Məhkəmə qərarları › İş №2(102)-2291/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2291/2025

01.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiy
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2291/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2025-ci il tarixli, 2(103)125/ 2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsindən çıxarılması, iddiaçının həmin torpaq sahəsinə köçürülməyi, ona məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli evin, köməkçi sahələrin və qanunsuz çəkilən daş hasarın cavabdehlərin hesabına sökülməsi və sökülmüş tikinti materiallarının cavabdehlərin hesabına oradan daşınmasına dair qətnamə qəbul olunmasını xa hiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(008)-703/2019 nömrəli qətnaməsi ilə (hakim İ.Burcayev) iddia təmin edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(103)16/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Cəfərov və E.Kazımov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(102)-3062/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli qətnaməsi qismən – “Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Sabun çu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsindən çıxarılması, İddiaçı həmin torpaq sahəsinə köçürülməsi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli ev, köməkçi sahələr və qanunsuz çəkilən daş hasarın Cavabdeh2 hesabına sökülməsi və sökülmüş materialların Cavabdeh2 hesabına daşınması, İddiaçı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən hər hansı maneələrin yaradılmasına son qoyulmasına” aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2025-ci il tarixli, 2(103)125/2025 nömrəli qətnaməsi ilə (hakim A.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Səlimova və M.Rüstəmli) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2019-cü il tarixli qətnaməsi – “Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsindən çıxarılması, iddiaçının həmin torpaq sahəsinə köçürülməsi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli ev, köməkçi sahələr və qanunsuz çəkilən daş hasarın Cavabdeh2 hesabına sökülməsi və sökülmüş materialların Cavabdeh2 hesabına daşınması, iddiaçının ona məxsus Bakı şəhəri Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən hər hansı maneələrin yaradılmasına son q oyulması”na aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin olunması, Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsinin zəbt olunmuş 0,0102 ha hissəsindən çıxarılması, iddia tələbinin apellyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.1.4-cü maddə sinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilmə məsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.

9. Belə ki, iddiaçı kassasiya şikayətində məhkəmələr tərəfindən qəbul edilmiş qərarların nəticə hissələrinə istinad etmiş, maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.8-ci maddələrinin, prosessual hüquq normalarının pozulması kimi isə Mülki Prosessual Məcəllənin 2, 8, 9, 218.1-ci maddələrinin dispozisiyalarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin bir sı ra qərarların məzmununu kassasiya şikayətinə köçürmüşdür.

10. Lakin, kassasiya şikayətinin məzmununda qeyd olunan maddi və prosessual hüquq normalarının pozuntusunun hazırki işdə konkret nədə ifadə olunması, mübahisəyə aidiyyəti göstərilməmişdir.

11. Bununla da, kassasiya şikayəti tərtib edilərkən Azərbaycan Respublikası MPMin 407.1.4 və 407.2-ci maddələrinin tələbləri pozulmuşdur.

12. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2025-ci il tarixli, 2(103)125/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar