Məhkəmə qərarları › İş №2(102)-2378/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2378/2025

12.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2378/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi, maneələrin aradan qaldırılması, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2025 -ci il tarixli 2(103)1269/2025 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 28v nömrəli fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 230 nömrəli reyestr kitabının 21289 nömrəli vərəqində 01 noyabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş ** ********44-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, həmin sənəd ünvan 1ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2013-cü il tarixdə tərtib olunmuşdur.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1 nömrəli fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2872 nömrəli reyestr kitabının 267913 nömrəli vərəqində 30 may 2018-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2020-ci il tarixli 26563 nömrəli rəyinə əsasən ünvan 2 ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi, cavabdehə məxsus ünvan 3 ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. ünvan 1 saylı yaşayış evinin faktiki vəziyyəti texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilmiş, İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsi giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlanmadığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilmişdir

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2020 nömrəli, 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Nümayəndə qarşı “qanunsuz tikilinin sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə iddia təmin edilərək, ünvan 1 saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikili cavabdeh Nümayəndə hesabına sökülməsi, həmin həyətə giriş-çıxışın bərpa olunması və mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin cavabdeh Nümayəndə qadağan olunması qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2983/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Nümayəndə apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2020 nömrəli, 16 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4606/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərarı ilə cavabdeh Nümayəndə kassasiya şik ayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2983/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

8. Cavabdeh Nümayəndə iddiaçının tələbinə cavab verən şəxs olmadığından, yəni iddia əsl cavabdehə qarşı qaldırılmadığından, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9269/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2020 nömrəli, 16 noyabr 2020-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

9. Həmin mülki iş üzrə məhkəmə tikinti-texniki ekspe rtizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2020-ci il tarixli 26563 nömrəli rəyində qeyd edilmişdir ki, ünvan 5 ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi, cavabdehə məxsus ünvan 3 ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. ünvan 1 saylı yaşayış evinin faktiki vəziyyəti texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsi giriş çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı texniki pasportda qapının yerləşmə yerinə düzəliş edilməsi” tələbinə dair iddiası təmin edilməmiş və qərar xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almışdır.

11. Həmin inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, X1 28 mart 2022-ci il tarixli, 32 №-li rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümdədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, ünva n 1ünvandakı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin ölçülərinin, sərhədlərinin, o cümlədən həyətyanı sahənin məhəllədaxili yol ilə həmsərhəddə yerləşən daş hasarın “Azərmemarlayihə” DBLİ-nin tərtib etdiyi eskiz layihəsinin göstəriciləri ilə eyni olduğu müəyyən edilmiş, ünvan 1 ünvandakı fərdi yaşayış evinin yerləşdiyi ərazini əks etdirən 1:2.000 miqyaslı stereotopoqrafik çəkilişə əsasən, ünvan 1ünvandakı fərdi yaşayış evi ilə həmsərhəddə yerləşən qonşunun həyətyanı sahəsindən məhəllədaxili yola açılan darvazanın yerləşdiyi sahənin ilkin olaraq gediş-gəliş yolu kimi nəzərdə tutulduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraci ət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28 V saylı evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikilinin, yəni hasarın Cavabdeh (bundan sonra “cavabdeh”) hesabına sökülməsi, həyətə girişçıxışın bərpa olunması, mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 saylı evin mülkiyyətçisidir. Həmin evə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 01 noyabr 2013-cü il tarixli, ********** saylı çıxarış mövcuddur. Evinin həyətə giriş yolu Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki 28 B saylı evin mülkiyyətçisi olan cavabdeh tərəfindən həyətə gediş-gəlişini çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikili inşa edilmişdir. Bu halla bağlı iddiaçı cavabdehə müraciət edərək bu işin dərhal dayandırılmasını və özbaşınalığa son qoyulmasını tələb etmişdir. Lakin cavabdeh və onun həyat yoldaşı Nümayəndə Hadi oğlu etdikləri işin qanunsuz olduğunu bilə-bilə, hətta dövlət qurumlarının belə hərəkətlərə yol verilməməsi barədə xəbərdarlığına məhəl qoymayaraq qanunsuz tikilini davam etdirərək başa çatdırmış və iddiaçının həyətə giriş qapısını bağlamışlar. İddiaçı mülkiyyətində olan həyətə daxil olmaq üçün hər dəfə maşın üçün nəzərdə tutulan darvazanı qaldırmalı və oradan həyətə daxil olmalı olur. Bu hal iş materiallarına əlavə edilən fotoşəkillərdə də açıq-aşkar öz əksini tapır. Həmi n sahədə əvvəllər iddiaçının evə daxil olmağı üçün qapının olması texniki pasportda da öz əksini tapmışdır. Bundan əlavə, sözügedən mübahisə ilə bağlı iddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Nümayəndə qarşı “özbaşına tikilinin sökülməsi, qanunsuz hərəkətlərin qadağan edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair” iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2020 nömrəli, 16 noyabr 2020-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikilinin cavabdeh Nümayəndə hesabına sökülməsi, həmin həyətə giriş-çıxışın bərpa olunması və mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin cavabdeh Nümayəndə qadağan olunması qət edilmişdir. Qətnamədən Nümayəndə apellyasiya şikayəti vermiş və Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2983/2021 nömrəli, 12 aprel 2021- ci il tarixli qətnaməsi ilə cavabdeh Nümayəndə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2020 nömrəli, 16 noyabr 2020-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4606/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2983/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9269/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi i lə Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2020 nömrəli, 16 noyabr 2020-cı il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin qətnamə üzrə müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh Nümayəndə iddiaçının tələbinə cavab verən şəxs deyildir. Yəni iddia əsl cavabdehə qarşı qaldırılmayıb, iddiaçı tərəfindən hazırkı iddia hasarın yerləşdiyi ünvan 3 ünvanının mülkiyyətçisinə qarşı qaldırıla bilər. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı N2 ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 28B ünvanındakı mənzil hazırkı iş üzrə cavabdehi n adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Buna görə də, iddiaçı hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə əsas cavabdehliyi və həmin fərdi yaşayış evinin mülkiyyətçisinin Cavabdeh olmasını ilkin iddiaya baxılan zaman Nümayəndə bilərəkdən gizlətmişdir. Əvvəlki mübahisə üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. 20 fevral 2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, həqiqətən də iddiaçıya məxsus ünvan 7 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış olmasına baxmayaq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətdə giriş və çıxışa maneə yaratdığı müəyyən edilmişdir.

14. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iddia ərizəsinə y azılı etiraz vermişdir. Etiraz belə əsaslandırılıb ki, iddia tələbində qeyd edilən işin halları sənədlərlə öz təsdiqini tapmır. Belə ki, hasar 2,5 il əvvəl çəkilib. Hasar çəkiləndə hasarı çəkən ustaların - X4, X5 və X2 şahidliyi ilə iddiaçının həyat yoldaşı Möhlətin razılğı ilə çəkilmişdir. Həmin vaxt Möhlət metrin arxa tərəfindən tutub, bir tərəfindən də ustalardan - X7 tutub 4,5 m. məsafə yol saxlayaraq hasarın yerini işarə edib. Həmin işarə qoyulmuş yerdən hasar 1 metr hündürlükdə hörülmüşdü. Səhərisi gün gəlib metrə ilə ölçüb yolun eninin 4,5 m. olduğunu gördü və daha sonra hasara üzlük çəkilən zaman hasarın 10 sm. yola girəcəyini bildirərək qarşılıqlı razılıq əsasında hasarı sökmüş və arxaya çəkmişlər. Bundan hasar tikilib, üzlənib başa çatdıqdan 20-25 gün sonra o, öz qaraj qapısını d aha əvvəldən yolu zəbt edib həyətinə birləşdirməyinə baxmayaraq, bundan əlavə qapının yenidən 3 metr irəli çəkmək istəmişdir. İddiaçının qapısını yenidən 3 metr irəli çəkilməsi cavabdehin giriş-çıxış qapısına mane olduğu üçün buna etiraz etmiş və aralarında mübahisə yaranmışdır. Hətta hasarının qanuni olmasını yoxlamaq üçün MİS-in və rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən gəlib baxıblar. Əldə olan sənədlərlə mövcud tikililər yoxlanıldıqdan sonra bildirmişlər ki, hasar sərəncam və layihədə qeyd edilən cizgidən 1,2 m. arxadan çəkilib, yəni cavabdehin hazırda hasarını hətta 1,2 m. irəli çəkmək hüququ da vardır. Həmçinin orada özbaşına tikili tikilməmişdir. 2004-cü ildən Bakı şəhər İcra Hakimyyətinin təsdiqi ilə layihə və sərəncam vardır. Bundan başqa, Nərimanov rayonu Mənzil Kommu nal Təsərrüfat Birliyinin 35 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 24 avqust 2019cu il tarixdə verilmiş 35/871 nömrəli Arayışdan görünür ki, Bakı şəhəri, M.K.Atatürk prospekti 28 b ünvanında təsdiq edilmiş layihədən kənarlaşma aşkar edilməmişdir. Ev və həyətyanı sahənin daş hasarı layihəyə uyğun aparılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 08 aprel 2004-cü il tarixdə verilmiş 249 nömrəli Sərəncamının surətindən görünür ki, xxxya özünə məxsus M.K.Atatürk prospekti 28 b saylı ünvanda yerləşən şəxsi mülkü söküb Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun yenidən tikintisinə icazə verilmişdir. Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdiklər i hərəkətlərə, habelə hüququndan digər formada sui-istifadə edilməsinə yol verilmir. İşin hallarından da göründüyü kimi, iddiaçının hərəkətlərində Mülki Məcəllənin 16-cı maddəsinin əlamətləri vardır. O, ilk əvvəl məqsədli şəkildə hasarın tikilməsinə razılıq verib daha sonra isə cavabdehə maddi və mənəvi ziyan vurmaq niyyəti ilə həmin hasarın sökülməsi barədə hazırkı iddianı qaldırıb. Eyni zamanda iddiaçının yolu zəbt etməsi ilə əlaqədar məhkəməyə müraciət olunacaqdır.

15. Məhkəmə baxışında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, cavabdehin evinin hasarının tikintisində iştirak etmişdir. Həmin hasara aqlayı o, vurmuşdur. Söküntü zamanı qonşu Möhlət adlı şəxs hasarın yeni tikiləcəyi yerə baxmış və bildirmişdir ki, 10 sm. geri çəkilsin. Belə ki, aqlay vurul arkən hasar irəli gələcək. Onlar da həmin şəxsin dediyi formada hasarı tikmişlər.

16. Məhkəmə baxışında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, cavabdehin həyat yoldaşı Səlimi tanıyır. 3 il bundan əvvəl cavabdehin mülkiyyətində olan evin hasarını söküb yenisini tikmişlər. Söküntü zamanı qonşu Möhlət adlı şəxs hasarın yeni tikləcəyi yerə baxmış və bildirmişdir ki, 10 sm. geri çəkilsin. Belə ki, aqlay vurularkən hasar irəli gələcək. Onlar da həmin şəxsin dediyi formada hasarı tikmişlər. Qonşu tərəfindən hər hansı bir narazılıq olmamışdır.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1081/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28 V saylı evin həyətinə girişi mə hdudlaşdıran özbaşına tikili, yəni hasarın cavabdehin hesabına sökülməsi, həyətə giriş-çıxışın bərpa olunması, iddiaçının mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin cavabdehə qadağan olunması qət edilmişdir. (hakim Gültəkin Əsədova)

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan hasarın iki il yarım əvvəl çəkilməsi, iddiaçının ərinin buna razılıq verməsi, hazırkı mübahisənin yaranmasının iddiaçının qapısının üç metr irəli çəkmək istəməsinə cavabdehin etiraz etməsi səbəb olduğu kimi hallar həqiqi olsa belə, bunlar iddianın əsaslılığına təsir etmir. Başqa sözlə həmin hallar iddiaçının hazırkı iddiasının rədd edilməsi üçün əsas ola bilməz. Çünki, cavabdehin inşa etdiyi tikilinin qanunsuz olması və iddiaçının mülkiyyət hüquqlarını pozmas ı iş materialları ilə açıq-aşkar təsdiq olunur. Həmçinin iş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 20 fevral 2020-ci il tarixli 26563 nömrəli rəyi ilə də müəyyən olunur ki, ünvan 5 ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsinin cavabdehə məxsus ünvan 3 ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. ünvan 3 yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçıya məxsus ünvan 5 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edil ir.

19. Birinci instansiya məhkəməsi göstərmişdir ki, ekspert rəyi ilə də cavabdehin inşa etdiyi hasarın iddiaçının mülkiyyətində olan evə və onun həyətinə keçmək üçün nəzərdə tutulmuş giriş qapısının tam bağladığı təsdiq olunur. Bu cür vəziyyətdə cavabdehin inşa etdiyi hasarın layihəyə uyğun tikildiyi heç bir halda həqiqi ola bilməz.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 152.1, 152.6, 170.1, 170.2, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 5.3, 18-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Cavabdehin apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş e tmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində istinad etdiyi dəlillər tamamilə əsasızdır və həmin halların əsassız olması və yalnız iddiaçının öz mülahizəsi olması birinci instansiya məhkəməsində şahid ifadələri və fotoşəkillərlə sübut olunmuşdur. Birinci instansiya məhkəməsində işə baxılan zaman dəfələrlə şifahi vəsatətlər qaldırılaraq iddiaçının və həyat yoldaşı xxxun məhkəmə iclasında şəxsən iştirak edib iddia ərizəsində qeyd edilənlərin həqiqət olmasını özü şəxsən təsdiq etməsi və suallarına cavab verməsi üçün iştirakının təmin olunması xahiş olunsa da, həm iddiaçı, həm də iddiaçının həyat yoldaşı məhkəmə iclasında iştirak etməkdən imtina ediblər. İddia ərizəsində istinad edilən xx.xx.2020-ci il tarixli ekspert rəyi əsaslandırılmadığı, hə qiqəti əks etdirmədiyi üçün razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsi barədə 2 dəfə əsaslandırılmış vəsatət versə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki, iddiaçının istinad etdiyi ekspert rəyində qapının qanunla müəyyən edilmiş yerdə olması, texniki pasportdakı koordinatlara uyğun yerləşməsi və ekspertin həmin halı necə müəyyən etməsi əsaslandırılmayıb. Hasarın qanuni yerində tikilməsi və tikilməsi zamanı iddiaçının birgə nikahda olduğu əri xxxun məlumatlı olması, hətta bir qonşu kimi gəlib tikintidə iştirak etməsi, xeyir-dua verməsi, ustalara göstəriş verərək onlara kömək etməsi öz təsdiqini tapmasına baxmayaraq, iddiaçının nümayəndələri bildirmişlər iddiaçının əri razılıq versə də, lakin özünün razılığı alınmayıb, iddiaçının həyat yoldaşı xxxun razılıq verməs i iddiaçının razılıq verməsi mənasına gəlmir. Lakin məhkəmə nəzərə almamışdır ki, hasarın tikintisində iştirak edən, razılıq verən, ustalara kömək edən, qonşu kimi göstəriş verən xxx eyni zamanda iddiaçının birgə nikahda olduğu həyat yoldaşıdır və iddiaçının əmlakı da birgə nikah dövründə qazanılmış olduğu üçün həmin əmlaka birgə mülkiyyətçidir. Həmçinin, mülki iş materiallarında olan fotoşəkillərdən də göründüyü kimi, iddiaçının evinə gediş-gəliş etməsi üçün yeganə qapısı mübahisələndirdiyi qapı deyil. İddiaçıya məxsus həyətə 3 böyük girişçıxış qapısı və darvazası var. Buna görə də iddiaçının həyat yoldaşı ailə başçısı-hasarın tikintisi zamanı razılıq verib, şəxsən iştirak edərək qonşu kimi ustalara göstəriş və kömək edib. Cavabdeh də iddiaçının həyat yoldaşı xxxu qonşu ünvanda – M.K.Atat ürk pr., 28 V ünvanında yaşayan qonşu ailənin ailə başçısı kimi tanımışdır. Buna görə də cavabdeh onun sözlərinə inanıb xxxun dediyi yerdən hasar çəkilməsinə başlayıb. Lakin cavabdeh hasarı ona ayrılmış qanuni yerdən çəkdirmiş və hasarın yerləşdiyi yer iddiaçının heç bir hüququnu pozmur. İddiaçının sonradan bəhanə ilə məhkəməyə müraciət etməsinə səbəb əslində pozulmuş hüquqlarının bərpası deyil, cavabdeh hasarı çəkəndən sonra iddiaçı da öz hasarını xeyli qabağa çəkmək istəyəndə onun yeganə giriş-çıxış qapısına maneə yaratdığı üçün cavabdehin razılıq verməməsi olub. Bundan sonra da iddiaçı və həyat yoldaşı müxtəlif bəhanələrlə cavabdehə maddi və mənəvi zərər vurmaq üçün iddia ərizələri ilə məhkəməyə müraciət etməyə başlamışlar. Halbuki, cavabdeh tərəfindən iddiaçının heç bir hüququ pozulmay ıb. İddiaçı öz evinə sərbəst girib-çıxmaq üçün 3 böyük, 3 də kiçik qapısı var. Lakin iddiaçının öz hüququndan sui-istifadə edərək iddianı qaldırmaqda məqsədi özbaşına həyətyanı sahəsini zəbt torpağı hesabına artırmaq və cavabdehə isə buna görə etiraz etməməsi üçün susdurmağa məcbur etməkdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, yəni bu müddət ərzində nə üçün etiraz etmədiyini araşdırmayıb. Yəni, iddiaçının və xxxun ər-arvad olması və evlərinin birgə nikah dövründə alınmasına, ümumi mülkiyyətdə olmasına hüquqi qiymət verməyib. Halbuki, iddiaçı ilə xxxun ər-arvad münasibətlərinə hüquqi qiymət verilən zaman iddianın tamamilə əsasız olması və hasarın tikintisinə razılıq vermələri, eləcə də evlərinə (ümumi mülkiyyətlərinə) mübahisəli qapıdan başqa 3-4 giriş-çıxış qapılarının olm ası və hazırkı iddia ilə hüquqlarından sui-istifadə etmələri tam aşkar olunur. Hazırkı mülki iş materiallardan göründüyü kimi, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədən, yəni - sübutlar tam, hərtərəfli tədqiq edilmədən və iddiaçının təqdim etdiyi sübutların bir-birini tamamlamamasına baxmayaraq, natamam qətnamə qəbul edilib. Mülki iş üzrə materiallardan göründüyü kimi, iddiaçının iddia tələbi üzrə iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi sənədlər əsasında obyektiv qətnamə çıxarmaq mümkün deyil. Birinci instansiya məhkəməsi ekspert rəyinə yalnız istinad etməklə kifayətlənmişdir. Rəyi qanunvericiliyin tələb etdiyi qaydada qiymətləndirilməmişdir. Qanunvericiliyin tələbinə görə isə ekspert rəyi də başqa sübutlar kimi məhkəmə üçün məcburi d eyildir və həmin rəylər sübutlara qiymət verilməsi ilə bağlı ümumi qaydalar əsasında qiymətləndirilməlidir. Qanunvericiliyin tələbinə görə, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.

23. İddiaçının vəkili Vəkil3 apellyasiya şikayətinə yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, xxx tikinti ilə bağlı hər hansı icazə verməmişdir. Onun belə icazə verməsini cavabdehin tikinti işlərini aparan ustaların (şahidlər) təsdiqləməsi mötəbər sübut hesab oluna bilməz. Cavabdehin qənaə tinə görə xxx belə icazəni veribsə belə, daşınmaz əmlak birgə mülkiyyətdə olduğuna görə arvadının yəni iddiaçının buna razılığı olmamışdır. Cavabdeh apellyasiya şikayətində hasarın qanuni yerdə və qanuni şəkildə tikilməsindən bəhs etsə də, eyni zamanda hasarın tikilməsi üçün xxxdan icazə aldığını bildirir. Belə olan halda cavabdehin mövqeyində ziddiyyət yaranır. Belə ki, hasar qanuni yerdə tikilmişdirsə o zaman hasarın tikilməsi üçün icazə alınmasına gərək qalmazdı. Ekspert rəyinə gəldikdə, həmin rəydə cavabdehə məxsus evin sərhədlərinin o cümlədən daş hasarın “Azərmemarlayihə” DBLİ-nin tərtib etdiyi eskiz layihənin göstəriciləri ilə eyni olduğu göstərilir. Lakin rəydən də göründüyü kimi ekspert “Azərmemarlayihə” DBLİ-nin tərtib etdiyi eskiz layihəyə əsaslanıb. Halbuki, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza üzrə ekspert rəyində səlahiyyətli qurum tərəfindən verilmiş texniki pasportlara əsasən müəyyən edilmişdir ki, cavabdehə məxsus evin faktiki vəziyyətinin həmin evə dair verilmiş texniki pasporta uyğun gəlmədiyi müəyyən edilmiş, iddiaçıya məxsus evə dair texniki pasportun göstəricilərinə uyğun giriş-çıxış qapısı tam bağlandığından hasarın həyətə giriş və çıxışa mane törətdiyi müəyyən olunmuşdur

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-54/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov, Məmməd Məmmədov)

25. Apellyasiya instansiya məhkəməsi hesab etmişd ir ki, qanunvericiliyə müvafiq faktiki hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir ki, cavabdeh müvafiq icazələr almadan ərazidə dəyişikliklər etmiş, hətta inzibati məhkəməyə müvafiq dəyişikliklərin təsdiqi barədə müraciəti təmin edilməmişdir. Bununla da iddiaçının torpaq sahəsinə müdaxilə öz təsdiqini tapmış, əlavə ekspertizanın aparılması üçün əsaslar isə müəyyən edilməmişdir.

26. Apellyasiya instansiya məhkəməsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)295/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunanlara istinad edərək qeyd etmişdir ki, (“iddiaçı Cavabdeh üçüncü şəxs İddiaçı mülkiyyətində olan əmlaka dair tərtib olunmuş texniki pasportun yenidən yoxlanılaraq ona düzəliş edilməsi ilə bağlı tələb irəli sürsə də, ekspe rt rəyi ilə üçüncü şəxsin deyil, məhz iddiaçının özünə məxsus olan ünvan 3 yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun olmadığı görünür. Bu səbəbdən də həmin əmlak ilə qonşuluqda yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportun yenidən yoxlanılması üçün hər hansı əsas müəyyən olunmur. Hazırda üçüncü şəxsin adına tərtib olunmuş texniki pasport ilə onun mülkiyyətində olan əmlakın texniki göstəriciləri ilə arasında fərqlilik olmadığından, hazırkı halda texniki pasportun yenidən yoxlanılması və qapının yerləşmə yerinə düzəliş edilməsi yolverilən deyil. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsin in imtinası qanuna zidd sayılmamalı və iddiaçı Cavabdeh hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir”) apellyasiya şikayətinin ziddiyyətli dəlillərinin əsassızlığı birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı ilə istisna edilsə də, iş üzrə təqdim edilən inzibati məhkəmənin qərarı ilə də öz təsdiqini tapmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139 -176, 178,179, 560-cı, Torpaq Məcəlləsinin 48.5, 65 və 111-ci və Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya istansiyası məhkəməsində birinci icraat

28. Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti birinci instansiya məhkəməsində təqdim olunan etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, mülki iş materiallarından (eləcə də fotoşəkillərdən) və şahid ifadələrindən görünür ki, iddiaçı və onun ailə üzvləri hasarın çəkilməsinə razılıq verib, hətta hasarın tikintisinə köməklik edib, ustalara göstərişlər verərək yaxından iştirak edib tikintinin başa çatdırılmasına qədər, hətta ondan xeyli müddət sonrada heç bir narazılıq bildirməyib. Hasarın tikintisi başa çatdırılandan sonra isə öz hüququndan, yəni məhkəmədə iddia qaldırmaq hüququndan (hasarın sökülməsi və qa pının qanunla müəyyən edilmiş yerdə yerləşməsi hələ mübahisəlidir) sui-istifadə edərək cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edib. Halbuki, cavabdeh tərəfindən iddiaçının heç bir hüququ pozulmayıb. İddiaçının öz evinə sərbəst girib-çıxmaq üçün 3 böyük, 3 də kiçik qapısı var. İddiaçının bu müddət ərzində cavabdehə tikinti işləri aparan zaman narazılıq bildirməməsinin səbəblərindən biri də bu olub. Lakin iddiaçının öz hüququndan sui-istifadə edərək iddianı qaldırmaqda məqsədi özbaşına həyətyanı sahəsini zəbt torpağı hesabına artırmaq və cavabdehi isə buna görə etiraz etməməsi üçün susdurmağa məcbur etməkdir. Hər iki instansiya məhkəməsi işin faktiki hallarını, yəni bu müddət ərzində nə üçün etiraz etmədiyini araşdırmayıb. Məhkəmə, iddiaçının və xxxun ər-arvad olması və evlərinin birgə nikah dövründə alınmasına, ümumi mülkiyyətdə olmasına hüquqi qiymət verməyib. Halbuki, iddiaçı ilə xxxn ər-arvad münasibətlərinə hüquqi qiymət verilən zaman iddianın tamamilə əsasız olması və hasarın tikintisinə razılıq vermələri, eləcədə evlərinə (ümumi mülkiyyətlərinə) mübahisəli qapıdan başqa 3-4 giriş-çıxış qapılarının olması və hazırkı iddia ilə hüquqlarından sui-istifadə etmələri tam aşkar olunur. Qeyd olunan hallara dair məhkəmə qətnamələri qəbul edilmiş və zəbt faktı sübuta yetirilmişdir. Lakin həmin iş örtbasdır edilmiş və bu günə kimi məlumat əldə etmək mümkün olmamışdır. Bundan başqa, iddiaçı hazırkı iddia ilə cavabdehə öz hüququndan sui-istifadə edərək maddi ziyan vurur. Belə ki, öncə etiraz etməyərək hasarın tikilməsinə şərait yaratdıqdan sonra əsassız iddia qaldıraraq maddi və mənəvi zərər vurulmasına nail olmağa çalışır. Hətta bu günədək əsassız iddiası ilə bir çox maddi ziyan vurmasına nail olub. Belə ki, iddiaçı öz hüququndan sui-istifadə edərək iddia qaldırdığı üçün cavabdeh əlavə məhkəmə xərci (dövlət rüsumu, hüquqi yardım üçün və s.) çəkməyə məcbur olub. Hazırkı mülki iş üzrə materiallardan göründüyü kimi, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədən, yəni sübutlar tam, hərtərəfli tədqiq edilmədən və iddiaçının təqdim etdiyi sübutların bir-birini tamamlamamasına baxmayaraq natamam qətnamə qəbul edilib. İşdə olan sübutlar iddia tələbini tam təsdiq etməməsinə baxmayaraq, hərtərəfli araşdırılması üçün təkrar ekspertiza keçirilməsi zərurəti olmasına baxmayaraq məhkəmə bu xüsusatı araşdırmamışdır. Halbuki, ekspertiza keç irilməsi üçün iki dəfə əsaslandırılmış vəsatət verilmişdir. Lakin məhkəmə hər dəfə vəsatəti təmin etməmişdir. Mülki iş üzrə materiallardan göründüyü kimi, iddiaçının iddia tələbi üzrə iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi sənədlər əsasında obyektiv qətnamə çıxarmaq mümkün deyil. Hətta əlavə olaraq yuxarıda qeyd etdiyi sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsinin təmin edilməsi xahiş olunsa da məhkəmə cavabdehin vəsatətlərini təmin etməmiş və natamam araşdırma edərək həqiqəti əks etdirməyən, yanlış qətnamə qəbul etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3747/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-54/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

31. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - işin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya məxsus olan evin həyətə giriş yoluna, qonşuluqda yaşayan evin mülkiyyətçisi olan cavabdeh tərəfindən maneələr yaradılmışdır. Belə ki, həyətə gediş-gəlişi çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikili inşa edilmişdir. Bu barədə iddiaçı cavabdehə narazılıq bildirilsə də, cavabdeh öz qanunsuz əməllərini davam etdirmişdir. Tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olmuş, lakin iddia ərizəsi mülkiyyətçiyə qarşı verilmədiyindən yekunda iddianın təmin edilməməsi barədə q ətnamə çıxarılmışdır; - Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2020-ci il tarixli 26563 nömrəli rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsinin cavabdehə məxsus ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Cavabdehə məxsus yaşayış evinin faktiki vəziyyəti texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçıya məxsus ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsi giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir; - iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən onun mülkiyyətində ol an evin həyətinə girişini məhdudlaşdıran özbaşına hasarın tikilməsini qeyd edərək, mülkiyyətində olan evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikilinin, yəni hasarın cavabdehin hesabına sökülməsini, həyətə giriş-çıxışın bərpa olunması, mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir; - cavabdeh isə mübahisəli hasarın iki il yarım əvvəl ustaların şahidliyi ilə iddiaçının həyat yoldaşının razılığı ilə çəkilməsini, həmin vaxt iddiaçının həyat yoldaşının metrin arxa tərəfindən tutub, ustalardan 4,5 m. məsafə yol saxlayaraq hasarın yerini işarə etməsini, həmin işarə qoyulmuş yerdən hasarın 1 metr hündürlükdə hörülməsini, səhərisi gün gəlib metrə ilə ölçüb yolun eninin 4,5 m. olduğunu görməs ini və daha sonra hasara üzlük çəkilən zaman hasarın 10 sm. yola girəcəyini bildirərək qarşılıqlı razılıq əsasında hasarı sökmələrini və arxaya çəkmələrini, ərinin razılıq verməsindən sonra tikilmiş hasarın sökülməsini tələb etməklə iddiaçının niyyətinin hüququndan sui-istifadə edərək ona ziyan vurmaq olduğunu göstərərək, iddiaya qarşı etiraz etmişdir; - apellyasiya instansiya məhkəməsi iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən, iddia tələbinə uyğun gələn qanun norması kimi Mülki Məcəllənin 139-176, 178,179, 560-cı və Torpaq Məcəlləsinin 48.5, 65, 111-ci maddələrini sadalayaraq, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə müvafiq faktiki hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir ki, cavabdeh tərəfindən müvafiq icazələr almadan ərazidə dəyişikliklər etmiş, hətta inzibati məhkəməyə müvafiq dəyişikliklərin təsdiqi barədə müraciəti təmin edilməmişdir. Bununla da iddiaçının torpaq sahəsinə müdaxilə öz təsdiqini tapmış, əlavə ekspertizanın aparılması üçün əsaslar isə müəyyən edilməmişdir. Həmçinin iddiaçı hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan əmlaka dair tərtib olunmuş texniki pasportun yenidən yoxlanılaraq ona düzəliş edilməsi ilə bağlı tələb irəli sürsə də, ekspert rəyi ilə iddiaçının deyil, məhz cavabdehin özünə məxsus olan yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun olmadığı görünür. Bu səbəbdən də həmin əmlak ilə qonşuluqda yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportun yenidən yoxlanılması üçün hər hansı əsas müəyyən olunmur. Hazırda üçüncü şəxsin adına tərtib olunmuş texniki pasport ilə onun mülkiyyətində olan əmlakın texniki göstəriciləri ilə arasında fərqlilik olmadığından, hazırkı halda texniki pasportun yenidən yoxlanılması və qapının yerləşmə yerinə düzəliş edilməsi yolverilən deyil; - işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və iş materiallarında olan mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsi səbəbindən, iddianın təmin edilməsi ilə yanaşı cavabdehin inşa etdiyi hasarın tam sökülməsi ilə bağlı məhkəmələrin gəldikləri nəticə əsaslı olmayıb; - belə ki, birinci instansiya məhkəməsinin iclaslarında hasarın inşasını icra etmiş iki şahid öz ifadələrində hasar çəkilərkən iddiaçının həyat yoldaşı Möhlətin razılığı ilə çəkilməsini bildirmişlər. Həmç inin cavabdehin nümayəndəsi olan əri məhkəmə iclasında verdiyi izahatında və iddiaya qarşı etirazında, habelə daha əvvəl iddiaçı tərəfindən ona qarşı verilmiş eyni məzmunlu iddia üzrə işə baxılarkən cavabdeh kimi verdiyi izahatında da hasar çəkilərkən iddiaçının həyat yoldaşı Möhlətin razılığı ilə çəkilməsini təkrar-təkrar bildirmişdir. Lakin birinci instansiya məhkəməsi həmin hallarla bağlı araşdırma aparmadan və şahidlərin verdikləri ifadələrə hər hansı hüquqi qiymət vermədən qətnamədə göstərmişdir ki, cavabdehin inşa etdiyi tikilinin qanunsuz olması və iddiaçının mülkiyyət hüquqlarını pozması iş materialları ilə açıq-aşkar təsdiq olunduğundan, iddiaçının ərinin buna razılıq verməsi, hazırkı mübahisənin yaranmasının iddiaçının qapısının üç metr irəli çəkmək istəməsinə cavabdehin etiraz e tməsi səbəb olduğu kimi hallar həqiqi olsa belə, bunlar iddianın əsaslılığına təsir etmir və həmin hallar iddiaçının hazırkı iddiasının rədd edilməsi üçün əsas ola bilməzdi. Bununla da birinci instansiya məhkəməsi qətnamədə qeyd etdiyi tələblərə, yəni hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmənin zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilməsi, sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli olması barədə tələblərə, o cümlədən Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə əməl etməmişdir; - həmçinin apellyasiya instansiyası məhkəməsi də cavabdehin apellyasiya şikayətinin qeyd olunan hallarla b ağlı dəlillərini araşdırmamış, hasarın hörülməsinə iddiaçının əri tərəfindən qabaqcadan razılıq verilməsini təsdiq edən şahidlərin ifadələrinə, cavabdehin nümayəndəsi olan ərinin izahatlarına, iddiaçının məhkəmədə iştirak edən nümayəndəsinin həmin dəlillərə qarşı hər hansı təkzibedici sübut təqdim etməməsinə hüquqi qiymət verməmiş, həmçinin iddiaçının hazırkı iddianı qaldırmaqla hüquqdan sui-istifadəyə yol verib-verməməsinə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir; - bundan başqa, məhkəmələr hasarın hörüldüyü torpaq sahəsinin cavabdehə mülkiyyət hüququ ilə məxsus olmadığını, ekspert rəyi ilə də cavabdehin inşa etdiyi hasarın iddiaçının mülkiyyətində olan evə və onun həyətinə keçmək üçün nəzərdə tutulmuş giriş qapısını tam bağladığını qeyd etsələr də, əsas küçədən dönən dalana aid hasarın hörüldüyü həmin torpağın mülkiyyətçisinin müəyyən edilməsini, yəni ümumi istifadədə olan dalanda yerləşən həmin torpağın bələdiyyəyə aid olub-olmamasını yoxlamamış, torpağın əsl mülkiyyətçisinin işə cəlb olunmasını təmin etməmişlər. Eləcə də işdə olan ziddiyyətlərin aradan qaldırılmasına zərurət olduğu halda, hasarın iddiaçıya maneə törətməyən hissəsinin başqa şəxsin (bələdiyyənin) mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşibyerləşməməsi, iddiaçının həmin hasarın tam sökülməsini tələb etməyə subyektiv hüququnun olub-olmaması da lazımi qaydada müəyyənləşdirilməmişdir; - iddiaçı iddia tələbində mülkiyyətində olan evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikilinin, yəni hasarın cavabdehin hesabına sökülməsini xahiş etsə də, məhkəmələr cavabdeh tərəfindən hörülmüş hasarın hansı hissədə iddiaçının evinin həyətinə girişini məhdudlaşdırdığını müəyyən etməmiş, bu məqsədlə xüsusi biliyə malik ekspert vasitəsilə həmin suala aydınlıq gətirmək və iddianı yalnız iddia ərizəsində tələb olunan həmin hissədə təmin etmək əvəzinə, hasarın tam sökülməsi barədə nəticəyə gəlməkdə haqlı olmamışlar. Bu halda apellyasiya instansiya məhkəməsi həm də diqqətdən qaçırmışdır ki, hasarın tam sökülməsi barədə iddia ilə yalnız torpağa mülkiyyət hüququ ilə malik olan şəxs çıxış edə bilərdi. - eyni zamanda cavabdeh iddia ərizəsinə qarşı etirazında iddiaçının həyətinə 3 böyük giriş-çıxış qapısı və darvazasının olmasını qeyd etsə də, iddiaçının həyətinə başqa giriş- çıxış qapısı və darvazalarının olub-olmaması da məhkəmələr tərəfindən araşdırılmamış, xüsusi b iliyə malik ekspert qarşısında həmin halın müəyyən edilməsi barədə sual qoyulmamışdır. Bundan başqa iddiaçı iddia ərizəsində həmin halla bağlı, yəni giriş qapısının olmaması səbəbindən həyətə daxil olmaq üçün hər dəfə maşın üçün nəzərdə tutulan darvazanı qaldırmalı və oradan həyətə daxil olmalı olduğunu göstərsə də, iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərdə (1-ci cild, i.v.16-19) darvazanın uzun müddət istifadə olunmadığını təsdiq edən, həmin darvazanın qarşısında hündür otların bitməsinin əksini tapmasına diqqət yetirilməmiş, məhkəmələr tərəfindən bu hala aydınlıq gətirilməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətində də göstərdiyi kimi, iddiaçının hüququndan sui-istifadə etməklə cavabdehə zərər vurmaq niyyətinin olub-olmamasına bu baxımdan da hüquqi qiymət verilməmişdir. Qe yd olunanların hansı səbəbdən nəzərə alınmaması apellyasiya instansiya məhkəməsi tərəfindən əsaslandırılmamış, iddianın həllində göstərilənlərə hüquqi qiymət verilməmişdir; - apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxarkən yuxarıda qeyd olunan tələblərə riayət edilmədiyindən, apellyasiya məhkəməsinin gəldiyi nəticələr qismən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün mübahisələndirilən hissədə tam qanuni və əsaslı sayıla bilməz; - cavabdehin kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını qismən ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə tam olaraq düzgün həllini tapmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Təkrar apellyasiya baxışında Bakı şəhəri Nərimanov rayon Bələ diyyəsi və iddiaçının əri X6 üçüncü şəxs qismində işə cəlb edilmişlər.

33. Üçüncü şəxs X6 göstərmişdir ki, cavabdeh hasar tikərək onların qapıdan istifadəsini məhdudlaşdırıb, 6 ildir ki, qapıdan istifadə edə bilmirlər. Hasarın tikilməsinə razılıq verməyib.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)1269/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-1081/2022 nömrəli qətnaməsinin dəyişdirilmiş, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektində yerləşən 28V nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş-çıxışı məhdudlaşdıran 11,90 (on bir tam yüzdə doxsan) metr uzunluğunda hasarın Cavabdeh hesabına sökülməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilməd ən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov)

35. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, hasarın tikilməsi ilə 3 hüquqpozmaya yol verilib. Birinci hüquqpozma: torpaq sahəsi zəbt olunub. Belə ki, hasarın yerləşdiyi torpaq sahəsi və hasarın arxasında qalan torpaq sahəsi dövlət və ya bələdiyyə mülkiyyətindədir. Nəzərə alınmalıdır ki, cavabdehin evinin reyestr çıxarışı yalnız evə münasibətdə verilib, torpağa mülkiyyət hüququnun olduğu qeyd edilməyib. Cavabdehdən fərqli olaraq iddiaçının evinin reyestr çıxarışında ev ilə yanaşı 0,042 ha torpaq sahəsinin də onun mülkiyyətində olduğu qeyd edilib. Cavabdehin nümayəndəsi (əri) məhkəmə iclasında izahat verərkən bildirib ki, hasarın yerləşdiyi torpaq sahəsinə və hasarın arxasında qalan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Məhkəmə torpağın dövlətin, yaxud bələdiyyənin mülkiyyətində olmasını müəyyənləşdirməyə təşəbbüs göstərmişdir. Bu məqsədlə Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Bələdiyyəsi iş üzrə üçüncü şəxs kimi tanınmış, lakin həmin qurumlar nümayəndələrini məhkəmə iclasına göndərməmiş və mübahisəyə dair mövqe bildirməmişlər;

36. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iki qonşu arasındakı hazırkı mübahisənin düzgün həlli üçün torpağın bu subyektlərdən hansının - dövlətin, yaxud bələdiyyənin mülkiyyətində olduğunun müəyyən edilməsinə zərurət yoxdur, çünki torpaq sahəsi ümumi istifadədə olmaqla hamının buraxılması üçün açıq torpaq sahəsidir. Mülki Məcəllənin 239.1-ci maddəsinə görə, fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər. Bu maddədəki “sərbəst ola bilər” ifadəsi subyektiv hüququ, “fiziki şəxslər” ifadəsi isə həmin hüququn subyektini bildirir. Buna görə də iddiaçı evinin girişinin qarşısında olan torpaq sahəsinin azad edilməsini (hasarın sökülməsini) tələb də bilər.

37. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, ikinci hüquqpozma: özbaşına tikinti işlərinin aparılmasıdır. Hasar özbaşına tikinti obyektidir. Belə ki, hasarın yerləşdiyi torpaq sahəsi hasar tikilməsi üçün ayrılmayıb. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş tikili özbaşına tikinti sayılır. İddiaçı hasarın sökülməsini tələb etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malik olan subyektlərdən biri “maraqlı tərəf” kimi göstərilib. İddiaçı həmin maddənin məqsədi baxımından maraqlı tərəf hesab olunur, çünki hasar inşa edilərkən onun evinin həyətyanı sahəsinə aid olan qapı keçidi mişar daşı ilə hörülüb, yəni texniki pasportda giriş-çıxış yeri kimi nəzərdə tutulmuş qapı tam bağlanıb, ümumi istifadədə olan torpaq sahəsi isə zəbt olunub.

38. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 26830 nömrəli ekspert rəyində qeyd olunub: 1) iddiaçının evinin texniki pasportunun məlumatlarında göstərilən keçid qapısı mişar daşı ilə hörülüb və həmin qapı boşluğu sahəsi cavabdehin evinə aid hasarın arxasında qalıb; 2) cavabdehin evinin faktiki vəziyyəti t exniki pasportun məlumatlarına uyğun gəlmir; 3) iddiaçının evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaradır. Texniki pasportda giriş-çıxış yeri kimi nəzərdə tutulmuş qapının tam bağlanması işdə olan fotoşəkillə də təsdiq olunur.

39. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə üçüncü hüquqpozma: mülkiyyət hüququnun pozulmasıdır ki, hasar iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, evin həyətyanı sahəsinə aid olan keçid qapısı iddiaçının mülkiyyəti sayılır. Lakin hasarın hörülməsi nəticəsində keçid qapısı tam bağlandığından iddiaçı mülkiyyətindən istifadə edə bilmir. Mülki Məcəllənin 157.4-ci maddəsinə görə də əgər mülkiy yətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

40. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgünü nəticəyə gəlib. Lakin qətnamə dəyişdirilməli, sökülməsi qət olunan hasarın uzunluğu qətnamədə qeyd olunmalıdır. Odur ki, iddiaçının hansı uzunluqda hasarın sökülməsini tələb etmək hüququnun, cavabdehin isə hansı uzunluqda hasarı sökmək vəzifəsinin olduğunun dəqiq müəyyən edilməsi üçün sökülməsi qət olunan hasarın uzunluğu qətnamədə göstərilməlidir. Hər iki tərəf izahatında bildirib ki, ha sarın uzunluğu 11,90 metr təşkil edir. Cavabdeh hasarın uzunluğunun 11,90 metr olduğunu etiraf etdiyinə görə, iddiaçı bu faktı sübut etmə vəzifəsində azad olunur.

41. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişləri barədə qeyd etmişdir ki, avtomobil üçün nəzərdə tutulan darvazanın qarşısında 3 ədəd alaq otunun bitməsi darvaza keçidindən insanların (iddiaçı və onun ailə üzvlərinin) istifadə etmədiyini təsdiq edən sübut sayılmır. İşdə digər fotoşəkildə də var, həmin fotodan görünür ki, darvazanın qarşısında alaq otu artıq yoxdur. Bundan əlavə, dəmir darvaza və dəmir qapı (cavabdeh tərəfindən qarşısı mişar daşı ilə hörülmüş qapı) iddiaçının evinin texniki pasportunda “həyətyanı tikililər” kimi qeyd olunub, habelə texniki pasportun “ torpaq sahəsinin planı” adlandırılan hissəsində həmin darvaza və qapı həyətyanı sahənin yeganə qapısı və darvazası kimi göstərilib. Texniki pasportda göstərilən qapıdan və darvazadan mülkiyyətçinin istifadə etməməsi, onun həmin qapı və darvazadan istifadə hüququnun xitamına səbəb olmur. Belə ki, Mülki Məcəllənin 15.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Odur ki, iddiaçının öz mülkiyyətinin tərkib hissəsi olan qapıdan və darvazadan istifadə etməməsi cavabdehə əsas vermir ki, həmin qapının qarşısında mişar daşından hasar inşa etsin, o cümlədən darvazanın qarşısındakı yolun enini hasar inşa etməklə azaltsın.

42. Apellyasiya instan siyası məhkəməsi göstərmişdir ki, apellyasiya icraatı zamanı üçüncü şəxs kimi işə cəlb edilmiş xxx (iddiaçının əri) izahatında hasarın çəkilməsinə razılıq vermədiyini bildirmişdir. Cavabdeh tərəf isə belə razılığın verildiyini təsdiq edən yazılı sübut təqdim etməyib. Nəzərə alınmalıdır ki, hasarın tikilməsi nəticəsində qapı keçidi mişar daşı ilə hörülməklə bağlanıb. Həmin qapı texniki pasportda “həyətyanı tikili” kimi qeyd olunub, ona görə də daşınmaz əmlakın hissəsi sayılır və daşınmaz əşyaya aid qaydalar həmin qapı keçidinə də aid edilir. Mülki Məcəllənin 204.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərur idir. Lakin iddiaçı daşınmaz əmlakın hissəsi sayılan qapı keçidi üzərində hüquqdan imtina etməsi barədə ərizə verməyib. İkinci, hasarın inşa olunmasına şifahi razılıq verilibsə, həmin razılığın hüquqi əhəmiyyəti yoxdur. Belə ki, hasar özbaşına tikinti obyektidir. Qonşunun razılığı heç bir şəxsə özbaşına tikinti işləri aparmağa əsas vermir. Bundan başqa, hasarın inşa edildiyi torpaq dövlət və ya bələdiyyə mülkiyyətindədir. Qonşunun razılığı heç bir şəxsə dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etməyə əsas vermir. Üçüncü, qapı keçidinin mişar daşı ilə hörülməsinə və hasarın inşa olunmasına şifahi razılıq verilibsə, həmin razılığı iddiaçı (mülkiyyətçi) deyil, onun əri xxx verib. Mülkiyyətçinin ərinin razılığı mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Bundan əvvəl eyni hasarın sökülməsi barədə eyni şəxsin iddiası qonşu evin mülkiyyətçisinə qarşı deyil, onun əri Nümayəndə qarşı irəli sürülmüş, lakin həmin iddia Ali Məhkəmənin göstərişi əsasında rədd edilmişdir. Ali Məhkəmənin göstərişi onunla əsaslandırılmışdır ki, mülkiyyətçinin əri iddiaya cavab verməli olan şəxs deyil, çünki mülkiyyətçi deyil. Konstitusiyanın 25-ci maddəsinin 1-ci hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Odur ki, mübahisə edən iki mülkiyyətçi (qonşu qadınlar) öz ərlərinin davranışından asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabər olmalıdır. Mübahisə edən iki mülkiyyətçidən (qonşu qadınlardan) birinin (hasarı inşa etmiş tərəfin) əri iddiaya cavab verməli olan şəxs deyilsə, eyni məntiqlə həmin mülkiyyətçilərdən (qonşu qadınlardan) digərinin (hasarın sökülməsini tələb edən tərəfin) əri hasarın tikilməsinə razılıq vermək hüququ olan şəxs deyil.

43. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən hörülmüş hasarın hansı hissədə iddiaçının evinin həyətinə girişi məhdudlaşdırmasının müəyyən edilməsi, bunun üçün ekspert rəyinin alınması ilə bağlı Ali Məhkəmənin əvvəlki qərarında olan göstərişlə bağlı qeyd etmişdir ki, birincisi, sökülməsi tələb olunan hasarın uzunluğu 11,90 metr təşkil edir. Belə ki, iddiaçı hasarın uzunluğunun 11,90 metr olduğunu bildirib, cavabdeh isə hasarın uzunluğunun 11,90 metr olduğunu etiraf edib. İddia ərizəsində “evin həyətinə girişi məhdudlaşdıran” ifadəsi ilə həmin uzunluqda olan hasar nəzərdə tutulub. Bu barədə ekspert rəyinin alınmasına zərurət yoxdur, çünki işdə olan fotodan (cild 1, iş v. 18) görünür ki, 11,90 metr uzunluğunda olan hasar evin həyətinin girişinə tərəf gedən yolda (dalanda) yerləşməklə həmin yolun (dalanın) eninin azalmasına səbəb olub. İddiaçı evinin həyətinə giriş-çıxış üçün həmin yoldan (dalandan) istifadə etdiyinə görə, yolun (dalanın) eninin azalması evin həyətinə giriş-çıxışın məhdudlaşmasına səbəb olub. Odur ki, 11,90 metr uzunluğuna olan hasar sökülməlidir. İkincisi, hasarın yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olmaqla hamının buraxılmasın üçün açıq torpaq sahəsidir. Mülki Məcəllənin 239.1-ci maddəsinə görə, fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər. Buna görə də iddiaçı evinin girişinin qarşısında yerləşən, ümumi istifadədə olmaqla hamının buraxılma sı üçün açıq torpaq sahəsinin azad edilməsini (hasarın sökülməsini) tələb də bilər.

44. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin iddiaçının həmin hasarın tam sökülməsini tələb etməyə subyektiv hüququnun olub-olmamasını ilə bağlı göstərişinə münasibətdə bildirmişdir ki, iddiaçının həmin hasarın tam sökülməsini tələb etməyə subyektiv hüququ var. Əksinə, cavabdehin subyektiv hüququ yoxdur ki, ümumi istifadədə olan və hamının buraxılmasın üçün açıq olan torpaq sahəsini zəbt etsin və orada 11,90 metr uzunluğunda hasar inşa etsin. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 26830 nömrəli ekspert rəyində qeyd olunub ki, cavabdehin evinin faktiki vəziyyəti texniki pasportun məlumatlarına uyğun gəlmir. Ali Məhkəmənin 7-ci göstərişi barədə

45. Apellyasiya instan siyası məhkəməsi iddiaçının hüququndan sui-istifadə etməklə cavabdehə zərər vurmaq niyyətinin olub-olmamasına hüquqi qiymət verilməməsi barədə göstərişinə münasibətdə diqqətə çatdırmışdır ki, evinin həyətyanı sahəsinin giriş-çıxış qapısının qarşısının açılmasını, zəbt olunmuş torpaq sahəsinin isə ümumi istifadəyə qaytarılmasını tələb edən şəxs “hüququndan sui-istifadə edən şəxs” adlandırıla bilməz. Başqasının giriş-çıxış qapısını mişar daşı ilə hörən, ümumi istifadədə olan torpaq sahəsini isə zəbt edən şəxs “zərər çəkən şəxs” adlandırıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh (Vəkil5) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş et mişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının öz hüququndan suiistifadə edərək iddianı qaldırmaqda məqsədi özbaşına həyətyanı sahəsini zəbt torpağı hesabına artırmaq və cavabdehə isə buna görə etiraz etməməsi üçün susdurmağa məcbur etməkdir. Bir müddət əvvəl qeyd olunan hallara dair məhkəmə qətnamələri qəbul edilmiş və zəbt faktı sübuta yetirilmişdir. Lakin həmin iş ört basdır edilmiş və bu günə kimi məlumat əldə etmək mümkün olmamışdır. Hər iki instansiya məhkəməsinin qətnaməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələbləri cavabdehə münasibətdə pozulmuşdur. İddiaçı hazırkı iddia ilə cavabdehə öz hüququndan sui-istifadə edərək maddi ziyan vurur. Belə ki, öncə etiraz etməyərək hasarın tikilməsinə şərait yaratdıqdan sonra əsassız i ddia qaldıraraq maddi və mənəvi zərər vurulmasına nail olmağa çalışır. Hətta bu günədək əsassız iddiası ilə bir çox maddi ziyan vurmasına nail olub. Belə ki, iddiaçı öz hüququndan sui-istifadə edərək iddia qaldırdığı üçün cavabdeh əlavə məhkəmə xərci (dövlət rüsumu, hüquqi yardım üçün və s.) çəkməyə məcbur olub. İşdə olan sübutlar iddia tələbini tam təsdiq etməməsinə baxmayaraq, hərtərəfli araşdırılması üçün təkrar ekspertiza keçirilməsi zərurəti olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi bu xüsusatı araşdırmamışdır. Halbuki, ekspertiza keçirilməsi üçün iki dəfə əsaslandırılmış vəsatət verilmişdir. Lakin məhkəmə hər dəfə vəsatəti təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbayca n Respublikasının Mülki Məcəlləsi Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.3. Müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansi yası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnam ə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

53. Apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 11 noyabr 2024-cü il tarixli qərarı qərarında şərh edilən və hazırki qər arın 31-ci bəndində qeyd edilən göstərişlərə tam əməl etməmişdir. Halbuki Ali Məhkəmənin həmin göstərişləri iddia tələbi üzrə tərəflər arasındakı hüquq münasibətlərinin müəyyən edilməsi və mübahisənin qanuni və ədalətli həlli üçün mühüm əhəmiyyət daşımışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

54. İşdən görünür ki, iddiaya etirazında cavabdeh hasarın iddiaçının əri xxxun razılığı ilə inşa edilməsini, hətta sonuncunun bu işə “xeyri-dua” verməsini bildirmişdir.

55. Ali Məhkəmənin əvvəlki qərarında göstəriş belə olmuşdur ki, hasarın iddiaçının əri xxxun razılığı ilə inşa edilməsinin Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından iddiaçını n hazırkı iddianı qaldırmaqla hüquqdan sui-istifadəyə yol veribverməməsinə hüquqi qiymət verilməlidir.

56. Apellyasiya instansiyası məhkəməsi həmin göstəriş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş xxxun (iddiaçının əri) hasarın çəkilməsinə razılıq verməməsi barədə izahatına və cavabdeh tərəfin də belə razılığın verildiyini təsdiq edən yazılı sübut təqdim etməməsinə istinad edib.

57. Əvvəla, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs qismində cəlb etdiyi xxxun hasarın çəkilməsinə razılıq verməməsinə dair izahatına rəğmən nəyə görə onun cavabdehdən tikintini dərhal dayandırmasını tələb etməməsini, bunun üçün aidiyyəti orqanlara müraciət etməməsinə aydınlıq gətirməmiş, onu bu yöndə sorğu-sual etməmişdir.

58. Nəzər alınsa ki, işin müəyyən edilən halına görə tikilmiş hasarın uzunluğu təx minən 12 metrdir və hasar tikiləndən sonra “aqlay” adlanan daşla üzlənib, belə olan halda hasarın tikintisi müəyyən vaxt aparıb. Bu müddət ərzində tikintinin dayandırılması üçün iddiaçının cavabdehə etiraz bildirib-bildirməməsi, bununla bağlı hər hansı orqana müraciət edib-etməməsi, etmədiyi halda bunun nə məqsədlə edilməməsi müəyyən edilməli idi.

59. Cavabdeh iddiaya etirazında hasarın iki il yarım əvvəl çəkilməsini bildirmişdir. Buna görə də cavabdehin bildirdiyi bu xüsusat üzrə hasarın inşa edildiyi tarixlə iddianın verilməsi tarixindək olan vaxt ərzində iddiaçının nəyə görə zəruri tədbirlər görməməsi sual doğurur, üstəlik, iddiaçının dəlillərinə görə cavabdehlə münasibətlərin heç də yumşaq olmaması diqqətə alınarsa, bu, iddiaçının hasarın tikintisi ilə bağlı dərhal reaksiya verməsini ş ərtləndirirdi. Lakin qeyd edilən suallar açıq qaldığı üçün apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz. Halbuki tərəflərin dəlilləri işdəki sübutlarla məcmu halında qiymətləndirilməklə onların həqiqiliyinə qiymət verilməli idi.

60. Sübut etməyə gəldikdə, apellyasiya instansiyası məhkəməsi göstərib ki, cavabdeh hasarın tikintisinə iddiaçının razılıq verdiyini təsdiq edən yazılı sübut təqdim etməyib.

61. Qeyd edilməlidir ki, analoji mübahisələrdə razılığın faktiki vəziyyətdən (məsələn, tikilini etiraz olmadan inşa edilməsi, inşa ediləndən sonra mövcud vəziyyətə uzun müddət etirazsız edilməməsi və s. ) də aşkar olması mümkündür. Bunun üçün mütləq şəkildə yazılı razılığın olması tələb edilmir. Eyni zamanda cavabdeh hasarın tikintisinə iddiaçının ərinin razılıq v erməsinə dair sübut kimi şahidlər gətirmişdir.

62. İddiaçı ərizədə tikintinin dərhal dayandırılmasını tələb etdiyini göstərmişdir. Belə olan təqdirdə, iddiaçı da cavabdehdən tikintinin dərhal dayandırılmasını tələb etdiyini sübut etməli idi.

63. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi sübutetmə yükünü yalnız cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlməmişdir.

64. Qeyd edilənlər Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlər üzrə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından iddiaçının hüquqdan sui-istifadə olub-olmamasın müəyyən etmək üçün zəruri xüsusatlar olmuşdur.

65. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.

66. Həmçinin ap ellyasiya instansiyası məhkəməsi göstərib ki, qapı keçidinin mişar daşı ilə hörülməsinə və hasarın inşa olunmasına şifahi razılıq verilibsə, həmin razılığı iddiaçı (mülkiyyətçi) deyil, onun əri xxx verib. Mülkiyyətçinin ərinin razılığı mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Bundan əvvəl eyni hasarın sökülməsi barədə eyni şəxsin iddiası qonşu evin mülkiyyətçisinə qarşı deyil, onun əri Nümayəndə qarşı irəli sürülmüş, lakin həmin iddia Ali Məhkəmənin göstərişi əsasında iddianın cavab verməli olmayan şəxsə verilməsi əsası rədd edilmişdir.

67. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisə edən iki mülkiyyətçidən (qonşu qadınlardan) birinin (hasarı inşa etmiş tərəfin) əri iddiaya cavab verməli olan şəxs deyilsə, eyni məntiqlə həmin mülkiyyətçilərdən (qonşu qadınlardan) digərinin (hasarın sökülməsini tələb edən tərəfin) əri hasarın tikilməsinə razılıq vermək hüququ olan şəxs deyil.

68. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd edir ki, əvvəlki iddianın cavab verməli olmayan şəxsə qarşı qaldırılması əsası ilə rədd edilməsi prosessual hüquqi məsələ olmuşdur. Hasarın iddiaçının ərinin razılığı ilə inşa edilməsinin Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri üzrə hüquqdan sui-istifadə olub-olmamasına qiymət verilməsi isə maddi hüquqi məsələdir. Buna görə də hazırkı işin halların baxımından mübahisənin prosessual və maddi hüquqi tərəflərini eyniləşdirmək düzgün olmamışdır.

69. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Ata türk prospekti 28 V saylı evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikilinin, yəni hasarın cavabdehin hesabına sökülməsi, həyətə giriş-çıxışın bərpa olunması, mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin cavabdehə qadağan edilməsi barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, cavabdeh qeyd edilən hasarı qanunsuz inşa etməklə iddiaçının həyətinin giriş qapısını bağlamışdır, bu səbəbdən iddiaçı mülkiyyətində olan həyətə girmək üçün hər dəfə maşın üçün nəzərdə tutulan darvazanı qaldırmalıdır.

70. İddia tələbinin əsasının Mülki Məcəllənin 157.4 və 180-ci maddələri təşkil edir. Belə ki, iddiaçı mülkiyyətindən istifadəyə maneəni həyətinə gedən giriş qapısının cavabdehin qanunsuz (özbaşına) inşa etdiyi hasarla bağlanmasını bildirir.

71. Mülki Məcəl lənin 157.4-cü maddəsinə əsasən iddianın təmin edilməsi üçün həmin maddənin dispozitiv şərti, yəni cavabdehin törətdiyi maneənin (inşa etdiyi hasarın) həqiqətən də iddiaçının mülkiyyətinə qəsd olub-olub olmaması müəyyən edilməlidir.

72. Mülki Məcəllənin 180.4-cü maddəsi isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların maraqlı tərəfin müraciəti üzrə məhkəmənin qərarı əsasında sökülə bilməsini o halda mümkün hesab etmişdir ki, özbaşına tikili onun sökülməsini tələb edən şəxsin marağına toxunmuş olsun. Məhz marağına toxunma halı belə tələb hüququ ilə çıxış edən şəxsi Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf”ə çevirir. Ba şqa sözlə, Mülki Məcəllənin 180.4- cü maddəsində işlənən “maraqlı tərəf” ifadəsi istənilən şəxsə hər hansı özbaşına tiklinin sökülməsi tələbini irəli sürmək hüququ vermir. Bunun üçün özbaşına tiklinin həmin şəxsin mənafeyinə toxunması (hazırkı işin halları baxımından keçid qapısı bağlanmaqla mülkiyyətə qəsd edilməsi) da müəyyən olunmalıdır.

73. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi inşa edilən hasarın özbaşına tikili olmasını müəyyən etsə də, həmin hasarın iddiaçının irəli sürdüyü faktiki əsaslar üzrə yoxlamaqla yetərlənməmiş, daha da irəli gedərək 11,90 metr uzunluğunda olan hasarın evin həyətinin girişinə tərəf gedən yolda (dalanda) yerləşməklə həmin yolun (dalanın) eninin azalmasına səbəb olmasını, iddiaçının evinin girişinin qarşısında yerləşən, ümumi istifadədə olmaql a hamının buraxılması üçün açıq torpaq sahəsinin azad edilməsini (hasarın sökülməsini) tələb etmək hüququnun olmasını da göstərmişdir. Halbuki iddiaçı həmin hasarın yalnız onun həyətinə girən qapının qarşısını kəsdiyini bildirmiş, evinin həyətinə giriş-çıxış üçün həmin yoldan (dalandan) istifadəsinə, yolun (dalanın) eninin azalmasına, ümumi istifadədə olan yolun açılmasına istinad etməmişdir. Yəni iddiaçı həmin hasarın onun marağına toxunmasını giriş qapısının qarşısını kəsməklə izah etmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iddiaçının bildirdiyi faktiki əsaslardan kənara çıxmaqla, əlavə olaraq hasarın evin həyətinin girişinə tərəf gedən yolda (dalanda) yerləşməklə həmin yolun (dalanın) eninin azalmasına, ümumi istifadədə olan yolun bağlanmasına səbəb olmasına istina d etməsi düzgün olmamış, nəticədə hasarın bütünlüklə sökülməsi ilə bağlı Mülki Məcəllənin 180.4-cü maddəsinin tətbiqi əsaslı olmamışdır. İşdən 11,90 metr uzunluğunda olan hasarın bütünlüklə və ya yalnız giriş qapısının qarşını kəsən hissədə iddiaçının mülkiyyətindən istifadəyə maneə yaradıbyaratmaması görünmür.

74. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi iddiaçının bildirdiyi faktiki əsaslar (giriş qapısının qarşısının kəsilməsi) və Ali Məhkəmənin göstərişləri baxımından iş üzrə müvafiq ekspertiza keçirilməsini tərəflərlə müzakirə etməyib, qeyd edilən hala aydınlıq gətirmədən hasarın bütünlüklə sökülməsi qənaətinə gəlmişdir. Əks halda, göstərişlərə uyğun prosessual hərəkətlər ediləcəyi halda, hasarın yalnız maneə törədən hissəsi sökülə bilərdi ki, Ali Məhkəmə əvvəlki qərarında da b u barədə mövqeyini bildirib.

75. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə əvvəlki qərarında irəli sürülən göstərişlər üzrə zəruri prosessual hərəkətlər etmədən həmin göstərişləri şərh etməklə kifayətlənmiş və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.

76. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

77. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1269/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxşına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar