Məhkəmə qərarları › İş №2(102)-2398/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2398/2021

03.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2398/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4447/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının 03.09.2002-ci il tarixdə verdiyi 000908 №-li orderə əsasən İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Nərimanov rayonu, Ak.M.Əliyev küçəsi, xxxxxxxxxxxxx (bundan sonra – mübahisəli mənzil) yaşamaq hüququna dair order verilmişdir. İddiaçı ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında rəsmi nikah münasibətləri olmuş və nikaha daxil olduqları vaxtdan mübahisəli mənzildə yaşamaqla, birgə təsərrüfat aparmışlar. Tərəflərin nikahı 22.04.2017-ci il tarixdə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 24.05.2019-cu il tarixli, 2(103)-5438/2019 saylı qətnaməsi ilə X1 mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus mübahisəli mənzildən istifadə hüququna, 10000 manat kompensasiya ödənilməklə xitam verilməsi və onun həmin mənzildən məcburi çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qüvvədə olan məhkəmə qərarları ilə cavabdehin ona məxsus mənzildən istifadə hüququnun olduğu müəyyən edilib. Buna baxmayaraq, onun cavabdehlə bir mənzildə yaşaması mümkün deyil və o, konstitusion hüququ olan, özünə məxsus mənzildən istədiyi kimi istifadə etmək istəyir. Cavabdeh ona məxsus mənzilin 1 otağından istifadə edir və mənzilin yerləşdiyi inzibati ərazi daxilində, eyni kommunal şəraitə ma lik 1 otaqlı mənzillərin aylıq kirayə haqqı 250 manat təşkil edir. Yəni, cavabdehin hazırda ona məxsus mənzildə ona xas olmuş şəraitlə müqayisədə davamlı surətdə və müəyyən müddət daxilində oxşar yaşamasını 10000 manat müqabilində təmin edə bilər (250 manat x 40 ay = 10 000 manat). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-435/2020 nömrəli iş üzrə 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği bazar qiymətinə uyğun olaraq müəyyən edilmədiyindən cavabdehin 10000 manat məbləğində kompensasiya ödənilməklə mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və mən zildən çıxarılması məqsədəmüvafiq deyil. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiyanın) 13-cü maddəsinə, 29-cu maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 77.1, 217.4, 218.3-cü müddəalarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apell yasiya instansiyası məhkəməsindəki icraat İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə 18000 manat kompensasiya təklif etdiyini bildirərək bu qaydada iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin həcminin artırılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarının göstərişinə uyğun olduğundan iddianın bu formada dəyişdirilməsi qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin 11.09.2020-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, xxxxxxxxxxxxxxxxüç otaqlı təmirli mənzillərin təmirindən və m ərtəbəsindən asılı olaraq bu günə likvid dəyəri - 140000-150000 və bir aylıq kirayə haqqı 700 -800 manat arasında dəyişir. Təqdim edilmiş “X3” tərəfindən verilmiş 04.09.2020-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, xxxxxxolan ərazidə hal-hazırda yararlı və ya 3 otaqlı boş, əşyasız mənzillərin təmir səviyyəsindən asılı olaraq qiymətləri 350-400 manat arası dəyişir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4447/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşan hüquqi mövqeyə görə yaşayış sahəsindən istifadə etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə müəyyən olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və eyni zamanda Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunur. Mülki Məcəllənin 228.5-ci maddəsindən və həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsinin qərarından göründüyü kimi iddiaçı ailə üzvü kimi cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə köçərək orada yaşamaqla onun həmin mənzilə mülkiyyətçi ilə bağlanan yazılı razılaşma olmadan, etibarlı ailə əlaqələri əsasında istifadə hüququ yaranmışdır. Cavabdehin mübahisəli mənzilə istifadə hüququna yalnız mülkiyyət çinin bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsi Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, həmin maddəyə görə, «yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər». İddiaçının təklif etdiyi 18000 manat məbləğində kompensasiya cavabdehə davamlı surətdə və bir neçə il ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 11.1-ci, 228.5-ci mad ələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 27 iyul 2001-ci il tarixli, 27.05.2008-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddianı təmin etmək üçün istinad edilən bütün normalar mülkiyyətçinin hüquqları ilə bağlı normalardır. Mübahisəli mənzil xüsusi mülkiyyətdə deyil, iddiaçı order əsasında mənzilə sahiblik edir. Cavabdeh həmin m ənzildə istifadə hüququ olan şəxs kimi, daimi yaşayış yeri üzrə qeydiyyatdadır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, özəlləşdirmə halında o, iddiaçı ilə eyni hüquqlu şəxsdir. Kassator şikayətinin əsası kimi Konstitusiyanın 13-cü maddəsinə, 29-cu maddəsinin İV hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il qərarındakı hüquqi mövqelərə, MPM-in 418.1, 418.3, 417.1.3-cü maddələrinin, Mülki Məcəllənin 14.3, 158, 178, 228-ci maddələrinin tələblərinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında təl əbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi Maddə

48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. MPM Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əs aslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsindən istifa də hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməklə xitam verilməsini tələb etmək hüququ mülkiyyətçiyə məxsusdur. MPM-in 77.1-ci maddəsinə əsasən belə iddia tələbi ilə məhkəmədə iddia qaldırmış şəxs ilk növbədə cavabdehin istifadə hüququna xitam veriməsini tələb etdiyi daşınmaz əmlakın onun mülkiyyətində olduğunu sübut etməlidir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun işdə olan sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 88-ci maddələri). Apellyasiya instansiyası məhkəməsi iddiaçının məhkəməyə təqdim etdiyi Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının 03.09.2002-ci il tarixli, 000908 №-li orderinə istinadla iddiaçını mübahisəli mənzilin mülkiyyətçisi kimi qəbul etmişdir. Halbuki həmin orderin verildiyi dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən vətəndaşa order dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi həmin dövrdə qüvvəd ə olmuş mənzil qanunvericiliyinə əsasən order daşınmaz əmlaka xüsusi mülkiyyət hüququ verməmiş, vətəndaşa dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi üçün təqdim edilmiş və yaşayış sahəsinə köçmək üçün əsas olmuşdur. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə zidd olaraq iddiaçını mübahisəli mənzilin mülkiyyətçisi kimi qəbul etmiş və iddianı təmin etmişdir. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində sadalanan maddi və prosessual hüquq normalarının tələblərini cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4447/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar