Məhkəmə qərarları › İş №2(102)-2386/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2386/2023

31.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2386/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2386/2023 (Açar sözlər: kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair iddiası ilə b ağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-122/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10 ünvanda yerləşən, 15 saylı, 67,9 kv.m. ümumi sahədən ibarət olan 3 otaqlı mənzil İddiaçı xüsusi mülkiyyətindədir.

2. Yaşayış yeri haqqında qeydiyyata dair ******* saylı arayışa əsasən, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yaşayış yeri üzrə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10 ünvanında yerləşən 15 saylı mənzildə qeydiyyatdadırlar.

3. Daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli 117 saylı rəyə əsasən, tam təmirsiz mənzilin bu gün üçün olan bazar dəyəri 38.000 manat olaraq qiymətləndirilmişdir. Eləcə də, Mingəçevir şəhərində, yerləşdiyi ərazidən asılı olaraq bina yaşayış evlərində yaşayış evlərində yaşayışa uyğun şəraitdə olan (əşyasız boş vəziyyətdə) 1 otaqlı mənzillərin kirayə qiyməti 90 manat, 2 otaqlı mənzilin kirayə qiyməti 120 manat, 3 otaqlı mənzilin kirayə qiyməti isə 150 manat dəyərindədir.

4. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1171/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh3 arasında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsində 18 aprel 2009-cu ildə 134 № ilə qeydə alınmış nikah aktı pozulmuş və birgə nikahdan xx.xx.2008-ci il tarixdə doğulmuş X1 atası İddiaçı yanında və 11 avqust 2010-cu il tarixdə doğulmuş X2 isə anası Cavabdeh3 yanında qalmaları müəyyən edilmişdir.

5. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-685/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi ilə, Cavabdeh3 xx.xx.2008-ci il tarixdə doğulmuş Muraz və xx.xx.2010-cu il tarixdə doğulmuş Cəsur adlı uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10 ünvanında yerləşən 15 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 5.000 (beş min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 isə 5.000 (beş min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və onun əşyaları ilə birlikdə həmin mənzildən məcburi qaydada çıxarılması, cavabdehlərdən müştərək qaydada məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 300 manat məbləğində qonarar, Mobil MMC-dən rəylərin alınması üçün ödənilmiş 150 manat və 100 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 550 (beş yüz əlli) manat məbləğində məhkəmə xərcinin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə xx.xx.2007-ci il tarixdə faktiki ailə münasibətlərinə daxil olaraq evlənmiş və Cavabdeh3 hazırda ona məxsus olan mübahisəli evə gəlin köçmüşdür. Aralarındakı nikah xx.xx.2009-cu il tarixdə rəsmi qeydiyyata alınmış və həmin vaxtlarda Cavabdeh3 evə qeydiyyata düşmüşdür. Mübahisəli mənzil Mingəçevir şəhər XDS İK-nin xx.xx.1983-cü il tarixli 304 saylı qərarına əsasən həmin vaxtlar Toxuculuq Kombinatında xadimə işləyən anasına verilmişdir. Həmin mənzil xx.xx.2012-ci il tarixdə onun adına özəlləşdirilmişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Muraz və xx.xx.2010-cu il tarixdə Cəsur adlı iki uşaqları olmuşdur. Aralarında olan narazılığa görə onunla faktiki olaraq ayrılmışlar. Hazırda boşanma tələbi ilə bağlı iddia ərizəsi məhkəmənin icraatındadır. Ailədə özünün təhriki ilə baş vermiş dava-dalaş üzündən Cavabdeh3 Cəsur adlı uşağı özü ilə apararaq yaşadığı evi tərk edib getmişdir. Muraz adlı uşaq isə öz istəyi ilə onunla birlikdə yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-685/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh3 iki uşağı ilə birlikdə onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh3 ilə onun və ailə üzvlərinin arasında münaqişə həddinə çatan kəskin ixtilaflar və ziddiyyətlər vardır. Hazırda onun həmin mənzilə köçürülməsi mülkiyyətçi kimi onun və ağbirçək anası üçün həddindən artıq arzuolunmazd ır və bu hal onlar üçün fiziki və mənəvi zorakılıqlarla nəticələnə bilər. Hal-hazırda mübahisəli mənzildə keçmiş həyat yoldaşı Cavabdeh3 əlavə anası Cavabdeh1 və bacısı Cavabdeh2 da qeydiyyatdadırlar. Anası onunla birlikdə, bacısı isə başqa ünvanda yaşayır. Mənzillə bağlı mübahisələr davam etdiyindən mülkiyyətçi kimi sərəncam vermək hüququndan istifadə edərək, mənzili satmaq istəyir. Cavabdehlər isə bu istəyə qarşı çıxır, mənzilə hüququ olan şəxslər kimi hüquqlarını tələb edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödəmək təklifi ilə razılaşsalar da, digər Cavabdeh3 onunla razılığa gəlməmişdir. Ona görə də Cavabdeh3 həmin mənzilin tərkib hissəsindən istifadə hüququna kompensasiya müqabilində xitam verilməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hazırda müba hisəli mənzilin yerləşdiyi Mingəçevir şəhəri, Xətai küçəsi ərazisində həmin şəraitli evlərin kirayə haqqı bir otaqlı mənzillər üçün 90, iki otaqlı mənzillər üçün 120, üç otaqlı mənzillər üçün isə 150 manatdır. Həmin mənzilin bu gün üçün olan bazar dəyəri 38.000 manat qiymətləndirilmişdir.

8. İddiaçı məhkəmə iclası zamanı ərizə verərək iddia ərizəsində Cavabdeh3 təklif etdiyi 5.000 manat kompensasiyanın məbləğinin artırılaraq 6.000 manat olmasına razılıq verdiyini qeyd edərək göstərmişdir ki, Cavabdeh3 həmin ərazidə eyni şəraitli mənzildə uzun müddət yaşaması üçün kifayət qədər əlverişlidir.

9. Cavabdeh2 məhkəmə iclası zamanı verdiyi izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etmiş və göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10 ünvanında yerlə şən 15 saylı mənzil qardaşının mülkiyyətindədir. Tam təmirsiz mənzilin bu gün üçün olan bazar dəyərinin 38.000 manat olduğunu nəzərə alaraq ona kompensasiya kimi 5.000 manat məbləğində pulun verilməsinə etiraz etməmişdir. Odur ki, iddianın təmin olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclası zamanı Cavabdeh2 ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh3 iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən təklif edilən 5.000 manat məbləğində kompensasiya məbləği ilə razı deyildir. Belə ki, hazırda o, və uşaq ları mübahisəli mənzildə yaşamırlar. Hal-hazırda onun mülkiyyətində və ya istifadəsində hər hansı başqa mənzil və ya torpaq sahəsi yoxdur. Ona təklif olunan kompensasiya məbləği Mingəçevir şəhəri ərazisində əvvəlki mənzillə müqayisədə ona oxşar başqa mənzildə yaşamaq imkanı vermir və onun uşaqları ilə birlikdə həmın mənzildən çıxarılmaları üçün yetərli deyildir. 5.000 manat məbləğində kompensasiya bu günə olan kirayə haqqı və mənzillərin bazar qiymətləri ilə mütənasiblik təşkil etmir. Odur ki, məhkəmədən iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1586/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (X8) iddia təmin edilmiş, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 5.000 (beş min) manat, Cavabdeh1 5.000 (beş min) manat kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onların istifadə hüquqlarına xitam verilməsi, İddiaçı tərəfindən Cavabdeh3 6.000 (altı min) manat kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzilin tərkib hissəsindən onun istifadə hüququna xitam verilməsi, Cavabdeh3 İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması və kompensasiyanın verilməsi ilə Cavabdeh3 mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi qət olunmuşdur.

13. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə araşdırması zaman ı iddiaçının Cavabdeh1 və Cavabdeh2 hər birinə təklif etdiyi 5.000 və Cavabdeh3 təklif etdiyi 6.000 manat kompensasiya məbləği kifayət qədərdir. Belə ki, Cavabdeh2 hazırda başqa yaşayış yeri vardır. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə isə onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsi üçün kifayətdir.

14. Məhkəmə kompensasiya məbləğinin fərqli olması ilə bağlı qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının təklif etdiyi 5.000 manat məbləğində kompensasiya ilə razılaşdıqlarından, məhkəmə onlara münasibətdə kompensasiya məbləğini işin mübahisə edilməyən halı kimi qəbul edir. Lakin digər Cavabdeh3 iddiaçının təklif etdiyi 5.000 manat məbləğində kompensasiya ilə razı olmadığına görə məhkəmə həmin cavabdehə münasibətdə hazırkı bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğini 6.000 manat həddində müəyyən etmişdir. İddiaçı da həmin məbləği ödəməyə razılıq vermişdir.

15. Məhkəmə yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla belə hesab etmişdir ki, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində Cavabdeh1 və Cavabdeh2 hər birinə 5.000 və Cavabdeh3 isə 6.000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Bu zaman məhkəmə iddiaçı tərəfin kompensasiya məbləğinin Cavabdeh3 münasibətdə 6.000 manat ödəməyə razılıq verməsinə dair ərizəsini və iddiaçının təqdim etdiyi, cavabdeh tərəflərin isə təkzib etmədiyi, Mi ngəçevir şəhərində yerləşən tam təmirsiz 3 otaqlı evlərin bu günə olan bazar dəyərinin 38.000 manat həddində, həmçinin üç otaqlı mənzillərin kirayə qiymətinin 150 manat olmasına dair mütəxəssis rəyini də nəzərə almışdır.

16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd olunması haqqında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2007-ci il tarixdə faktiki n ikah münasibətlərinə girməklə ailə qurmuşlar. Elə həmin tarixdən Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən 10 saylı evin 15 saylı mənzilinə gəlin köçmüşdür. Onlar aralarında olan nikahı 18 aprel 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan onların 28 noyabr 2008-ci il təvəllüdlü Muraz və 11 avqust 2010-cu il təvəllüdlü Cəsur adlı uşaqları dünyaya gəlmişdir. Evliliyin ilk vaxtlarında iddiaçı ilə mehriban yaşamışlar. Lakin, sonradan münasibətləri pisləşmiş və aralarındakı nikah Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1171/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hələ nikahları pozulmamışdan əvvəl, yəni 2022-ci ilin yanvar ayında iddiaçı onu azyaşlı uşağı Cəsur ilə birlikdə evdən qovmuş və onları mənzilə buraxmamışdır. O, dəfələrlə həmin mənzilə qayıtmaq istəsə də, iddiaçı buna imkan verməmişdir. Bundan sonra o, iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən 10 saylı evin 15 saylı mənzilinə köçürülmələrini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-685/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsinə əsasən onun xx.xx.2008-ci il təvəllüdlü Muraz və xx.xx.2010-cu il təvəllüdlü Cəsur adlı uşaqları ilə birlikdə cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən 10 saylı evin 15 saylı mənzilinə köçürülməyini qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Buna baxmayaraq Mingəçevir Şəhər M əhkəməsinin 2(051)685/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsi hazırki vaxtadək icra edilməmiş qalır. Eyni zamanda da İddiaçı qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsini qərəzli olaraq icra etmədiyi üçün Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-688/2022 nömrəli, 20 oktyabr 2022ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra İddiaçı ona və digər cavabdehlərə qarşı yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməsi ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Digər cavabdehlər isə iddiaçının anası və bacısıdır. Mingəçevir Şəhər Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qət naməsinə əsasən ona 6.000 manat, digər cavabdehlərin hər birinə isə 5.000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilmişdir. Lakin, qeyd olunan qətnamə tam qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı anası və bacısını formal olaraq iddiaya əlavə etmiş və onlara kompensasiya təklif etmişdir ki, ona az məbləğdə kompensasiya düşsün. Mingəçevir Şəhər Məhkəməsi kompensasiyanın məbləğini müəyyən edərkən, onun və azyaşlı uşaqlarının mənafelərini nəzərə almamışdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-685/2022 nömrəli, 19 may 2022-ci il tarixli qətnaməsinə əsasən onun xx.xx.2008-ci il təvəllüdlü Muraz və xx.xx.2010-cu il təvəllüdlü Cəsur adlı uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsin də yerləşən 10 saylı evin 15 saylı mənzilinə köçürülmələri qət edilmişdir. Onların həmin mənzildən başqa yaşamağa heç bir yerləri yoxdur. Təklif olunan kompensasiyanın məbləği çox aşağıdır. Həmin qərarda göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessua l Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Bununla bağlı qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Lakin, iddiaçının təklif etdiyi kompensasiyanın məbləği aşağı məbləğdədir. Belə ki, 2022-ci ilin oktyabr ayına Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən 10 saylı evin 15 saylı mənzilinin orta bazar satış qiyməti 45.000 (qırx beş min) manat dəyərindədir. Belə olan halda təklif olunan 6.000 (altı min) manat məbləğdə kompensasiy a ilə o övladları ilə birlikdə müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə edə bilməzlər.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnın 2(107)-122/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilmədən, qətnamə Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının təklif etdiyi 5.000 manat məbləğində kompensasiya ilə razılaşdıqlarından, məhkəmə onlara münasibətdə kompensasiya məbləğini işin mübahisə edilməyən halı kimi qəbul etmişdir. Lakin digər Cavabdeh3 iddiaçının təklif etdiyi 5.000 manat məbləğində kompensasiya ilə razı olmadığına görə məhkəmə həmin cavabdehə 6.000 manat həddində kompensasiya müəyyən etmişdir. İddiaçı da həmin məbləği ödəməyə razılıq vermişdir. Cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində Cavabdeh1 və Cavabdeh2 hər birinə 5.000 və Cavabdeh3 isə 6.000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Bu zaman məhkəmə iddiaçı tərəfin kompensasiya məbləğinin Cavabdeh3 münasibətdə 6.000 manat ödəməyə razılıq verməsinə dair ərizəsini və iddiaçının təqdim etdiyi, cavabdeh tərəflərin isə təkzib etmədiyi, Mingəçevir şəhərində yerləşən tam təmirsiz 3 otaqlı evlərin bu günə olan bazar dəyər inin 38.000 manat həddində, həmçinin üç otaqlı mənzillərin kirayə qiymətinin 150 manat olmasına dair mütəxəssis rəyini də nəzərə almışdır.

21. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş in yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin təklif etdiyi kompensasiyanın məbləği aşağı məbləğdədir. Belə ki, 2022-ci ilin oktyabr ayına Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən 10 saylı evin 15 saylı mənzilinin orta bazar satış qiyməti 45.000 (qırx beş min) manat dəyərindədir. Belə olan halda təklif olunan 6.000 (altı min) manat məbləğdə kompensasiya ilə o, övladları ilə birlikdə müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə edə bilməz. Bundan başqa iddiaçı iddia ərizəsində Cavabdeh1 və Cavabdeh2 cavabbdehlər qismində göstərmişdir. Cavabdehlərdən Cavabdeh2 iddiaçının bacısıdır və heç mübahisəli mənzildə yaşamır. Digər Cava bdeh1 isə iddiaçının anasıdır. İddia ərizəsinin məzmunundan və Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi iddiaçı anası və bacısını formal olaraq iddiaya əlavə etmiş və onlara kompensasiya təklif etmişdir ki, ona az məbləğdə kompensasiya düşsün. Şəki Apellyasiya Məhkəməsi bu halların heç birini nəzərə almamış, yalnız iddiaçının mənafeyini üstün tutmuş, onun və azyaşlı uşaqlarının hüquqlarını isə kobud şəkildə pozmuşdur. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

25. İddiaçı və onun vəkili X3 Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Etiraz iddia tələbində göstərilənlərə uyğun o laraq əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, hazırda Muraz adlı övladı atası-iddiaçının, Cəsur adlı uşağı isə anası-cavabdehin himayəsindədir və hal-hazırda himayəsində saxlanıldığı şəxslə birlikdə yaşayır. Mənzilin qiyməti ilə bağlı təqdim edilmiş arayış isə əsassızdır. Apellyasiya instansiya məhkəməsi Cavabdeh3 6.000 manat məbləğində kompensasiya verilməsini hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul etməkdə haqlı olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

26. Maddə 13.1 və 13.2 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

27. Maddə 29.1, 29.2, 29.3 və 29.4 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

31. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınm az əmlakın dövlət reyestrində qeydə alınsın.

32. Maddə 228.2. yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

33. Maddə 228.5 yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşı na çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

34. Maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətç i tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

35. Maddə 30.2. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya b axışının hədləri:

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

50. Qeyd olunmalıdır ki, “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 51. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

52. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağ an edilməsi imkanlarını ehtiva edir. 53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. 54. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

55. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək, məhkəmənin iddianı təmin etməkdə haqlı olması qənaətinə gəlmişdir.

56. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

57. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən q iymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin l əğv edilməsi üçün əsas ola bilməz.

58. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

59. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-122/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar