Məhkəmə qərarları › İş №2(102)-3062/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3062/2023

10.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiy
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3062/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-16/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfin dən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2005-ci il tarixli 35805 saylı müqavilə üzrə İddiaçı istifadəsinə ayrılmışdır.

2. X1 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış 26 sentyabr 2001-ci il tarixli 10034 saylı müqavilənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 may 2001-ci il tarixli sərəncamının 379 saylı protoko lu əsasında Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha sahədən ibarət olan 3270 saylı bağ sahəsi istifadəyə verilmişdir.

3. X1 və İstismarı Birliyi ilə X2 arasında bağlanmış 26 sentyabr 2001-ci il tarixli 30081 saylı müqavilənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 may 2001-ci il tarixli sərəncamının 379 saylı protokolu əsasında X5 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha sahədən ibarət olan 3270 a saylı bağ sahəsi istifadəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh1 qarşı məhkəməyə müraciət edərək cavabdehlərin torpaq sahəsindən çıxarılması və özbaşına tikililərin sökülməsi barədə qə tnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsini iddiaçıya iş yerindən 1992-ci il tarixdə orderlə verilmişdir. xx.xx.2005-ci il tarixdə iddiaçı ilə bağ sahəsinə dair X1 və İstismarı Birliyi ilə 35805 saylı, xx.xx.2005-ci il tarixli müqavilə bağlanmışdır. 1992-ci ildən İddiaçı torpaq sahəsindən fasiləsiz, etirazsız istifadə edir, ora 26 ildir ki, sahiblik edir. Hazırda o, özünə məxsus bağ sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı onun nümayəndəsi reyestr xidmətinə ərizə vermişdir. Reyestr xidmətinin əməkdaşları tərəfindən ona məxsus bağ sahəsində ölçü işləri aparılmış və məlum olmuşdur ki, cavabdeh ona məxsus bağ sahəsini öz bağ sahəsinə qataraq, daş hasar çəkmiş və ona məxsus ərazidə ev tikmişdir. Bu səbəbdən də, iddiaçı bağ sahəsini özəlləşdirə bilməmişdir. Bununla bağlı Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə ərizə ilə müraciət edilmiş, bölmədə onun torpaq sahəsinin qanunsuz zəbt edildiyi sübut edilmişdir. Kürdəxanı Bələdiyyəsi və Reyestr Xidmətinin əməkdaşları tərəfindən həmin ərazidə ölçü işləri aparılmış və cavabdehin ona məxsus torpaq sahəsini zəbt etdiyi, ev tikdiyi məlum olmuşdur. Hesab edir ki, cavabdeh onun torpağını qanunsuz olaraq zəbt etdiyindən oradan çıxarılmalı, özbaşına tikililər sökülməlidir. Buna görə məhkəmədən cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılması, iddiaçının həmin t orpaq sahəsinə köçürülməyi, ona məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli evin, köməkçi sahələrin və qanunsuz çəkilən daş hasarın cavabdehin hesabına sökülməsi və sökülmüş tikinti materiallarının cavabdehin hesabına oradan daşınmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh1 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılması, iddiaçının həmin torpaq sahəsinə köçürülməyi, ona məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli evin, köməkçi sahələrin və qanunsuz çəkilən daş hasarın cavabdehlərin hesabına sökülməsi və sökülmüş tikinti materiallarının cavabdehlərin hesabına oradan daşınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh1 vəkili və nümayəndəsi X3 bildirmişdir ki, sözügedən bağ sahəsi Cavabdeh1 deyil, Cavabdeh2 və X5 məxsusdur. Cavabdeh2 və X7 həmin 3270 və 3270 a saylı bağ sahələrinin idarə edilməsi üçün digər Cavabdeh1 etibarnamə vermişlər. Bundan başqa idddiaçının sözügedən bağ sahəsinə dair hüquqları dövlət qeydiyyatından keçmədiyi üçün İddiaçı qismində iddia qaldırmaq hüququ yoxdur. Çünki həmin bağ sahəsinin mövcud olubolmaması hazırda sübuta yetirilməmişdir. Həmçinin iddiaçı öz iddia ərizəsində 26 il müddətinə həmin bağ sahəsinə fasiləsiz, etirazsız istifadə etmək fikrini ifadə etmişdir. Lakin iddiaçının mövcud olmayan, yalnız sənəd üzərində öz əksini tapmış hansısa bağ sahəsində (3270V) yaşaması, oradan fasiləsiz istifadə edilməsini təsdiqləyən heç bir mötəbər sübut mövcud deyildir. Qeyd edilən bağ sahəsində özbaşına tikinti aparılmasından söhbət gedə bilməz. X1 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 saylı bağ sahəsinin icarəyə verilməsi barədə 26 sentyabr 2001-ci il tarixli, 10054 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, həmin il ərzində də bağ evi inşa edilmişdir. Əgər cavabdehlər tərəfindən iddia ərizəsində göstərildiyi kimi iddiaçıya məxsus bağ sahəsi zəbt olunmuş olsaydı və iddiaçı 1992-ci ildən həmin bağ sahəsindən fasiləsiz istifadə etmişdirsə, cavabdehlər 2001-ci ildə orada tikinti aparan zaman mübahisəsiz olaraq, bağ sahəsi ilə əlaqədar öz hüququnun pozulduğunu bilməli idi. Qeyd edilənlərdən görünür ki, iddiaçı cavabdehlərə qarşı iddia qaldırmaq üçün iddia müddətinin ən yuxarı həddini belə buraxmışdır. Buna görə məhkəmədən İddiaçı cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsinə dair iddia tələbinin iddia müddəti tətbiq edilərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin naturada koordinatları müəyyən edi lməklə ölçülsə də, arxiv çizgiləri olmadığından bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinat olmadığı üçün 3270, 3270 A və 3270 V saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil. Sözügedən bağ sahələrinin naturada faktiki olaraq, yerləşməsində uyğunsuzluq vardır. Mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270 v və 3270 b saylı bağların ərazisinə düşür. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadə edilir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsində iki mərtəbəli yaşayış evi sanitar qov şaq, köməkçi tikili və yarımçıq tikili mövcuddur.

9. Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2019-cu il tarixli 34237 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülsə də, arxiv çizgiləri olmadığından bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinat olmadığı üçün 3270, 3270 A və 3270 V saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil. Sözügedən bağ sahələrinin naturad a faktiki olaraq, yerləşməsində uyğunsuzluq vardır. Mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270 v və 3270 b saylı bağların ərazisinə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyes tri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsində iki mərtəbəli yaşayış evi sanitar qovşaq, köməkçi tikili və yarımçıq tikili mövcuddur.

10. Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) 2(008)-703/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağla nmış 09 sentyabr 2005ci il tarixli 35805 saylı müqavilə üzrə İddiaçı istifadəsinə ayrılmışdır. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən və işə əlavə edilmiş digər materiallarda da göründüyü kimi həmin bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və cavabdehlər tərəfindən mübahisəli bağ sahəsində qanunsuz tikinti işləri aparılmışdır. Bununla iddiaçıya ona ayrılmış bağ sahəsindən istifadə etməyə maneələr yaradılaraq, onun hüquqları kobud şəkildə məhdudlaşdırılmışdır. Buna görə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır.

12. Mülki işin məhkəmə baxışı zamanı cavabdeh tərəfin vəkili iddia müddətinin hazırki işə tətbiq edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia müddətinin keçməsi ilə bağlı hər hansı sübutlar təqdim et məmiş və izahatında bu tələbini əsaslandırmamışdır.

13. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 157, 372 və 377-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin "Broniovski Polşaya qarşı" və «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» iş üzrə qərarlarına, F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdi r. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdehlər qətnamədən birgə apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-14308/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh2, X7, Cavabdeh1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “orderin etibarsız hesab edilməsi tələbi” nə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-153/2022 saylı, 17 iyul 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2, X7, Cavabdeh1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “orderin etibarsız hesab olunması” tələbinə dair inzibati iş üzrə iddiası mümkün sayılmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) 2(103)-16/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi b irinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2005-ci il tarixli 35805 saylı müqavilə üzrə İddiaçı istifadəsinə ayrılmışdır. Aparılmış araşdırmalar zamanı tədqiq olunmuş mütəxəssis və ekspert rəylərindən, eləcə də işə əlavə edilmiş digər materiallarda da göründüyü kimi həmin bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və cavabdehlər tərəfindən iddiaçıya aid bağ sahəsində qanunsuz tikinti işləri aparılmış, bununla da iddiaçıya ayrılmış və qanuni əsaslarla ona məxsus bağ sahəsindən istif adə etməyə maneələr yaradılaraq, onun hüquqları pozulmuşdur.

20. Belə olan halda, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biri olduğundan və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunduğundan rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur, cabadehlərin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152 və 157-ci maddələrinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» iş üzrə qərarına, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçının hüququ dövlət reyestrində qeydə alınmayıb. Onun bu növ qeydə alınma üçün də onun hüququ yoxdur. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fər di, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İlk növbədə iddianın əsasını təşkil edən və iddiaçıya torpağın ayrılmasını sübut edəcək sənəd orderin əslidir. Dəfələrlə məhkəmədə tələb olunsa da orderin əsli məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddia rədd edilməli idi, lakin iddia təmin edilmişdir. Digər tərəfdən iş materialları ilə mübahisəsiz qaydada təsdiq olunur ki, İddiaçı iddia etdiyi torpaq sahəsini heç vaxt istifadə etməyib. Torpaq sahəsi hətta ayrılsa belə bu hal həmin torpaq sahəsinə mülkiyyət hüququnu əldə etməyə kifayət etmir. Belə ki, mülkiyyət hüququnun əldə olunması üçün ona ayrılmış torpaq sahəsindən istifadə etməli idi, torpaq onun qanuni istifadəsində olmalı idi. Bundan əlavə Bakı şəhər İcra Hakimiyyəti başçısının 124 saylı 13 fevral 1998-ci il tarixli sərəncamının 2-ci bəndinə əsasən 5 ildən artıq torpaq sahəsindən istifadə etməyən şəxslərin adından həmin torpaq sahələrinin silinməsi tapşırılmış və onların üzvlük kitabçaları hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. Məhkəməyə Bakı İnzibati Məhkəməsinin eyni tərəflərin iştirakı ilə baxılmış inzibati iş üzrə qəbul edilmiş 2-1(112)- 153/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı təqdim edilmişdir. Belə ki, iddiaçılar Cavabdeh2 və X2 cavabdeh Bakı şəhər İcra Hak imiyyətinə qarşı (üçüncü şəxs İddiaçı) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı adına verilmiş 25 iyun 1990-cı il tarixli Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha həcmində 3270 V saylı bağ sahəsinin ona verilməsi barədə orderin etibarsız hesab edilməsini tələb etmişlər. İddia mümkün sayılmamışdır. İddiaçının iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək verilmiş kassasiya şkayətinin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Mad də

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ Mülkiyyətin heç bir növünə üstünlük verilmir. İİİ Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi o lmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

30. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.

31. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

32. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

33. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

34. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiy ə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar) Mülki Prosessual Məcəllə

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün z əruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə Maddə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün o lmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

43. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəy yən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstəri r (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar) Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğv olunması göstərilsədə cavabdehin dəlilləri yalnız özünə aid olan hissə ilə bağlıdır. Bu baxımdan apellyasiya instansiya məhkəməsinin məhkəmə aktı kassasiya şikayəti verən cavabehə aid olan hissədə qismən yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Baxılan işdə İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin X1 və istismarı birliyinin 25 iyun 1990-cı il tarixli 4 saylı orderinə və X1 və İstismarı Birliyinin 09 sentyabr 2005-ci il tarixli müqaviləsinə istinad edərək, Bakı şəhər Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 3270 v saylı bağ torpaq sahəsinin onun istifadəsinə verildiyini, cavabdehlərin həmin sahəyə qanunsuz sahiblik etdiyini bildirərək, onlara qarşı torpaq sahəsindən çıxarma və özbaşına tikilinin sökülməsinə dair iddia tələbləri irəli sürmüşdür.

50. Cavabdeh2 mübahisəli sahənin uzun illər ərzində onun sahibliyində olduğunu, onlarla (Natiq Qulamov və Cavabdeh2) Bakı şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyinin 26 sentyabr 2001-ci il tarixdə müqavilə bağlandığını, həmin torpaq sahəsinin etibarnamə əsasında Cavabdeh1 verildiyini, torpaq sahəsi əldə ediləndən sonrakı bir il ərzində tikili inşa edildiyini və faktiki istifadə edildiyini, iddiaçının sənədlərinin qanunvericiliyə uyğun olmadığını (orderin əslinin mövcud olmadığı) qeyd edərək etiraz etmişlər.

51. Məhkəmə tərkibi bildirir ki, kassasiya şikayəti verən Cavabdeh2 aid hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, cavabdehlərdən Cavabdeh2 münasibətdə iddia təmin olunarkən əsaslandırma kifayət edilən həddə olmamışdır.

52. Belə ki, məhkəmələr iddianı təmin edərkən mövqelərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazis ində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2005-ci il tarixli 35805 saylı müqavilə üzrə İddiaçı istifadəsinə ayrılmışdır. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən və işə əlavə edilmiş digər materiallarda da göründüyü kimi həmin bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və cavabdehlər tərəfindən mübahisəli bağ sahəsində qanunsuz tikinti işləri aparılmışdır. Bununla iddiaçıya ona ayrılmış bağ sahəsindən istifadə etməyə maneələr yaradılaraq, onun hüquqları kobud şəkildə məhdudlaşdırılmışdır. Buna görə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır.

53. Bakı şəhəri Kürdəxanı Bələdiyyəsinin 9 avqust 2018-ci il tarixli məktubundan aydın olur ki, keçmiş X6 tərəfindən hazırlanmış Ləhiş bağlar massivinin sxematik xəritəsinə istinadən, hal-hazırda eyni hasar içərisində olan 3270 v saylı bağ sahəsi Bilgəh-Sumqayıt avtomobil yolunun kənarında, 3270 saylı bağ sahəsi isə onun cənub hissəsində olmalıdır. Bundan başqa ölçü zamanı müəyyən edilmişdir ki, 3270 v saylı 1200 kv, bağ sahəsində 110, kv. m iki mərtəbəli ev və köməkçi tikililər inşa edilmişdir. İddiaçı 13 yanvar 2002-ci il tarixdə 3270 v saylı bağ sahəsində hasar tikintisinə verilmiş icazə vərəqəsinə əlavə olunmuş sahənin sxemində də göstərilmişdir ki, 3270 saylı bağ sahəsi, 3270 v saylı bağ sahəsinin cənubunda yerləşir.

54. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı və cavabdehlərdən Cava bdeh2 müvafiq olaraq özlərinə məxsus olan hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı inzibati orqana müraciət etmişlər. Həmin inzibati orqanın xx.xx.2018-ci il tarixli İddiaçı ünvanlanmış cavab məktubundan aydın olur ki, bağ sahəsi qonşu 3270 saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir və həmin ərazi digər şəxs tərəfindən hasarlanmışdır. Rüfət Qulamanova ünvanlanmış 11 iyul 2017-ci il tarixli məktubun məzmunundan aydın olur ki, sxematik xəritəyə əsasən bağ sahəsinin bir hissəsi 3270 v saylı bağın ərazisinə düşür. Mərzçəkmə işlərinin görülməsi və arxiv cizgisinə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədə müvafiqdir.

55. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli mütəxəss is rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülsə də, arxiv cizgiləri olmadığından, bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinat olmadığı üçün 3270, 3270 a və 3270 v saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil. Sözügedən bağ sahələrinin naturada faktiki olaraq yerləşməsində uyğunsuzluqlar vardır. Mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270v və 3270 b saylı bağların ərazisinə düşür. Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ massivində yerləşən mübahisələndirilən torpaq sahəsi cavabdeh X4 tərəfindən is tifadə edilir. Bağ sahəsində iki mərtəbəli yaşayış evi, sanitar qovşaq, köməkçi tikili və yarımçıq tikili mövcuddur.

56. Məhkəmə Ekspertiza Mərkəzi 22 aprel 2019-cu il tarixdə məhz bu qərarın 47-ci bəndində göstərilən mütəxəssis rəyinə əsaslanmaqla eyni məzmunlu ekspert rəyi vermişdir.

57. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərardadında istinad edilən xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ sahəsi ünvanında yerləşən 3270 və 3270 a saylı bağ sahələri ümumi hasar daxilində olmaqla, sahəsinin 2502 kv.m təşkil etdiyi və bağ sahələrinin ara sərhədinə mişar daşından hündurluyü 0,4 m olan daş hasar tikilərək bir-birindən ayrıldığı müəyyən olunmuş, X2 3270 a saylı kimi i ddia etdiyi bağ sahəsində 2 mərtəbəli bağ evinin və sanitar qovşağının, Cavabdeh2 3270 saylı kimi iddia etdiyi bağ sahəsində isə köməkçi tikilinin və natamam tikili mövcud olduğu müəyyən olunmuş, göstərilən bağ sahələrinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3270 b və 3270 v saylı bağların ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Lakin iş üzrə keçirilmiş ekspertiza nəticəsində qeyd olunan hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçılara verilmiş bağ sahələri ilə üçüncü şəxsə (yəni İddiaçı) verilmiş bağ sahəsinin üstüstə düşmə halı müəyyən edilməmişdir.

58. Yaranmış vəziyyətdə məhkəmələrin tədqiq etdiyi sübutların hər hansı biri ilə İddiaçı məxsus 3270 v saylı bağ torpaq sahəsi ilə Cavabdeh2 məxsus bağ torpaq sahəsinin üstüstə düşməsi müəyyən olunmamışdır. Məh kəmələr faktiki olaraq özlərində müxtəlif vəziyyətləri əks etdirən, eyni zamanda faktiki olaraq bir-biri ilə ziddiyyət təşkil edən sübutlara istinad etməklə, yəni (hal-hazırda eyni hasar içərisində olan 3270 v saylı bağ sahəsi Bilgəh-Sumqayıt avtomobil yolunun kənarında, 3270 saylı bağ sahəsi isə onun cənub hissəsində yerləşir § 45, bağ sahəsi qonşu 3270 saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir və həmin ərazi digər şəxs tərəfindən hasarlanmışdır və ya sxematik xəritəyə əsasən bağ sahəsinin bir hissəsi 3270 v saylı bağın ərazisinə düşür §46, Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülsə də, arxiv cizgiləri olmadığından, bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinatları olmadığı ü çün 3270, 3270 a və 3270 v saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil və ya mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270 v və 3270 b saylı bağların ərazisinə düşür §47, Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ sahəsi ünvanında yerləşən 3270 və 3270 a saylı bağ sahələrinin ümumi hasar daxilində olmaqla sahəsinin 2502 kv.m təşkil etdiyi və bağ sahələrinin ara sərhədinə mişar daşından hündürlüyü 0,4 m olan daş hasar tikilərək bir-birindən ayrıldığı müəyyən olunmuş, X2 3270 a saylı kimi iddia etdiyi bağ sahəsində 2 mərtəbəli bağ evinin və sanitar qovşağının, Cavabdeh2 3270 saylı kimi iddia etdiyi bağ sahəsində isə köməkçi tikilin in və natamam tikili mövcud olduğu müəyyən olunmuş, göstərilən bağ sahələrinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3270 b və 3270 v saylı bağların ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir §49) mübahisələndirilən torpaq sahəsinin İddiaçı ayrılmış torpaq sahəsi olması nəticəsinə gəlmişlər.

59. Yaranan vəziyyətdə isə İddiaçı və Cavabdeh2 istinad etdiyi sənədlər üzrə 3270 v və 3270 saylı bağ sahələrinin yerdə müəyyən olunması, müvafiq olaraq üst-süstə düşüb düşməməsi, düşürsə hansı hissədə üst-üstə düşməsi, ümumiyyətlə işdə iştirak etməyə cəlb olunmayan üçüncü şəxsin torpaq sahəsi ilə üstü-üstə düşməsi (məsələn 3270 b saylı bağ torpaq sahəsi, bu zaman nəzərə alınmalıdır ki, inzibati icraatda başlanmış, lakin iddiaçıların subyektiv hüquqlarının olmaması ilə bağlı m ümkün sayılmayan iddia üzrə iddiaçının torpaq sahəsinin 1370b saylı bağ sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir) müəyyənləşdirilməsi iddianın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir.

60. Məlum olduğu kimi, müvafiq müqavilələrlə ayrılan bağ sahələrinin sərhədlərinin əks olunduğu situasiya planları və ya plan-cizgi sənədləri bağ təsərrüfatı idarələrində saxlanılır. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edildikdən sonra həmin idarələrin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır.

61. Buna baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi kifayət qədər ziddiyyətlərin olması və iddianın d üzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin bağçılıq yoldaşlıq cəmiyyətləri üzrə ümumi plansxemi, hər bir bağ sahəsinin ayrılması zamanı müqavilənin əlavəsi olan plan-cizgi sənədlərinin aidiyyəti dövlət qurumundan alınması və zəruri olduqda müvafiq ekspertiza tədqiqatı aparılması imkanlarını tərəflərlə müzakirə etməmişlər.

62. Halbuki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; mütəxəssisin məsləhətini və şərhini dinləmək, işə baxılarkən xüsusi bilik tələb olunan suallar ı izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir

63. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı)

64. Baxılan işdə isə bu tələblərə əməl olunmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir.

65. Ona görə də, kassasiya şikayəti qismən təmin olunaraq apellyasiya məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli qətnaməsi qismən - «Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri Sabuçu rayon Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılması, İddiaçı İsayıl oğlunun həmin torpaq sahəsinə köçürülməsi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli ev, köməkçi sahələr və qanunsuz çəkilən daş hasarın Cavabdeh2 hesabına sökülməsi və sökülmüş materiallarının Cava bdeh2 hesabına daşınması, İddiaçı ona məxsus Bakı şəhəri Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha toraq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən hər hansı maneələrin yaradılmasına son qoyulmasına aid hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir.

66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-16/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi qismən - «Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri Sabuçu rayon Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılması, İddiaçı İsayıl oğlunun həmin to rpaq sahəsinə köçürülməsi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli ev, köməkçi sahələr və qanunsuz çəkilən daş hasarın Cavabdeh2 hesabına sökülməsi və sökülmüş materialların Cavabdeh2 hesabına daşınması, İddiaçı ona məxsus Bakı şəhəri Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha toraq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən hər hansı maneələrin yaradılmasına son qoyulmasına aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar