Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4123/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1355/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Maraqlı şəxs X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində birinci icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,03 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınıb boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-701/2022 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia təmin edilmişdir.
3. Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti, eyni zamanda apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə ərizə, həmçinin maraqlarına toxunulan şəxs kimi məhkəmə pro sesinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-701/2022 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) ərizə təmin edilmiş, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2023-cü il tarixdə şikayət verərək, həmin qərardadın ləğv edilməsi, Maraqlı şəxs “apellyasiya şikayətinin verilməsi müddətinin bərpası” ilə bağlı ərizəsinin təmin edilməməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Habil Əhmədov) şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya M əhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-2329/2023 nömrəli qərardadı ilə (hakimlər - Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lətifə Məmmədova) İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2022 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadının tam, bununla bağlı xx.xx.2023-cü il tarixli qərardadın qismən - “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin e2(012)-701/2022 nömrəli, xx.xx.2022-ci tarixli qətnaməsi üzrə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınması barədə ərizəsi və həmin qətnamədən apellyasiya şikayətinin verilməsin ə dair “buraxılmış müddətin bərpa edilməsi” barədə ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün işin Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində ikinci icraat
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-701/2022 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) müddətin bərpasından imtina edilməsi, işə cəlb edilməyən, lakin çıxarılmış qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması barədə Maraqlı şəxs ərizəsinin təmin edilməməsi və sonuncu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
9. Maraqlı şəxs şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-701/2022 nömrəli qərardadının ləğv edilməsini, şikayət ərizəsinin təmin edilməsi bar ədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-701/2022 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
11. Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)701/2022 nömrəli qərardadının ləğv edilməsini, şikayət ərizəsinin təmin edilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş, eyni zamanda ərizə ilə müraciət edərək şikayət verilmə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir.
12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-701/2022 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) ərizənin təmin edilməsi, maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən Abşeron Rayon Məhkəməsin in xx.xx.2024-cü il tarixli, e-2(012)701/2022 nömrəli qərardadından şikayətin verilməsinə dair buraxılmış prosessual müddətin bərpa edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)701/2022 nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-988/2024 nömrəli qərardadı ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) şikayətin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-701/2022 nö mrəli qərardadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-701/2022 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə baxılması üçün mülki işin Abşeron Rayon Məhkəməsinə qaytarılması qərar alınmışdır. Birinci instansiya məhkəməsində üçüncü icraat
14. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-701/2022 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-701/2022 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsində üçüncü icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.x x.2024-cü il tarixli, 2(105)-1355/2024 nömrəli qərardadı ilə (hakimlər - İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi, iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Maraqlı şəxs kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1355/2024 nömrəli qərardadının ləğv edilməsini və maraqlı şəxs kimi apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1355/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zahid Məmm ədov və Mirbahəddin Hüseynov) iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1355/2024 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə istinadən qeyd etmişdir ki, Maraqlı şəxs kassasiya şikayəti ilə müraciət etdiyi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1355/2024 nömrəli qərardadı apellyasiya instansiya məhkəmələrinin kassasiya şikayəti verilə bilən qərardadlarının dairəsinə daxil olmadığından, ondan kassasiya şikayətinin verilməsi hüququ nəzərdə tutulmamışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı e tirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Maraqlı şəxs (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1355/2024 nömrəli xx.xx.2024-cü il tarixli qəradadının ləğv edilməsi, maraqlarına toxunulan şəxs kimi apellyasiya şikayətinin mümkün sayılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə iştiraka cəlb edilməyən bir vətəndaş olaraq onun məhkəmə müdafiəsi hüququ pozulmuş, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiyainstansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
23. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-cimaddələrinin tələblərinə cavabvermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində Maraqlı şəxs qərardadı tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas lar yoxdur.
30. Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə məhkəmə aktının maraqlarına toxunduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi, Maraqlı şəxs müraciəti ilə bağlı qeyd etmişdir ki, iş üzrə yekun məhkəmə aktı onun hüquq və vəzifələrinə toxunmur, həmin məhkəmə aktı ilə onun hüquq və vəzifələrinə dair hər hansı məsələ həll edilməmişdir.
32. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-in 402.2ci maddəsinə əsasən, Maraqlı şəxs kassasiya şikayəti ilə müraciət etdiyi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 avqust 2024-cü il tarixli, 2(105)-1355/2024 saylı qərardadı apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayəti verilə bilən qərardadlarının dairəsinə daxil deyildir.
33. Apellyasiya instansiyası məhkəməsi həmçinin işin hallarını nəzərə alıb, Maraqlı şəxs müraciətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, onun mübahisələndirdiyi məhkəmə aktından (məhkəmə aktının maraqlarına toxunan şəxs kimi tanınması barədə) kassasiya şikayətinin verilməsi hüququ nəzərdə tutulmadığından, kassasiya şikayəti geri qaytarılmalıdır.
34. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Maraqlı şəxs kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda sadalanan mülki prosessual normalırın tələblərinə uyğundur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə ap ellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(105)-1355/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.