Məhkəmə qərarları › İş №2(102)-2398/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2398/2020

24.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2398/2020 24.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh “xxxx” ASC-nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, elektrik enerjisi üzrə qanunsuz və əsassız hesablanmış 5048.19 manat və 2527.38 manat bo rcun, ümumilikdə 7575.57 manat borcun və sayğac quraşdırma haqqı üzrə 418 manat cərimənin (borcun) silinməsinə, həmçinin ona dəymiş zərərin əvəzi olaraq 14000 (on dörd min) manat pulun və dövlət rüsumu üçün ödədiyi 30 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Rzayev) xx xxxx 2019-cu il tarixli 2(001)835/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, abunə kodu 01/14-480 olan Binəqədi-Novxanı yolunda fəaliyyət göstərən fiziki şəxs İddiaçı (hesab ödəniş vərəqində adı Paşayev Rüstəm kimi qeyd edilib) əsassız yazılmış 5048.19 manat, 2527.38 manat borcu və 418 manat sayğac quraşdırma haqqı üzrə borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun idd iaçının özənə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sərlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13592/19 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin iddianın qismən təmin edildiyi hissədə ləğv olunması və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan: “xxxx” AS C-nin xx xxxx 2018-ci il tarixli, 102459 saylı Sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolunun surətindən görünür ki, 60040157 nömrəli q/m 250049.3 fazlı, texniki parametrləri: tipi C500, amper 3&5/10, göstəricisi 001743,866 olan sayğac laboratoriyasından keçmişdir. Sayğac normal buraxılan xəta ilə işləyir. “xxxx” ASC-nin abunə kodu 01/14-480 olan Binəqədi- Novxanı yolunda fəaliyyət göstərən fiziki şəxs Rüstəm Paşayevə xx xxxx 2018-ci il tarixdə verdiyi ********* saylı hesab ödəniş vərəqindən görünür ki, xx xxxx 2018-ci il tarixindən xx xxxx 2018- ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqı üzrə qalıq borcu 3594.26 manat təşkil edir. “xxxx” ASC-nin abunə kodu 01/14-480 olan Binəqədi- Novxanı yolunda fəaliyyət göstərən fiziki şəxs Rüstəm Paşayevə xx xxxx x 2018-ci il tarixdə verdiyi ********* saylı hesab ödəniş vərəqindən görünür ki, Rİ 013852EİQ pozulması tipli akta əsasən xx xxxxx 2018-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqı üzrə qalıq borcu 9060.45 manat təşkil edir və həmin məbləğin 5048.19 manatı elektrik enerjisindən istifadə qaydalarının pozulması tipli akta əsasən yazılmışdır. Abonentin hesabından edilən çıxarışa əsasən abonentə sayğacın oğurlanması ilə əlaqədar xx xxxxx 2018-ci ildə quraşdırılmış yeni sayğac üçün 418 manat haqq borc olaraq yazılmışdır. “xxxx” ASC-nin abunə kodu 01/14-480 olan Binəqədi-Novxanı yolunda fəaliyyət göstərən fiziki şəxs Rüstəm Paşayevə xx xxx 2018-ci il tarixdə verdiyi ********* saylı hesab ödəniş vərəqindən görünür ki, US 152145EİQ pozulması tipli akta əsasən xx xxx 2018-ci il tari xinə qədər istifadə olunan elektrik enerjisi haqqı üzrə qalıq borcu 14778.99 manat təşkil edir və həmin məbləğin 2527.38 manatı əlavə olaraq elektrik enerjisindən istifadə qaydalarının pozulması tipli akta əsasən yazılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10040/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərardadına əsasən məlum olur ki, iddiaçı cavabdehi düzgün qoymadığından “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001 )-4519/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı cavabdeh X3 və Satışı Sahəsinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi və borcun silinməsi barədə iddiası baxılmamış saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqq ında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da qeyd edir ki, cavabdeh hesab ödəniş vərəqələrində elektrik enerjisi istehlakçısını istehsalat sahəsi kimi qeyd etsə də, vergi orqanında iddiaçının adına müvafiq vöen qeydə alınmasına dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci i l 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş, Elektrik enerjisindən istifadə Qaydalarının 1.1-ci bəndinə görə, elektrik enerjisi istehlakçısı müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 7.6-cı bəndinin 2–ci abzasına və 11-ci bəndinə əsasən, İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənəd ləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Göründüyü kimi, istehlakçının, o cümlədən məi şət abonentinin hesablaşma elektrik sayğaclarında zədələnmə, qoşulma sxeminin pozulması halında təmir, əvəzetmə və dövlət yoxlanışının onun hesabına yerinə yetirilməsi, habelə yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququ abonentin təqsirli olması şərtinə bağlanmışdır. Başqa sözlə, sayğacın zədələnməsində abonentin təqsiri sübuta yetirilmədiyi halda ona müvafiq borcun hesablanması əsassızdır. Hazırkı işdə isə işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğacda yaranan problemdə iddiaçının təqsirinin olmasını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir və kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar