Məhkəmə qərarları › İş №2(102)-2383/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2383/2024

29.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2383/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ümumi istifadədə olan yolun qanunsuz zəbt edilmiş hissəsinin boşaldılması” barədə tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-474/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə 29 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-186A saylı, kodu 80209018 olan şəhadətnaməyə əsasən Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Lənkəran rayonunun Gəgiran kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi Cavabdeh və qeyrilərinin mülkiyyətlərinə verilmişdir.

2. Lənkəran rayonunun Gəgiran kəndi ərazisində 0.1058 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 60.40 kv.m. olan ev mülkiyyət hüququ əsasında X1 (iddiaçının mərhum atası) adına xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkə məsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyətində olan Lənkəran rayonunun Gəgiran kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və digər qonşu həyətyanı torpaq sahələri mülkiyyətçilərinin ümumi istifadəsi üçün nəzərdə tutulan yolun Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin zəbtdən azad edilməsi, zəbt edilmiş hissəsində yerləşən qanunsuz tikililərin sökülərək yolun sərbəst istifadəyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Gəgiran kəndi ərazisində 0,11 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlə t reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Həmin həyətyanı torpaq sahəsi valideynlərinin, ailə üzvlərinin istifadəsində olmuşdur. Bu həyətyanı torpaq sahəsində ailə üzvlərinin yaşadığı 1981-ci ildə tikilmiş fərdi yaşayış evi yerləşir. Onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən və 1981-ci ildə tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ atası X1 adına qeydə alınmışdır. Atası 2015-ci ilin iyul ayında vəfat etmişdir. Hazırda həmin evdə anası X4, qardaşı X2 və ailə üzvləri yaşayırlar. Mülkiyyətində olan Gəgiran kəndində yerləşən torpaq sahəsi sənədə əsasən 0,11 ha göstərilsə də, faktiki olaraq 0,1058 ha-dır, yəni 42 kv.m azdır. Mülkiyyətində olan torpaq sahəsinin kənarında ümumi istifadə üçün yol nəzərdə tutulmuşdur. Bu yolun təxminən 40 metr uzunluğunda, 7 met r enində hissəsi qonşusu olan Cavabdeh tərəfindən zəbt olunmuşdur. Dəfələrlə Cavabdeh zəbt etdiyi yolu buraxması təklif edilsə də, sonuncu ümumi istifadədə olan yolun zəbt etdiyi hissəsini buraxmaqdan imtina etmişdir. Hələ üstəlik yolun zəbt etdiyi hissəsində tikinti işləri aparmışdır. Cavabdehin yolu zəbt etməsi ilə bağlı aralarında olan mübahisə bir neçə ildir ki, davam edir. Bununla bağlı yerli bələdiyyəyə, icra nümayəndəliyinə, polisə müraciət etsə də məsələ həllini tapmamışdır. Mübahisənin əvvəlki araşdırılmaları zamanı “Torpağın mülkiyyətə verilməsinə dair” JN 186A saylı Şəhadətnaməyə əsasən məlum olmuşdur ki, qanuni əsaslarla cavabdehin və ailə üzvlərinin mülkiyyətində 0,07 ha həyətyanı torpaq sahəsi vardır. Lakin cavabdeh 0,14 ha torpaq sahəsindən istifadə edir. Cavabdeh ümumi isti fadə üçün nəzərdə tutulmuş yolun onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin bərabərində yerləşən hissəsini zəbt etmişdir. İddia ərizəsinə əlavə etdiyi 1 nömrəli fotoşəkildə cavabdehin paya və məftildən olan çəpərini həyətlərində olan tövləyə birləşdirdiyi görünür. Həmin çəpərdən cənub (aşağı) və şərqə (sağ) tərəf olan torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulmuş yola aiddir və cavabdehin istifadəsindədir. İddia ərizəsinə əlavə edilmiş 2 nömrəli fotoşəkildə mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi və bir qədər uzaqda tövlə və çəpər görünür. Çəpərdən qərbə (sağa) tərəf olan yola aid hissə cavabdeh tərəfindən zəbt olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş 3 nömrəli fotoşəkildə yolun zəbt edilmiş hissəsində cavabdehin apardığı tikili görünür. İddia əri zəsinə əlavə edilmiş 4 nömrəli fotoşəkildə mülkiyyətində olan torpaq sahəsində yerləşən mərhum atası X1 mülkiyyətində olan ailə üzvlərinin yaşadığı, 1981-ci ildə tikilmiş fərdi yaşayış evi görünür.

5. Məhkəmə qərardadı ilə mütəxəssis rəyinin verilməsi məqsədilə ekspertiza təyin edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2043/2023 saylı mütəxəssis rəyində və onun əsasında verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat obyektinə baxış keçirilərək İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, islahat zamanı kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı məxsus həyətyanı torpaq sahəsi ilə Cavabdeh məxsus həyətyanı torpaq sahəsi arasında gedişgəliş yolu nəzərdə tutulmuşdur. Lakin müəyyən olunmuşdur ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş-gəliş yolu faktiki vəziyyətdə naturaya (yerə) uyğun gəlmir. Qeyd olunan uyğunsuzluğun yaranma səbəbi torpaq islahatına dair kompleks yerquruluşu layihəsi hazırlanan zaman torpaqların naturada (yerdə) faktiki istifadə vəziyyətini özündə əks etdirməməsidir. Eyni zamanda, İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin kompleks yerquruluşu layihəsində nəzərdə tutulan həmin gediş-gəliş yolu ilə uyğun gəlməməsi müəyyən olunmuşdur. Belə ki, İddiaçı tərəfindən fak tiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin bir hissəsi mövcud baza məlumatlarında yol kimi deyil, həyətyanı torpaq sahələri olması araşdırma zamanı müəyyən olunmuşdur. Beləliklə, qeyd olunan səbəblərə görə, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lənkəran rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrdən faktiki ölçülərinin koordi natları müəyyənləşdirilmiş və Lənkəran rayonu, Gəgiran kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən, araşdırma zamanı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir.

6. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1333/2023 saylı, 23 noyabr 2023-cü il tarixli qətnaməsi (hakim Muradağa Qasımov) ilə iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə mövqeyini iş materiallarına, o cümlədən mütəxəssis və ekspert rəylərinə istinad etməklə onunla əsaslandırmışdır ki, mövcud baza məlumatlarına əsasən iddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia ərizəsində göstərdiyi torpaq sahəsinin bir hissəsi yol kimi de yil, həyətyanı torpaq sahəsi kimi qeyd edilmiş və torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən onun tərəfindən gedişgəliş yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. Buna görə də iddia tələbi əsassızdır.

8. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-474/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Tof iq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Gəgiran kəndi ərazisində 0,11 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunması müəyyən edilmir. Belə ki, qeyd edilən halın araşdırılması üçün ekspert və mütəxəssis rəyləri alınmış, mövcud baza məlumatlarına əsasən İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia ərizəsində göstərdiyi torpaq sahəsinin bir hissəsi yol kimi deyil, həyətyanı torpaq sahəsi kimi qeyd edilmiş və torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən onun tərəfindən gedişgəliş yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 152.1, 152.5, 238.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci və 3-cü hissələri, 55, 68, 84-cü maddəsinin 1-ci hissəsi, 111-ci, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 7.2, 16.1-16.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qət namənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir.

16. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin ekspert qarşısında qoyduğu suallarla işin faktiki hallarını müəyyən etmək mümkün olmamışdır. Rəyin əvvəli ilə axırı bir-birinə ziddiyyət təşkil edir. İddiaçı əlavə və ya təkrar ekspertizanın keçirilməsini məhkəmədən şifahi olaraq xahiş etmişdir. Məhkəmə iclasını təxirə salmadığı üçün iddiaçiya bunun üçün vaxt vermədiyindən, o, həmin vəsatəti yazılı qaydada verə bilməmişdir. Şifahi vəsatətlərinə isə məhkəmələr tərəfindən münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı eti raz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

22. Maddə 47 (hissə İİ). Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır.

23. Maddə 47 (hissə İİİ). Ümumi istifad ədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir.

24. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

25. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirl ərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

26. Maddə 84 (hissə İ). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

27. Maddə 111 (hissə İ). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

28. Maddə 111 (hissə İİ). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 7.2. Bələdiyyələrin ümumi istifadədə olan torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

30. Maddə 11.7. Ümumi istifadədə ol an bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir.

31. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır;

32. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

44. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəli lləri qətnamənin ləğvinə əsas vermir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2024-cü il tarixli 2(106)-474/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar