Məhkəmə qərarları › İş №2(102)-2381/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2381/2021

16.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2381/2021 16.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Məhiyyəddin oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı və Cavabdeh1 Məhiyyəddin oğlunun İddiaçı MMC-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı, icarə müqavilələrinin və çıxarışın etibarsızlığı, maddi zərərin ödənilməsi tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və 3-cü şəxsin vəkili Nümayəndə, 3-cü şəxsin nüm ayəndəsi X8, Cavabdeh1 Məhiyyəddin oğlunun, cavabdehin vəkili X1, ƏMDK-nın vəkili X4 və nümayəndəsi X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5833/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK və Cavabdeh1 Məhiyyəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 16 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 18.04.2018-ci il tarixli, 10212 №-li icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, icarəyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 6 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsini icarəçi Ca vabdeh1 Məhiyyəddin oğluna 18.10.2018-ci il tarixədək icarəyə vermişdir. 14.05.2018-ci il tarixli, 6919 №-li icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 6 ünvanında yerləşən 28,8 kv.m qeyriyaşayış sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 8000 manata birbaşa satır, alıcı Cavabdeh1 Məhiyyəddin oğlu isə onu satın alır. Əmlakın satış qiymətinin 100%-i ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. 12.12.2016-cı il tarixli, 430 nömrəli Bakı şəhəri Maraqlı şəxs Başçısının Şərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3, 82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 6 ünvanında yerləşən, ümumi sahəsi 28,8 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. 06 mart 2018-ci il tarxli 239 saylı müqavilə üzrə mənzilin təhvil-qəbuluna dair 10.04.2018-ci il tarixli aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilir. “xxxx” MMC tərəfindən verilmiş 06.02. 2019-cu il tarixli, 007/xxxx tərəfindən verilmiş rəyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 6 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsinin bazar qiyməti 88000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdehlər Cavabdeh1 Məhiyyəddin oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Bakı Şəhər Maraqlı şəxs cəlb edilməklə alğı- satqı, icarə müqavilələrinin və çıxarışın etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Məhiyyəddin oğlu ilə bağlanmış 14.05.2018-ci il tarixli 6919 nömrəli icarəyə verilmiş əmlakın alğı-satqı müqaviləsi üçün əsas olmuş icarə müqaviləsinin, 14.05.2018-ci il tarixli 6919 nömrəli icarəyə verilmiş əmlakın a lğı-satqı müqaviləsinin və **********36-05101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ№-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 №li Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi və Xətai rayonlarının ərazisinin abdlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzal ı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çəxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Maraqlı şəxsə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azə rbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədilə, Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs başçısı 12.12.2016-cı il tarixli 4 30 №-li Sərəncam (bundan sonra “Sərəncam” adlandırılacaqdır) vermişdir. Sərəncama əsasən Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3.82 ha torpaq sahəsi İddiaçı MMC'-nin daimi istifadəsinə verilmişdir. Bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə İddiaçı MMC arasında 19.12.2016-cı il tarixli Müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 №-li Qorannın tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşay ış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Sərəncama əsasən İddiaçı MMC-nə Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcüd şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzil li yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan Sərəncamla İddiaçı MMC-nə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla. Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması. Ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla öz vəsaiti hesabına həyata keçirilməsi, Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. Bu ərazinin Sərəncam əsasında İddiaçı MMC-nin daimi istifadəsinə verilməsinə və bu ərazidə yerləşən sahələrin mənzil fonduna aid olmasına baxmayaraq, bəzi sakinlər tərəfindən mənzil fonduna aid, mənzillərin köməkçi sahələri sayılan və sakinlərin ümumi istifadəsində olan zirzəmiləri özəlləşdirərək mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edirlə r. Beləliklə, 2018-ci ilin iyun ayında Cavabdeh1 Mohiyəddin oğlu İddiaçı MMC-nin Təbriz küçəsində yerləşən müvəqqəti ofisinə gələrək, Əliəşrəf Əlizadə küçəsi, 6 ünvanında onun mülkiyyətində ümumi sahəsi 28.8 m təşkil edən zirzəmi sahəsinin olduğunu bildirmiş və mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə pul vəsaitinin (kompensasiya) ödənilməsini və ya qeyriyaşayış sahəsi əvəzində yaşayış sahəsinin ona verilməsini tələb etmişdir. Cavabdeh1 həmin qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ı təqdim etmişdir və bildirmişdir ki, həmin sahədə uzun müddət yaşamışdır. Qeyd e dilməlidir ki, həmin ərazi İddiaçı MMC-nin daimi istifadəsinə verilməzdən, yəni Sərəncam verilməzdən əvvəl Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 37 saylı Nərimanov rayon Mənzil İstismar Sahəsi tərəfindən İddiaçı MMC-nə bu ərazidə mülkiyyətində və istifadəsində yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərin siyahısı təqdim edilmiş və bu siyahıda Cavabdeh1 adlı şəxs mövcüd olmamışdır. Bundan əlavə İddiaçı MMC-nin əməkdaşları tərəfindən bu əraziyə baxış zamanı məlum olmuşdur ki, qeyd edilən zirzəmi sahəsi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi X3 istifadəsində olub. Bu zirzəmi sahəsi X3 mülkiyyətində olan Əliəşrəf Əlizadə küçəsi, ev 6, mənzil 8 ünvanında yerləşən yaşayış sahəsinin altında yerləşən bir sahə kimi, qeyd olunan yaşayış sahəsinə (mənzilə) və bu binada yerləşən digər mənzillərə xidmət edən, ümumi istifadə üçün nəzərdə tutulmuş sahədir. Bu zirzəmi sahəsi binanın dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı yerləşdirmək üçün nəzərdə tutulmuş bir sahədir ki, binada yerləşən mənzillərin mülkiyyətçilərinin və istifadəçilərinin ümumi istifadəsindədir. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi X5 ilə müqavilənin şərtləri müzakirə edildikdə X5 mənzilin altında yerləşən zirzəmi sahəsinin uzun müddət onun istifadəsində olduğunu bildirmiş və bu zirzəmi sahəsinə görə İddiaçı MMC-dən əlavə sahə tələb etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 6 ünvanında yerləşən zirzəmi sahəsi yaşayış və qeyri-yaşayış sahəsi kimi istifadəsi mümkün olmayan bir sahədir ki, əgər bu ərazi İddiaçı MMC-nin daimi istifadəsinə verilməsəydi heç kimin hündürlüyü 1,8 metrəlik, rütübətli, obyekt kimi istifadəsi mümkün olmayan, yaşayış üçün yararsız, təmirsiz və binada yerləşən mənzillərə xidmət edən sahənin, binada yerləşən mənzillərin dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı yerləşdirilmiş zirzəminin özəlləşdirilməsində marağı olmazdı və bu kimi zirzəmi sahəsinin özəlləşdirilməsində məqsəd yalnız İddiaçı MMC-ni ziyana salıb, zirzəmiyə görə İddiaçı MMC-dən sahə tələb etməklə əsassız varlanmaqdır. Hesab edir ki, dövlət proqramı çərçivəsində İddiaçı MMC-nə ayrılmış ərazidə mənzillərə xidmət edən zirzəmilərin hər hansı şəxsin mülkiyyətinə verilməsi İddiaçı MMC-nin hüquqlarının pozulmasıdır. Məlum olmuşdur ki, bu zirzəmi sahəsi mənzil fonduna aid olduğuna görə zirzəmi sahəsinin balans saxlayanı Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyidir. Bu zirzəmi sahəsinin özəlləşdirməsi üçün əsas olan sənədlərin müəyyən edilməsi məqsədilə, tərəfimizdən həmin Birliyə müraciət edilərək bu zirzəminin Cavabdeh1 adına özəlləşdirilməsi üçün Birlik tərəfindən hər hansı sənədin verilib-verilməməsi haqqında məlumatın verilməsini xahiş edilmişdir. Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi müraciətimizə cavab olaraq bildirmişdir ki, Əliəşrəf Əlizadə küçəsi, ev 6 ünvanında yerləşən zirzəmi sahəsinin Cavabdeh1 adına sənədləşdirilməsinə və özəlləşdirilməsinə dair heç bir sənəd verilməmişdir. Birliyin bu cavabını aldıqdan sonra həmin zirzəmi sahəsinin mülkiyyət hüququnun hansı əsaslarla yaranması ilə bağlı məlumatın əldə edilməs i məqsədilə, tərəfimizdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsin cavab məktubu göndərərək bildirmişdir ki, 00701 1002136-05101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 2 ünvanında yerləşən yaşayış binası (ü/s 28,8 m2) 14.05.2018-ci il tarixli 6919 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən 31.05.2018-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Qeyd edilməlidir ki, qeyd edilən zirzəmi sahəsi dövlət mülkiyyətində olmadığından, binada yerləşən mənzillərin köməkçi sahəsi olmaqla mənzillərin mülkiyyətçi və istifadəçilərinin ümumi istifadəsində olan bir sahə kimi heç bir halda özəlləşdirilə bilməz. Hesab edilir ki, mənzil fonduna aid sahənin balans saxlayan müəssisə olan Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən hər hansı bir sənəd verilmədən və ümumiyyətlə bu Birliyin iştirakı olmadan bu zirzəmi sahəsinin özəlləşdirilməsi qanunsuzdur və bu kimi zirzəmi sahəsinin özəlləşdirilməsində məqsəd yalnız İddiaçı MMC-ni zərərə salmaqla əsassız varlanmaqdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 ilə bağlanmış 14.05.2018ci il tarixli 6919 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi üçün əsas olmuş icarə müqaviləsinin, 14.05.2018-ci il tarixli 6919 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin və **********36-05101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ını etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Məhiyyəddin oğlu İddiaçı MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdehin iddiasının rədd edilməsi, Ələşrəf Əlizadə küçəsi 6 ünvanında yerləşən, mülkiyyətində olan 28,8 kv.m-lik qeyriyaşayış sahəsini söküb məhv etməklə ona vurulan maddi ziyana görə cavabdeh İddiaçı MMC-dən onun xeyrinə 200000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin əmlakını q əsdən qanunsuz məhv etməsinə görə İddiaçı MMCnin təqsirli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərardad çıxarıb, Nərimanov rayon prokurorluğuna göndərilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində onun guya 2018-ci ilin iyun ayında İddiaçı MMC-nin ofisinə gələrək Ələşrəf Əlizadə küçəsi 6 ünvanında onun mülkiyətində olan 28,8 kv.m-lik zirzəmi üçün pul tələb etməyi və əvəzində qeyri-yaşayış sahəsinin ona verilməsini tələb etməyi və s. göstərilir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının gətirdiyi bütün dəlillər tamamilə uydurma olmaqla onun konstitusiya ilə qorunan xüsusi mülkiyyətinə qəsd etmək, onun mülkiyyətində məhrum etmək məqsədinə yönəldilmişdir ki, mülkiyyətin əvəzində ona kompensasiya və ya qeyri-yaşay ış sahəsi verilməsin. İddiaçını digər dəlilləri də əsassızdır. Belə ki, qeyd olunan qeyri-yaşayış sahəsi uzun illərdir ki, onun faktiki sahibliyində və istifadəsindədir. Nərimanov MKTB-nın 37 saylı MKİS-in rəisi tərəfindən verilmiş 37/565 saylı 20.07.2018-ci il tarixli arayışla da təsdiq olunur ki, Ələşrəf Əlizadə küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2204cü ildən onun istifadəsindədir. 37 saylı MKİS-ə borcu yoxdur. Bundan başqa Ələşrəf Əlizadə küçəsində yaşayan qonşular tərəfindən tərtib edilmiş 20 iyul 2018-ci il tarixli aktla da təsdiq olunmuşdur ki, o, ailə üzvləri ilə birlikdə 2004-cü ildən Ələşrəf Əlizadə küçəsi 6 ünvanında yerləşən zirzəmidə məskunlaşmışdır. Qeyd edilənlərə müvafiq olaraq o, həmin qeyri-yaşayış sahəsini qanuni əsaslarla öz mülkiyyətinə keçirmişdir. İddiaç ı MMC-nin rəhbərliyi isə öz səlahiyyətlərini aşaraq onun əvvəllər qanuni sahibliyində və istifadəsində olan, sonradan isə mülkiyyətinə keçirib müvafiq çıxarış aldığı qeyri-yaşayış sahəsindən onu qanunsuz məhrum etmək istəyir. Lakin budur ki, İddiaçı MMC-yə yalnız torpaq sahəsi daimi istifadəyə verilib, torpağın üzərindəki yaşayış və qeyri yaşayış sahələri onlara verilməyib, əksinə onlara tapşırılıb ki, mənzil və ya qeyri-yaşayış sahələrinin istifadəçilərinə və ya mülkiyyətçilərinə razılaşma əsasında müvafiq kompensasiya və ya mənzil sahəsi verilməklə onların köçürülməsi təmin edilsin. Bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı MMC-nin məhkəmə qarşısında hazırkı iddianı qaldırmaq hüququ olmadığı üçün işin icraatına xitam verilməlidir. Onu da bildirir ki, onun iddiaçının ofisinə get məkdə məqsədi 09 sentyabr 2018-ci il tarixdə mülkiyyəndə olan Ələşrəf Əlizadə küçəsi 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bir hissəsinin qanunsuz sökülməsi ilə bağlı olmuşdur ki, o, həmin sahənin İddiaçı MMC tərəfindən sökülməsini güman edərək onların ofisinə gedib rəsmi ərizə verərək müvafiq kompensasiya tələb etmişdir. Sonradan onun Nərimanov RPİ-ə etdiyi şikayət nəticəsində məlum olmuşdur ki, həmin sahənin bir hissəsi İddiaçı MMC tərəfindən deyil, başqa şəxs tərəfindən sökülmüşdür. Lakin sonradan, 2019- cu ilin iyun ayında ona qarşı qaldırdığı iddiası Nərimanov Rayon Məhkəməsinin icraatında olduğu vaxt cavabdeh ona heç bir məlumat vermədən, mülkiyyətinə qəsd edərək cinayət törətmiş və mülkiyyətini buldozerlə sökərək yerlə-yeksan etmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nət icəsində əmlakı tamamilə məhv edilməklə ona külli miqdarda ziyan vurulmuşdur. Ona görə də, cavabdeh İddiaçı MMC vurduğu maddi ziyana görə 200000 manat kompensasiya ödəməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-151/20) İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 Məhiyyəddin oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Bakı Şəhər Maraqlı şəxs cəlb edilməklə alğı-satqı, icarə müqavilələrinin və çıxarışın etibarsızlığı tələbinə dair ilk iddia ərizəsi təmin edilərək 14.05.2018-ci il tarixli 6919 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi üçün əsas olmuş icarə müqaviləsi, 14.05.2018-ci il tarixli 6919 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi və **********36-05101 reyes tr nömrəli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxanş etibarsız hesab edilərək tərəflərin əvvəlki vəziyyətlərinə geri qaytarılması, iddiaçı Cavabdeh1 Məhiyyəddin oğlunun İddiaçı MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yaşayış binasının mənzildən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən sahələr, o cümlədən zirzəmilər yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi paylı mülkiyət olduğundan, yaşayış binasının tərkib hissəsi mülkiyyətçiləri nin razılığı olmadan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qeyd edilən qeyri-yaşayış sahəsinə dair icarə və alqı-satqı müqavilələri bağlamaq, qeyri yaşayış sahəsinin özəlləşdirilməsinə dair çıxarış vermək hüququ olmamışdır. Göründüyü kimi sözügedən müqavilə qanunvericiliyin şərtləri pozulmaqla bağlandığından icarə müqaviləsi və alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev, iş № 2(103)-5833/2020) ilk iddia ərizəsi üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 Məhiyyəddin oğlunun apelyasiya şik ayəti qismən təmin olunmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-151/2020 saylı mülki iş üzrə 17 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia ərizəsi təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 6 ünvanında yerləşən 28,8 kv.m sahəyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Məhiyyəddin oğlu arasında bağlanmış 18.04.2018-ci il tarixli, 10212 nömrəli icarə müqaviləsi və 14.05.2018-ci il tarixli, 6919 nömrəli alqı-satqı müqaviləsi, həmçinin bunun əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 6 ünvanında yerləşən 28,8 kv.m sahənin Cavabdeh1 Məhiyyəddin oğlunun adına rəsmiləşdirilməsi barədə **********36-05101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 6 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsinə dair 14.05.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh1 Məhiyyəddin oğlunun həmin sahəyə görə ödədiyi 8000 manat pul vəsaitinin dövlət büdcəsindən ona qaytarılması, Cavabdeh1 Məhiyyəddin oğlunun İddiaçı MMC-yə qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" qarşılıqlı iddia ərizəsi təmin olunmaması qət olunmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli sahəyə dair Cavabdeh1 Məhiyyəddin oğlu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsi arasında icarə və alqı-satqı müqaviləsinin bağlanılmasından xeyli müddət əvvəl Bakı şəhəri Maraqlı şəxs Başçısının 12.12.2016-cı il tarixli, 430 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsinin İddiaçı MMC-nin daimi istifadəsinə verildiyini, Maraqlı şəxs ilə İddiaçı MMC arasında bağlanmış 19.12.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində (yaşayış və qeyriyaşayış sahələri olmaqla) binaların sökülməsini, həmin ərazidə yaşayan sakinlərin, aylıq müavinətlər verilməklə müvqəqqəti yaşayış sahələrinə köçürülməsini, sözügedən ərazilərdə yeni yaşayış binalarının tikilməsi və müvə qqəti yaşayış sahələrinə köçürülmüş sakinlərin yeni yaşayış sahələrinə köçürülməsini təmin etmək öhdəliyi götürdüyünü, artıq 18.04.2018-ci il tarixli icarə müqaviləsi bağlanmazdan əvvəl iddiaçı tərəfindən həmin ünvanda sakinlərin, o cümlədən mübahisəli zirzəmi sahəsinin üstündə yerləşən mənzilin sahibinin (06 mart 2018-ci il tarxli müqavilə və mənzilin təhvil-qəbuluna dair 10.04.2018-ci il tarixli akta əsasən) köçürülməsinə başlandığını nəzərə alaraq qeyd edilən icarə və alqısatqı müqavilələrinin bağlanması iddiaçının qanuni maraqlarını pozduğu üçün onları mübahisələndirməyə subyektiv hüququ olmuşdur. Zirzəmi binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla oradan hər hansı başqa məqsədlər üçün istifadə olunması yolverilməzdir. Baş verə biləcək qəza və nasazlıqların n əticələrinin aradan qaldırılması və təmir bərpa işlərinin aparılması üçün həmin sahə istifadəyə açıq olmalıdır. Qanunvericiliyin qeyd edilən müddəalarına görə yaşayış binalarının zirzəmiləri ümumi paylı mülkiyyət hüququ əsasında mülkiyyətçilərə məxsus olduğundan göstərilən vəziyyətdə zirzəmilərin satılmasının mümkünlüyü məsələsinə qiymət verilməsi zəruridir. Mübahisəli sahə yaşayış evinin zirzəmi sahəsi olmuş və həmin sahənin digər məqsədlər üçün icarəyə verilməsi və satılması mənzil qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməkdə, qarşılıqlı iddia əizəsini rədd etməkdə düzgün nəticəyə gəlmiş, lakin mübahisəli sahəyə dair alqı-satqı müqaviləsini etibarsız hesab etdiyi halda restitusiyanı tədbiq etməməkdə haqlı olmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 6 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsinə dair 14.05.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh1 Məhiyyəddin oğlunun həmin sahəyə görə ödədiyi 8000 manat pul vəsaiti dövlət büdcəsindən ona qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Cavabdeh1 Məhiyyəddin oğlu (vəkil X6) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5833/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edərək işə yenidən baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, qeyri-yaşayış sahəsi hər hansı məhkəmə qərarı olmadan qanunsuz olaraq sökülmüş və ona 200000 manat məbləğində zərər vurulmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (vəkil X9) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5833/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edərək iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ö zəlləşdirilmiş əmlakın qeyri-yaşayış sahəsi deyil, zirzəmi olmasını təsdiq edən hər hansı sübuta əsaslanmamış, yalnız öz mülahizələrinə əsasən həmin əmlakın zirzəmi olması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 İbad oğlu və vəkili X6 izahatında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5833/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün geri qaytarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh Azərbaycan Respubl ikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayndəsi X7 və vəkili Cavadov Habil Azad oğlu izahatında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5833/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı və 3-cü şəxsin vəkili Nümayəndə və 3-cü şəxsin nümayəndəsi X10 izahatında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegi yasının 2(103)-5833/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsinin dəiyşdirilmədən saxlanmasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hü ququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh1 Məhiyyəddin oğlu kassasiya şikayəti vermişlər. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin cavabdehlərin şikayətlərinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə q aytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 04 sentyabr tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatrçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşıdırılması Qaydaları”na görə ümumi istifadə sahələrinin, xüsusi zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda da yanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasına yol verilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və d igər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin aza ldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3 -cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk iddia üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayətində olan dəlillərinə münasibətdə qeyd edilməlidir ki, məhz mübahisələndirilən müqavilələrdə qeyri-yaşayış sahəsinin zirzəmi və yarım zirzəmi olması göstərilmişdir. Belə olan halda məhkəmələrin qeyri yaşayış sahəsini zirzəmi kimi qiymətləndirməsi düzgün olmuşdur. Digər dəlillərlə bağlı isə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, «…zirzəmi binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla oradan hər hansı başqa məqsədlər üçün istifadə olunması yolverilməzdir. Baş verə biləcək qəza və nasazlıqların nəticələrinin aradan qaldırılması və təmir bərpa işlərinin aparılması üçün həmin sahə istifadəyə açıq olmalıdır. Qanunvericiliyin qeyd edi lən müddəalarına görə yaşayış binalarının zirzəmiləri ümumi paylı mülkiyyət hüququ əsasında mülkiyyətçilərə məxsus olduğundan göstərilən vəziyyətdə zirzəmilərin satılmasının mümkünlüyü məsələsinə qiymət verilməsi zəruridir» Məhz bu nəticədən irəli gələn məhkəmələr hesab etmişlər ki, qarşılıqlı iddia tələbinin təmin olunması əsasları mövcud deyildir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi restitutsiyanı tətbiq edərkən ödənilmiş pul məbləğinin qaytarılmasına cavabdeh olan şəxsləri düzgün müəyyən etməmişdir. Bu halda apellyasiya instansiya məhkəməsi ilkin olaraq alqı-satqı müqaviləsi ilə bağlı ödənilmiş pul məbləğinin hansı hissəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına, hansı hissəsinin isə dö vlət büdcəsinə ödənilməsini müəyyən etməklə hansı hissələr üzrə kimi cavabdeh olmasını aydınlaşdırmalı olduğu halda belə araşdıranın aparılmasını təmin etmədən alqı-satqı müqaviləsi ilə bağlı ödənilmiş pul məbləğini tamamilə dövlət büdcəsinə aid etmişdir. Bu halda isə dövlətin maliyyə siyasətini həyata keçirən Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi restitusiyanın tətbiq olunması hissəsi istisna olmaqla digər hissələrdə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayət i qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi «Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 6 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsinə dair 14.05.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh1 Məhiyyəddin oğlunun həmin sahəyə görə ödədiyi 8000 manat pul vəsaitinin dövlət büdcəsindən ona qaytarılması» hissəsində ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayətlərinə münasibətdə qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanmalıdır, digər cavabdehin kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri D övlət Xidmətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5833/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi «Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 6 ünvanında yerləşən 28,8 kv.m qeyri-yaşayış sahəsinə dair 14.05.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh1 Məhiyyəddin oğlunun həmin sahəyə görə ödədiyi 8000 manat pul vəsaitinin dövlət büdcəsindən ona qaytarılması» hissəsində ləğv edilsin, həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkməsinə qaytarlsın. İlk iddia üzrə Cavabdeh1 Məhiyyəddin oğlunun kassasiya şikayəti təmin edilməsin. Kassasiya şikayətlərinə münasibətdə qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar