Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2385/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 mart 2024-cü il tarixli, 2(106)-218/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13 mart 2020-ci il tarixli 1 il müddətinə bağlanmış icbari sığorta müqaviləsinə əsasən, sığortaçı "xxxx" ASC-ci sığortalı X1 məxsus “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sığortalamış və sığorta məbləği 5.000 manat müəyyən edilmişdir.
2. Bakı şəhəri Nərimanov rayon X11 Şöbəsinin arayışına görə xx.xx.2020-ci il tarixdə, saat 19:30-da Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş və hadisə nəticəsində Cavabdeh təqsirli sayılmış və o, X5 məxsus “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Mercedes- Benz GL450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və X3 məxsus “Mercedes-Benz E250” markalı, **-KA-*** döv lət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.
3. Bakı şəhəri Nərimanov rayon X11 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli, İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokola əsasən 23 aprel 2020-ci il tarixdə, saat 19:30-da “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
4. Bakı şəhər X11 İdarəsi tərəfindən 23 aprel 2020-ci ildə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında XP ******* seriya nömrəli Qərara əsasən Cavabdeh barəsində başlanılmış İXP ******* seriya nömrəli inzibati xəta haqqında iş üzrə icraata İXM-in 38-ci maddəsində nəzərdə tutulm uş inzibati tənbeh vermə müddəti keçdiyi üçün xitam verilmişdir.
5. Bakı şəhər X10 İdarəsinin 16 fevral 2024-cü il tarixli məktubuna əsasən 23 aprel 2020-ci il tarixdə, saat 19:30-da Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün Nərimanov rayon X11 Şöbəsi tərəfindən 24 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi üzrə inzibati xəta haqqında ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və material geri qaytarıldığı üçün 14 aprel 2022-ci il tarixdə iddiaçı barəsində başlanmış İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata İXM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş inzi bati tənbeh vermə müddətinin başa çatmasına görə xitam verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında XP ******* nömrəli qərarın tarixi texniki səhv olaraq 23 aprel 2020-ci il kimi göstərilmişdir. 6. “Mercedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 23 aprel 2020-ci il tarixli qüsur aktına əsasən 4.100 manat zərər dəymişdir. 7. “Mercedes Benz GL450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 23 aprel 2020-ci il tarixli qüsur aktına əsasən 2.380 manat zərər dəymişdir. 8. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA62875 nömrəli sığorta aktına əsasən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “Mercedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vas itəsinə dəymiş zərərə görə 3.163,58 manat sığorta ödənişi verilmişdir. 9. "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA62876 nömrəli sığorta aktına əsasən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Mercedes Benz GL450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1.836,42 manat sığorta ödənişi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı "xxxx" ASC (bundan sonra-iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1.836,42 manat və 3.163,58 manat olmaqla cəmi 5.000 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumun görə 70 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsasl andırılmışdır ki, 7 may 2020-ci il tarixli ödəniş sənədlərinə əsasən X3 3.163,58 manat və X2 1.836,42 manat ödəniş edilmişdir. Bakı şəhəri Nərimanov rayon X10 Şöbəsinin rayışına əsasən 23 aprel 2020-ci il tarixli, XP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərara əsasən cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir.
14. Cavabdeh iddiaya etiraz edərək göstərilmişdir ki, yol-nəqliyyat hadisəsi onun günahı üzündən baş verməmişdir. Belə ki, o, həmin hadisə ilə əlaqədar inzibati qaydada tənbeh edilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsini iddia müddətini buraxmaqla vermişdir. Ona görə də iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 sentyabr 2023-cü il tarixli, 2(018)-730/2023 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, iddia ərizəsini qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə vermişdir. Belə ki, iddiaçı tərəfindən sığorta ödənişləri 7 may 2020-ci il tarixdə verilməsinə baxmayaraq iddiaçı tərəfindən iddia ərizəsi 11 may 2020-ci il tarixdə imzalanmaqla məhkəməyə göndərilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı üç illik iddia müddətini ötürmüş və iddia müddətini üzrlü səbəbdən ötürməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən də iddia rədd olunmalıdır.
18. Birinci instansiya məhkəməsi hüquqi mövqeyi ni Mülki Məcəllənin 21.2, 21.3, 385.1, 386.1, 926.1, 926.2, 936.5, 1096.2, 1097.1, 1114.1, 1115.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti işin hallarına və iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə subroqasiya hüququ sığortaçı tərəfindən sığortalıya və sığorta olunana qarşı istifadə olunur. PXA ********** saylı icbari sığorta müqaviləsinə əsasən icbari sığorta müqaviləsi X4 ilə iddiaçı arasında bağlanmış, “Mercedes Benz 190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta qaydasında sığortalanmışdır. Cavabdehlə iddiaçı arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan-deliktdən yaranan öhdəlik münasibətləri olmuşdur. Çünki tərəflər arasında bağlanan hər hansı müqavilə olmamışdır. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və birinci instansiya məhkəməsi hazırkı mülki mübahisəyə üç illik iddia müddətini tətbiq etməkdə səhvə yol vermişdir. Mülki Məcəllənin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti isə on il təşkil edir. Odur ki, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
21. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra– apellyasiya instansiy ası məhkəməsi) 4 mart 2024-cü il tarixli, 2(106)-218/2024 saylı qətnaməsi ilə (hakimlər– Samir Mayılov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Samir Həsənov) apellyasiya şikayəti təmin edilərək iş üzrə Astara Rayon məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(018)-730/2023 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, iddiaçı tərəfinən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 1.836,42 manat və 3.163,58 manat olmaqla, cəmi 5.000 manat və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəyə sığorta müqaviləsindən yaranan 3 illik iddia müddətini tətbiq edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, icbari sığorta müqaviləsi üzrə mü nasibətlər tərəflər arasında deyil, iddiaçı ilə sığortalı Baxış Cavadov arasında yaranmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini icra etmiş, yəni ümumilikdə 5.000 manat sığorta ödənişini zərərçəkmiş şəxslərə ödəmiş və nəticədə subroqasiya hüququ ona keçmişdir.
23. Sığortalı Baxış Cavadov və cavabdeh arasında zərərvurmadan (deliktdən) əmələ gələn öhdəlik hüquq münasibətləri olmuşdur. İddiaçı sığortalı ilə öz arasında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən Mülki Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən onun subroqasiya hüququ əmələ gəlmişdir.
24. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi müəyyən olunmur. Birinci instansiya məhkəməsi isə yalnız sonuncu, yəni 29 sentyabr 2023-cü il tarixli iclasında cavabdehin izahatına onun iddia müddətinin tətbiq edilməsi barədə şifahi tələb irəli sürməsini qeyd edərək iddia müddətini tətbiq etmiş və bununla da Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbini pozmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta üzrə müddətin keçməsi ilə bağlı qeyd etmişdir ki, şəxsin müddətin keçməsinə görə inzibati məsuliyyətdən azad edilməsi, onu mülki məsuliyyətdən azad etmir. Belə ki, Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi göndərici xarakterli norma olmaqla həmin Məcəllənin 332.2-ci maddəsindən irəli gəlir. Həmin Məcəllənin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Cavabdehin barəsində İXM-in 332.4-cü maddəsi üzr ə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata digər əsaslarla deyil, məhz müddətin keçməsi əsası ilə xitam verilməsi isə sığorta hadisəsinin baş verdiyi vaxt həqiqətən də cavabdehin sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını göstərmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin tələbinə görə cavabdehdən icra edilmiş 5.000 manat sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
27. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəll ənin 372.2, 373.1, 375.2, 936.1, 936.2-ci maddələrinə, habelə “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən zərər sığorta şirkətinin balansında olan avtomobillərə yox, sığorta müqaviləsinə əsasən sığorta şirkətində sığortalanmış mülkiyyət sənədinə əsəsən digər şəxslərə məxsus olan avtomobillərə ziyan dəymiş və sığorta şirkəti tərəfindən d əymiş zərərin əvəzi ödənilmişdir. Sığorta şirkətinə tələb hüququ onunla digər şəxslər arasında bağlanan sığorta müqaviləsinə əsasən yəni Mülki Məcllənin 936.2-ci maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində sığortaçıya keçmiş (iddiaçının özüdə iddia ərizəsindən tələb etmə hüququnun ona keçməsinin müvafiq sığorta müqaviləsi əsasında keçdiyini qeyd və etiraf etmişdir) və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən müqavilə tələbiləri üzrə iddia müddəti üç ildir. Bundan başqa cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli olması təsdiq olunsa da, icrası tələb olunan öhdəlik müqavilədən əmələ gələn öhdəlikdir, yəni sığortaçı ilə sığortalı arasında sığorta müqaviləsi imzalanmasa idi, sığortaçı subroqasiya qaydasında dəymiş zərərin tutulmasını tələb ed ə bilməsi mümkün deyildi. Şikayətçi həmçinin qeyd etmişdir ki, sığortaçı sığorta ödənşini sığorta məbləği həddində ödəyir. İddiaçının da tələb hüququ icbari sığorta müqaviləsi əsasında yaranmışdır. Göründüyü kimi iddiaçının tələbi, həmçinin cavabdehin öhdəliyi müqavilə üzrə yaranmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
32. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
33. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barə də ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
34. Maddə 936.1. Subroqasiya hüququna verilmiş anlayışdan da göründüyü kimi iddiaçı sığorta şirkəti sığortalı və cavabdeh arasında mövcud olmuş zərərvurmadan irəli gələn münasibətlərdə ödədiyi sığorta məbləği həcmində tələb hüququnu əldə etmişdir.
35. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə.25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istisma r etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və iş də kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə sığorta müqaviləsindən irəli gələn 3 illik iddia müddətini tətbiq edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, icbari sığorta müqaviləsi üzrə münasibətlər tərəflər arasında deyil, id diaçı ilə sığortalı Baxış Cavadov arasında yaranmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliyini icra etmiş, yəni 5.000 manat sığorta ödənişini zərərçəkmiş şəxslərə ödəmiş və nəticədə subroqasiya hüququ ona keçmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı sığortalı ilə öz arasında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən onun subroqasiya hüququ əmələ gəlmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının iddia müddətini ötürməsinə istinad etsə də ümumiyyətlə işdə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsi müəyyən olunmur. Birinci instansiya məhkəməsi isə yalnız sonuncu, yəni 29 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin izahatında iddia müddətinin tətbiqi barədə şifahi tələb irəli sürməsini qeyd edərək iddia müddətini tətbiq etmiş və bununla da Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbini pozmuşdur.
54. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta üzrə müddətin keçməsi ilə bağlı qeyd etmişdir ki, şəxsin müddətin keçməsi əsasına görə inzibati məsuliyyətdən azad olunması onu mülki məsuliyyətdən azad etmir.
55. Belə ki, Azərbaycan Respublikası İXM-in istinad olunan 332.4-cü maddəsi göndərici xarakterli norma olmaqla həmin Məcəllənin 332.2-ci maddəsindən irəli gəlir.
56. Həmin Məcəllənin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Cavabdehin barəsində İXM-i n 332.4-cü maddəsi üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata digər əsaslarla deyil, məhz müddətin keçməsi əsasına görə xitam verilməsi isə sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını göstərir.
57. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin tələbinə görə cavabdehdən icra edilmiş 5.000 manat məbləğində sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır.
58. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılar aq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin yenidən araşdırılmasına lüzum yoxdur. Ona görə də cavabdehin kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub kassasiya instansiyası məhkəməsi Qə r a r a a l d ı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 mart 2024-cü il tarixli, 2(106)-218/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.