Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2401/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Q Ə RARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Cavabdeh və vəkili Behbudov İlkin Adil oğlununBakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019 il tarixli,2(103)-12666/2019saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3513/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.M.Zamanlı) İdd iaçı Cavabdehə qarşı borcun silinməsi tələbinə dair iddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********00620) İddiaçı təbii qazın itkisinə görə hesablanmış 3928.40 (üç min doqquz yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat pulun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019 il tarixli, 2(103)12666/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3513/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı oğlu Cavabdeh İstehsalat Birliyinə qarşı 3928.40 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən özünə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh ilə bağladığı alqı-satqı müqaviləsi əsasında küçədə qaz sayğacı quraşdırılmaqla, adına **********00620 №-li abonent kodu açılmış və yaşadığı evə qazın verilməsi təmin olunmuşdur. Qazın verilməsi təmin olunduqdan sonra o mütəmadı olaraq qaz kartına pul ödəyib, sayğaca yükləməklə qazdan istifadə etmişdir. 2019-cu ilin yanvar ayının ortalarında qaz sayğacına pul ödə miş, sayğaca yükləyəndə hiss etmişdir ki, sayğacda tutulma var, ona görə də bu barədə Cavabdehnə məlumat vermişdir. 22.01.2019-cu il tarixdə Cavabdeh işçiləri yaşadığı ünvana gələrək evinə gələn qaz sayğacını dəyişmişlər. Yeni sayğaca pul yükləyəndə məlum olmuşdur ki, kart bloka düşüb. Bu faktla bağlı aidiyyəti üzrə müraciət etmiş və ona bildirilmişdir ki, borcu olduğuna görə smart kart bloka salınıb, borcu ödədikdən sonra smart kart blokdan çıxarılacaqdır. Eyni zamanda bildirilmişdir ki, Cavabdeh” İstehsalat Birliyinin işçiləri onun evinə quraşdırılmış qaz sayğacına gələn xətdə guya kənar xətt tutublar, həmin kənar xəttin şəkilini çəkib və bu barədə onun iştirakı olmadan ******* saylı akt tərtib edilərək, ona 3928.40 (üç min doqquz yüz iyirmi səkkiz manat 40 qəpik) manat borc hesablamışla r. Aktda qeyd edilmişdir ki, guya o, imza etməkdən imtina etmişdir. Əslində isə onun aktın yazılmağından xəbəri olmamışdır. Qaz sayğacı küçədə quraşdırılmış, sayğaca ancaq pul yüklənmiş və yüklədiyi pul müqabilində qazdan istifadə etmişdir. Borcun silinməsi və qazın verilməsinin bərpa edilməsi ilə əlaqədar aidiyyəti üzrə müraciət etməyinə baxmayaraq bu barədə şifahi imtina edilmiş, borc silinməmiş və qazın verilməsi təmin edilməmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün ape lyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili Behbudov İlkin Adil oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və Cavabdeh nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmə nin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi nın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıda qeyd olunan maddi hüquq normaları və işin müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olma yan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası “Qaz təchizatı” Haqqında qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz p aylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi və quraşdırılması bu hissəsinin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddət də həyata keçirilir.Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçıdan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli Qərarının: - 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəzi yyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən məhz iddiaçının sayğaca (müdaxiləsi) mexaniki təsir etməsi ilə bağlı sayğacın sıradan çıxmasına dair hər hansı sübut təqdim edilməmişdir. Həmçinin ekpert rəyi ilə də iddiaçının yaşadığı ünvanda fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə hallarının (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməməsi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı mübahisə abonentin rezin boru vasitəsi ilə təbii qazdan sayğacdan kənar istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlıdır. Lakin buna baxmayaraq apelyasiya instansiyası məhkəməsinin qətnaməsi əsasən hazırkı mübahisənin dəlillərinə aid olmayan abonentin qaz sayğacının özünə müdaxilə edilməməsi üzrə əsaslandırılmışdır. İşin mübahisələnd irilən təbii qazdan sayğacdan kənar istifadə olunmasına dair işin mübahisələndirilən halına müvafiq araşdırma aparmadan yalnız aşağıda göstərilən bir cümlə ilə qiymət verilmişdir: “ Həmçinin ekpert rəyi ilə də iddiaçının yaşadığı ünvanda fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə hallarının (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməməsi qeyd edilmişdir “. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermədən düzgün hüquqi nəticəyə gəlməmişdir. İş materiallarından göründüyü kimi iddia tələbinin dəlillərinə dair etiraz olaraq sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinə dair tərtib olunmuş akt və rezin boru vasitəsi ilə təbii qazdan sayğacdan kənar istifadə edilməsinə dair təqdim edilmiş foto görüntüdür (i/v 9). Lakin bununla əlaqədar foto görüntüdəki divarın cavabdehə məxsus qaz sayğacındakı divarla eyni olmasına dair sual ekspertiza təyin olunmasına dair qərardadda qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiq i hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019 il tarixli, 2(103)-12666/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2401/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2401/2020
23.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver