Məhkəmə qərarları › İş №2(102)-3510/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3510/2025

27.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiy
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3510/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinin zəbtdən azad olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2025-ci il tarixli, 2(103)125/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Az ərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2005-ci il tarixli 35805 saylı müqavilə üzrə İddiaçı istifadəsinə ayrılmışdır.

2. X1 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış 26 sentyabr 2001-ci il tarixli 10034 saylı müqavilə ilə, Bakı Şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 may 2001-ci il tarixli sərəncamının 379 saylı protokolu əsasında Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Lə hiş ərazisində 0,12 ha sahədən ibarət olan 3270 saylı bağ sahəsi istifadəyə verilmişdir.

3. X1 və İstismarı Birliyi ilə Cavabdeh3 arasında bağlanmış 26 sentyabr 2001-ci il tarixli 30081 saylı müqavilə ilə, Bakı Şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 may 2001-ci il tarixli sərəncamının 379 saylı protokolu əsasında Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha sahədən ibarət olan 3270A saylı bağ sahəsi istifadəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Sa bunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsindən çıxarılması, iddiaçının həmin torpaq sahəsinə köçürülməyi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli evin, köməkçi sahələrin və qanunsuz çəkilən daş hasarın cavabdehlərin hesabına sökülməsi və sökülmüş tikinti materiallarının cavabdehlərin hesabına oradan daşınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsini iddiaçıya iş yerindən 1992-ci il tarixdə orderlə verilmişdir. 09 sentyabr 2005-ci il tarixdə iddiaçı ilə bağ sahəsinə dair X1 və İstismarı Birliyi ilə müqavilə bağlanmışdır. 1992-ci ildən İddiaçı torpaq sah əsindən fasiləsiz, etirazsız istifadə edir, ora 26 ildir ki, sahiblik etmişdir. O, özünə məxsus bağ sahəsini özəlləşdirmək istədiyi üçün reyestr xidmətinə ərizə vermiş, reyestr xidmətinin əməkdaşları tərəfindən bağ sahəsində ölçü işləri aparılmış və məlum olmuşdur ki, cavabdehlər iddiaçıya məxsus bağ sahəsini öz bağ sahəsinə qataraq, daş hasar çəkmiş və ona məxsus ərazidə ev tikmişdir. Bu səbəbdən də, iddiaçı bağ sahəsini özəlləşdirə bilməmişdir. Bununla bağlı, iddiaçı Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, bölmədə onun torpaq sahəsinin qanunsuz zəbt edildiyi sübut edilmişdir. Kürdəxanı Bələdiyyəsi və Reyestr Xidmətinin əməkdaşları tərəfindən həmin ərazidə ölçü işləri aparılmış və cavabdehin ona məxsus torpaq sahəsini zəbt etdiyi, ev tikdiyi məlum ol muşdur. Cavabdehlər iddiaçının torpağını qanunsuz olaraq zəbt etdiklərindən oradan çıxarılmalı, özbaşına tikililər sökülməlidir.

6. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi, vəkil X2 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, sözügedən bağ sahəsi Cavabdeh1 deyil, Cavabdeh2 və Cavabdeh3 məxsusdur. Cavabdeh2 və Cavabdeh3 həmin 3270 və 3270A saylı bağ sahələrinin idarə edilməsi üçün digər Cavabdeh1 etibarnamə vermişlər. İddiaçının sözügedən bağ sahəsinə dair hüquqları dövlət qeydiyyatından keçmədiyi üçün İddiaçı qismində iddia qaldırmaq hüququ yoxdur. Çünki həmin bağ sahəsinin mövcud olub-olmaması hazırda sübuta yetirilməmişdir. Həmçinin, iddiaçı öz iddia ərizəsində 26 il müddətinə həmin bağ sahəsinə fasiləsiz, etirazsız istifadə etmək fikrini if adə etmişdir. Lakin, iddiaçının mövcud olmayan, yalnız sənəd üzərində öz əksini tapmış hansısa bağ sahəsində (3270V) yaşaması, oradan fasiləsiz istifadə edilməsini təsdiqləyən heç bir mötəbər sübut mövcud deyildir. Qeyd edilən bağ sahəsində özbaşına tikinti aparılmasından söhbət gedə bilməz. X1 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270 saylı bağ sahəsinin icarəyə verilməsi barədə 26 sentyabr 2001-ci il tarixli, 10054 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, həmin il ərzində də bağ evi inşa edilmişdir. Əgər cavabdehlər tərəfindən iddia ərizəsində göstərildiyi kimi iddiaçıya məxsus bağ sahəsi zəbt olunmuş olsaydı və iddiaçı 1992-ci ildən həmin bağ sahəsindən fasiləsiz istifa də etmişdirsə, cavabdehlər 2001-ci ildə orada tikinti aparan zaman mübahisəsiz olaraq, bağ sahəsi ilə əlaqədar öz hüququnun pozulduğunu bilməli idi. İddiaçı cavabdehlərə qarşı iddia qaldırmaq üçün iddia müddətinin ən yuxarı həddini belə buraxmışdır. Buna görə, iddiaya iddia müddəti tətbiq edilərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

7. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülsə də, arxiv cizgiləri olmadığından bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinat olmadığı üçün 3270, 3270A və 3270V saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil. Sözügedən bağ sahələrinin naturada faktiki olaraq, yerləşməsində uyğunsuzluq vardır. Mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270V və 3270B saylı bağların ərazisinə düşür. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadə edilir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsində iki mərtəbəli yaşayış evi sanitar qovşaq, köməkçi tikili və yarımçıq tikili mövcuddur.

8. Birinci instansiya məh kəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülsə də, arxiv cizgiləri olmadığından bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinat olmadığı üçün 3270, 3270A və 3270V saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil. Sözügedən bağ sahələrinin naturada faktiki olaraq, yerləşməsində uyğunsuzluq vardır. Mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270V və 3270B saylı bağların ərazisinə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsində iki mərtəbəli yaşayış evi sanitar qovşaq, köməkçi tikili və yarımçıq tikili mövcuddur.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(008)703/2019 nömrəli (hakim İ.Burcayev) qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsindən çıxarılması, İddiaçı həmin torpaq sahəsinə köçürülməsi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli evin, köməkçi sahələ rin və qanunsuz çəkilən daş hasarın cavabdehlərin hesabına sökülməsi və sökülmüş tikinti materiallarının cavabdehlərin hesabına oradan daşınması, İddiaçı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsindən istifadəsinə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən hər hansı maneələrin yaradılmasına son qoyulması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2005ci il tarixli 35805 saylı müqavilə üzrə İddiaçı istifadəsinə ayrılmışdır. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən və işə əlavə edilmiş digər materiallarda da göründüyü kimi həmin bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və cavabdehlər tərəfindən mübahisəli bağ sahəsində qanunsuz tikinti işləri aparılmışdır. Bununla iddiaçıya ona ayrılmış bağ sahəsindən istifadə etməyə maneələr yaradılaraq, onun hüquqları kobud şəkildə məhdudlaşdırılmışdır. Buna görə İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır.

11. Mülki işin məhkəmə baxışı zamanı cavabdeh tərəfin vəkili iddia müddətinin hazırkı işə tətbiq edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia müddətinin keçməsi ilə bağlı hər hansı sübutlar təqdim etməmiş və izahatında bu tələbini əsaslandırmamışdır.

12. Bi rinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci, Mülki Məcəllənin 152, 157, 372 və 377-ci, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Broniovski Polşaya qarşı” və “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” iş üzrə qərarlarına, F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

13. C avabdehlər birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(103)-16/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Cəfərov və E.Kazımov) cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsi Bakı Şəhər İcra Hak imiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2005-ci il tarixli 35805 saylı müqavilə üzrə İddiaçı istifadəsinə ayrılmışdır. Aparılmış araşdırmalar zamanı tədqiq olunmuş mütəxəssis və ekspert rəylərindən, eləcə də, işə əlavə edilmiş digər materiallarda da göründüyü kimi, həmin bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və cavabdehlər tərəfindən iddiaçıya aid bağ sahəsində qanunsuz tikinti işləri aparılmış, bununla da iddiaçıya ayrılmış və qanuni əsaslarla ona məxsus bağ sahəsindən istifadə etməyə maneələr yaradılaraq, onun hüquqları pozulmuşdur.

16. Belə olan halda, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biri oldu ğundan və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunduğundan rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur, cavabdehlərin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

17. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(102)-3062/2023 nömrəli qərarı ilə (hakim V.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Əhmədov və İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(103)16/2023 nömrəli qətn aməsi qismən – “Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayon Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsindən çıxarılması, İddiaçı həmin torpaq sahəsinə köçürülməsi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli ev, köməkçi sahələr və qanunsuz çəkilən daş hasarın Cavabdeh2 hesabına sökülməsi və sökülmüş materialların Cavabdeh2 hesabına daşınması, İddiaçı ona məxsus Bakı şəhəri Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən hər hansı maneələrin yaradılmasına son qoyulmasına” aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir.

19. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, məhkəmələr iddianı təmin edərkən mö vqelərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2005-ci il tarixli 35805 saylı müqavilə üzrə İddiaçı istifadəsinə ayrılmışdır. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən və işə əlavə edilmiş digər materiallarda da göründüyü kimi həmin bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və cavabdehlər tərəfindən mübahisəli bağ sahəsində qanunsuz tikinti işləri aparılmışdır. Bununla iddiaçıya ona ayrılmış bağ sahəsindən istifadə etməyə maneələr yaradılaraq, onun hüquqları kobud şəkildə məhdudlaşdırılmışdır. Buna görə, İddiaçı hazı rkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır.

20. Bakı şəhəri Kürdəxanı Bələdiyyəsinin 9 avqust 2018-ci il tarixli məktubundan aydın olur ki, keçmiş X4 tərəfindən hazırlanmış Ləhiş bağlar massivinin sxematik xəritəsinə istinadən, hal-hazırda eyni hasar içərisində olan 3270V saylı bağ sahəsi BilgəhSumqayıt avtomobil yolunun kənarında, 3270 saylı bağ sahəsi isə onun cənub hissəsində olmalıdır. Bundan başqa ölçü zamanı müəyyən edilmişdir ki, 3270V saylı 1200 kv.m bağ sahəsində 110 kv.m iki mərtəbəli ev və köməkçi tikililər inşa edilmişdir. İddiaçı 13 yanvar 2002-ci il tarixdə 3270V saylı bağ sahəsində hasar tikintisinə verilmiş icazə vərəqəsinə əlavə olunmuş sahənin sxemində də göstərilmişdir ki, 3270 saylı bağ sahəsi, 3270V saylı bağ sahəsinin cənubunda yerləşi r.

21. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı və cavabdehlərdən Cavabdeh2 müvafiq olaraq özlərinə məxsus olan hüquq müəyyənedici sənədlər əsasında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı inzibati orqana müraciət etmişlər. Həmin inzibati orqanın 19 iyul 2018-ci il tarixli İddiaçı ünvanlanmış cavab məktubundan aydın olur ki, bağ sahəsi qonşu 3270 saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir və həmin ərazi digər şəxs tərəfindən hasarlanmışdır. Cavabdeh2 ünvanlanmış 11 iyul 2017-ci il tarixli məktubun məzmunundan aydın olur ki, sxematik xəritəyə əsasən bağ sahəsinin bir hissəsi 3270V saylı bağın ərazisinə düşür. Mərzçəkmə işlərinin görülməsi və arxiv cizgisinə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədə müvafiqdir.

22. Daşınmaz Əmlakın Kadastr və Ünvan Re yestri Xidməti tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülsə də, arxiv cizgiləri olmadığından, bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinat olmadığı üçün 3270, 3270A və 3270V saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil. Sözügedən bağ sahələrinin naturada faktiki olaraq yerləşməsində uyğunsuzluqlar vardır. Mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270V və 3270B saylı bağların ərazisinə düşür. Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ massivində yerləşən mübahisələndirilən torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Bağ sahəsində iki mərtəbəli yaşayış evi, sanitar qovşaq, köməkçi tikili və yarımçıq tikili mövcuddur.

23. Məhkəmə Ekspertiza Mərkəzi 22 aprel 2019-cu il tarixdə mütəxəssis rəyinə əsaslanmaqla eyni məzmunlu ekspert rəyi vermişdir.

24. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərardadında istinad edilən 19 avqust 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ sahəsi ünvanında yerləşən 3270 və 3270A saylı bağ sahələri ümumi hasar daxilində olmaqla, sahəsinin 2502 kv.m təşkil etdiyi və bağ sahələrinin ara sərhədinə mişar daşından hündürlüyü 0,4 m olan daş hasar tikilərək bir-birindən ayrıldığı müəyyən olunm uş, Cavabdeh3 3270A saylı kimi iddia etdiyi bağ sahəsində 2 mərtəbəli bağ evinin və sanitar qovşağının, Cavabdeh2 3270 saylı kimi iddia etdiyi bağ sahəsində isə köməkçi tikilinin və natamam tikili mövcud olduğu müəyyən olunmuş, göstərilən bağ sahələrinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3270B və 3270V saylı bağların ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Lakin iş üzrə keçirilmiş ekspertiza nəticəsində qeyd olunan hüquq müəyyənedici sənədlərə əsasən iddiaçılara verilmiş bağ sahələri ilə üçüncü şəxsə (yəni İddiaçı) verilmiş bağ sahəsinin üst-üstə düşmə halı müəyyən edilməmişdir.

25. Yaranmış vəziyyətdə məhkəmələrin tədqiq etdiyi sübutların hər hansı biri ilə iddiaçıya məxsus 3270V saylı bağ torpaq sahəsi ilə Cavabdeh2 məxsus bağ torpaq sahəsinin üst-üstə d üşməsi müəyyən olunmamışdır. Məhkəmələr faktiki olaraq özlərində müxtəlif vəziyyətləri əks etdirən, eyni zamanda faktiki olaraq bir-biri ilə ziddiyyət təşkil edən sübutlara istinad etməklə, yəni (hal-hazırda eyni hasar içərisində olan 3270V saylı bağ sahəsi Bilgəh-Sumqayıt avtomobil yolunun kənarında, 3270 saylı bağ sahəsi isə onun cənub hissəsində yerləşir, bağ sahəsi qonşu 3270 saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir və həmin ərazi digər şəxs tərəfindən hasarlanmışdır və ya sxematik xəritəyə əsasən bağ sahəsinin bir hissəsi 3270V saylı bağın ərazisinə düşür, Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülsə də, arxiv cizgiləri olmadığından, bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koo rdinatları olmadığı üçün 3270, 3270A və 3270V saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil və ya mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270V və 3270 b saylı bağların ərazisinə düşür, Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ sahəsi ünvanında yerləşən 3270 və 3270A saylı bağ sahələrinin ümumi hasar daxilində olmaqla sahəsinin 2502 kv.m təşkil etdiyi və bağ sahələrinin ara sərhədinə mişar daşından hündürlüyü 0,4 m olan daş hasar tikilərək bir-birindən ayrıldığı müəyyən olunmuş, Cavabdeh3 3270A saylı kimi iddia etdiyi bağ sahəsində 2 mərtəbəli bağ evinin və sanitar qovşağının, Cavabdeh2 3270 saylı kimi iddia etdiyi bağ sahəsind ə isə köməkçi tikilinin və natamam tikili mövcud olduğu müəyyən olunmuş, göstərilən bağ sahələrinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3270 b və 3270V saylı bağların ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir, mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi olması nəticəsinə gəlmişlər.

26. Yaranan vəziyyətdə isə iddiaçı və Cavabdeh2 istinad etdiyi sənədlər üzrə 3270V və 3270 saylı bağ sahələrinin yerdə müəyyən olunması, müvafiq olaraq üst-üstə düşüb düşməməsi, düşürsə hansı hissədə üst-üstə düşməsi, ümumiyyətlə işdə iştirak etməyə cəlb olunmayan üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi (məsələn 3270B saylı bağ torpaq sahəsi, bu zaman nəzərə alınmalıdır ki, inzibati icraatda başlanmış, lakin iddiaçıların subyektiv hüquqlarının olmama sı ilə bağlı mümkün sayılmayan iddia üzrə iddiaçının torpaq sahəsinin 1370B saylı bağ sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir) müəyyənləşdirilməsi iddianın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir.

27. Məlum olduğu kimi, müvafiq müqavilələrlə ayrılan bağ sahələrinin sərhədlərinin əks olunduğu situasiya planları və ya plan-cizgi sənədləri bağ təsərrüfatı idarələrində saxlanılır. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edildikdən sonra həmin idarələrin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır.

28. Buna baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi kifayət qədər ziddiyyətlərin olması və iddianın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin bağçılıq yoldaşlıq cəmiyyətləri üzrə ümumi plan-sxemi, hər bir bağ sahəsinin ayrılması zamanı müqavilənin əlavəsi olan plan-cizgi sənədlərinin aidiyyəti dövlət qurumundan alınması və zəruri olduqda müvafiq ekspertiza tədqiqatı aparılması imkanlarını tərəflərlə müzakirə etməmişlər.

29. Halbuki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; mütəxəssisin məsləhətini və şərhini dinləmək, işə baxılarkən xüsusi bilik tələb o lunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir.

30. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı.)

31. Baxılan işdə isə bu tələblərə əməl olunmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutl ara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir.

32. Kassasiya kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 157.2, 157.4, 157.8, 158.1.2, 158.2, 158.4, 238.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 64.1, 76.1, 76.2, 77.1, 79.1, 88, 97.1, 175.2, 217.3-cü maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2025-ci il tarixli, 2(103)-125/2025 nömrəli qətnaməsi ilə (hakim A.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Səlimova və M.Rüstəmli) Ca vabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2019-cü il tarixli qətnaməsi – “Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayon Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsindən çıxarılması, iddiaçının həmin torpaq sahəsinə köçürülməsi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli ev, köməkçi sahələr və qanunsuz çəkilən daş hasarın Cavabdeh2 hesabına sökülməsi və sökülmüş materialların Cavabdeh2 hesabına daşınması, iddiaçının ona məxsus Bakı şəhəri Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən hər hansı maneələrin yaradılmasına son qoyulması”na aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə ç ıxarılmaqla iddianın qismən təmin edilməsi, Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsinin zəbt olunmuş 0,0102 ha hissəsindən çıxarılması, iddia tələbinin apellyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməməsi qət edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, yeni apellyasiya baxışı zamanı kassasiya məhkəməsinin məhkəmənin qərarında şərh edilən göstərişlər icra olunmaqla ilk növbədə mübahisəli bağ sahələrinə aid texniki sənədlər müvafiq icra hakimiyyəti orqanından (ƏMDX DƏDKR publik hüquqi şəxsi) tələb edildi və bundan sonra iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Ekspert qarşısında İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazis ində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 3270V saylı bağ sahəsi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha sahədən ibarət olan 3270 saylı bağ sahəsi faktiki olaraq üst-üstə düşüb-düşməməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha sahədən ibarət olan 3270 saylı bağ sahəsinin mülkiyyətçisi Cavabdeh2 tərəfindən 3270V saylı bağ sahəsi zəbt olunub-olunmaması barədə suallar qoyulmuşdur.

35. ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 27 noyabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından və bağ sahələri paylanarkən koordinat sistemində verilmədiyindən və 3270V saylı bağ sahəsinə dair arxiv cizgisi olmadığından BTK-nın sxemində ölçülər göstərilmədiyin dən həmçinin sahə uzun müddətdir cavabdehlərin istifadəsində olduğundan bağ sahələrinin faktiki sahələrinə uyğun arxiv cizgisi olmadığından nə qədər hissəsinin üst-üstə düşüb-düşmədiyini dəqiqləşdirmək mümkün olmamışdır. Qeyd olunan 3270, 3270A və 3270V saylı bağ sahələrinin sənəd üzrə hər birinin sahəsi, 0,12 ha olduğu halda (cəmi 0,36 ha), mübahisələndirilən sahə cəmi 0,2502 ha-dır. Həmin sahədən faktiki 3270 və 3270A saylı bağ kimi istifadə olunan bağların sənəd üzrə sahələri çıxıldıqda 3270V saylı bağın sahəsinə 0,0102 ha sahə qalır.

36. Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2024-cü il və 30 yanvar 2025-ci il tarixli ekspert rəyləri ilə həmin mütəxəssis rəyi əsas götürülərək müəyyən edilmişdir ki, mübahisəli bağlar sahəsi Kürdəxanı-Bilgəh yolunun (22,4-23,0 metr) kənarında yerləşir. Üm umi sahəsi 0,2502 ha təşkil edir. Sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından və bağ sahələri paylanarkən koordinat sistemində verilmədiyindən və 3270V bağ sahəsinə dair arxiv cizgisi olmadığından, BTK-nın sxemində ölçülər göstərilmədiyindən, həmçinin sahə uzun müddətdir cavabdehlərin istifadəsində olduğundan bağ sahələrinin faktiki sahələrinə uyğun arxiv cizgisi olmadığından nə qədər hissəsinin üst-üstə düşüb-düşmədiyini dəqiqləşdirmək mümkün olmadı. Bundan əlavə, bağların bölgüsünə dair sxematik xəritədə ümumi 3270 saylı bağ kimi göstərilən sahənin bir hissəsinə 13 oktyabr 1999-cu il tarixdə 3270Q saylı bağ sahəsi kimi 0,12 ha bağ sahəyə vətəndaş X3 adına 21913 saylı icarə müqaviləsi, sonradan isə bağ evinə qeydiyyat vəsiqəsi verilmişdir. Həmin 3270Q saylı bağ sahəsini n arxiv cizgisində şərq hissəsindəki qonşu bağ kimi 3270 saylı bağ göstərilib. Vahid elektron kadastr baza məlumatların əsasən bağ sahələri yeni çəkilmiş yolun kənarında yerləşir, ümumi hasarlar daxilindədir. Sözügedən ümumi ərazidə hasarlama bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Belə ki, göstərilən ərazinin bir hissəsi 3270 V və 3270B saylı bağ sahələrinin ərazisinə düşür. Qeyd olunan 3270, 3270A və 3270V saylı bağ sahələrinin sənəd üzrə hər birinin sahəsi 0,12 ha olduğu halda (cəmi 0,36 ha), mübahisələndirilən sahə cəmi 0,2502 ha-dır. Həmin sahədən faktiki 3270 və 3270A saylı bağ kimi istifadə olunan bağların sənəd üzrə sahələri çıxıldıqda 3270 V saylı bağın sahəsinə 0,0102 ha sahə qalır.

37. Apellyasiya kollegiyası ekspert rəylərini işdə olan digər sübutlarla əl aqəli şəkildə qiymətləndirərək, eləcə də işin müəyyən edilmiş hallarına əsaslanaraq bu qənaətə gəlmişdir ki, iddiaçı ona məxsus bağ sahəsinin Cavabdeh2 məxsus bağ sahəsi ilə üst-üstə düşməsini və sonuncu tərəfindən bütünlüklə zəbt olunduğunu sübuta yetirə bilməmişdir. Belə ki, alınmış ekspert və mütəxəssis rəylərinə əsasən 3270, 3270A və 3270V saylı bağ sahələrinin sənəd üzrə hər birinin sahəsi 0,12 ha (cəmi 0,36 ha) olmalı olduğu halda, mübahisələndirilən sahənin cəmi 0,2502 ha təşkil etdiyi və bu sahədən faktiki 3270 və 3270A saylı bağ kimi istifadə olunan bağların sənəd üzrə sahələri çıxıldıqda 3270V saylı bağın sahəsinə cəmi 0,0102 ha sahə qaldığı aydın olur. Deməli, iddiaçının mübahisələndirdiyi 0,12 ha torpaq sahəsinin yalnız 0,0102 ha hissəsi, yəni 102 kv.m cavabdeh tərəfindən zəbt olunmaqla, qanunsuz istifadə olunur.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 3270 və 3270A saylı bağ sahələrinin ümumi hasar daxilində olmaqla sahəsinin 2502 kv.m təşkil etməsi hazırkı iş üzrə keçirilmiş ekspertiza və mütəxəssis rəyləri ilə yanaşı Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərardadında istinad edilən 19 avqust 2022-ci il tarixli ekspertiza rəyi ilə də müəyyən olunmuşdur. Həmin rəydə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə istinadən qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ sahəsi ünvanında yerləşən 3270 və 3270A saylı bağ sahələri ümumi hasar daxilində olmaqla, sahəsinin 2502 kv.m təşkil etdiyi və bağ sahələrinin ara sərhədinə mişar daşından hündürlüyü 0,4 m olan daş hasar tikilərək bir-birindən ayrıldığı müəyyən olunmuş, Cavabdeh3 3270A saylı kimi iddia etdiyi bağ sahəsində 2 mərtəbəli bağ evinin və sanitar qovşağının, Cavabdeh2 3270 saylı kimi iddia etdiyi bağ sahəsində isə köməkçi tikilinin və natamam tikili mövcud olduğu müəyyən olunmuş, göstərilən bağ sahələrinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3270B və 3270V saylı bağların ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Lakin iş üzrə keçirilmiş ekspertiza nəticəsində qeyd olunan hüquq müəyyənedici sənədlərə əsasən iddiaçılara verilmiş bağ sahələri ilə üçüncü şəxsə (yəni İddiaçı) verilmiş bağ sahəsinin üst-üstə düşmə halı müəyyən edilməmişdir.

39. Apellyasiya kollegiyası iddiaçıya məxsus 3270V saylı bağ sahəsinə aid 0,12 ha torpaq sahəsinin faktiki olaraq yerində mövcud olmamasının səbəbini araşdırarkən müəyyən etdi ki, ƏMD X DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 27 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən də göründüyü kimi sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmamış, bağ sahələri paylanarkən koordinat sistemində verilməmiş, 3270V bağ sahəsinə dair arxiv cizgisi olmamış, BTK-nın sxemində ölçülər göstərilməmişdir. Həmçinin, sahə uzun müddətdir cavabdehlərin istifadəsində olduğundan bağ sahələrinin faktiki sahələrinə uyğun arxiv cizgisi olmadığından nə qədər hissəsinin üst-üstə düşüb-düşmədiyini dəqiqləşdirmək də ekspert və mütəxəssis rəyləri ilə mümkün olmamışdır.

40. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 157.2, 157.4, 157.8, 158.1.2, 158.2, 158.4, 238.1-cu, Torpaq Məcəlləsinin 111.1-ci, Mülki Prosessual Məcəllənin 14.2., 77.1, 78.1, 101.7, 384.0.2, 385, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

41. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.4 və 157.8-ci, Mülki Prosessual Məcəllənin 2, 8.1-8.3, 9.1-9.3, 88, 217.1, 217.3, 218.1-cü maddələrinin tələblərini pozmuşdur.

43. Belə ki, göstərilmiş kateqoriyalı mübahisə üçün hüquqi əhəmiyyətli və sübut edilməli olan aşağıdakı hallar müəyyən olunmalıdır: iddiaçıda mülkiyyət hüququnun və ya müəyyən sahəli və müəyyən sərhədli naturada olan torpaq sahələrinə digər xarici hüququn olması, ona faktiki sahiblik hüququnun itirilməsi, o cümlədən konkret şəxs (şəxslər) tərəfindən bu torpaq sahəsinə sahiblik edilməsi. Yuxarıda sadalanan hallardan birinin sübut edilmədiyi zaman özgə qanunsuz mülkiyyətdən əmlakın tələb edilməsi barədə iddia təmin edilə bilməz. Hazırkı işdə tətbiq edilməyən iş üçün əhəmiyyətli olan məsələlər nəticəsində, mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsi kiçilmişdir. İddiaçı tərəfindən məhkəməyə bir çox sayda vəsatətlər verilmişdir: şahidlərin dindirilməsi, digər şəxslərin işə cəlb edilməsi, sənədlərin iş materiallarına daxil edilməsi və s. Lakin, vəsatətlər təmin edilməmiş və nəticədə MPM-də göstərilmiş çəkişmə prinsipi pozulmuşdur. Birinci və ikinci instansiya məhkəmələri mübahisəni həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi m ümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının tətbiqi zamanı konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirməklə, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət etməmişdir.

44. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

45. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

46. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

47. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, kassasiya baxışının predmetini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq mübahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

48. Azərbaycan Respublikası Mü lki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

49. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və baş qa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-c i maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 4 17.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, o cümlədən təkrar ekspertizalar keçirilərək, səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilmiş, müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

53. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin (iddianın təmin olunmayan hissəsində) cavabdehə ayrılmış torpaq sahəsi olmas ı müəyyən olunmaqla, sonuncunun bu torpağa sahibliyinin qanunsuzluğu apellyasiya instansiyası məhkəməsində sübut olunmamışdır. İddiaçı isə X1 və İstismarı Birliyi ilə arasında bağlanmış 09 sentyabr 2005-ci tarixli müqavilə ilə məhz bu torpağın ona verilməsinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

54. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

55. İşin hallarının düzgün müəyyən edilməməsi, sübutların qiymətləndirilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2025-ci il tarixli, 2(103)-125/2025 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar