Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2389/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və xxxnın cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, habelə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X13 və X6 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı2 və iddiaçıların vəkili Vəkil2, Cavabdeh3 xxxnun, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(107)1857/2020 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1ndə 0,33827 ha torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə və JN-351B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadə tnamə ilə X5 və ailə üzvləri xxxının, İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 14 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı xxxnun iddiası təmin edilərək, maraqlı şəxs X5 adına verilmiş JN-351B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamədə göstərilən 0,34 ha torpağın iddiaçı xxxnun adına rəsmiləşdirilməsi qət edilmişdir. Həmin qətnamə icra olunaraq ünvan 1ndə 0,33827 ha torpaq sahəsi üzrə xxxna mülkiyyət hüququna dair 12 mart 2011-ci il tarixli çıxarış verilmişdir. xxx 07 may 2014-cü il tarixli müqavilə ilə həmin torpaq sahəsinin 0,15 ha hissəsini, 08 iyul 2014-cü il tarixli digər müqavilə ilə isə 0,035 ha hissəsini Cavabdeh2nə satmış, sonuncunun 0,185 ha torpaq sahəsi üzərində mülkiyyət hüq uqu 16 iyul 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xxx 04 sentyabr 2015-ci il tarixli müqavilə ilə torpaq sahəsinin qalan 0,1533 ha hissəsini X7 bağışlamış və sonuncunun mülkiyyət hüququ 08 sentyabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X9 mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,1533 ha torpaq sahəsi 10 sentyabr 2015-ci il tarixli müqavilə ilə X2 və sonuncunun mülkiyyət hüququ 17 sentyabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X15 öz növbəsində həmin torpaq sahəsini 22 iyul 2016-ci il tarixli müqavilə ilə Cavabdeh3 satmış, sonuncunun mülkiyyət hüququ 30 iyul 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər xxxının, İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 14 sentyabr 2010cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı xxxnun cavabdeh Azərbaycan Respublikası DT və XK Qəbələ rayon Şöbəsinə, maraqlı şəxs X7 qarşı “maraqlı şəxs xxxun adına verilmiş JN-351B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamədə göstərilən 0,34 hektar torpağın adına rəsmiləşdirilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2018-ci il tarixli qərarı ilə iddiaçı x xxnun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və xxx cavabdehlər Cavabdeh3, Cavabdeh2nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsində Məhkəmənin 14 sentyabr 2014-cü il tarixli, 2(025)-343/2010 nömrəli ləğv edilmiş qətnaməsi əsasında 0,34 hektar torpaq sahəsi Daşınmaz Əmlakın Dövlə t Reyestr Xidmətində Seriya MA № ******* saylı, reyestr nömrəsi **********24, qeydiyyat №-si **********, qeydiyyat tarixi 13 mart 2011 olan xxxnun adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi, xxx ilə Cavabdeh2 arasında 07 may 2014-cü il tarixdə bağlanmış 0,15 hektar torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Seriya RX № ******* saylı, reyestr nömrəsi **********02, qeydiyyat №-si **********, qeydiyyat tarixi 14 may 2014 olan Cavabdeh2 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi, xxx ilə Cavabdeh2 arasında 08 iyul 2014-cü il tarixdə bağlanmış 0,038 hektar torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Seriya RX № ******* saylı, reyes tr nömrəsi **********15, qeydiyyat №-si **********, qeydiyyat tarixi 16 iyul 2014 olan Cavabdeh2 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi, 04 sentyabr 2015-ci il tarixdə xxx ilə X9 arasında 0,1533 hektar torpaq sahəsini hədiyyə edilməsi barədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Seriya RX № ******* saylı, reyestr nömrəsi **********80, qeydiyyat №-si **********, qeydiyyat tarixi 08 sentyabr 2015 olan X5 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi, 10 sentyabr 2015-ci il tarixdə X9 ilə X15 arasında bağlanmış 0,1533 hektar torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Seriya RX № ******* saylı, reyestr nömrəsi **********80, qeydiyyat №-si **********, qeydiyyat tar ixi 17 sentyabr 2015 olan X12 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi, 22 iyul 2016-cı il tarixdə X15 ilə Cavabdeh3 arasında bağlanmış 0,1533 hektar torpaq sahəsinin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Seriya RX № ******* saylı, reyestr nömrəsi **********80, qeydiyyat №-si **********, qeydiyyat tarixi 30 iyul 2016 olan, Cavabdeh3 adına Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 14 sentyabr 2010-cu il tarixli qətnaməsi ləğv edildiyindən, torpaq sahəsinin əvvəlki hüquqi vəziyyəti bərpa edilmiş, Qəbələ rayon AİK-nin 26 aprel 2002-ci il t arixli, 3 saylı qərarı ilə xxx sakinləri X5, onun arvadı xxxının, qızı xxx və oğlu xxxın mülkiyyətinə JN-351B, kod 40608018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0,34 hektar torpaq sahəsi onların mülkiyyətinə qayıtmışdır. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən Daşınmaz Əmlak üzərində iddiaçıların hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə Bildiriş verilmiş və qeyd olunmuşdur ki, həmin torpaq sahəsi başqa adamların adına dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçılara məxsus olan torpaq sahəsinin 0,1533 hektar hissəsi qeyri-qanuni olaraq Cavabdeh3 mülkiyyətində və 0,1833 hektar hissəsi “Cavabdeh2" Mötədillik prinsipi üzrə Azərb aycan Beynəlxalq İslam X8 mülkiyyətindədir. Qəbələ Rayon Məhkəməsinin 14 sentyabr 2014-cü il tarixli qətnaməsi ləğv edildiyindən, onun əsasında xxxnun adına torpaq sahəsinə dair Çıxarış, sonrakı müqavilələr və cavabdehlərin adına verilmiş Çıxarışlar ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən X15 və X10 cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb etmişlər. Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 2(025)-361/2020 nömrəli qətnaməsi ilə (hakim A.B.Əliyev) iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və xxx apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 2(025)-361/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və idd ianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(107)-1857/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər R.R.Rəfiyevdən və A.A.Mahmudovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli 2(025)-361/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xxx ilə Cavabdeh2 arasında ünvan 1ndə yerləşən 0,33827 ha torpaq sahəsindən 0,15 ha torpaq sahəsinin alğısatqısına dair 07 may 2014-cü il tarixli və ünvan 1ndə yerləşən 0,1883 ha torpaq sahəsindən 0,035 ha torpaq sahəsinin alğı-satqısına dair 08 iyul 2014-cü il tarixli müqavilələr bağlan an zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 12 mart 2011-ci il tarixli və 15 may 2014-cü il tarixli dövlət reyestrindən çıxarışlara əsasən satılan əmlaklara dair mülkiyyət hüququ satıcı xxxna məxsus olmuşdur. X3 ilə Cavabdeh3 arasında ünvan 1ndə yerləşən 0,1533 ha torpaq sahəsinin alğı-satqısına dair 22 iyul 2016-ci il tarixli müqavilə bağlanan zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2015-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən satılan əmlaka dair mülkiyyət hüququ satıcı X13 məxsus olmuşdur. Göründüyü kimi mübahisəli torpaq sahələrinə dair a lğı-satqı müqavilələri məhz dövlət tərəfindən verilmiş çıxarışlara etimad və güvən əsasında bağlanmışdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xxx ilə Cavabdeh2 arasında, eyni zamanda X15 ilə Cavabdeh3 arasında bağlanmış olan müqavilələr üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vicdanlı alıcı olmaması barədə sübutlar iddiaçılar tərəfindən məhkəmə təqdim edilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların 2017-ci ildən xxxnun adına verilmiş Çıxarışın etibarsız olmasından xəbərləri olmuşdur. Lakin iddiaçılar bir il müddət keçdikdən sonra, yəni 28 fevral 2020-ci il tarixdə Cavabdeh3 və Cavabdeh2 adına olan çıxarışların etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Beləliklə, iddiaçılar qanunvericilikdə nəzərdə tutulan 1 illik iddia müddətini ötürməklə məhkəmədə cavabdehlərə qarşı iddia qaldırmışlar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və xxx kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(107)-1857/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, gəldi yi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq cavabdehləri vicdanlı alıcı kimi tanımış, iddiaçıların mülkiyyət hüquqlarını isə müdafiəsi etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı2 və iddiaçıların vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh3 xxx və Cavabdeh2 nümayəndəsi Nümayəndə vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-in 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatlarını almayaraq işə baxılmas ını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: İddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiklərinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zə rərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 354.1 -ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “S.İddiaçı1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.... Əqdlərin etibarsızlığı ilə bağl ı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında götərilmişdir ki, Mülki M əcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığ ının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən is ə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddə sinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış müqavilələrin etibarsızlığı və onların adlarına verilmiş Çıxarışların ləğvi üçün əsasların olmamasına dair düzgün nəticəyə gəlsə də, iddianın xxxnun adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi, 04 sentyabr 2015-ci il tarixdə xxx ilə X9 arasında 0,1533 hektar torpaq sahəsini hədiyyə edilməsi barədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X5 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi tələblərinə hüquqi qiymət verərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, ilk olaraq məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası MM-in 140-cı maddəsini rəhbər tutaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun mübahisələndirilən daşınmaz əmlakın alıcıları olan Cavabdeh2, X12 və Cavabdeh3 vicdanlı əldə edən olmalarını nəzərə almaqla, iddianı müvafiq olaraq onlarla bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, habelə həmin cavabdehlərin adlarına verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması hissələrində əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MM-in 140-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyasına əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olan cavabdehlərlə alqı-satqı müqavilələri bağlanılarkən sonuncuların torpaq sahəsinin satıcısının həmin torpağa dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində olan qeydinin qeyri-dəqiq olmasının bilmələrini iddiaçılar iddia etməmiş və bu hala dair işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut təqdim etməmişlər. Həmçinin nəzərə alınmalıdır ki, mübahisələndirilən torpaq sahəsinin xxxnun adına qeydə alınması üçün əsas olmuş Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qeyd olunan alqı-satqı müqavilələri rəsmiləşdirildikdən sonra ləğv olunmuşdur. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, xxxnun torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş məhkəmə qətnaməsi ləğv olunduğundan, eyni zamanda X1 qardaşı və torpağın ilkin mülkiyyətçilərindən biri olmaqla, bağışlama müqaviləsinin bağlanması zamanı xxxnun adına olan qeydin qeyri-dəqiq olmasını bilməli olduğundan, aralarında bağlanmış bağışlama müqaviləsi əhəmiyyətsiz olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası MM-in 337.2, 337.3-cü maddələrinə və həmin maddələrin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına əsasən iddia həmin müqavilənin etibarsız hesab olunması və həmin şəxslərin adlarına verilmiş çıxarışların ləğv edilməsi hissəsində təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və xxx tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(107)-1857/2020 nömrəli qətnaməsi qismən, yəni iddianın “ünvan 1ndə 0,33827 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Seriya MA № ******* saylı, reyestr nömrəsi **********24, qeydiyyat №-si **********, qeydiyyat tarixi 13 mart 2011 ol an xxxnun adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi, 04 sentyabr 2015-ci il tarixdə xxx ilə X9 arasında 0,1533 hektar torpaq sahəsini hədiyyə edilməsi barədə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Seriya RX № ******* saylı, reyestr nömrəsi **********80, qeydiyyat №-si **********, qeydiyyat tarixi 08 sentyabr 2015 olan X5 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi” hissələrində rədd edilməsi hissəsində ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddia həmin hissədə təmin edilsin. ünvan 1ndə yerləşən 0,33827 ha torpaq sahəsinə dair xxxnun adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı, reyestr nömrəsi **********64, qeydiyyat №-si **********, qeydiyyat tarixi 12 mart 2011 olan Çıxarış ləğv edilsin. xxx və X9 arasında ünvan 1ndə yerləşən 0,1533 hektar torpaq sahəsinə dair bağlanmış 04 sentyabr 2015-ci il tarixdə Daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin və həmin torpaq sahəsinə dair X5 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı, reyestr nömrəsi **********80, qeydiyyat №-si **********, qeydiyyat tarixi 08 sentyabr 2015 olan Çıxarış ləğv edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2(107)-1857/2020 nömrəli qətnaməsi qalan, yəni iddianın xxx və Cavab deh2 arasında 07 may 2014-cü il tarixdə bağlanmış 0,15 hektar torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Seriya RX № ******* saylı, reyestr nömrəsi **********02, qeydiyyat №-si **********, qeydiyyat tarixi 14 may 2014 olan Cavabdeh2 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi, xxx ilə Cavabdeh2 arasında 08 iyul 2014-cü il tarixdə bağlanmış 0,038 hektar torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Seriya RX № ******* saylı, reyestr nömrəsi **********15, qeydiyyat №-si **********, qeydiyyat tarixi 16 iyul 2014 olan Cavabdeh2 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi, 10 sentyabr 2015-ci il tarixdə X9 ilə X15 arasında bağlanmış 0, 1533 hektar torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Seriya RX № ******* saylı, reyestr nömrəsi **********80, qeydiyyat №-si **********, qeydiyyat tarixi 17 sentyabr 2015 olan X12 adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi, 22 iyul 2016-cı il tarixdə X15 ilə Cavabdeh3 arasında bağlanmış 0,1533 hektar torpaq sahəsinin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Seriya RX № ******* saylı, reyestr nömrəsi **********80, qeydiyyat №-si **********, qeydiyyat tarixi 30 iyul 2016 olan, Cavabdeh3 adına Çıxarışın ləğv edilməsi hissələrdə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2389/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2389/2021
24.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver