Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2385/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsindən “Azəriqaz” İstehsalat Birliyinin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7079/2018 saylı, 17 sentyabr 2018ci il tarixli qətnaməsi ilə iddianın təmin edilərək ünvan 1 ünvanı üzrə q az sərfinə görə İddiaçı (Abonent kodu: **********00095) hesablanmış 1944 (min doqquz yüz qırx dörd) manat və 212,28 manat sayğac pulu məbləğində olan borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 2(103)-12152/2018 saylı qətnaməsi ilə (hakimlər V.Baxışova sədrlik edən, məruzəçi, V.Həsənov və N.Cəfərov) cavabdeh «Azəriqaz» İB-nin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 (011)-1856/2018 saylı 05.03.2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ünvan 1 ü nvanına (Abonent kodu: **********00095) hesablanmış 212,28 manat sayğacın pulunun və 1944 manat sərfıyyat haqqının cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, eyni zamanda kobud prosessual hüquq pozuntusuna yol vermişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2018ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiysı məhkəməsinə göndərilməsini xahiş edrilər. Məhkəmə kol legiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azər baycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı 06.09.2017-ci il tarixli akt əsasında dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin İnformasiya və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyasının rəyinə əsasən sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşildiyi müəyyən edilmişdir. 11.10.2017-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tər tib edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 619 manat (3095 m3 x 0,20 manat = 619 manat) tələb edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə həmin borcun əsassız hesab edilərək silinməsinə dair iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi barədə sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Qaz sayğacının mühafizəsini təmin etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyünü və iddiaçının sayğacı kənar təsirlərdən mühafizə etmək öhdəliyi olmadığını nəzərə alınaraq hesab edilməlidir ki, istehlakçıdan sayğacın zavod qurğuşun plombunun plastmas qapağının üzərində aşkar edilmə görə hər hansı ziyan tələb edilə bilməz. Bundan əlavə sayğaca müdaxilə edilməsi barədə məhkəməyə cavabdehin özü tərəfindən tərtib edilmiş aktdan əlavə heç bir sübut (fotoşəkil, video çəkiliş və s) təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Xətai rayon Məhkəməsinin 2 (011)-1856/2018 saylı 05.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiyainstansiyasıməhkəməsigəldiyinəticəni aşağıdakı maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 7 7.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğacların işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq məişət qaz qurğularının istifa dəsi üçün qaz paylayıcısının vəsaiti hesabına), zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdehin kassasiya şikayətində maddi və prosessual hüquq normalarına istinad etsə də istinad olunmuş hüquq normalarının qətnamənin ləğvi üçün səbəbləri əsaslandırılmamışdır. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirib qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: “Azəriqaz” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2385/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2385/2019
03.04.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver