Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2390/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2 YYYqızı və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan payın müəyyən edilməsi, yaşayış evinə istifadə hüquqlarının tanınması və evə köçürülmə iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlak, qəzalı tikilinin sökülərək dövlət vəsaiti hesabına yenidən inşası, mirasın faktiki qəbulu, mirasda payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X47 oğlunun katibliyi, İddiaçı2, İddiaçı3 və vəkili Vəkil1, Cavab deh2 nümayəndəsi X4, vəkili Kantayev Nurəddin Mahama oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 YYYqızı və Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2(107)1812/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3 və Cavabdeh2 kassasiya şikayətinə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçılar və cavabdehlər miras qoyanın övladlarıdır və miras qoyan 23 aprel 1990-cı ildə, onun arvadı X13 29 avqust 1997-ci ildə ölmüşlər. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 ataları Ramazanov Məməcan İsmayıl oğlunun (bundan sonra – miras qoyan) mülkiyyətində ünvan 1 ünvanında 1600 kv.m. torpaq sahəsində yerləşən, 1967-ci ildə tikilmiş yaşayış evi (bundan s onra – miras əmlak) olmuş, miras qoyana bu barədə Rayonlararası Texniki İnventarizasiya Bürosu tərəfindən 24.02.1988-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində miras əmlak qəzalı vəziyyətə düşdüyünə görə sökülərək, yerində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – FHN) tərəfindən dövlət vəsaiti hesabına ümumi sahəsi 190,5 kv.m., yaşayış sahəsi 115,8 kv.m., yardımçı sahəsi 74,7 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evi (bundansonra – mübahisəli ev) inşa edilmiş, yeni tikilmiş ev miras qoyanın bacısı X5 adına yazılmışdır. Zaqatala Rayon Məhkəməsinin 13 mart 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Ramazanov İsmayıl Məməcan oğlunun cavabdehlər Cavabdeh1, X14 və X8 qarşı arvadı X3 və uşaqları ilə birlikdə mübahisəli ev in birinci mərtəbəsinə köçürülməsi barədə iddiası təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 06 iyul 2015-ci il tarixli qərardadı ilə qətnamə qismən, X3 və X1 yaşayış evinin birinci mərtəbəsinə köçürülmələri hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Məhkəmənin eyni tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 və onun yetkinlik yaşına çatmamış qızı – 03 may 2003-cü ildə anadan olmuş X9 mübahisəli evə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmış, qərardad və qətnamə qanuni qüvvəyə minmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 yanvar 2016-cı il tarixli qətnaməsi ilə X3 və X5 Cavabdeh1 və X14 qarşı mübahisəli evin birinci mərtəbəsinə köçürülmə barədə iddiaları təmin edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Şəki Apelly asiya Məhkəməsinin 2(107)-2426/2017 nömrəli iş üzrə 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçıların hazırkı iş üzrə cavabdehlərə qarşı miras əmlakdan qalmış payların naturada bölünməsi, paylar naturada ayrılanda onlara eyni torpaq sahəsindən və yaşayış evində eyni mərtəbədə payların ayrılması, Cavabdeh2 və iddiaçıların köçürüləcəyi sahənin girişçıxışının naturada müəyyənləşdirilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2604/2018 nömrəli iş üzrə 16 aprel 2018-ci il tarixli qərarı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 YYYqızı və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, mərhum atalarından qalm ış miras əmlakın 1/6 hissəsinə İddiaçı1, 1/6 hisəsinə Ramazanov Sevil YYYqızının, 1/6 hissəsinə isə İddiaçı3 payı müəyyən edilərək, həmin paya onların mülkiyyət hüquqlarının tanınması, miras evə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, miras evdə mərhum ataları, məhrum anaları, onlar, yəni iddiaçılar və qardaşları olan cavabdehlər, eləcə də digər bacıları X15 birlikdə yaşamışlar. Ataları öldüyü vaxtdan orada yaşamaqla, mirası faktiki qəbul etmişlər. Beləliklə də atalarına məxsus miras əmlakı vərəsələrdən faktiki hər biri, yəni 6 övlad qəbul etmişlər. Zaqatala rayon 2 saylı Notariat kontoruna vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişlər. Notarius Azərbayca n Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1291-ci maddəsini əsas gətirərək miras şərikləri arasında ixtilaf olduğunu bildirərək, vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş, mübahisənin məhkəmədə həll olunması tövsiyə olunmuşdur. İddiaçılar Mülki Məcəllənin 178, 181, 1157, 1255 və 1246-cı maddələrinə istinad edərək qeyd etmişlər ki, sözügedən miras əmlak 23 aprel 1990-cı ildən vahid əmlak şəklində vərəsələrə mənsub olmuş, onların bu hüquqları 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş miras əmlakın yerində inşa edilmiş evə keçmişdir. Bu səbəbdən də miras əmlakdan vərəsələrin payları müəyyənləşdirilənə qədər və miras əmlakdan payların həcmi, vərəsələrin dairəsi müəyyənləşdirildikdən və paylar əsasında vərəsələrə düşən əmlak bölüşdürüldükdən sonra, dövlət reyestrində vərəsələrin hər birinə düşən əmlak yenidən qeydiyyata alınanadək miras əmlak üzərində mövcüd olan hüquqverici sənədlər öz hüquqi qüvvəsini saxlayır. Beləliklə, hər bir vərəsəyə miras əmlakdan düşən əmlakın həcmi müəyyənləşdirildikdən sonra yeni qeydiyyat şəhadətnaməsi alınmalıdır. Miras əmlakda yalnız cavabdehlərin deyil, iddiaçıların payı müəyyənləşdirilməli, bununla da, onların vərəsəlik hüquqları məhkəmə qaydasında müdafiə edilməlidir. Cavabdehlər notariat kontoruna gəlməmiş, mirasa dair vərəsəlik şəhadətnaməsi verilməsinə razılıq verməmişlər. Onların həmin evdə yaşamalarına hər vəchlə maneə olmağa çalışırlar. Onlar miras əmlakı qəbul etdikləri andan mərhum atalarına məxsus evdə rəsmi qeydiyyatda olmuş, qanunun tələbinə əsasən evə istifadə hüqu qu əldə etmişlər. Hazırda cavabdehlər həmin evdə yaşayır, onları evə buraxmırlar. Cavabdehlər Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbinin dəlilləri ilə razılaşmır, atalarının 29 aprel 1990-cı il tarixdə vəfatından sonra miras əmlak o və qardaşı Cavabdeh1 tərəfindən faktiki qəbul edilmişdir. Həmin əmlakı bu günədək onlar idarə edirlər. Mübahisəli ev FHN tərəfindən bibiləri 000nın adına qeydiyyata alınmış, torpaq sahəsinin isə 0,08 ha hissəsi qardaşına verilmişdir. Bundan başqa, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən onların mübahisəli evə köçürülmələri qət edilmişdir. Hazırda yeni tikilmiş evin ikinci mərtəbəsində Cavabdeh1 ailəsi ilə birlikdə, evin birinci mərtəbəsində isə o, ailəsi ilə birlikdə yaşayır. Hesab edir ki, iddia əsassızdı r. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həyət darvazasından daxil olduqda həyətin axırında sol tərəfdə tikili var, həmin tikili 2 otaqdan ibarətdir. İddiaçıların dediklərinə görə həmin tikili 1981-ci il tarixdə tikilib, orada İddiaçı1 və İddiaçı2 YYYqızı yaşayır. Həmin tikili ilə üzbəüz mübahisəli ev yerləşir. Həmin evin birinci mərtəbəsində 2 otaq, bir mətbəx var, orada Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır, ikinci mərtəbəsində isə Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. Məhkəmə müəyyən etmişdir ki, tərəflərin ataları ölərkən ondan miras qalmış yaşayış ev inə miras açılmışdır. Ancaq onun vərəsələrindən heç biri mirası qəbul edilməsi ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etməmişlər. Miras əmlakla bağlı vərəsələrin dairəsi müəyyənləşməmiş, lakin iddiaçılar məhkəməyə müraciət edərək 1/6 paylarının müəyyən edilməsini, mülkiyyət hüquqlarının tanınmasını və evə istifadə hüquqları tanınmaqla köçürülmələrini xahiş edirlər. Cavabdehlər isə iddianı qəbul etməmişlər. Birinci instansiya məhkəməsi iddia tələbinin qanun üzrə vərəsəlik hüququ üzrə miras əmlakdan payın müəyyən edilərək həmin hissəyə mülkiyyət hüquqlarının tanınması” hissəsinə münasibətdə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2426/2017 nömrəli iş üzrə 21 noyabr 2017-ci il tarixli qətnaməsi üzrə iddianın rədd olunması əsaslarına istinad edərək və MPM-in 82.3-cü maddəsini və 01 sent yabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsini tətbiq edərək hesab etmişdir ki, tərəflər arasında atalarından qalmış mirasın faktiki qəbulu ilə bağlı mübahisə həll edilmədən, vərəsələrin dairəsi müəyyən edilmədən, mirasın neçə nəfər vərəsə arasında bölünməsini müəyyən etmək mümkün deyildir. Mirasın vərəsələrdən kimlər və neçə vərəsə tərəfindən faktiki qəbul edilməsi hazırkı mülki işin araşdırma predmeti olmamışdır. Halbuki MPM-in 218.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin tələbləri üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mübahisəli ev tərəflərin bibilərinin adına tikilmiş, sonuncu ölənədək həmin ünvanda yaşamışdır. Mübahisəli evin istismara qəbul edilməsi barədə işdə heç bir sübut yoxdur, həmin evin miras qoyanın adına qeydə a lınması ilə bağlı da rəsmi sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını qeyd edib, tərəflər arasında mövcud münasibətlərə 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələrini tətbiq edərək, həmçinin belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı ailə münasibətləri artıq kəsilmiş, iddiaçılar evdən çıxıb getmişlər. Onlar arasında etibarlı ailə münasibəti mövcud deyil, başqa sözlə iddiaçılar keçmiş ailə üzvü hesab olunur, belə şəxsin yaşayış sahəsindən istifadə hüququ saxlanmır, iddiaçılar uzun müddət ərzində həmin evdə yaşamırlar, bununla da mübahisəli evə aid istifadə hüquqlarından könüllü imtina etmişlər və eləcə də, iddiaçıların cavabdehlərlə yanaşı yaşamas ı barədə hər hansı bir razılaşması mövcud deyil. Ona görə də iddia tələbinin “mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri” hissəsi də əsassızdır. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 150, 1155.1, 1115.2, Mülki Prosessual Məcəllənin 82.1, 82.3-cü maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X45 oğlu (sədrlik edən və məruzəçi), X6 və X37) 13 fevral 2020-cu il tarixli, 2(107)-429/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 YYYqızı və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi hallarla və gəldiyi nəticələrlə razılaşaraq, hesab etmişdir ki, iddiaçılar atalarından miras qalmış evə dair 1/6 hissədə mülkiyyət hüquqlarının tanınmalarını tələb etsələr də, həmin miras qalmış ev artıq məhv olmuş, dövlət tərəfindən vətəndaş üçün inşa edilmiş evin isə heç bir mülkiyyət sənədi mövcud deyildir. İddiaçılar əvvəlki məhkəmə qərarlarında qeyd edildiyi kimi ilkin olaraq mirasın qəbulu faktları təsdiq edildikdən sonra hazırkı miras əmlakın bölgüsünü irəli sürə bilərlər. Çünki qeyd edildiyi kimi, miras açılan vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə mirasın qəbulu müddəti 6 ay olmuşdur. İddiaçılar əsasən miras qalmış ev məhv olduqdan və dövlət tərəfindən yeni ev inşa edildikdən sonra tərəflər arasında mübahisələr başlamış, dəfələrlə məhkəmə çəkişmələri baş vermişdir. Ona görə də q üvvədə olan məhkəmə qərarları, işin müəyyən edilmiş faktiki əsasları və həmin hallara tətbiq ediləcək hüquq normaları iddiaçıların tələblərinin əsaslı olmadığını təsdiq edir, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayət deyildir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, maddi hüquq normalarını düzgün tətbiq etmiş və nəticədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 YYYqızı və İddiaçı3 qətnamənin ləğv edilməsini və işin tam və hərtərəfli araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3399/2020 nömrə li iş üzrə 20 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi A.Hüseynov) iddiaçıların kassasiya şikayəti təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 13 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət hesabına təmiri və ya bərpası, o cümlədən sökülərək yerində yeni yaşayış sahəsinin tikilməsi əmlakın məhv olması və həmin əmlaka mövcud mülkiyyət hüquqlarına xitam verilməsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan vərəsələrin miras əmlaka paylarının müəyyən olunması tələbindən əvvəlki əmlakın sökülərə k yerində yeni tikilinin inşa olunması əsası ilə imtina edilməsi qanuni deyil. Əksinə, miras əmlaka payların müəyyən edilməsinə qanuni əsaslar olduğu halda, müvafiq məhkəmə qətnaməsi vərəsələrin qanunvericilikdə müəyyən edilmiş qaydada mövcud tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas ola bilər. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı evlərin dövlət hesabına təmiri və ya bərpası həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni tikilinin ölmüş mülkiyyətçinin vərəsələri sırasından olan və ya olmayan hər hansı şəxsin adına sənədləşdirilməsi əmlaka mülkiyyət hüququ ilə bağlı hər hansı hüquqi nəticə doğurmur. Çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı yalnız daşınmaz əmlakın d övlət reyestri orqanlarında aparılır. İddiaçıların atalarından miras qalmış əmlaka paylarının müəyyən olunması tələbinin təmin olunmasından miras əmlak qəzalı vəziyyətə düşdüyü, onun yerində FHN tərəfindən yeni tikilinin inşa edildiyi və yeni tikilinin miras qoyanın bacısının adına sənədləşdirildiyi, o cümlədən mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı əsasları ilə imtina edilməsi yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Baxılan iş üzrə isə iddiaçılar ilkin olaraq miras əmlaka vərəsəlik paylarının müəyyən olunmasını tələb etmişlər. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında atalarından qalmış mirasın faktiki qəbulu ilə bağlı mübahisə həll edilmədən, vərəsələrin dairəsi müəyyən edilmədən, mirasın n eçə nəfər vərəsə arasında bölünməsini müəyyən etmək mümkün deyildir. Mirasın vərəsələrdən kimlər və neçə vərəsə tərəfindən faktiki qəbul edilməsi hazırkı mülki işin araşdırma predmeti deyil. Baxılan iş üzrə iddiaçılar miras əmlaka vərəsəlik paylarının tanıması barədə iddia qaldırmışlar. Hüquq barədə mübahisə olduğundan və tərəflər notariat orqanına miras əmlakı qəbul etməklə bağlı ərizə ilə müraciət etmədiklərindən iş üzrə məhkəmə araşdırılmasının predmetini məhz iddiaçılar tərəfindən atalarından qalmış mirası faktiki qəbul edib-etmədikləri məsələsi təşkil etməlidir. Buna baxmayaraq, məhkəmələr prossesual hüquq normalarının tələblərini pozaraq hesab etmişdirlər ki, həmin hallar hazırki işin araşdırma predmeti deyildir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X49 oğlu (sədrlik edən və məruzəçi), X32 və X44) 12 noyabr 2020-cu il tarixli, 2(107)-1812/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 YYYqızı və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tаrixli, 2(033)-885/2019 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, İddiaçı1 mərhum atasından qalmış miras əmlak - ünvan 2 evin 1\6 hissəsinə payının müəyyən edilməsi, həmin paya onun mülkiyyət hüquqlarının tanınması, onun ünvan 2 evə istifadə hüququ tanınması və İddiaçı1 ünvan 2 evə köçürülməsi, iddiaçılar İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissədə, yəni iddiaçılar İddiaçı2 və İddiaçı3 mərhum atala rından qalmış miras əmlak-ünvan 2 evin 1\6 hisəsinə payının müəyyən edilərək, həmin paya onların mülkiyyət hüquqlarının tanınması, onların ünvan 2 evə istifadə huquqlarının tanınması və həmin evə köçürülmələrinin rədd edilməsi hissəsində və 10 manat dövlət rüsumunun İddiaçı1 özünə aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, X17 həmin ünvanda qeydiyyatda olmaqla mübahisəli evdə yaşamışdır. Beləliklə də, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(033)- 823/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X3 və X2 rayonu V.V.Vsaylı ünvanda yerləşən yaşayış evinə köçürülmələri ilə bağlı cavabdeh X11 və qeyrilərinə qarşı iddia qaldırmışlar. Apelyasiya məhkəməs i qeyd etmişdir ki, X17 həmin ünvanda yaşamasaydı iddia tələbi ona qarşı yönələ bilməzdi. İşin bu halı X7 həmin evdə fakitiki olaraq yaşadığıdını cavabdehlərlə birgə təsərrüfat apardığını təsdiqləyir. İddiaçı İddiaçı1 iddia ərizəsi təmin edilməlidr. Bundan əlavə baxılan iş üzrə iddiaçı və cavabdehlərin miras qoyanın övladları olduğu, miras əmlakın 24.02.1988-ci il tarixdə ilkin qeydiyyata alındığı və miras qoyanın 23 aprel 1990-cı ildə öldüyü, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində miras əmlakın qəzalı vəziyyətə düşdüyü, FHN tərəfindən evin sökülərək, yerində dövlət vəsaiti hesabına iki mərtəbəli yeni evin inşa edildiyi işin mübahisə olunmayan hallarıdır. Miras qoyanın öldüyü tarixdə qüvvədə olmuş Mülki Məcəlləyə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Qanun üzrə vərə səlikdə payları bərabər olmaqla, uşaqlar birinci növbə vərəsələr hesab olunurlar. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsi ilə 2006-cı il iyulun 6-dəkdaşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının da qüvvəsi tanınmışdır. Bu baxımdan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, lakin daha əvvəllər səlahiyyətli dövlət orqanları tərəfindən qeydiyyatı aparılmış əmlaklara mülkiyyət hüququ da eyni qaydada müdafiə olunmalıdır. Hazırkı iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, miras əmlaka dair Rayonlararası Texniki İnventarizasiya Bürosu tərəfindən 24.02.1988-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18-ci maddəsinə əsasən daşınmaz əmlak məhv olduğu halda həmin əmlaka qeydiyyatın ləğvi Mülki Məcəllənin 150-ci maddəsinə uyğun olaraq aparılır. Mülki Məcəllənin 150.1-ci maddəsi daşınmaz əmlak tam məhv olduğu və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirdiyi halda qeydiyyatın ləğvini maraqlı şəxsin məhkəmə qaydasında tələbi əsasında mümkün hesab edir. Bu zaman əmlakın məhv olması vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. Yuxarıda istinad olunan maddi hüquq normaları qəzalı vəziyyətə d üşmüş daşınmaz əmlakın sökülərək yerində yeni evin inşa edilməsini həmin əmlakın məhv olması kimi qiymətləndirməyə imkan vermir, həmçinin bu halı qeydiyyatın ləğvi əsası kimi nəzərdə tutmur. Mənzil Məcəlləsinin 28.5-ci maddəsi də mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmirinin (bərpasının) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət hesabına təmiri və ya bərpası, o cümlədən sökülərək yerində yeni yaşayış sahəsinin tikilməsi əmlakın məhv olması və həmin əmla ka mövcud mülkiyyət hüquqlarına xitam verilməsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan vərəsələrin miras əmlaka paylarının müəyyən olunması tələbindən əvvəlki əmlakın sökülərək yerində yeni tikilinin inşa olunması əsası ilə imtina edilməsi qanuni deyil. Əksinə, miras əmlaka payların müəyyən edilməsinə qanuni əsaslar olduğu halda, müvafiq məhkəmə qətnaməsi vərəsələrin qanunvericilikdə müəyyən edilmiş qaydada mövcud tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas ola bilər. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı evlərin dövlət hesabına təmiri və ya bərpası həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni tikilinin ölmüş mülkiyyətçinin vərəsələri sırasından olan və ya olmayan hər hansı şəxsin adına sənədləşdirilməsi əmlaka mülkiyyət hüququ il ə bağlı hər hansı hüquqi nəticə doğurmur. Çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı yalnız daşınmaz əmlakın dövlət reyestri orqanlarında aparılır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıların atalarından miras qalmış əmlaka paylarının müəyyən olunması tələbinin təmin olunmasından miras əmlak qəzalı vəziyyətə düşdüyü, onun yerində FHN tərəfindən yeni tikilinin inşa edildiyi və yeni tikilinin miras qoyanın bacısının adına sənədləşdirildiyi, o cümlədən mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı əsasları ilə imtina edilməsi yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası digər iddiaçıların apelyasiya şikayətini əsassız hesab edərək göstərmişdir ki, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən Zaqatala rayonu Aşağı Tala kənd sakini Cavabdeh2 adına 13.01.2015-ci il tarixdə verilmiş 154 nömrəli arxiv arayışına əsasən, Zaqatala rayonu Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında ailə tərkibi və sair aşağıdakı kimi olmuşdur: 1.X13-ailə başçısı, 01.07.1937-ci il təvəllüdlü, 20.08.1997-ci il tarixdə ölüb, 2.X18-baldızı, 01.07.1926-cı il təvəllüdlü, pensiyaçı, 3.iddiaçı X23-25.05.1960- cı il təvəllüdlü, 4.Cavabdeh2-03.05.1966-cı il təvəllüdlü, X3-20.08.1967ci il təvəllüdlü, gəlini, X19-23.02.1990-cı il təvəllüdlü, nəvəsi və 7.X18-04.12.1995-ci il təvəllüdlü, nəvəsi. Yaşayış evi 1967-ci ildə tikilib, yaşayış sahəsi 60 kv.m.-dir. Həyətyanı torpaq sahəsi 0,08 ha, o cümlədən, tikilialtı 0,02 hektar dır. Məhkəmə kollegiyasının qənaətinə görə, tərəflər arasındakı ailə münasibətləri artıq kəsilmiş, İddiaçı3 ailə həyatı quraraq yaşayış yerini dəyişmiş, digər İddiaçı2 Bakı şəhərində qeydiyyatdadır, 1996-cı ildə həmin evdən çıxmışdır. Fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunvericiliyə görə mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Hazırkı halda işin faktiki halları və tərəflərin izahatlarından görünür ki, digər iddiaçılar vərəsəlik açıldıqdan sonra mirasın qəbul edilməsi ilə b ağlı 6 aylıq müddət ərzində mirasın qəbul edilməsi ilə əlaqədar öz hüquqlarından istifadə etməsi, miras əmlakı əldə etmək və almaq niyyətlərini ifadə etməsi və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirməsi iş materialları ilə sübut olunmadığından məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçılar vərəsəlik hüquqlarını itirmişdir. Eyni zamanda iddiaçılar Mənzil Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan ümumi təsərrüfat aparmaq vəzifələrini də icra etməmişlər. Mənzil Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd edilənlərə əsasən kollegiya hesab etmişdir ki, i ddiaçılar İddiaçı2 və İddiaçı3 apelyasiya şikayətləri əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri İddiaçılar İddiaçı2, İddiaçı3 qızı kassasiya şikayəti verib, qətnamənin İddiaçı2, İddiaçı3 qızının apellyasiya şikayətinin təmin edilməyən hissəsinin ləğv edilməsini, İddiaçı2 YYYqızı və İddiaçı3 iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçılar: İddiaçı2 və İddiaçı3 mərhum ataları Ramazanov Məməcan İsmayıl oğlundan qalmış miras əmlak- Zaqatala rayonu, V.V.Vsaylı evin 1/6 hissəsi üzərində hər birinin payının müəyyən edilməsi, həmin paya onların mülkiyyət hüququnun tanınması, onların Zaqatala rayonu, Aşağı Tala kəndi Fərman Sıixayev küçəsi 2 saylı evə istifadə hüququnun tanınması v ə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayəti belə əsaslandırılıb ki, Zaqatala rayon Məhkəmənin sorğusu əsasında Zaqatala rayon Aşağı Tala kənd İ.Ə.D. nümayəndəsi 121 saylı 12 oktyabr 2019-cu il tarixli arayış vermiş və həmin arayışda iddiaçıların qeyd olunan evdə zəlzələyə qədər və zəlzələdən sonra yaşadıqları təsdiq olunur. Həmin arayışda İddiaçı3 Bakı şəhərinə 1999-cu ildə köçdüyü, İddiaçı2 Bakı şəhərində hazırda qeydiyyatda olsa da, miras əmlakda yaşadığı qeyd edilmişdir. Bundan əlavə təqdim edilmiş arayışlardan görünür ki, İddiaçı2 1996-cı ilə qədər həm də mübahisə olunan evdə qeydiyyatda olmuşdur. Nəzərə almaq lazımdır ki, vərəsəlik 20 aprel 1990-cı il tarixində atanın vəfat etməsi ilə açılmışdır, həmin vaxtı iddiaçıların hər ikisi orada həm qeydiyyatda olmuş və həm də faktiki olaraq yaşamaqla mirası qəbul etmişdir. Miras açılanda sonra, yəni 1990-cı ildən sonra biri 9 il, digəri isə 6 il qeydiyyatda olmaqla və həm də faktiki yaşamaqla mirası qəbul etmişdir. Arayışlarda mirası faktiki qəbul etmələrini İ.Ə.D-nin nümayəndəliyi də təsdiq edib. Vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşama (qeydiyyatda olmaq və yaxud faktiki yaşamaq) barədə adı çəkilən sənədləri, yəni Aşağı Tala kənd İ.Ə.D. nümayəndəsinin həmin faktı təsdiq edən 12 oktyabr 2019-cu il tarixli 121 nömrəli arayışını, İnzibati ərazi dairəsi nümayəndəsinin 909 saylı 8 iyul 2019-cu il tarixli və 1061 saylı 2 avqust 2019-cu il tarixli arayışını, mirasın tərkibinə daxil olan əmlaka sahib lik edilməsinə dair, eləcədə miras açıldıqdan sonra daşınmaz əmlakın vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdeh2 kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və işin tam və hərtərəfli araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılıb ki, X27 və X20 1985-ci ildən Yevlax rayonuna işləmək üçün getmiş, müəyyən müddətdən sonra isə Bakı şəhərinə yerləşərək orada yaşamışdırlar. Digər iddiaçı X28 isə Ramazanov Məməcan İsmayıl oğlunun vəfatından əvvəl evlənərək Bakı şəhərinə getmiş və bu günədək də orada yaşamaqdadır, iddiaçılardan İddiaçı1 YYYqızının isə ayrıca təsərrüfatı var və 2012-ci ilədək öz təsərrüfatında yaşamışdır. Mi rasın açıldığı dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə 1 mirasın qəbulu) əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik acılan gündən altı ay müddətində edilməlidir. İddiaçılar mirasın açılmasının üzərindən 25 (iyirmi beş) il keçdikdən sonra, yəni, 2015-ci ildən atalarından miras qalmış əmlakın naturada bölünməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır, hansı ki, onlar heç ümumiyyətlə miras əmlakı qəbul etməmişd irlər. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2, İddiaçı3 və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X4, vəkili Kantayev Nurəddin Mahama oğlu kassasiya şikayətinin təmin edilməsini, iddiaçıların kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq 01.09.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsi: Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlı ğa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Maddə
552. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslıl ığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmı r və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğ v edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir İddianın rədd edilmiş hissəsindən iddiaçılar İddiaçı2 və İddiaçı3, iddianın təmin edilmiş hissəsindən isə cavabdeh Cavabdeh2 kassasiya şika yəti verdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsd iq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya hesab edir ki, vərəsəlik hüququ ilə bağlı yaranmış hazırki mübahisə həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edibetməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütəna siblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlak münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir. İddiaçıların kassasiya şikayəti üzrə araşdırma apararaq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 iddiasının rədd edilməsi hissəsində apellyasiya məhkəməsi işin faktiki hallarını tam araşdırmış və işdə olan sübutlara düzgün qiymət verərək, miras açılan zaman, yəni 20.04.1990-cı ildə həmin ünvanda y aşamadığını, faktiki olaraq mirası qəbul etmədiyi qənaətinə gəlmişdir. İddiaçı İddiaçı2 kassasiya şikayətində 1996-cı il tarixədək həmin evdə qeydiyyatda olmasını göstərməsinə baxmayaraq, onun əmək fəaliyyətinə dair sənədlərindən görünür ki, o, 15.04.1985ci ildən 10.08.1999-cu ilədək Yevlax rayonunda X12 Birliyində işləmişdir. Bu is o deməkdir ki, o, həmin dövrlərdə Zaqatala rayonu Aşağı Tala kəndində faktiki yaşamamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı2 miras açılan gündən 6 ay ərzində mirası faktiki idarə etməsi, ona yiyələnməsi barədə izahatları iş materialları ilə təkzib edildiyindən kassasiya şikayətinin ona aid hissəsi əsassızdır və qətnamə onun iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Digər iddiaçı Ceyran Ramazanovaya münasibətdə məhkə mə kollegiyası kassasiya şikayətini qismən əsaslı hesab edir ona görə ki, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, Ceyran Ramazanova 1999-cu il tarixədək miras evdə qeydiyyatda olmuşdur. Məhkəmə onun ailə quraraq yaşayış yerini dəyişməsi qənaətinə gəlsə də, bu halın konkret nə vaxt baş verməsini, yəni onun miras açılan günədək, yoxsa miras açılandan sonra ailə qurub başqa ünvana köçməsini aydınlaşdırmamış və iş materiallarına istinad etməklə qətnamədə bununla bağlı hər hansı bir şey göstərməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Ceyran Ramazanovanın atasının ölümündən 6 ay ərzində faktiki olaraq miras əmlakda yaşayıb-yaşamaması faktı ətraflı araşdırılaraq, müəyyən edilmiş fakta əsasən onun tələbi yenidən qiymətləndirilməlidir. Göstərilənlərə əsasən kassasiya şi kayəti Ceyran Ramazanovaya aid hissədə təmin edilərək, onun iddiasının rədd edilməsi hissəsində qətnamə ləğv edilməli və bu hissədə iş yeni baxışa qaytarılmalıdır. Cavabdehin kassasiya şikayəti əsasında iddianın İddiaçı1 aid hissəsi üzrə araşdırma apararaq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin işdə olan sübutlara istinad etməklə mirasın Mirvari Ramazanova tərəfindən faktiki qəbul edilməsi barədə gəldiyi qənaət əsaslı olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir k, apellyasiya məhkəməsi miras əmlakda onun payını 1/6 hissədə müəyyən etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, miras açılan zaman qüvvədə olan Mülki Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arva d) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Məhkəmə tərəfindən miras əmlakda pay müəyyən edilərkən miras əmlakın neçə vərəsə tərəfindən qəbul edilməsi müəyyən edilməklə, miras əmlak həmin şəxslər arasında bərabər payda müəyyən edilməlidir. Hazırki iş üzrə miras qoyanın 6 uşağı olsa da, miras əmlak onu qəbul edən vərəsələr arasında bərabər payda müəyyən edilməlidir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, payın miqdarının müəyyən edilməsi məsələsi həm də iddiaçı Ceyran Ramazanovanın iddiasının həllindən asılı olan məsələ olduğundan, qətnamə iddianın İddiaçı1 aid hissədə təmin edilmiş hissəsində də bu qərarda göstərilən məsələlərin həlli üçün ləğv edilərək, yeni baxışa göndərilməlidir. Göstərilənlərə əsasən hər iki kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1812/2020 nömrəli iş üzrə 12.11.2020-ci il tarixli qətnaməsi İddiaçı1 iddiasının təmin edilmiş hissəsində və İddiaçı3 iddiasının rədd edilməsi hissəsində ləğv edilərək, bu hissələrdə iş yeni baxışa göndərilməli, qətnamə İddiaçı2 iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Çünki ləğv edilmiş hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin həmin hissələrdə ləğvi üçün əsasdır. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillər inə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı3 və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilsin təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1812/2020 nömrəli iş üzrə 12.11.2020-ci il tarixli qətnaməsi İddiaçı1 iddiasının təmin edilmiş hissəsində və İddiaçı3 iddiasının rədd edilməsi hissəsində ləğv edilsin. Bu hissələrdə iş yeni baxışa göndərilsin. Qətnamə İddiaçı2 iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar q