Məhkəmə qərarları › İş №2(102)-2393/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2393/2024

29.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2393/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxslər X10, X11, X12, X18 və Katharina Karin) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxslər X10, X11, X12, X18 və Katharina Karin) qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-190/2023 nömrəli 17 oktyabr 2023-cü il tari xli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəmkir şəhəri, Morul küçəsində yerləşən 20 saylı ev 295.40 kv.m yaşayış və 0,07 ha torpaq sahəsindən ibarət olmaqla, paylı mülkiyyət hüququ əsasında X8 və X5 mülkiyyətində olmuşdur.

2. X2 Nərbala İsa oğlunun qardaşı, X16, X18 bacısı, Cavabdeh, X10, X11, X12 qardaşı X9 övladları, Katharina Karin isə qardaşı X8 arvadıdır.

3. Cavabdeh tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, o, X4 miras qalmış əmlakı qəbul etmişdir.

4. İddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, o, X6 miras qalmış əmlaka dair vərəs əlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

5. İddiaçı tərəfindən notarial qaydada yazılmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, o, X4 miras qalmış əmlakı qəbul etmişdir.

6. X20 xx.xx.2005-ci il tarixdə, X19 xx.xx.2020-ci il tarixdə, X16 xx.xx.2020-ci il tarixdə ölmüşlər. 7. 11.01.2021-ci il tarixli qərara əsasən, X4 miras qalmış əmlakın bərabər bölünməsi ilə əlaqədar razılıq olmadığından notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir.

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 295.40 kv.m olan fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X5 və Katharina Karinin adına qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiy a məhkəməsində icraat

9. İddiaçı Cavabdeh, üçüncü şəxslər X10, X11, X12 və X13 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, mərhum X19 və X4 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsindən ibarət olan, 295.40 kv.m yaşayış evinə ikinci növbə vərəsə kimi ¾ hissədə onun, ¼ hissədə isə Cavabdeh payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, paylı mülkiyyətçi Təyyarə Həsənova evli olmadığından onun birinci növbəli vərəsələri olmamışdır. Onların, yəni Xanbala Həsənovun və Təyyarə Həsənovanın atası X23 9 aprel 2020-ci il tarixdə, anası X7 isə 29 aprel 1999-cu il tarixdə vəfat etmişlər. Paylı mülkiyyətçilərin ikinci növbəli vərəsəl ərindən X20 18 noyabr 2005-ci il tarixdə vəfat etmiş, digər ikinci növbəli vərəsə X18 isə sağ olsa da, miras əmlakı nə faktiki, nə də notariat qaydasında ərizə verməklə qəbul etməmişdir. X15 və Təyyarə Həsənovadan miras qalmış əmlakı həm faktiki, həm notariat qaydasında ərizə verməklə qəbul etmişdir və notariat ofisinə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Eləcə də Cavabdeh notariat qaydasında ərizə verməklə bibisi Təyyarə Həsənovadan miras qalmış əmlakı qəbul etmiş və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin onlar arasında mübahisə olduğundan notarius vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bundan başqa iş üzrə üçüncü şəxslər Nicat Həsənov, Vüsal Həsənov, Xəyal Həsənov və Nahidə Bə dəlova da miras əmlakı nə faktiki, nə də notariat qaydasında ərizə verməklə qəbul etməmişlər. Əlavə olaraq bildirmişdir ki, məhkəmədə iddia qaldırdıqdan sonra məlum olmuşdur ki, Xanbala Həsənovun arvadı Katharina Karin ərindən qalmış əmlakı notariat qaydasında ərizə verməklə qəbul etmiş, bundan sonra ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsindən ibarət olan, 295.40 kv.m yaşayış evinə birgə mülkiyyət hüququ ilə çıxarış almışdır. Belə olan halda, onun və cavabdehin payının Təyyarə Həsənovadan miras qalmış əmlaka münasibətdə müəyyən edilməsinə etiraz etmir.

11. Birinci instansiya məhkəməsində üçüncü şəxs Katharina Karinin nümayəndəsi izahatında bildirmişdir ki, Katharina X3 ilə evli olmuş və onlar Almaniyada yaşamışlar. Xanbala Həsənov vəfat etdikdən sonra fərdi yaşayış evi və torpaq s ahəsinin ½ hissəsi paylı mülkiyyət hüququ əsasında X19 və X5 mülkiyyətində olduğundan təmsil etdiyi şəxs notariat qaydasında ərizə verməklə ərindən miras qalmış miras əmlakı qəbul etmiş və bu barədə müvafiq Çıxarış verilmişdir. Hesab etmişdir ki, Xanbala Həsənovdan qalmış miras əmlak artıq onun birinci növbəli vərəsəsi tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Bu səbəbdən miras qalmış əmlakdan iddiaçının və cavabdehin paylarının müəyyən edilməsinə etiraz etmişdir.

12. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 iyun 2022-ci il tarixli 2(076)-981/2022 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia qismən təmin edilərək, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 295.40 kv.m olan fərdi yaşayış evindən və evin yerləşdiyi 0,07 ha torpaq sahəsindən İddiaçı və Cava bdeh hər birinin payının 1/4 hissədə müəyyən edilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində X8 birinci növbəli vərəsəsinin olmaması göstərilsə də, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, o, Katharina Karin ilə evli olmuş və vəfatından sonra Katharina Karin miras qalmış əmlakla mirası qəbul etmiş və adına Çıxarış almışdır.

14. Birinci instansiya məhkəməsi belə olan halda hesab etmişdir ki, artıq X6 qalan miras əmlakı onun birinci növbəli vərəsəsi Katharina Karin rəsmi qaydada qəbul etmişdir. Bu hal isə onun ikinci növbəli vərəsələrinin miras əmlakdan paylarının müəyyən edilməsini istisna etmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X6 qalan miras əmlakı onun birinci növbəli vərəsəsi Katharina Karin rəsmi qaydada qəbul edildiyindən iddiaçının və cavabdehin payı yalnız Təyyarə Həsənovadan miras qalmış əmlaka münasibətdə müəyyən edilməlidir.

16. Məhkəmə qeyd etmişdir ki, mərhum X4 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 295.40 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi və 0,07 ha torpaq sahəsinin ½ hissəsi miras qalmışdır.

17. Məhkəmə miras əmlaka qanun üzrə və vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd etmişdir ki, miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın qanun üzrə vərəsələrinə keçməlidir.

18. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, qanun ü zrə vərəsələr qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, miras əmlak qanun üzrə ikinci növbəli vərəsə olan iddiaçı və cavabdeh tərəfindən həm faktiki, həm də notariat ofisinə rəsmi ərizə verilməklə qəbul edildiyindən həm iddiaçı, həm də cavabdeh mərhum Təyyarə Həsənovadan qalmış mirasdan pay almaq hüququna malik olmuşdur.

20. Birinci instansiya məhkəməsi tərəflərin miras əmlakdan paylarını müəyyən edərkən nəzərə almışdır ki, üçüncü şəxslər mirası qəbul edilməsi müddətində nə faktiki qəbul etməmiş, nə də mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna ərizə verməmişdir. Ona görə də bu şəxslərin miras əmlaka vərəsəlik və mülkiyyət hüquqları yaranmamışdır.

21. Məhkəmə gəldiy i nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1151.2, 1159.1.1, 1159.1.3, 1159.2, 1160, 1243.2, 1243.3, 1245-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki halla rına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı ona məlum olmuşdur ki, mərhum qardaşı X8 Almaniya Respublikasında yaşayan arvadı Katharina Karin nümayəndəsi (vəkil) vasitəsi ilə məhkəmədə izahat verərək, əri mərhum İddiaçı miras qalmış əmlakı notariat qaydasında ərizə verməklə qəbul etdiyini və miras əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, guya o, mərhum qardaşı X6 miras qalmış əmlakın sonuncunun Almaniya Respublikasında yaşayan arvadı Katharina Karin tərəfindən notariat qaydasında ərizə verməklə qəbul edilməsinə, həmin miras əmlaka dair Katharina Karinin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxa rış verilməsinə və həmin miras əmlakın ½ hissəsinə onun və Cavabdeh miras paylarının müəyyən olunmasına razı olmuşdur. Halbuki o, məhkəmədə belə bir izahat verməmişdir. Ona görə ki, mərhum qardaşı İddiaçı üçüncü şəxs qismində işə cəlb edilmiş arvadı Katharina Karin ilə nikahlarının olmasını onlara bildirməmişdir. Belə olan halda isə üçüncü şəxs Katharina Karinin onun mərhum qardaşı İddiaçı birinci növbəli vərəsə olması onun üçün şübhəli olmuş və qardaşının miras əmlakından sonuncunun arvadı Katharina Karinə pay verilməsini əsassız hesab etmişdir.

24. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-190/2023 nömrəli mülki iş üzrə 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.T.Həsənov (sədrlik edən və məruzəçi), L.S.Süleym anov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “iddia tələbinin mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsindən ibarət olan, 295.40 kv.m yaşayış evinə ikinci növbə vərəsə kimi payının müəyyən olunmasının təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi miras qoyan X19 üçüncü şəxs Katharina Karin ilə nikaha daxil olaraq ailə qurmuşlar. Miras qoyan X19 29 aprel 2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin konsulu tərəfindən leqallaşdırılmış Lukenvalde Ərazi Məhkəməsinin xx.xx.2020-ci il tarixli vərəsəlik şəhadətnaməsi ilə üç üncü şəxs Karin Katerina mərhum əri X8 vərəsəsi hesab edilmiş və bunun əsasında sonuncunun miras əmlakdakı tam payını qəbul etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı miras qoyan X8 qardaşı olduğundan və Mülki Məcəllənin 1159.2-ci maddəsinə uyğun olaraq miras qoyanın ikinci növbəli vərəsəsi hesab olunur. Hazırkı vərəsəlik mübahisəsində isə miras qoyan X8 birinci növbəli vərəsəsi (arvadı) olmuşdur.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mərhum qardaşı X6 miras qalmış əmlaka vərəsəliyinin müəyyən olunması yolverilməzdir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verərək hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğ vi üçün əsas deyil.

29. Belə ki, apellyasiya instansiyasında icraat zamanı alınmış Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 13 yanvar 2023-cü il tarixli 2-1(104)-131/2023 nömrəli qərardadının surətinə əsasən, İddiaçı ərizə ilə müraciət edərək, Gəncə İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli 2-1(114)-890/2021 nömrəli qərarının ləğv olunması həmin inzibati işin yenidən araşdırılması və onun maraqlarına toxunulan üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli 2-1(114)-890/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2023-cü il tarixli 2-1(104)-131/2023 nömrəli qərardadı ilə qərardad dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli 2-1(102)-1077/2023 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2023-cü il tarixli 2-1(104)-131/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsa slıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur.

31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1146, 1159.1, 1159.2, 1160-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi İlə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014-cü il tarixli Qərarlarına, MPM-in 217.3, 218, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti Mülki Məcəllənin 1133.1, 1134.1, 1166.1, 1176.1, 1243.2, 1246ci və MPM-in 14.1, 14.2, 77.1, 176.5.1, 216.2, 217.3, 217.4, 402, 403-1.1, 417.1.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iş materiallarında n və iddia üzrə qəbul olunmuş məhkəmə qətnaməsindən aydın olmuşdur ki, mərhum anası X7 xx.xx.1999-cu ildə, atası X23 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, bununla da miras açılmış, hamı miras əmlaka qanun üzrə vərəsəlik hüququ əldə etmişdir. Hazırda həmin miras əmlak mərhum bacısı Təyyarənin və mərhum qardaşı Xanbalanın adına qeydə alınmışdır. Hesab etmişdir ki, həm mərhum valideynlərindən, həm də mərhum bacı-qardaşlarından qalan əmlaka qanun üzrə vərəsə tanınmalıdır. Mirası faktiki qəbul etmiş vərəsə mirası idarə etməyə başladığı vaxtdan miras varisin mülkiyyəti sayılır. O da qanun üzrə vərəsə olaraq mirası faktiki qəbul edib idarə etmiş, miras mülkdə hazırda da yaşamışdır. Miras mülkü qanun üzrə vərəsə olaraq idarə etmişdir. Mirası qəbul etməyi ilə bağlı notariat kontoruna da o, rəsmi qa ydada müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

36. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

37. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

38. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək m alik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

39. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

40. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

41. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

42. Maddə 1243.2. Vərəsə mirasın açıld ığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Apellyasiya məhkəməsinin baxış həddini iddianın təmin edilməyən hissəsi təşkil etdiyindən kassasiya şikayətinin dəlilləri əsasında qətnamə tam yoxlanılır Kassasiya instansiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar ki mi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

56. İddiaçının kassasiya şikayətinin xx.xx.1999-cu ildə vəfat edən anası X7 və xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası X1 açılmış mirasa onun da qanun üzrə vərəsəlik hüququ əldə etməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında irəli sürülməmiş, hazırkı iddianın predmetini də iddiaçının valideynlərdən deyil, bacı və qardaşından qalan miras əmlaka dair tələblər təşkil edir. Buna görə də, həmin dəlillər bu icraat çərçivəsində araşdırıla bilməz.

57. Məhkəmə kollegiyası işin faktiki hallarının düzgün müəyyən edilməm əsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiya sı məhkəməsi yeni sübut qəbul etmir.

58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli 2(104)-190/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar