Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2391/2021 16.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ağa oğlunun cavabdehlər Cavabdeh1, Quliyev X29, Quliyev X17, Bakı şəhəri Cavabdeh4 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “vəsiyyətnamənin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin ləğv edilməsi, vərəsəlik hüquqlarından məhrum edilməsi, mülkiyyət hüququnun tanınması”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan A rif qızının katibliyi, Cavabdehlər Cavabdeh3 Ağa oğlunun, X1, cavabdehlərin vəkili X8 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-15/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı Ağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Hökümə Cəbrayıl qızı tərəfindən 15 yanvar 1999-cu il tarixində tərtib olunmuş vəsiyyətnamə əsasında Hökümə Cəbrayıl qızı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi 1 saylı evin 4 otağının 3/1 hissəsini X11, 4 otağın 3/1 hissəsini Quliyev X23, və 4 otağın 3/1 hissəsini Quliyev X23 vəsiyyət etmişdir. Vəsiyyət edən Hökümə Cəbrayıl qızı, 09 yanvar 2000-ci ildə vəfat e tmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 13 aprel 2016-cı il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi 1 saylı ev 30 sentyabr 1957-ci il tarixində X5 adına ilkin qeydiyyatdan keçmişdir. Sonuncunun vəfatından sonra 1 saylı Dövlət Notariat Kontorunda verilmiş 02 dekabr 1975-ci il tarixli 1196 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Hökümə Cəbrayıl qızı mülkə vərəsəlik qəbul etmişdir. O, 17 saylı Dövlət Notariat Kontorundan bağlanmış 01 aprel 1991-ci il tarixli D-3-680 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, mülkün yaşayış sahəsi 7.72 kv.m., köməkçi sahəsi 10.39 kv.m. olan 1 otağını və B tikilisini İddi açı Ağa oğluna bağışlamışdır. Hökümə Cəbrayıl qızının vəfatından sonra 17 saylı Dövlət Notariat Kontorunda verilmiş 25 iyul 2000-ci il tarixli 2v/29 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə mülkün 4 otağının 1/3 hissəsinə X14, 1/3 hissəsinə Cavabdeh1 Ağa Molla Ağ a oğlu vərəsəlik qəbul etmişlər. Hökümə Cəbrayıl qızının vəfatından sonra 17 saylı Dövlət Notariat Kontorunda verilmiş 25 iyul 2000-ci il tarixli 2v/53 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, mülkün 4 otağının 1/3 hissəsinə Quliyev X29 vərəsəlik qəbul etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Ağa oğlunun cavabdehlər «xxxx” MTK-ya və X3 qarşı Cavabdeh1, Quliyev X29, Quliyev X17, Bakı şəhəri Cavabdeh4 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin ləğv edilməsi, vərəsəlik hüquqlarından məhrum edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hökümə Cəbrayıl qızının adından tərtib edilmiş və Cavabdeh4 təsdiq edilərək, 2B-08 saylı reyestrlə qeydə alınmış 15.01.1999-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə əsasında 25.07.2000-ci il tarixli Bakı şəhər 17 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2V/29 və 2V/93 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi 1 saylı fərdi ev üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Hökümə Cəbrayıl qızının adından tərtib edilmiş və Cavabdeh4 təsdiq edilərək, 2B-08 saylı reyestrlə qeydə alınmış 15.01.1999-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi həmin vəsiyyətnamə əsasında 25.07.2000-ci il tarixli Bakı şəhər 17 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 2V/29 və 2V/93 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında Bakı şəhəri, Sa bunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi 1 saylı fərdi evinə 1/3 payda Quliyev X24, 3/1 payda X9, 3/1 payda Məmmədov X15 cə 7.72 kv.m. olan bir yaşayış otağı və 10.39 kv.m olan köməkçi sahənin – İddiaçı Ağa oğlunun adına paylı mülkiyyət hüququ ilə Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən aparılmış qeydiyyat yazısının pozulması və müvafiq qeydiyyat vəsiqəsinin ləğv olunması, Quliyev X22, X9 və Məmmədov X15 vərəsə olmaq hüququndan məhrum edilməsi, İddiaçı Ağa oğlunun pozulmuş mülkiyyət hüquqları bərpa edilərək, sonuncnun Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi, 1 saylı fərdi evin yeganə mülkiyyətçisi kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılması ərizəsi ilə məhkəməyə müraciət edərək, Hökümə Cəbrayıl qızının adından tərtib edilmiş və 17 saylı DNK-da təsdiq edilərək reyestrdə qeydə alınmış 15 yanvar 1999-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, vəsiyyətnamə əsasında 25.07.2000-ci il tarixində 17 saylı DNK tərəfindən təsdiq edilmiş 2V/29 və 2V/93 saylı vəsiyyətnmə üzrə vərəsəlik hüququ haqqında vəsiyyətnamələrin etibarsız hesab olunması və həmin şəhadətnamələr əsasında mübahisəli fərdi yaşayış evinə 3/1 payda Quliyev X22, 3/1 payda X9, 3/1 payda Məmmədov X15 və 7.72 kv.m olan bir yaşayış otağı və 10.39 kv.m. olan köməkçi sahənin İddiaçı ağa oğlunun adına paylı mülkiyyət hüququ ilə Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən aparılmş qeydiyyat yazısının pozulması və müvafiq qeydiyyat vəsiqəs inin ləğv olunmasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi, Bakı şəhər X2 bürosu tərəfindən İddiaçı Ağa oğlunun və anası Hökümə Cəbrayıl qızının adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportuna və rayon sovetinin icraiyyə komitəsinin texniki inventarizasiya bürosunun qeydiyyat vəsiqəsinə əsasən, iddiaçının mübahisəli evə mülkiyyət hüquqları bərpa edilməli, həmin evin iddiaçının anasının payına düşən 2/1 hissəsinin qanun üzrə vərəsələr olan cavabdehlər arasında bərabər bölünməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev Bələdiyyələşdirilmiş Tikintilərin reyestrinin 30 sentyabr 1957-ci il tarixli 228 nömrəli ki tabının 14552 nömrəli səhifəsinin çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında iddiaçının atası mərhum X6 adına qeydə alınmışdır. İddiaçının atası 23 avqust 1969-cu il tarixdə vəfat etdiyindən, sonuncu ilə rəsmi nikah münasibətlərində olan iddiaçının anası Hökümə Cəbrayıl qızı qanun üzrə mirası qəbul etmiş və daşınmaz əmlakın dövlət reyestrində anasının və iddiaçının adına ümumi paylı xüsusi mülkiyyət hüquqi qeydiyyatından keçmişdir. Bunun əsasında verilmiş qeydiyyat vəsiqəsi digər vərəsələr olan cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. mübahisəli ev 601.1 kv.m. torpaq sahəsi üzrəində yerləşir, tikililərin ümumi sahəsi 417.4 kv.m. təşkil edir. evin A tikilisi 1880-ci ildə inşa edilmiş, sahəsi 185.58 kv.m.-dir. Həmin tikiliyə 77.11 kv.m. olan yaşayış sahəsi və 108.47 kv.m. o lan yardımçı sahə daxildir. B və V tikililəri isə köməkçi tikililər olan saray, anbar, darvaza, tualet, 2 qapı, hovuz, quyu, 3 ayaqyolu, hamam darvazadan, həmçinin yaşıl və qrunt həyətdən ibarət olmaqla, cəmi 424 kv.m. təşkil edir. iddiaçının anası mübahisəli evin özünə məxsus hissəsinin 10.39 kv.m. olan bir eyvanını, 7.72 kv.m. olan bir yaşayış otağını və 16.60 kv.m. olan saray anbarını bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlamış və həmin müqavilənin ön səhifəsində Hökümə Cəbrayıl qızının adından Bakı şəhəri, Maştağa qəsəbəsi, Bakı Fəhlə küçəsində yerləşən 1 saylı evin 10.39 kv.m. hissəsi olan bir eyvanını və 7.72 kv.m. olan yaşayış sahəsini, 116 kv. metr olan saray anbarı oğlu İddiaçı bağışlandığı qeyd olunsa da, 10.04.1991-ci il tarixli 30/1044 reyestr nömrəli qeydiyyat vəsiqəsin də yaşayış evinin 7.72 kv.m.-dən ibarət 1 otağının İddiaçı Ağa oğlunun, qalan hissəsinin isə Hökümə Cəbrayıl qızının xüsusi mülkiyyətinə verildiyi göstərilmişdir. İddiaçının anası savadsız olduğuna görə, 17 saylı Dövlət Notariat Kontorunda D-3-680 reyestr nömrəsi ilə qeydə alınmış 01 aprel 1991-ci il tarixli bağışlanma müqaviləsini özü imzalamamış, onun əvəzinə həmin müqaviləni Maştağa qəsəbə sakini X7 adlı şəxs imzalamışdır. İddiaçının anası 09 yanvar 2001-ci ildə vəfat etmiş, həmin vaxtdan iddiaçı ailəsi ilə birlikdə mübahisəli evdə yaşamış, həmin evə sahiblik hüquqlarını həyata keçirmişdir. Həmin evdə 21 nəfər qeydiyyatda olsa da, onların bir çoxu, o cümlədən bir sıra cavabdehlərin qohumları həmin evdə yaşamırlar. İddiaçıya bu yaxınlarda məlum olmuşdur ki, cavabdehlər iddiaçının xəbəri olmadan 17 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, mübahisəli evin 4 otağına, hər birinə 3/1 pay olmaqla, 25.07.2000-ci il tarixli 2v/29 və eyni tarixli 2v/53 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi almışlar. Beləliklə, həmin notariat kontoru tərəfindən qanunsuz olaraq verilmiş şəhadətnamələrə əsasən ümumi paylı mülkiyyət hüququ ilə ona və Hökümə Cəbrayıl qızına məxsus yaşayış evi cavabdehlərin hər birinə 3/1 pay olmaqla verilmiş, iddiaçı isə ümumiyyətlə vərəsəliyə dəvət olunmamışdır. İddiaçı bundan xəbər aldıqdan sonra vərəsəlik işi ilə aparılmış notariat sənədlərini əldə etmiş və həmin işdən məlum olmuşdur ki, guya iddiaçının anası Hökümə Cəbrayıl qızı 15 yanvar 1999-cu il tarixdə vəsiyyətnamə tərtib edərək, sözügedən evi cavabdehlərə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədə iddi açının anasının imzası 17 saylı Dövlət Notariat Kontorunun notariusu F.İ.Hüseynov tərəfindən təsdiq edilərək 2B-08 reyestrdə qeydə alınmışdır. Lakin, vəsiyyətnaməyə nəzər saldıqda, orada imza deyil, cızma-qara mövcud olduğu görülür. İddiaçının mərhum anası savadsız olduğuna görə imza edə bilməmiş, rəsmi sənədlərdə onun yerinə başqa bir şəxs imza etmişdir. Bundan əlavə, vəsiyyətnamə tərtib edildiyi zaman iddiaçının anası qoca yaşında olmuş, eşitmə və görmə qabiliyyəti çox aşağı olmuşdur. Bu ona dəlalət edir ki, adı çəkilən vəsiyyətnamə iddiaçının qardaşları tərəfindən saxtalaşdırılmışdır. Beləliklə də, saxta vəsiyyətnamə əsasında 2B-29 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi tərtib edən 17 saylı Dövlət Notariat Kontornunun notariusu F.İ.Hüseynov miras əmlakın 2/2 hissəsininCavabdeh1 oğli və X11, miras əmlakın yerdə qalan 2/1 hissəsinə Quliyev X22 payının açıq saxlandığını göstərmişdir.vəsiyyətnamə ilə yanaşı, vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi üzrə 2B-29 reyestr nömrəli notariat işində Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vərəqəsi də saxtalaşdırılmışdır. Belə ki, 157973 nömrəli qeydiyyat vərəqəsində Maştağa qəsəbəsi, Fəhlə küçəsində yerləşən 1 saylı yaşayış evinin Hökümə Cəbrayıl qızına, qalan hissəsi və Cavabdeh3 Molla oğlu 1 yaşayış otağı 7.72 kv.m. vı 10.39 kv.m. qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyət hüququilə qeydiyyatdan keçirildiyi və bu barədə 228 nömrəli Reyestr kitabında 14522 səhifə, qeydəalma 30N 1203 “15” Xİİ 1975-ci il tarixində qeydiyyat aparıldığı göstərilmişdir. Qeyd edildiyi kimi, 228 nömrəli reyestr kitabında sözügedən yaşayış evi 2 nəfərin adına – iddiaçı və Hökümə Cəbrayıl qızının adına 30/1043 reyestr nömrə ilə qeydə alınmışdır. Həmin qeydiyyat vəsiqəsində mübahisəli yaşayış evinin 2/1 hissəsinin Hökümə Cəbrayıl qızının, yerdə qalan 2/1 hissəsinin isə mülkiyyət hüququ ilə Quliyev əbrayıl Molla Ağa oğlunun adına olması öz əksini tapmışdır. Mübahisəli yaşayış evinin 10.39 kv.m. sahəsi olan bir eyvanının və 7.72 kv.m yaşayış sahəsinin iddiaçıın mərhum anası tərəfindən ona bağışlanması isə yalnız 01 aprel 1991-ci ildə Maştağa qəsəbəsində fəaliyyət göstərən Cavabdeh4 rəsmiləşdirilmiş və bu müqavilə əsasında 10 aprel 1991-ci il tarixli 30/1044 reyestr nömrəli qeydiyyat vəsiqəsi tərtib olunmuşdur. Buna görə də vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi üzrə 2B-2 9 reyestr nömrəli notariat işində Bakı şəhəri, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsində göstərilən məlumatlar saxtalaşdırılmışdır. Beləliklə də, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus fərdi yaşayış evi 17 saylı dövlət notariat kontorunun köməyi ilə cavabdehlər tərəfindən qanunsuz olaraq ələ keçirilmiş və 7.72 kv.m. istisna olmaqla, iddiaçının hər hansı əmlakı yoxdur. Belə olduğu halda, Hökümə Cəbrayıl qızının adından tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilməli, həmin vəsiyyətnamə əsasında təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik haqqında Şəhadətnamələr və həmin şəhadətnamələr əsasında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv edilməli, və iddiaçının Bakı şəhəri, Maştağa qəsəbəsi, Fəhlə küçəsi 1 saylı fərdi ev üzrəində mülkiyyət hüquqları bərpa edilməlidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Qasımov, iş № 2(008) -194/2016) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Sabunçu ryaon Maştağa qəsəbəsi Fəhlə küçəsi 1 saylı ev 1 saylı Dövlət Notariat Kontorunda verilmiş 02 dekar 1975-ciil tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Hökümə Cəbrayıl qızına keçdikdən sonra, sonuncu qeyd edilən əmlakın mülkiyyətçisi kimi həmin əmlak barəsində sərəncam vermək hüququndan istifadə etməklə miras əmlakın bir hissəsini cavabdehlərə vəsiyyət etmişdir. Bu vəsiyyətnamənin etibarsız olunması halını təsdi q edən sübutlar təqdim olunmamışdır. İddiaçının 1975-ci ildən mərhum anası ilə birlikdə mübahisəli daşınmaz əmlakın mülkiyyətçisi olması barədə dəlilləri əsassızdır. Hökümə Cəbrayıl qızı 02 dekabr 1975-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisəli daşınmaz əmlakın yeganə mülkyyətçisi olmuşdur. Bu hal Hökümə Cəbrayıl qızı tərəfindən daşınmaz əmlakın bir hisssəsini (yaşayış sahəsi 7,72 kv.m, köməkçi sahəsi 10,39 kv.m olan 1 otağını və B tikilisini) İddiaçı Ağa oğluna 01 aprel 1991ci il tarixdə bağışlama müqaviləsinə əsasən bağışlaması ilə təsdiq olunur. Hökümə Cəbrayıl qızı tərəfindən 15 yanvar 1999-cu il tarixdə tərtib edilmiş və onun son iradəsini əks etdirən vəsiyyyətnamə ümumiyyətlə əqdlərin etibarsızlığına səbəb olan hallar mövcud olmadığından, vəsiyyətnamənin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları pozmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməsi öz təsdiqini tapmadığından iddia tələbi əsassız hesab edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-15/2020) İddiaçı Ağa oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(008)194/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi ü çün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Ağa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-15/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarş ı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh3 Ağa oğlu, X4 və cavabdehlərin vəkili X13 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verilməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-15/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya ba xışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin münasibətdə tam yoxlanmasını təşkil edir. iddiaçının şikayətində göstərilənlərə Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi 537-ci maddəsinə əsasən, hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya q ərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu ha lında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-15/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2391/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2391/2021
16.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver