Məhkəmə qərarları › İş №2(102)-2398/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2398/2024

14.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2398/2024 14.06.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Cavabdeh1 Məhdud Məsuliyyətili Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh1 Məhdud Məsuliyyətili Cəmiyyəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-638/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual M əcəllənin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan 23 fevral 2024-cü il tarixli “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan (Xİ cild, səh.163) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-638/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi Cavabdeh1 Məhdud Məsuliyyətili Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil4 elektron kabinetinə 23 fevral 2024-cü il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq, kassasiya şikayəti elektron sistemə 24 aprel 2024-cü il tarixdə yerləşdirilmiş və 25 aprel 2024-cü il tarixdə elektron imza ilə imzalanmışdır. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qan unla müəyyən edilmiş iki aylıq müddət ötürülmüş, lakin həmin müddətin bərpasına dair məsələ həll edilməmişdir. Odur ki, kassasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən şikayətin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunm amışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh1 Məhdud Məsuliyyətili Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-638/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar