Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2404/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma, əmlakın qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili X2 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4487/2020 nömrəli iş üzrə 08 dekabr 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kass asiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma, əmlakın qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran Bağlar massivində yerləşən 787 saylı bağ sahəsinin və fərdi yaşayış evinin, habelə Nardaran qəsəbəsində, Nardaran Bağlar sahəsində yerləşən 26B saylı bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsi, cavabdehin ona vurduğu ziyana görə 26700 (iyirmi altı min yeddi yüz) manat maddi və 50000 (əlli min) manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş dir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli 2(008)-327/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma, əmlakın qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 31.01.2020-ci il tarixli 2(008)-327/2020 saylı qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran Bağlar massivində yerləşən 787 saylı bağ sahəsinin və fərdi yaşayış evinə yerli baxış keçirilməsini, həmin bağ sahəsinin, habelə Nardaran qəsəbəsində, Nardaran Bağlar sahəsində yerləşən 26 A saylı bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsi, cavabdehin ona vurduğu zərərə görə 26700 (iyirmi altı min yeddi yüz) manat maddi ziyan 50000 (əlli min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rəşad Həsənov sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Şeyda Məhərrəmova) 06 avqust 2020-ci il tarixli 2(103)-4487/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli 2(008)-327/2020 saylı qətnaməsi qismən ləğv edilərək, həmin hissədə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, Nardaran Bağlar massivində yerləşən 787 saylı bağ sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilməsinə dair iş üzr ə yeni qətnamə qəbul edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə cavabdeh tərəfindən 01.09.2020-ci il tarixdə alınmışdır( iş.v.195) 08.12.2020-ci il tarixdə cavabdeh Bakı Apelyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(103)-4487/2020 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Şeyda Məhərrəmova) 08 dekabr 2020-ci il tarixli 2(103)-4487/2020 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4487/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(103)-4487/2020 saylı qətnaməsi xəbərnaməli poçt vasitəsi ilə Cavabdeh göndərilmiş və onun tərəfindən qəbzə imza edilməklə 01 sentyabr 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Kassasiya şikayəti müddət buraxılmaqla verilmiş və şikayətə müddətin bərpa edilməsi barədə ərizə əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402, 405.0.1, 130.1, 408.1.4-cü maddələrinin tələblərinə istinad edərək əsaslandırmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2020-ci il tarixli 2(103)-4487/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona et irazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)4487/2020 saylı iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsi ümumiyyətlə cavabdehə təqdim edilməmişdir, buna görə də, müddət ötürülməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X2 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyə n şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötür ülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icr aya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qətnamə cavabdeh tərəfindən 01.09.2020-ci il tarixdə alınmışdır, bu barədə işdə müvafiq xəbərnamə mövcuddur. Cavabdeh kassasiya şikayətində qətnamənin onun tərəfindən alınmamasını qeyd etməklə kifayətlənmiş, belə olan halda kassasiya şikayəti verdiyi məhkəmə aktını hansı qaydada, nə vaxt aldığını göstərməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsass ız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4487/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2404/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2404/2021
24.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiy
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver