Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2388/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil və nümayəndələri X5, X3 iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin "Üfüq" İstehsalat Birliyi "xxxx” MMC-ni və Bakı şəhəri Maraqlı şəxs3 üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 201 9-cu il tarixli qətnaməsindən iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1 yataqxana binasının 54 saylı otağına dair Cavabdeh verilmiş xx.xx.2005-ci il tarixli, 35 saylı order etibarsız hesab edilməsi, iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin hesabına ödənilməsi qət edimişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti (bundan sonra Departament) "Üfüq" İB "xxxx” MMC-ni və Bakı şəhəri Maraqlı şəxs3 üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “orderin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçesi, 4 saylı yataqxana binasının 54 saylı mənzilinə dair cavabdehə verilmiş xx.xx.2005- ci il tarixli, 35 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xxxxnin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Departamentin 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə xx.xx.2014-cü il tarixli Təhvi l-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli,131 saylı sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamına, Departamentin xx.xx.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2013-cü il tarlxli, 16 saylı əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2013-cü il tarixli, 01-1/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi xxxxnin xx.xx.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən ünvan 1 ünvanda yerləşən yataqxana binası Departamentin 1 saylı Xüsus i Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Bakı “Radioquraşdırma” İB-nin HİK-nin X2 Şurasının və MMK-nin birgə növbəti İclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışdan görünür ki, Birlikdə uzun illər işləyən və yataqxana növbəsində olan fəhlə və qulluqçulara, növbə əsasında mənzil verilə bilinməməsi nəzərə alınaraq birliyə məxsus yataqxanalarda, o cümlədən, ünvan 2 ünvanında yerləşən yataqxanada məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi qərara alınmışdır. Bakı “Radioquraşdırma” İB-nin HİK-nin X2 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2005-ci il tarixli, 50 saylı protokolundan çıxarışdan görünür ki, uzun illər zavodda işləmiş Cavabdeh ərizə ilə müraciət e dərək mənzılin adına sənədləşdirilməsini xahiş etmişdir. Bu ərizə Birliyin təşkil etdiyi komissiyada müzakirə olunaraq 54 saylı otaqda yaşayan qaçqın ailələri onlara verilən rnənziə köçərkən Cavabdeh adına sənədləşdirılməsivə qeydiyyata salınması qərara alınmışdır. xx.xx.2005-ci il tarixli, 35 saylı orderdən görünür ki, ünvan 2 ünvanında yerləşən yataqxananın 1-ci giriş 3-ci mərtəbəsində yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı 54 saylı mənzilə dair Cavabdeh order verilmişdir. Cavabdeh tərəfindən Departamentə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, cavabdeh iddiaçıya müraciət edərək ünvan 1 yataqxananın 54 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli mə ktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən yataqxananın 54 saylı mənzilində 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi Səfərova Nazilə Əbülfət qızı və ailəsi məskunlaşmış, onlar Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Həmin otaq Cavabdeh tərəfindən zəbt edilmişdir. Hal-hazırda faktiki olaraq qeyd edilən ünvanda yaşamır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddia ona cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür və bu əsasın özü iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Ona görə kollegiya digər hallara dair qiymətləndirmə aparmadan hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Beləki, ddiaçı Departament ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderi vermiş hüquqi şəxs isə baxılan iş üzrə yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Halbuki iş materiallarından da görünür ki, mübahisələndirilən order “Radioquraşdırma” Zavodu tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar cavabdeh mübahisəli otaqlara köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz həmin hüquqi şəxsdir. MPM-nin 54.1-ci maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmaya n şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. MPM-nin 54.2-ci maddəsinə görə, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçıya izah olunmalıdır ki, əsl cavabdehə qarşı analoji tələbi irəli sürə bilər. Həmin işə baxılarkən hazırkı qətnamə ilə müəyyən edilmiş hallar yeni iddiaya baxılarkən preyudisial əhəmiyyət kəbs edə bilməz. Çünki iddia əsl cavabdehə qarşı irəli sürüldüyü təqdirdə tərəflər dəyişmiş olur və əsl tərəf çəkişmə prinspinə uyğun olaraq öz müdafiəsini qurmaqda haqlıdır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual h üquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2388/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2388/2020
11.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver