Məhkəmə qərarları › İş №2(102)-2382/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2382/2022

01.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2382/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2382/2022 Açar sözlər: əşyanın özgənin qanunsuz sahibliyindən geri alınması (vindikasiya tələbi), maddi ziyan, sübutetmə yükü Bakı şəhəri, 01 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-11149/2021 nömrəli mülki iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şika yətinə 01 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) ilə “Nikoyl” İKB (bundan sonra - Bank) arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış “VAZ-21723” markalı, **-SP*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – mübahisəli avtomobil) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 2. xx.xx.2013-cü il tarixdə iddiaçı, X1 adına daşınmaz əmlak istisna olmaqla ümumi etibarnamə vermişdir.

3. Mübahisəli avtomobilə dair xx.xx.2013-cü il tarixdə Cavabdeh1, xx.xx.2014-cü il tarixdə Cavabdeh2, xx.xx.2014-cü il tarixdə Cavabdeh3 və xx.xx.2014-cü il tarixdə Cavabdeh4 (iş üzrə cavabdehlər) adına etibarnamələr verilmişdir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)-963/2015 saylı qətnaməsi ilə Bankın iddiası təmin edilərək, iddiaçıdan və zamindən müştərək qaydada 8800 manat əsas, 2129,65 manat faiz borcu, 200,14 manat dəbbə pulu, iddanın verilməsi üçün ödənilmiş 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat olmaqla, cəmi 11169,79 manat pulun Bankın xeyrinə tutulması və tutmanın iddiaçıya məxsus ipoteka predmeti olan avtomobilə yönəldiməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmiş, aparılmış icra tədbirləri nəticəsində mübahisəli avtomobilin axtarışı haqqında qərar qəbul edilmiş, lakin bununla bağlı görülən tədbirlər nəticə verməmişdir.

5. Həmin iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Bakı şəhərində qeydiyyatda olmadığı üçün mübahisəli avtomobili dostu olan iddiaçının adına almaqla etibarnamə əsasında idarə etmiş, lakin krediti ödəyə bilmədiyi üçün iki həftə sonra Gəncə şəhərində başqa şəxsin adına etibarnamə verməklə avtomobili satmışdır. Hazırda avtomobilin yerini bilmir.

6. İddiaçı tərəfindən X1 adına verilmiş xx.xx.2013-cü il tarixli etibarnamə xx.xx.2016-cı il tarixdə ləğv olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mübahisəli avtomobili istifadə edən cavabdehlər: Cavabdeh1 3780 manat, Cavabdeh2 1400 manat, Cavabdeh3 2912 manat, Cavabdeh4 61625 manat alınaraq ona verilməsi, avtomobilin, bu mümkün olmadıqda isə dəyəri kimi 9700 manatın Cavabdeh4 alınaraq ona verilməsi, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə müştərək qaydada tutuluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə tanışı X4 rayon qeydiyyatında olduğu üçün onun adına avtomobil alınmasını təklif etmiş, o da razılıq verərək, Bakı şəhərinə gəlmiş, bu məqsədlə maşın bazarında bəzi sənədlərə imza etmiş, bundan sonra avtomobildən xəbərsiz olmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası zamanı avtomobilin onun adına olmaqla, kredit borcunun olduğu məlum olmuşdur ki, hazırda həmin borc tərəfindən ödənilir. Vüsal isə onun xəbəri olmadan avtomobili etibarnamə ilə cavabdehlərə satmışdır. Hesab edir ki, cavabdehlərdən mülkiyyət hüququ ilə ona məxsus avtomobilin onların istifadəsində olduğu günlərə müvafiq olaraq icarə haqqı kimi maddi ziyan tutulmalı və avtomobil adına sonuncu etibarnamənin verildiyi Cavabdeh4 alınaraq ona qaytarılmalıdır.

9. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin 28 iyul 2021-ci il tarixli, 02-69/21 saylı mütəxəssis rəyinə əsasən, “VAZ-21723” minik markalı, buraxılış ili 2013-cü il olan, tünd göy metal rəngli minik avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixə bazar qiyməti 9700 manat müəyyən olunmuş və həmin avtomobilin istifadə edildiyi müddət ərizində günlük və aylıq icarə haqlarının məbləği kimi cavabdehlərin adına verilmiş etibarnamələ r əsasında istifadələrində olduğu müddət üçün bir günə 30 manat hesabı ilə Cavabdeh1 3780 manat, X2 1400 manat, Cavabdeh3 2912 manat, Cavabdeh4 isə 61625 manat əldən çıxmış fayda hesablanmışdır.

10. Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, Fərid adlı şəxsin vasitəçiliyi ilə mübahisəli avtomobili almaq üçün Şəmkir rayonuna getmiş və orada yaşayan bir şəxs tərəfindən avtomobilə dair onun adına etibarnamə verilmişdir. Avtomobilə görə ilk olaraq 2000 manat ödəmiş, qalan məbləği isə sonra ödəyəcəyi barədə razılaşmışlar, lakin avtomobilin üzərində həbs olduğunu bildikdən sonra onu Fəridə geri qaytarmışdır.

11. Cavabdeh2 nümayəndəsi (vəkili) də məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, cavabdeh avtomobili digər Cavab deh3 almış, lakin avtomobilin girovda olduğunu öyrəndikdən sonra problemli avtomobil almaq istəmədiyindən geri qaytarmışdır.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-3426/2021 nömrəli mülki iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) iddia qismən təmin edilərək, mübahisəli avtomobilin Cavabdeh4 alınaraq iddiaçıya qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun həmin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli avtomobil etibarnamə əsasında son olaraq Cavabdeh4 istifadəsinə verildiyindən həmin avtomobil ondan alınaraq mülkiyyətçiyə geri qaytarılmalıdır. Avtomobilin dəyə ri isə avtomobil faktiki olaraq mövcud olmadığı halda irəli sürülə bilər. Hazırkı halda avtomobilin faktiki olaraq mövcud olmaması ilə bağlı məhkəməyə sübut təqdim olunmamış, iddiaçı avtomobilin ehtimallar əsasında mövcud olmadığını bildirmişdir.

14. Məhkəmə, iddianın cavabdehlərdən avtomobildən istifadəyə görə pulun tutulması hissəsinə münasibətdə isə bildirmişdir ki, tərəflər arasında avtomobildən istifadəyə görə hər hansı əvəzin ödənilməsi nəzərdə tutulmadığından və bu barədə müqavilə mövcud olmadığından, həmin tələb təmin oluna bilməz.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 166.1, 181.1, 181.3, 362.1, 362.2, 365.2-ci, və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının mülkiyyətində olan avtomobildən onun razılığı olmadan istifadə etməklə qazanc əldə edərək qanunsuz hərəkətləri ilə iddiaçıya ziyan vurmuşlar. Bundan əlavə, X7 şifahi məlumatı əsasında müəyyən olunmuşdur ki, uzun müddətdir ki, avtomobilin Azərbaycan Respublikası ərazisində hərəkəti qeyd olunmamışdır. Belə olan halda, avotmobilin hissələrə bölünüb satılması ehtimalı istisna edilmir. Bu halları sübuta yetirmək vəzifəsi cavabdehin üzrərinə düşsə də, sonuncu məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmiş, məhkəmə isə işin faktiki hallarına qiymət vermədən, cavabdehlərin sübuetmə vəzifəsini yerinə yetirmədiklərini nəzərə almadan onların xeyrinə qətnamə qəbul etmişdir.

18. Cavabdeh4 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir.

19. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə iclasında verdiyi izahatında cavabdeh avtomobili 2014-cü ilin sentyabr ayında 4000 manata alaraq, həbsdə olduğunu öyrəndikdən sonra növbəti gün geri qaytardığını bildirsə də, məhkəmə izahatını təhrif etmiş və avtomobil hələ 2014-cü ildə onda olmadığı halda etibarnaməyə istinad edərək, olmayan əmlakı iddiaçıya qaytarması barədə qanunsuz qətnamə çıxarmışdır. Halbuki, iddiaçı tərəfindən avtomobilə dair verilmiş etibarnamələr 2016- cı ildə ləğv edilmişdir. Digər tərəfdən, işdən görünür ki, avtomabilə tutma yönəldilməsi və hərracda satılması barədə xx.xx.2015-ci il tarixli qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda, avtomobilin axtarışda olub-olmaması, kimin sahibliyində olması həmin qətnamənin icrası prosesində müəyyən edilməli olduğu halda, iddiaçı bu istiqamətdə heç bir hərəkət etmədən ehtimallara əsaslanmışdır.

20. Cavabdeh4 məhkəmə iclasında verdiyi izahatında apelyasiya şikayətini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, avtomobili almasında vasitəçilik etmiş Fərid adlı şəxsi Fazil vasitəsilə tanımışdır. Avtomobili alan zaman Banka borcunun olduğu ona deyilmiş, buna görə də, qiymət 4000 manat hesablamışdır. Avtomobil 1 gün onda olmuş, onu aldıqdan 1 gün sonra Bankla razılaşıb ödəniş üçün yeni qrafik açdırmaq məqsədilə Bakı şəhərinə gəlmiş, lakin Bank tərəfindən artıq işin məhkəmədə olduğu üçün yeni qrafik açılmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra o, avtomobilin problemli olduğunu düşünərək, qaytarmış və ödədiyi 2000 manatı geri almışdır.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-11149/2021 nömrəli iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) iddiaçının apellyasiya şikayəti rədd, cavabdeh apellyasiya şikayəti isə təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan - mübahisəli avtomobilin Cavabdeh4 alınaraq iddiaçıya qaytarılması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd olunmuş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi qətnamənin ləğv edilən hissəsində cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır, Belə ki, avtomobilə dair sonuncu etibarnamənin Cavabdeh4 verilməsi avtomobilin onda olması anlamına gəlmir.

23. İşdən görünür ki, mübahisəli avtomobil iddiaçının mülkiyyətində olmuş, lakin həmin avtomobilin həqiqətən də Cavabdeh4 sahibliyində olması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfin izahatından da göründüyü kimi, iddiaçı da avtomobilin harada olmasından məlumatlı deyil. İddiaçı avtomobilə dair ilk olaraq xx.xx.2 013-cü il tarixdə X3 daşınmaz əmlak istisna olmaqla ümumi etibarnamə vermiş və bundan sonra sonuncu həmin etibarnamə ilə hərəkət edərək, avtomobil bir neçə şəxsin etibarnaməli idarəçiliyinə vermişdir ki, iddiaçı bununla öz mülkiyyət hüquqlarının pozulmasını iddia etmişdir. Belə olan halda, nə qədər ki, etibarnamə ilk olaraq V.Yolçuyevin adına verilmiş, iddiaçının avtomobil almaq niyyəti olmamış, V.Yolçuyevin xahişi ilə avtomobilin onun adına keçirilməsinə razılıq vermişdir, bu halda cərəyan edən hadisələrin yaranması, ödəniş həyata keçirilmədiyi üçün Bankın iddiaçıya qarşı, iddiaçının isə hazırkı cavabdehlərə qarşı iddialarının qaldırılması, son nəticədə iddiaçının maddi ziyana düşməsi məhz V.Yolçuyevin məsuliyyətsiz hərəkətlərinin nəticəsi olaraq baş verdiyindən sonuncuya qarşı maddi ziya nla bağlı iddianın qaldırılması daha ağlabatan olardı.

24. Məhkəmə kollegiyası, Mülki Məcəllənin 152.8 və 152.11-ci maddələrinə istinadla, həmçinin qeyd etmişdir ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda yoxdursa mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır ki, hazırkı iş üzrə iddiaçının avtomobilə dair verdiyi etibarnamədə avtomobilin saxlanmasına dair hər hansı bir qayda müəyyən edilmədiyindən iddiaçı mülkiyyətçi kimi avtomobilin saxlanma yükünü daşımalı idi, lakin iddiaçı qeyd olunan maddənin tələbləri baxımından qanunla üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməmişdir. Eyni zamanda, əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi nami nə idarə etməlidir. Göründüyü kimi, işin faktiki halları ilə iddiaçının mülkiyyətində olan mübahisəli avtomobilin məhz Cavabdeh4 olmaması öz təsdiqini tapmışdır.

25. Kollegiya, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münsibətdə isə qeyd etmişdir ki, həmin dəlillər əsassızdır, birinci instansiya məhkəməsi iddianın rədd olunan hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında avtomobildən istifadəyə görə hər hansı əvəzin ödənilməsi nəzərdə tutulmadığından və bu barədə müqavilə mövcud olmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı öz adından ilk dəfə V.Yolçiyevə etibarnamə vermiş və bundan sonra avtomobil növbə ilə cavabdehlərə verilmişdir. Başqa sözlə, iddiaçı qanuni əsaslarla avtomobilə dair etibarnamə verdiyindən, avtomobilin qan unsuz olaraq özgəninkiləşdirilməsi müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işi halları tam araşdırılmamış, cavabdehlərin hərəkətləri qanuni hesab edilməklə iddiaçının mülkiyyət hüquqları pozulmuş, eyni zamanda tərəflərin sübutetmə yükünə düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Resp ublikasının Mülki Məcəlləsi

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq udur.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakı n onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

44. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

45. Apellyasiya məhkəməsi avtomobilin geri qaytarılmasına dair tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsini nəzərdə keçirsə də, həmin normanın dispozisiya şərtlərini işin halları baxımından düzgün qiymətləndirməmişdir.

46. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması (§ 33).

47. Hazırkı işdə iddiaçının mübahisə predmeti olan avtomobilin mülkiyyətçisi olması bu barədə aidiyyəti dövlət orqanının reyestrdə apardığı qeydiyyatla müəyy ən olunmuşdur (cild 1, səh. 17-18).

48. Apellyasiya məhkəməsi avtomobilin iddiaçının adına rəsmiləşməsi ilə bağlı qeyd etmişdir ki, “iddiaçının avtomobil almaq niyyəti olmamış, V.Yolçuyevin xahişi ilə avtomobilin onun adına keçirilməsinə razılıq vermişdir”. Bununla belə, məhkəmə vurğuladığı bu halların hüquqi nəticəsinin nədən ibarət olması, iddiaçının tələbinə nə kimi təsiri olduğunu lazımi şəkildə əsaslandırmamışdır. Belə ki, əşyanın alınmasına dair müqavilə bağlanarkən iradənin olmaması əqdin yoxluğuna, iradələrin başqa əqdi pərdələməsinə yönəlməsi isə yalan əqdə dəlalət edir. Halbuki, avtomobilin iddiaçının mülkiyyətində olmasına, hətta ipoteka ilə yüklü edilməsinə dair daşınar əşyaların reyestrində müvafiq qeydiyyatlar aparılmış, ipoteka predmeti kimi maşına tutmanın yönəldilməsi barə də isə məhkəmə qətnaməsi çıxarılmışdır (§ 1, 4). Həmin reyestr qeydiyyatları və məhkəmə aktının mübahisələndirilməsinə dair işdə məlumat yoxdur.

49. Mülki Məcəllənin 157.2-ci maddəsinin ikinci və üçüncü şərtləri ilə bağlı məhkmənin mövqeyi ona görə əsassızdır ki, avtomobilin etibarnamə əsasında və naturada Cavabdeh4 verilməsini sonuncunun özü təsdiqləmişdir. Bununla belə, həmin cavabdeh maşını aldığı şəxsə geri qaytardığını bildirir.

50. Kollegiya hesab edir ki, mövcud vəziyyətdə əşyanın həmin cavabdehin sahibliyində olub-olmaması ilə bağlı sübutetmə yükünün düzgün müəyyən edilməsi iddianın bu hissədə düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

51. Məlum olduğu kimi, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 36).

52. Apellyasiya məhkəməsi bu məsələ də sübutetmə yükünü iddiaçının üzərinə qoyarkən mövqeyini belə əsaslandırmışdır ki, “iddiaçı əşyanın mülkiyyətçisidir, Mülki Məcəllənin 152.11-ci maddəsinə uyğun olaraq o, mülkiyyətçi kimi özünə məxsus əmlakın saxlanılması yükünü daşıyır.”

53. Kollegiya bildirir ki, əvvəla, bir şəxsin əşyanın mülkiyyətçisi olması və mülkiyyətçinin özünə mənsub əmlakın saxlanması yükünü daşıması barədə qanun norması həmin əşyanın başqasının sahibliyinə keçməsi imkanını, əşya cavabdehin qanunsuz sahibliyində olduqda isə onun geri qaytarılmasını tələb etmək hüququnu aradan qaldırmır.

54. İkincisi, mübahisəli avtomobilin etibarnamə əsasında və naturada Cavabdeh4 verilməsi təsdiq olunduğu təqdirdə iddiaçı həmin halı sübut etmək yükündən azad olur. Başqa sözlə, əksi sübut edilmədikcə əşyanın sonuncu sahib Cavabd eh4 olması qəbul edilir. Buna müvafiq olaraq, əgər Cavabdeh4 maşını başqa şəxsin sahibliyinə verdiyini iddia edirsə, həmin halı sübuta yetirmək vəzifəsi ona aiddir.

55. Buna baxmayaraq, apellyasiya məhkəməsi Cavabdeh4 avtomobili geri qaytardığını və ya başqasının sahibliyinə verdiyini təsdiqləyən sübutları aşkar etməmiş, maşın onun sahibliyində qaldığı təqdirdə isə bu sahibliyin qanuni və ya qanunsuz olmasına hüquqi qiymət verməmişdir.

56. Kollegiya onu da bildirir ki, apellyasiya məhkəməsi iddiaçının pul tələblərinə aid hissədə tələblərin qanuni əsası kimi Mülki Məcəllənin 157.5-ci maddəsini ümumiyyətlə müzakirə etməmiş, bu normanın dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmamışdır.

57. Həmin normaya gö rə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkə n yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (§ 34).

58. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, iddiaçı tərəfindən Vüsal Yolçiyevin adına verilmiş etibarnamə xx.xx.2016-cı il tarixdə ləğv olunmuşdur (§ 6).

59. Belə olan halda, həmin tarixdən sonra mübahisəli avtomobili sahibliyində saxlayan şəxslərin vicdanlı olub-olmamalarına, iddiaçının əldən çıxmış fayda tələblərinin göstərilən normanın şərtlərinə uyğun gəlib-gəlmədiyinə, avtomobil ümumiyyətlə mövcud deyilsə (məhv olubsa və s.) iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsi tələbinə mülki qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilməlidir.

60. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərlərə əsasən bu nəticəyə gəlir ki, apellyasiy a məhkəməsi iddianın qanuni əsasını təşkil edən normanın dispozisiya şərtləri üzrə sübuta yetirilməli olan hallarla bağlı sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmiş, işdəki sübutları düzgün qiymətləndirməmiş, aidiyyəti maddi hüquq normasını tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır (§ 37-38). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

61. Ona görə də, qətnamə ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11149/2021 nömrəli mülki iş üzrə 24 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar