövqeyi və göstərişləri ondan ibarət olmuşdur ki, mübahisəli mənzilə dair iddiaçının təmsilçisi Cavabdeh1 ilə Cavabdeh2 arasında alğı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, həmin alğı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh2 mülkiyyətinə keçib.

21. Apellyasiya instansiyası məhkəməsi sözügedən alğı-satqı müqaviləsinin şərtlərini təfsir edərkən, iddiaçının iradə ifadəsinin həqiqi mənasını, yəni onun mənzili satmaq niyyətində, arzusunda olmasını, məhz bu məqsədlə Cavabdeh1 10 il müddətinə qüvvədə olmaqla etibarnamə verməsini, sonuncunun həmin etibarnamə üzrə ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkət edərək mənzili Cavabdeh2 satmasını, başqa sözlə alğısatqı müqaviləsinin etibarlılığı şərtlərinə tam əməl olunmasını və bütövlükdə alğı-satqı müqaviləsinin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamış, müqaviləni Mülki Məcəllənin 404-cü maddəsinin tələbi baxımından təfsir etməmişdir.

22. Digər tərəfdən, Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı, onların nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin dairəsi dəqiq müəyyən edilib göstərilib və həmin normalarda əmlakın öz dəyərindən iki dəfə aşağı qiymətə satılması, təmsilçinin təmsil edilənin adından əmlakı öz qardaşına satması, habelə təmsilçinin etibarnamənin verildiyi eyni gündə təmsil edilənin adından əmlakı özgəninkiləşdirməsi, həmçinin təmsilçi nin əmlakın dəyərini təmsil edilənə ödəməməsi halları, əqdin etibarsızlığının əsası kimi nəzərdə tutulmamışdır.

23. Hazırki halda iddiaçının əvvəldən sözügedən mənzili satmaq niyyətində, arzusunda olması işin mübahisə olunmayan halıdır və iddiaçı özü də iddia ərizəsində bu faktı inkar etməmişdir. Göründüyü kimi, tərəflər arasındakı hazırki mübahisə əslində iddiaçının mənzili 65.000 manata satmaq niyyətində olması, təmsilçi Cavabdeh1 isə mənzili dəyərindən ucuz qiymətə, yəni 39.000 manata satması, habelə mənzilin dəyərini iddiaçıya ödəməməsinə görə yaranmışdır.

24. İddiaçının sözügedən alğı-satqı müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması, yəni onun iddia etdiyi kimi dəyəri 65.000 manat olan mənzilin 39.000 manata satılması, habelə təmsilçi Cavabdeh1 həmin pulu ona ödəməməsi halları, əqdin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas ola bilər. Buna görə də iddiaçı, təmsilçi Cavabdeh1 qarşı iddia qaldırmaqla mənzilin dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

25. Bundan əlavə, təmsilçi Cavabdeh1 təmsil edilən iddiaçının adından mənzili qardaşı Cavabdeh2 satmaqla şəxsən özü barəsində əqd bağlamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də səhvdir. Çünki, Mülki Məcəllənin 359.3-cü maddəsinin mənasına görə, təmsil edilənin mənafelərinin müdafiəsi və mümkün suiistifadə hallarının qarşısını almaq məqsədi ilə təmsilçiyə təmsil edilənin adından özü ilə və ya təmsil etdiyi başqa şəxslə əqd bağlaması qadağandır. Təmsilçinin şəxsən özü ilə əqd bağlaması dedikdə, onun bilavasitə öz mənafeyi üçün, ö z xeyrinə əqd bağlaması başa düşülür.

26. Təmsilçi Cavabdeh1 təmsil etdiyi iddiaçının adından mənzili əvəzi ödənilməklə qardaşı Cavabdeh2 satması, sonuncunun isə mənzilin dəyərini təşkil edən razılaşdırılmış 39.000 manat pul vəsaitini notariusun Bankda olan depozitinə köçürməsi, təmsilçi Cavabdeh1 şəxsən özü barəsində əqd bağlaması anlamına gəlmir və apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin təfsirində səhvə yol vermişdir.

27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əqd bağlanması məqsədilə təmsilçisi Cavabdeh1 və sonuncunun qardaşı Cavabdeh2 tərəfindən aldadıldığı qənaətinə gəlsə də, əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu halların nədən ibarət olduğunu araşdırmayıb və gəldiyi nəticəni Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbləri baxımından kifayət qədər əsaslandırmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin hansı əsl həqiqəti iddiaçıdan gizlətmələrini, onların iddiaçını həqiqətdən uzaq hansı hərəkətə təhrik etmələrini, alğı-satqı müqaviləsinin bağlanması məqsədilə iddiaçının cavabdehlər tərəfindən aldadılmasının nədə ifadə olunmasını aydınlaşdırmadan, yalnız ehtimallara əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Hansı ki, ilk gündən iddiaçının niyyəti, arzusu mənzili satmaq olub və məhz bunun üçün Cavabdeh1 adına etibarnamə verib. Buna görə də Cavabdeh1 mənzili iddiaçının iddia etdiyi kimi 65.000 manata deyil, 39.000 manata öz qardaşı Cavabdeh2 satması və satış pulunu iddiaçıya verməməsi, sonuncunun əqd bağlanması məqsədilə aldadılması kimi qiymətləndirilə bilməz.

29. Cavab deh4 izahatında, apellyasiya şikayətində mənzili əvəzli şəkildə, yəni alğısatqı müqaviləsində şərtləndirilmiş 50000 manat pulu notariusun depozit hesabına köçürməklə Cavabdeh2 satın aldığını və mənzili vicdanlı əldə etdiyini göstərib iddiaya etiraz etsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlili üzrə ümumiyyətlə heç bir araşdırma aparmayıb, Mülki Məcəllənin 140-ci maddəsinə diqqət yetirməmişdir.

30. Sözügedən alğı-satqı müqavilələri bağlanarkən notariusun Bankda olan depozit hesabına Cavabdeh2 tərəfindən 39.000 manat, Cavabdeh4 tərəfindən isə 50.000 manat pul köçürülüb və işdə, bunun əksini təsdiq edən heç bir yazılı sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının tələbləri üzrə hər iki alğı-satqı müqaviləsini etibarsız hesab etsə də, həmin müqavilələr üzrə tərəflər i əvvəlki vəziyyətə qaytarmamaqla, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Emin Mehdiyev) apellyasiya şikayətləri rədd olunmuş, birin ci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuş, mübahisəli mənzilə dair İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, mübahisəli mənzilə dair Cavabdeh2 ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-531 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin ə sasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilmiş 50.000 (əlli min) manatın Cavabdeh2 alınaraq Cavabdeh4 qaytarılması qət edilmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsini qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4444/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (məruzəçi), Elşanə Vəliyeva, E lşad Şamayev) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır.

34. Kassasiya instansiyası məhkəməsinin mövqeyi və göstərişləri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu iş üzrə əvvəlki qərarında şərh edilən və hazırki qərarın 34-ci bəndində qeyd edilən göstərişlərə əməl etməmiş, Ali Məhkəmənin qeyd etdiyi hallarla bağlı araşdırma aparmamışdır.

35. Bundan başqa, iddia tələbi alğı-satqı müqavilələrinin etibarsızlığı barədədir, iddiaçı tələbinin əsası kimi mənzilin 65000 manat olduğu halda, dəyərindən xeyli aşağı qiymətə, 39000 manata satılmasına və h ətta həmin pulun da ona verilməməsinə istinad edərək aldadıldığını göstərmişdir.

36. İşin müəyyən edilmiş mübahisə edilməyən halına görə isə iddiaçı əvvəldən sözügedən mənzili satmaq niyyətində olub. Bu məqsədlə iddiaçı Cavabdeh1 etibarnamə vermişdir. Təmsilçi kimi Cavabdeh1 mənzili 65.000 manata deyil, 39.000 manata satması, mənzilin dəyərini iddiaçıya ödəməməsi ilk alğı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas ola bilməz. Belə halda hüquq müdafiə vasitəsi kimi iddiaçı etibarnamə üzrə təmsilçisi olmuş Cavabdeh1 qarşı iddia qaldırmaqla mənzilin dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

37. Birinci alğı-satqı müqaviləsinin uydurma əqd olması barədə apellyasiya instansiyası məhkəməsinin “niyyət”lə bağlı mövqeyinə gəldikdə, bu mövqe əsaslı deyil. Belə k i, apellyasiya instansiyası məhkəməsi birinci müqavilə üzrə satıcı İddiaçı mənzilini satmaq, yəni başqasının mülkiyyətinə vermək niyyətində (ümumi niyyət) olmasının mübahisə doğurmamasını qeyd edib, lakin satıcının müqaviləni şəxsən deyil, nümayəndə vasitəsilə bağlaması halını əsas götürüb müqavilədəki niyyətin, yəni nümayəndənin niyyətinin mənzili öz qardaşına satmaq olmamasını, qardaşın da (alıcının) müqavilədəki niyyətinin mənzili almaq olmamasına istinad edərək belə nəticəyə gəlib ki, bacı-qardaşın müqavilədəki niyyəti satıcıya əvəz ödəmədən mənzili onun mülkiyyətindən çıxartmaq olub. Belə olan təqdirdə, bir halda ki, mülkiyyətçi olaraq İddiaçı mənzilini satmaq, yəni başqasının mülkiyyətinə vermək niyyətində (ümumi niyyət) olması mübahisə doğurmur, belə olan halda, bacı-qardaşın məqs ədinin həmin mənzili onun mülkiyyətindən çıxartmaq olması barədə gəlinən nəticə ziddiyyətlidir. Çünki bütün hallarda mülkiyyətçi öz əmlakını satırsa, əmlak onun mülkiyyətindən çıxır. Alğı-satqı müqaviləsinin mahiyyəti də məhz bundadır. Mülki Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmçinin birinci müqavilə təmsilçi Cavabdeh1 tərəfindən imzalansa da, müqavilənin tərəfləri satıcı İddiaçı və alıcı Cavabdeh2dur. Mülki Məcəllənin 340.1-ci maddəsi tətbiq edilirsə, məhz həmin müqavilənin alıcı və satıcıya münasibətdə uydurma əqd olmasına qiymət verilməli idi. Bacı-qardaşın satıcıya əvəz ödəməməsinə gəldikdə, yuxarıda qeyd ed ildiyi kimi bu hal zərərin tələb edilməsi üçün əsas ola bilər, müqavilənin etibarsızlığı üçün isə əsas deyil.

38. Etibarnamə ilə bağlı da apellyasiya instansiya məhkəməsinin dəlilləri qəbul edilən deyil. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə təmsil edilən İddiaçı və nümayəndə Cavabdeh1 etibarnamə verilənə qədər bir-birlərini tanımayıblar, bunu hər iki tərəf təsdiq edir. Ağlabatan mühakiməyə görə mülkiyyətçi öz mənzilini satmağı və ona çatmalı olan pulu almağı tanımadığı şəxsə etibar etməz. Təmsil edilən İddiaçı əks tərəflə Natiq Məmmədov (26 saylı MKİSnin keçmiş rəisi) əlaqələndirib, o, isə dələduzluqda ittiham olunub. Bununla belə, apellyasiya instansiyası məhkəməsi etibarnamənin İddiaçı tərəfindən könüllü, hər hansı təzyiq olmadan verilməsinə, ümumiyyətlə, onun özünün də t anımadığı adama etibarnamə verməsinin riskini daşımasına əhəmiyyət verməmiş, bütün bu halları yalnız cavabdehlərin ziyanına şərh etmişdir.

39. İkinci müqavilə üzrə alıcı Cavabdeh4 vicdanlı əldə edən olub-olmamasının mübahisənin düzgün həlli üçün əhəmiyyət daşımaması barədə gəlinən nəticə ilə də razılaşmaq olmaz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin “vicdanlı əldə edən adlı” 182-ci maddəsinin göstərişinin daşınar əşyalara aid olması, həmin maddənin yerləşdiyi 9-cu fəslin 2-ci paraqrafının “Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi” adlanmasına istinad etməsi daşınmaz əmlaklarla bağlı vicdanlı əldə edən institutunun, ümumiyyətlə, inkar edilməsinə gətirib çıxarar ki, bu da mülki dövriyyənin (əqdlər və ya digər hüquqi faktlar əsasında əmlakın bir şəxsdən dig ərinə keçməsi) inkişafına maneə deməkdir. Halbuki Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir.

40. Əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri- dəqiq olmasını bilmiş olsun.

41. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin “vicdanlı əldə edən adlı” 182-ci maddəsinin göstərişinin daşınar əşyalara aid olmasına istinad etdiyi üçün nəticədə ikinci müqavilə üzrə Cavabdeh4 vicdanlı əldə edən olub-olmaması Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar baxımından, ümumiyyətlə, hər hansı hüquqi dəyərləndirmədən kənarda qalıb.

42. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, şəxsin vicdanlı əldə edən olubolmamasına qiymət vermək üçün reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyası satana münasibətdə deyil, əldə edənə münasibətdə yoxlanmalıdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin başqasının daşınmaz əşyasını qanunsuz əldə edən şəxsin onu geri – qanuni sahibinə qaytarılmasına mane olmaq üçün qısa müddətdə y eni müqavilə bağlamaqla əşyanı özgəninkiləşdirməsi, bununla da münasibətlərə vicdanlı əldə edən cəlb etməsinə istinad etməsi düzgün deyildir. Belə hallarda da əldə edənin vicdanlı olması istisna edilmir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

43. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyasl məhkəməsi) 2(103)-815/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini kassasiya instansiya məhkəməsinin hazırki iş üzrə mövqelərinə uyğun əsaslandır mışdır.

45. Bundan başqa, işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparılmış, iddiaçının ərizəsinə əsasən, X3 şahid qismində dindirilməsini həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, X6 Rayon İcra Hakimiyyəti MTKB 2 saylı MKİS-in keçmiş rəisi olmuşdur. O, izahatında bildirmişdir ki, İddiaçı evi satmaq istəmişdir. Seyfəddin və Vüsalə ev almaq məqsədilə ona müraciət etmişlər, o da sözügedən evi onlara təklif etmişdir.

46. Məhkəmə kollegiyası iş materiallarını şahid ifadəsi ilə yanakı şəkildə qiymətləndirərək hesab etmişdir ki, iddiaçının sözügedən mənzili satmaq niyyətinin olmaması işin halları ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, əqdin etibarsız hesab edilərək iddia tələbinin təmin edilməsindən ibarət birinci ins tansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur.

47. Kollegiya həmçinin, hesab etmişdir ki, mənzilin dəyərinin iddiaçıya ödənilməməsi ilk alğı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas ola bilməz. Belə halda hüquq müdafiə vasitəsi kimi iddiaçı etibarnamə üzrə təmsilçisi olmuş Cavabdeh1 qarşı iddia qaldırmaqla mənzilin dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Başqa sözlə, satıcıya əvəz ödəməməsi zərərin tələb edilməsi üçün əsas ola bilər, müqavilənin etibarsızlığı üçün isə əsas deyil.

48. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 337-354, 359.1, 359.3, 421.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372, 384, 420-ci maddələri və Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

49. Qətnamədən iddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin araşdırılması üçün yenidən apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur:

51. Müqavilə formal olaraq bağlanmışdır, aldatma yolu ilə mənzil ələ keçirilmişdir. Belə ki, iddiaçının niyyəti mənzili satmaq olsa da, həmin niyyət mənzilin məhz Cavabdeh2 satılması olmamış, “alıcıların” (cavabdeh bacı-qardaşın) niyyəti isə heç də mənzil almaq olmamışdır. Bu onunla təsdiq edilir ki, əvvəla, iddiaçı özü Bakı şəhərində ola-ola, məhz həmin gün etibarnamə verdiyi halda cəmi 2 saat sonra digər bir notariusda onun verdiyi etibarnamədən sui-istifadə edilərək alğı-satqı əməliyyatı aparılmışdır. İkincisi, həmin alğısatqıdan iddiaçı təsadüfən xəbər tutmuş, dərhal notariusa müraciət edərək xx.xx.2020-ci il tarixdə etibarnaməni ləğv etdirmiş, cavabdehlərə zəng edərək onlardan şikayət edəcəyini bildirmiş və DƏDRX-ə əməliyyatların aparılmaması (mülkiyyətin qeydə alınmaması) barədə ərizə ünvanlamışdır. Cavabdehlər isə bunu bilən kimi əmlakı dərhal daha baha qiymətə xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında ilə Cavabdeh4 satmış, bununla da “izi” itirməyə cəhd etmişdir. Üçüncü və ən əsası isə, Cavabdeh1 əri X2 "xxxx" fəaliyyəti ilə m əşğuldur, onun Nizami Rayon İcra Hakimiyyəti MTKB 2 saylıMKİS-in keçmiş rəis, hazırda dələduzluq ittihamı ilə azadlıqdan məhrumetmə növündə cəza çəkən X4 ilə sıx münasibətləri olub, hətta tərəflər arasında xx.xx.2018-ci il tarixli Bakı şəhəri 52 saylı Notariat ofisində təsdiq edilmiş kredit müqaviləsi də olmuşdur.

52. Məhkəmə kollegiyası maddi və prosessual pozuntuya yol verərək tətbiq edilməli olan hüquq normalarını (Mülki Məcəllənin XİV fəsli (337-354-cü maddələr)) tətbiq etməmiş, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3, 8, 13, 19-cu maddələrinə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 84 və 100-cü maddələri nə istinad etmişdir. Məhkəmə kollegiyasının istinad etdiyi Qanun və onlarda əks olunmuş maddi normalarının hazırki mübahisə ilə heç bir əlaqəsi yoxdur, həmin normalar ər-arvad arasındakı ailə (aliment) münasibətlərinin tənzimlənməsinə yönəlib və heç bir halda hazırki iddia tələbi üzrə tətbiq edilə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

54. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

55. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

56. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

57. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmı ş tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

58. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

59. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Mülki Prosessual Məcəllə

60. Maddə 14.2. Məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxı r və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənzilin alqı-satqısına dair bağlanmış 21 aprel 2020-ci il tarixli müqavilənin etibarsız sayılmasının rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

72. İddiaçı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini iki halla əsaslandırır: ilk alğı-satqı zamanı mənzilin satış qiymətinin real olmaması və satışdan əldə olunan vəsaitin ona verilməməsi.

73. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı əvvəldən sözügedən mənzili satmaq niyyətində olmuş və bu məqsədlə xx.xx.2020-ci il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Elə həmin gün (etibarnamənin verilməsindən bir neçə saat sonra) Cavabdeh1 mənzili 65.000 manata deyil, 39.000 manata qardaşı Cavabdeh2 satmışdır. xx.xx.2020-ci il tarixdə isə sonuncu, mənzili 50.000 manata Cavabdeh4 satmışdır.

74. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı həmin əqdin – alğı-satqı müqaviləsinin bağlanması məqsədilə aldadılmış dır.

75. Mülki Məcəlləyə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2). Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir (maddə 339.5). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5). Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1). Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz (maddə 359.3). 76.,Hazırkı iş üzrə hər iki tərəfin izahatı ilə etibarnamənin verildiyi günə qədər onların bir-birini tanımadığı, etibarnamənin verilməsi üçün onlar arasında MKİS-in sabiq rəisinin vasitəçilik etdiyi müəyyən olunmuşdur.

77. Bununla yanaşı, mənzilin etibarnamənin verildiyi gün təmsil edən tərəfindən qardaşı na satılması, satışdan əldə olunan vəsaitin iddiaçıya verilməməsi, bu satışdan 39 gün sonra isə mənzilin alış qiymətindən 11.000 manat baha qiymətlə başqa şəxsə satılması və 10 il müddətinə verilmiş etibarnamənin bir ay keçməmiş iddiaçı tərəfindən ləğv edilməsi – iddiaçının etibarnamənin verilməsi və yekunda mənzilin etibarnamə əsasında satılması məqsədilə aldadıldığına və Cavabdeh1 təmsilçi kimi əqdi öz mənafeyi naminə bağladığına dəlalət edir.

78. Cavabdeh1 etibarnaməni əldə etməkdə ifadə olunan hərəkətinin iddiaçının aldadılmasına yönəlməsi bununla təsdiqini tapır ki, qardaşının sözügedən mənzili almaq istədiyini bilən Cavabdeh1 bunu etibarnamə olmadan, iddiaçı və qardaşı arasında vasitəçilik etməklə də həyata keçirə bilərdi.

79. Çünki etibarnamə ilə alqı-satqı müqaviləsinin eyni gündə bağlanması onu ehtiva edir ki, nümayəndə Cavabdeh1 İddiaçı etibarnamə alarkən mənzilə dair alıcının olduğunu bilirdi. Çünki mənzilin mülkiyyətə əldə edilməsi alıcıdan əvvəlcədən müəyyən hazırlıqları ( hansı ölçüdə və harada mənzil əldə etməklə bağlı niyyətə gəlməyi, bu məqsədlə pul vəsaitini hazır etməyi) tələb edir.

80. Lakin Cavabdeh1 bu halı İddiaçı gizlətməklə mənzili real satış qiymətindən aşağı qiymətə qardaşına satmış, həmçinin əldə etdiyi vəsaiti iddiaçıya verməmişdir. Həmçinin, satıcının 3-4 saat sonra bağlanacaq alğı-satqı müqaviləsinə görə tanımadığı bir şəxsə etibarnamə verməsi də ağlabatan və inandırıcı deyildir. Başqa sözlə, iddiaçı 3-4 saat sonra alğı-satqı müqaviləsinin bağlanacağını bildiyi halda, Cavabdeh1 etibarnamə verməzdi.

81. İşin məhkəmə araşdırması nəticəsində müəy yən olunan halları ilə tərəflərin qarşılıqlı münasibətlərinin təhlili – 21 aprel 2020-ci il tarixli alğı-satqı müqaviləsinin aldatma nəticəsində bağlandığını sübut edir.

82. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh2la Cavabdeh4 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh4 mənzili vicdanlı əldə edəndir. Konstitusiya Məhkəməsi Plenumunun ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, iddianın təmin olunmasından imtina edilməsi qey d edilmişdir.

83. Odur ki, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, hazırkı iş üzrə Ali Məhkəmənin əvvəlki qərarlarında ifadə olunan mövqeyə uyğundur.

84. Beləliklə, apellyasiya məhkəməsinin mənzilin alqı-satqısına dair bağlanmış 21 aprel 2020-ci il tarixli müqavilənin etibarsız sayılmasının rədd edilməsi hissəsində gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul olunmuşdur.

85. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§25).

86. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-815/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzilin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21 aprel 2020-ci il tarixli müqavilənin etibarsız sayılmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzilin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar