Məhkəmə qərarları › İş №2(102)-2379/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2379/2022

25.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2379/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:vərəsəlik hüququnun müəyyən edilməsi 25.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(105)-2972/2021 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 25 oktyabr 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, X2 11 noyabr 1948-ci il tarixd ə rəsmi nikah əsasında X4 ilə ailə qurub və onların birgə nikahından Mehman, Fəridə, Mail, Nəbi, Sevil və Tərlanə adlı övladları doğulub. 17 noyabr 1995-ci il tarixdə X, 23 avqust 2004-cü il tarixdə isə X ölüblər və onlardan Quba rayonu, İ Nügədi kəndində ümumi sahəsi 154 kv.metr olan fərdi yaşayış evi və 20 ha həyətyanı torpaq sahəsi miras qalıb. X ölümündən sonra 22 iyun 2018-ci il tarixli Çıxarışa əsasən sözügedən miras əmlak daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. Mirası qoyanların övladlarından X X5, x və X notariat kontoruna ərizə ilə müraciət edərək, miras əmlakdan onlara çatası paylarından imtina ediblər, X6 isə miras evdə yaşamaqla mirası faktiki qəbul edib. Mirası qoyanların digər övladı X1 müraciəti əsasında Quba rayon notariat kontoru tərəfindən onun adına 28 avqust 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib və Şəhadətnamədə miras əmlak kimi əmanət pul vəsaiti göstərilib. 02 sentyabr 2013-cü il tarixdə X3 ölüb və onun birinci növbəli vərəsələri kimi arvadı Cavabdeh1, qızları İddiaçı və Cavabdeh2 qalıblar. 14 oktyabr 2018-ci il tarixdə mirası qoyan X övladları İddiaçı və Cavabdeh2 ərizə ilə notariat orqanına müraciət edərək, babaları X və nənələri X miras qalmış əmlakdan ataları X çatası paya “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş ediblər. (Notariat kontoru tərəfindən bundan imtina olunub). İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X və digərlərinə qarşı iddia qaldırar aq, Quba rayonu, İ Nügədi kənd İnzibati Ərazi Vahidi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş 30 avqust 2003-cü il tarixli, 30 saylı vəsiyyətnaməyə əsasən mübahisəli miras əmlaka mərhum X vərəsəlik hüququnun müəyyən edilməsi və həmin vərəsəlik hüququ üzrə ondan miras qalmış əmlaka onun miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, valideynləri rəsmi nikah əsasında ailə qurublar və anası mübahisəli evə gəlin köçüb, həmin vaxt evdə miras qoyanlardan və onlardan başqa heç kim yaşamayıb. Mirası qoyanların digər övladları hamısı ailə quraraq başqa yerlərə köçüb yaşayırlar. Sonradan valideynləri qonşuluqda özlərinə ev tikərək, oraya köçüblər, lakin mirs qoyan nənə və babasına onlar baxıblar. Mərhum X14 anası X baxdığı üçün, 30 avqust 2003-cü il tarixdə sonuncu, Quba rayonu, İ Nügədi kənd icra Nümayəndəsi tərəfindən təsdiq edilməklə, X14un adına vəsiyyətnamə qoyub. Vəsiyyətnaməyə əsasən, miras qoyan X13 rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsini və onun üstündə tikilmiş evi oğlu X vəsiyyət edib. X10 23 avqust 2004-cü il tarixdə ölüb və onun ölümündən sonra miras əmlaka dair vergiləri X14 ödəyib. X14 xərçəng xəstəliyindən öldüyü üçün vəsiyyətnamə üzrə vərəsəlik işi aça bilməyib. Hazırda o, “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə alması üçün notariat ofisinə müraciət etsə də, “vəsiyyətnamənin bir nüsxəsi notariat ofisinə təqdim edilmədiyi və mirasın qəbul edilməsi barədə heç bir sübut təqdim etmədiyi üçün” bundan imtina edilib. Vəsiyyətnaməni təsdiq edən İcra Nümayəndəsi də hə min vəsiyyətnamənin miras qoyan X tərəfindən şəxsən imza olunduğunu və bu zaman şahidlərin iştirak etdiyini və buna görə də vəsiyyətnaməni təsdiq etdiyini bildirib. Üçüncü şəxs X isə iddiaya qarşı etiraz edərək, göstərib ki, doğulduğu gündən hazırki vaxtadək Quba rayonu, İ Nügədi kəndində ata evində yaşayır. Hazırkı iddia uydurma olmaqla, bunu 3 illik məhkəmə gedişatı və həmin iş üzrə qəbul edilmiş məhkəmə akları təsdiq edir. 30 mart 2003-cü il tarixli vəsiyyətnamə saxtadır. Belə ki, həmin vaxt nümayəndəlikdə işləyən Cavabdeh5 əlinə düşən fürsətdən istifadə edərək, möhürlənmiş vəsiyyətnamə formalarını öz evində saxlayaraq, 1.500-2.000 manata satmaqla məşğuldur. Həmin vəsiyyətnamə guya reyestrdə 30 nömrə ilə qeydə alınıb və 2003-cü ildə yazılıb. Notariusdan və Nümayəndəlikdən alınan cavabla r onun saxtalığını təsdiq edir. Vəsiyyətnamə 2003-cü ildə yox 2020-ci ildə yazılıb. Sumqayıt Apellyasiya Məhkəməsində icraat 7 ay davam etdiyi halda iddiaçının nümayəndəsi vəsiyyətnaməni axırıncı iclasda qərar oxunduğu zaman məhkəməyə təqdim edib. Cavabdeh5 isə məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, bildirib ki, vəsiyyətnaməni 2003-cü ildə tərtib edib, lakin qeydə alınması üçün notariat orqanına verilib-verilməməsini bilmir. Vəsiyyətnamədə qeyd olunan şahidlər vəfat edib. Quba rayonu, İ Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 19 fevral 2020-ci il tarixli məktubuna görə, sözügedən vəsiyyətnamə arxiv sənədləri arasında aşkar edilməyib. Həmçinin, Cavabdeh3 19 fevral 2020-ci il tarixli məktubuna görə, 30 avqust 2003-cü il tarixli, 30 reyestr nömrəli Quba r ayonu, İ Nügədi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş vəsiyyətnamə notariat ofisinə təhvil verilmədiyindən arxiv sənədləri arasında aşkar edilməyib. Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Seydov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddia tələbləri əsassızdır. Belə ki, sözügedən vəsiyyətnamənin Quba rayonu, İ Nügədi İnzibati Ərazi Vahidinin və Quba Regional “Asan xidmət” Mərkəzində notariat ofisinin arxiv sənədləri arasında aşkar edilmədiyindən və iddiaçı bu faktları təkzib edən sübutları məhkəməyə təqdim etmədiyindən, belə nəticəyə gəlinir ki, həqiqətən 30 avqust 2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu, İ Nügədi İnzibati Ərazi Vahidi tərəfindən təsdiq edilmiş vəsiyyətnamə qeyri-qanuni təsdiq edilib və reyestrdə qeydiyyata alınmayıb. Qanunla, sözügedən vəsiyyətnamənin mötəbərliliyini sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, o, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 1225.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, vəsiyyətnaməni təsdiq edən Cavabdeh5 iddianı qəbul etməsə də, həmin vəsiyyətnaməni özünün təsdiq etdiyini bildirmişdir ki, bu da vəsiyyətnamənin qanunauyğun verilməsini təsdiq edir. Vəsiyyətnamənin arxivə verilməsini və qeydiyyata alınmasını icra nümayəndəliyi yerinə yetirdiyi üçün onun arxivdə aşkar edilməməsinin təqsirkarı o, deyil. Məhkəmə hər bir halda iddianı rədd edərkən, bu ziddiyyəti araşdırmalı, vəsiyyətnaməni verən orqandan onun qeydiyyatdan keçibkeçməməsi barədə məlumat almalı idi. Həmçinin, nümayəndəlik tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Nümayəndəlikdə 2001-2004-cü ilin oktyabr ayına qədər olan notariat hərəkətlər barədə qeydiyyat kitabı mövcud deyil və onun Milli Arxiv İdarəsinin Quba filialına təhvil verilib-verilməməsi barədə heç bir məlumat yoxdur. Bu isə Nümayəndiliyin 19 fevral 2020-ci il tarixli məktubunun tamamilə saxta olmasını təsdiq edir. Digər tərəfdən, vəsiyyətnamənin arxivdə olub-olmaması, qeydiyyatdan keçib-keçməməsi ona aid olan məsələ deyil və buna görə o, məsuliyyət daşımır. Vəsiyyətnamə arxivdə olmamasına, qeydiyyatdan keçməməsinə görə qanunsuz hesab edilə bilməz. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh4 16 noyabr 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Nügədi kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 20012004-cü ilin oktyabr ayınadək olan notariat hərəkətləri barədə qeydiyyat kitabları aşkar edilməyib və həmin sənədlər arxivə təhvil verilməyib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova sədrlik edən, mər uzəçi, G.Tağızadə və T.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll edib və iddiaçı tələblərini əsaslandıra bilməyib və bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Belə ki, iddiaçının X14 anası X miras qalmış əmlakı qəbul etmək üçün notariat orqanına müraciət edərkən, sözügedən vəsiyyətnamə barədə bildirməyib və təqdim etməyib. Mübahisəli vəsiyyətnamə 30 avqust 2003-cü il tarixdə qoyulub, X 23 avqust 2004-cü ildə, X isə 02 sentyabr 2013-cü ildə ölüblər. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnam əsi ilə 30 avqust 2003-cü il tarixli vəsiyyətnaməyə belə qiymət verilib ki, həmin vəsiyyətnamənin hazırda heç bir əhəmiyyəti yoxdur. Çünki, mərhum X notariusa miras əmlaka dair ona vəsiyyətnamə verilməsi barədə məlumat verməyib və miras əmlakın Bankda olan əmanət pulundan ibarət olmasını bildirib. Bundan başqa, X vərəsə olaraq qanunla nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməyib. X atası X dair miras açıldıqdan 18 il, anası X dair miras açıldıqdan isə 9 il sonra ölüb. Yəni, miras əmlak X sağlığında kifayət qədər vaxt olmasına baxmayaraq qəbul edilməyib, bununla bağlı ən azından mübahisə açılmayıb. Belə olan halda irsi transmissiyadan söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 1225.1-ci maddələrinin və digər maddi, p rosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, Mülki Məcəllənin 339.6-cı maddəsinin tələblərini pozub. Belə ki, onun tələbi vəsiyyətnamə üzrə vərəsəlik hüququnun təmin edilməsindən ibarət olduğu halda, sözügedən vəsiyyətnaməni qətnamənin əsaslandırıcı hissəsində faktiki etibarsız hesab edib. Halbuki, sözügedən maddəyə əsasən Mülki Məcəllənin 339. 1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Lakin, belə bir iddia mövcud deyil. Həmçinin vəsiyyətnamənin arxiv materiallarının aşkar edilməməsi onun təqsiri olmamaqla bərəbər, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd hesab edilməsi üçün əsas ola bilməz. Vəsiyyətnamənin etibarsızlığı ilə bağlı tələb olmamasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin belə bir qənaətə gəlməsi mülki iş materiallarına uyğun deyil. Həmçinin, mülki qanunverciliyə görə, vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürə bilərdi. Bu müddət ərzində belə bir iddia irəli sürülməməsinə baxmayaraq məhkəmə əsassız olaraq vəsiyyətnaməni etibarsız əqd kimi q iymətləndirib. Vəsiyyətnamənin təsdiq edilmiş və məhkəməyə təqdim edilmiş surəti onun mötəbər sübut kimi qəbul edilməsi üçün kifayətdir və işdə, bunun əksini təsdiq edən başqa sübut yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1225.1-1225.3-cü maddələrinə görə vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər; 1243.1-ci maddəsində göstərilir ki, vərəsə mirası istər qanu n üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir; 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-ci maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1252-ci maddəsinə əsasən, əgə r vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, 11 noyabr 1948-ci il tarixdə X rəsmi nikah əsasında x ilə ailə qurub və onların birgə nikahından X, X, x, X, X, X adlı uşaqları doğulub. 21 sentyabr 1979-cu il tarixdə X rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurub və onların birgə nikahından X və X adlı uşaqları doğulub. 17 noyabr 1995-ci ildə Veysəlqara Nadirov ölüb və 30 avqust 2003-cü il tarixdə X bütün əmlaklarını, o cümlədən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 154 kv.metr olan fərdi yaşayış evini iki şahidin iştirakı ilə İcra Nümayəndəsinin dairəvi möhürü ilə təsdiq edilməklə oğlu X vəsiyyət edib. 23 avqust 2004-cü il tarixdə isə X ölüb. Bundan sonra, notariat orqanı tərəfindən MX miras qalmış Bankda olan 8.239 rubl əmanətə dair Mehman Nadirovun adına 28 avqust 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib, 02 sentyabr 2013-cü il tarixdə isə X ölüb. Həmçinin, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə Quba rayon məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsi ləğv edələrək, yeni qətnamə qəbul edilməklə, X15 X və digərlərinə qarşı “28 avqust 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi” barədə ilk iddiası təmin, İddiaçı və digərlərinin X və digərlərinə qarşı “mirasın qəbul edilməsi faktının və miras payların müəyyən edilməsi” barədə qarşılıqlı iddiası rədd edilərək, Quba rayon notariat orqanı tərəfindən X adına verilmiş 28 avqust 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi qət edilib. Daha sonra, 22 iyun 2018-ci il tarixli Çıxarışa əsasən, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi ölümündən so nra mülkiyyət hüququ üzrə X adına, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 154 kv.metr olan fərdi yaşayış evi isə ölümündən sonra mülkiyyət hüququ üzrə X adına qeydə alınıb. Eyni zamanda, işə əlavə edilmiş Notariat Kontorunun 17 mart 2021-ci il tarixli məktubundan görünür ki, X, Cavabdeh1 və Cavabdeh2 23 avqust 2004-cü il tarixdə ölmüş X miras qalmış əmlakları qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 17 mart 2021-ci il tarixli ərizəsinə baxılıb və “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin 1-ci bəndinə əsasən, “vəsiyyətnamənin surətinin notariusa təqdim edilməməsi, mirasın qəbulu müddətinin buraxılması, mirasın faktiki qəbulu barədə sübutun təqdim edilməməsi” əsas tutularaq, onların adlarına “Vərəsəlik hüququ haqqınd a” Şəhadətnamənin verilməsindən imtina edilib. Hazırda iddiaçı, Quba rayonu, İ Nügədi kənd İnzibati Ərazi Vahidi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş 30 avqust 2003-cü il tarixli, 30 saylı vəsiyyətnaməyə əsasən sözügedən miras əmlaka dair mərhum X14un vərəsəlik hüququnun müəyyən edilməsi və həmin vərəsəlik hüququ üzrə ondan miras qalmış əmlaka onun miras payının müəyyən edilməsini iddia edir. Əvvəla, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnamədə istinad etdiyi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsi hazırda qüvvədə deyil. Belə ki, “Cavabdeh1 və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının 25 fevral 20 21-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib və işə həmin Qərarda göstərilən hüquqi mövqeylərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunverciliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınıb. Bundan sonra, Ali Məhkəmənin Plenmunun 08 iyul 2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarı və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılıb. Digər tərəfdən, 30 avqust 2003-cü il tarixli, 30 saylı vəsiyyət naməyə əsasən, mərhum Meyxanım Nadirova bütün əmlakını, o cümlədən, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən dörd otaqlı evi oğlu X vəsiyyət edib. Quba rayonu, İ Nügədi bələdiyyəsinin 12 noyabr 2018-ci il və 13 noyabr 2018-ci il tarixli arayışlarına görə, sözügedən miras əmlakların torpaq və əmlak vergiləri 2004-cü ildən 2013-cü il tarixədək mərhum X tərəfindən, 2013-cü ildən 2018-ci il tarixədək isə onun arvadı Cavabdeh1 tərəfindən ödənilib. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə görə, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyan ın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit edib. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarını n spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Mülki qanunvericilik normalarında mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilib göstərilib. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir k i, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul edib. Həmçinin, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında və rəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olur. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə iddiaçının apellyasiya şikayətinin bu dəlilləri üzrə kifayət qədər araşdırma aparmadan, mərhum Mehman Nadirovun öz sağlığında notariat ofisinə ərizə verib anası Meyxanım Nadirovadan miras qalmış Bankda olan əmanəti qəbul etməsini və bununla da onun mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq mirası tamamilə qəbul etməsini, sözügedən miras əmlaklara dair torpaq və əmlak vergilərini ödəməklə onun miras əmlaklara sahiblik etməyə və onu idarə etməyə faktiki başlaması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, bu barədə işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən və qanuna görə ölmüş şəxsin (miras qoyanın) əmlakını n başqa şəxslərə (vərəsələrə) həm qanun üzrə, həm də vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilməsini nəzərə almadan, yalnız sözügedən vəsiyyətnamənin arxiv sənədlərinin aşkar edilməməsini əsas tutub birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, əslində irsi transmisiya qaydasında iddiaçının Konstitusiya ilə qorunan vərəsəlik hüququnu pozub. Halbuki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni hüquqi mövqe “Cavabdeh1 və qeyriləninin şikayəti üzrə” Ali Məhkəmənin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxla nılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında da ifadə olunub. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarında miras əmlakın mərhum Mehman Nadirov tərəfindən (qanunla müəyyən olunmuş qaydaya uyğun olaraq) qəbul edilməsi faktının öz təsdiqini tapmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar qeyd etmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, iddia tələblərini rədd etmiş birinci in stansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, miras əmlakların həm mərhum X tərəfindən, həm də sonuncunun vərəsələri tərəfindən irsi transmissiya qaydasında qəbul etmələri ilə bağlı mülki qanunverciliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almayıb. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qət naməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən, eyni mübahisə predmetləri ilə bağlı olan hər iki mülki iş bir icraatada birləşdirilməklə, iddia tələblərinə düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(105)-2972/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar