Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2379/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 İddia tələbi: “vərəsəlik müəyyənləşdirilməsi” şəhadətnaməsinin ləğvi və miras payının Açar sözlər: şəhadətnamənin ləğvi və miras payının müəyyənləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Əliyev Eynar Arif oğlunun, cavabdehlər Cavabdeh1 oglunun və Cavabdeh3 iştirakları ilə, Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 2(103)-5593/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, ev 14, 161 saylı mənzil 04.06.1997-ci il tarixdə Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlunun adına qeydiyyatdan keçmişdir. Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlu 04.03.2006-cı il tarixdə vəfat etmişdir. Cavabdeh2 Bakı şəhəri 18 saylı Notariat Kontoruna 02.09.2006-cı il tarixli ərizə ilə müraciət edərək 04.03.2006-cı ildə vəfat etmiş əri Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, ev 14, 161 saylı mənzilə dair vərəsəlik haqqınd a şəhadətnamənin verilməsini xahiş etmiş, özündən başqa Cavabdeh1 oglu və Cavabdeh3 vərəsə olduqlarını göstərmişdir. Cavabdeh3 Bakı şəhəri 18 saylı Notariat Kontoruna 06.09.2006-cı il tarixli ərizə ilə müraciət edərək 04.03.2006-cı ildə vəfat etmiş atası Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, ev 14, 161 saylı mənzilə dair vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, özündən başqa Cavabdeh1 oglu və Cavabdeh2 vərəsə olduqlarını göstərmişdir. Cavabdeh1 oglu Bakı şəhəri 18 saylı Notariat Kontoruna 03.11.2006-cı il tarixli ərizə ilə müraciət edərək 04.03.2006-cı ildə vəfat etmiş atası Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, ev 14, 161 saylı mənzilə dair vərəsəlik haqqında şəhadət namənin verilməsini xahiş etmiş, özündən başqa Cavabdeh3 oglu və Cavabdeh2ın vərəsə olduqlarını göstərmişdir. İş materiallarından görünür ki, 04.03.2006-cı ildə vəfat etmiş Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlunun vərəsələri qismində arvadı - Cavabdeh2, oğulları - Cavabdeh1 ogluna və Cavabdeh3 miras əmlakdan bərabər hissələrdə irs almalarına dair 03.11.2006cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və notariat qaydada təsdiq edilmişdir. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, ev 14 ünvanında yerləşən 161 saylı mənzildən ibarətdir. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09.09.2019-cu il tarixli, **********35 saylı arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, ev 14, 161 saylı mənzil 04.06.1997-ci il tarixdə Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlunun adına ilkin qeydiyyatdan keçmişdir. 18 saylı DNK-nun 03.11.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən ünvan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 ogluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 saylı DNK tərəfindən verilmiş 03.11.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında miras əmlakı olmuş Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, ev 14, 161 saylı mənzilə dair cavabdehlərin adına Daşı nmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında çıxarışın ləğv edilməsi, miras qoyan Əliyev Abuzər Rüstəm oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, ev 14, 161 saylı mənzilə dair iddiaçının qanun üzrə vərəsəlik hüququ tanınaraq, həmin əmlakın 1/4 hissəsinə vərəsəlik payı müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyinin (vəzifəsinin) Bakı şəhəri 18 saylı Notariat Ofisinin (keçmiş 18 saylı DNK) üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(011)7937/2019 saylı qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cava bdeh3 adına Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, ev 14, 161 saylı mənzilə dair Bakı şəhəri 18 saylı Notariat Ofisi (keçmiş 18 saylı DNK) tərəfindən verilmiş 03.11.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında cavabdehlərin adlarına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfındən verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, ev 14, 161 saylı mənzilə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınaraq, həmin əmlakın 1/4 hissəsinə vərəsəlik payının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyinin (vəzifəsi) Bakı şəhəri 18 saylı Notariat Ofısinin üzərinə qo yulması qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 oglu və Cavabdeh3 kassasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5593/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7937/2019 saylı mülki iş üzrə 18 dekabr 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənın çıxarılması, İddiaçı cavabdehlər Cavabdeh1 ogluna, Cavabdeh2 və Cavabdeh3 qarşı 18 saylı DNK tərəfindən verilmiş 03.11.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında miras əmlakı olmuş Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, ev 14, 161 saylı mənzilə dair cavabdehlərin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında çıxarışın ləğv edilməsi, miras qoyan Əliyev Abuzər Rüstəm oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, ev 14, 161 saylı mənzilə dair üzrə iddiaçının qanun üzrə vərəsəlik hüququnun tanınaraq, həmin əmlakın 1/4 hissəsinə vərəsəlik payı müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyinin (vəzifəsinin) Bakı şəhəri 18 saylı Notariat Ofisinin (keçmiş 18 saylı DNK) üzərinə qoyulmasına dair iddiasının təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının miras əmlakın mövcudluğundan ümumiyyətlə məlumatlı olmadığını nəzərə almamış, sosial ədalətlilik prinsipini pozmuş, işə qərəzli, birtərəfli yanaşmış,işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cav abdehlər Cavabdeh1 oglu və Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Əliyev Eynar Arif oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. -1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. -1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıld ığı vaxt sayılır. -1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. -1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. -1246.1-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. -1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə mü raciət edilmədən də qəbul oluna bilər. -1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. -1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. -1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. -1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina e tmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. -1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. -1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. -1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notar iat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, miras qoyan Əliyev Abuzər Rüstəm oğlunun öldüyü 04 mart 2006-cı il tarixdən İddiaçı vərəsə kimi hüquqları yaranmışdır. Lakin İddiaçı həmin hüququnun davam etdiyi 6 ay müddətində qanunvericiliyin tələbinə əsasən nə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmiş, nə də əmlakı faktiki qəbul etməsini nümayiş etdirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyriformal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətya nı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbyacan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Mirasın qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədal ətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşmamalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının miras əmlakı rəsmi və ya faktiki qəbul etməsi təsdiq olunmur. Habelə, iddiaçı mirasın qəbulu müddətinin üzrlü səbəbdən ötürüldüyünü bildirməmiş, bu halı təsdiqləyən sübut təqdim etməmişdir. İddiaçı qanunvericliklə müəyyən edilmiş müddət ərzində qəbul etməməklə miras əmlaka dair hüququnu itirdiyindən, hazırkı iş üzrə iddia tələbi əsassızdır və təmin edilə bilməz. Müəyyən edilmişdir ki, miras qoyanın vəfatından sonra mirası faktiki olaraq cavabdehlər qəbul etmiş və idarə etmişlər. Mirasın həmin şəxslər tərəfindən qəbul edilməsi işin halları ilə sübuta yetirilir və qanunvericil iyin tələblərinə uyğundur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının miras əmlakın mövcudluğundan ümumiyyətlə məlumatlı olmadığının nəzərə alınmadığını, sosial ədalətlilik prinsipinin pozulduğunu, işə qərəzli, birtərəfli yanaşıldığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5593/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2379/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2379/2021
20.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver