Məhkəmə qərarları › İş №2(102)-2407/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2407/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2407/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2407/21 (Açar sözlər: kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi, kompensasiya məbləğinin müəyyən edilməməsi) Bakı şəhəri, 24 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Aşşahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili X3 və nümayəndəsi, Cavabdeh X1 və vəkili iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və yaşayış sahəsindən çıxarılma» tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “kompensasiya tələbinə” dair qarşılıqlı iddiası üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020 il tarixli 2(103)-7711/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X6 küçəsi, 3 saylı evin 38 saylı mənzili İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh iddiaçının gəlinidir. Cavabdeh iddiaçının oğlu ilə rəsmi nikahda olub, onların bu nikahdan üç uşaqları doğulub.

3. Bakı Apelyasiya Məhkəməsinin 11 may 2017-ci il tarixli qətnaməsi əsasında Cavabdeh iddiaçının mülkiyyətində mənzilə istifadə hüququ ta nınmış və sonuncu azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə qeydiyyata alınmışdır.

4. İddiaçının cavabdehə qarşı 15 min manat kompensasiya ödənilməklə, mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməyib. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı hazırki iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X6 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən Cavabdeh istifadə hüququna 20000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, sonuncunun yetkinlik yaşına çatmayan 3 uşağı ilə birlikdə həmin mənzildən çıxarılması, mənzildən çıxarılma ilə kompensasiyanın verilməsinin eyni vaxtda icra olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandı rılıb ki, iddiaçının mülkiyyətimdə olan evdə cavabdehin qeydiyyata düşərək yaşaması mülkiyyətçi kimi iddiaçının hüququnu məhdudlaşdırır. Bu səbəbdən cavabdehin istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi zərurəti yaranıb.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddənin 1 və 3-cü hissəsinə, Mülki Məcəllənin 152.1 və 228.2-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh da cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi (sonradan tələbini dəyişməklə əlavə ərizə) verərək İddiaçı ilə oğlu Rasif Məmmədzadə arasında olan şifahi müqaviləyə əsasən ödənilən pul məbləği nəzərə alınmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X6 küçəsi, 3 saylı evin 38 saylı mənzilinin müqabilində 130.000 manat məbləğin də pul vəsaitinin ödənilməsi və mənzilin boşaldılması prosesinin eyni vaxtda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, X4 ilə ailə qurduqdan sonra qeyd edilən mənzilə köçmüş və orada yaşamışdır. Həm qayınatası İddiaçı, həm də qayınlarının hər birinin ayrı-ayrılıqda evləri və torpaq sahələri vardır. Rasif ona bildirmişdir ki, qardaşı və atası ilə razılıq əldə etmişdir ki, hallallıq kimi onlara 20000 ABŞ dolları məbləğində pul göndərsin və mənzil onların mülkiyyətinə keçirilsin. 10. 2012-2013-cü illər ərzində Rusiya Federasiyasından həm onun adına, həm də atası Arifin və qardaşı Maarifin adına pul göndərmişdir. O, adına verilmiş pulları qayınatasına vermiş, sonuncu isə qəbzlərin arxasında he sablama və qeydlər aparmışdır. Rasif Rusiya Federasiyasından ümumilikdə təxminən 18.000 ABŞ dolları məbləğində pul göndərmiş, sonradan işlərində ciddi problemlər yarandığından qalan 2.000 ABŞ dolları məbləğində pulu göndərə bilməmişdir. Buna görə də onların arasında söz-söhbət olmuş və qaynı Maarifin təkidi ilə mübahisələrə zəmin yaranmışdır.

11. Qayınatası Arif və qaynı Maarif Rasifin gönərdiyi pulla, qayınatasına məxsus evin üzərində ümumi sahəsi 90 kv.m olan yaşayış sahəsi inşa etdirmişlər və ona 30000 manat məbləğində pul və həmin yaşayış sahəsində yaşamağı təklif etmişlər. Lakin o, bu təkliflə ona görə razılaşmamışdır ki, onun himayəsində psixoloji cəhətdən sağlam olmayan uşağı vardır. Bundan başqa, həmin tikili söküntü zonasına düşür və söküntü baş tutduğu zaman ona təklif olunacaq kompensasiya məbləği 130.000 manatdan çox təşkil edəcəkdir.

12. Ona təklif olunan 30000 manat məbləğ də həmin məbləğə əlavə olunarsa, ümumilikdə 160.000 manat təşkil edir. Lakin o, hazırda ona 130000 manat verildiyi təqdirdə həmin mənzildən çıxmağa razıdır.

13. Birinci instansiya məhkəməsinin qərardadı ilə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertin qarşısında Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X6 küçəsi, 3 saylı evin 38 saylı mənzilinin real bazar qiymətinin nə qədər olması və həmin mənzilin yerləşdiyi ərazidə şəraiti, sahəsi, habelə texniki göstəricisi baxımından bu mənzilə uyğun olan mənzilin orta aylıq kirayə haqqının nə qədər olması barədə suallar qoyulmuşdur. 14. “xxxx“ MMC-nin 14 oktyabr 2019-cu il tarixli LP-158/19 nömrəli rəyinə əsasən Binəqədi rayonu, 8-ci mik rorayon, X6 küçəsi, 3 saylı evin 38 saylı mənzilin real bazar dəyəri 86000 manat, orta aylıq kirayə haqqı 370-420 manat təşkil edir.

15. Binəqədi Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 2(001)-4395/2019 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh 20000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X6 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və Cavabdeh 3 yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X6 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən çıxarılması, onların mənzildən çıxarılmasının kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. (hakim Fərrux Qasımov)

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın təmin olunması üçün hüquqi əsas mövcuddur və bu zaman mülkiyyətçinin öz mülkiyyətində olan daşınmaz əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqları əsas götürülür.

17. Birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun e lə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

18. Birinci instansiya məhkəməsi kompensasiyanın məbləği ilə bağlı ekspert rəyinə əsasən qeyd etmişdir ki, “xxxx” MMC tərəfindən təqdim olunmuş 14 oktyabr 2019-cu il tarixli, LP-158/19 saylı rəydə qeyd olunanları nəzərə alaraq hesab edib ki, təklif olunan 20000 manat kompensasiya məbləği istifadəçiyə təxminən 4 ildən artıq müddətdə həmin mənzildə xas olan şəraitə malik digər yaşayış sahəsində yaşamaq imkanı verir və buna görə də ilkin iddia təmin olunmalıdır.

19. Birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşı xxx tərəfindən yaşayış sahəsinin inşa olunması üçün 18000 ABŞ dolları məbləğində pul göndərilmiş və həmin vəsait İddiaçı tərəfindən evin inşasına sərf olunmuşdur, lakin qeyd olunan xüsusat xxxüzərinə gələcəkdə evin söküldüyü təqdirdə veriləcək kompensasiyanın hazırda İddiaçı tərəfindən ödənilməsi üçün əsas ola bilməz və buna görə də qarşılıqlı iddia rədd edilməlidir.

20. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddələrinə və hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarına istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Cavabdeh X2 qızı qətnamədən apelyasiya şikayəti verib.

22. Apelyasiya şikayətinin dəlilləri: - cavabdehə 18 min ABŞ dolları verməsi barədə cavabdeh öz xətti ilə qeydlər aparıb, cavabdeh yazının məxsus olmasını bildirsə də, qətnamədə bu barədə heç nə yazılmayıb; - məhkəməyə şahid dəvət edilməsi barədə vəsatəti rədd edilib; - qarşılıqlı iddia üzrə heç bir araşdırma aparılmayıb; - iddianının təmin edilməsi qanunsuz olub.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2020 il tarixli 2(103)-817/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4395/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və ilkin iddia tələbi təmin edilməmiş, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən sa xlanılması, cavabdehə iddiaçıya ödədiyi pulla bağlı əsassız varlanma barədə iddia tələbi ilə ayrıca ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. (hakimlər İkram Şirinov sədrlik edən və məruzəçi) Tofiq Səmədov, Elşən Kazımov)

24. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin də istinad etdiyi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlu ğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

25. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 20000 manatı ağlabatan kompensasiya kimi hesab etməklə, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini səhv təfsir etmişdir.

26. Apelyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı vəziyyətdə və mövcud şəraitdə iddiaçı tərəfindən mübahisəli evə dair istifadə hüquqlarına xitam verilməsi ilə əlaqədar cavabdehə 3 uşağı ilə birlikdə təklif olunmuş və məhkəmə tərəfindən də təmin edilmiş 20000 manat miqdarında kompensasiya məbləği cavabdeh və 3 uşağına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə yaşamaq üçün yetərli, ağlabatan və ədalətli deyildir.

27. Apelyasiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edib ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Bununla belə, apellyaisya məhkəməsi hesab edib ki, cavabdehə iddiaçıya ödədiyi pulla bağlı əsassız varlanma barədə iddia tələbi ilə ayrıca ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

28. İş üzrə İddiaçı kasasiya şikayəti verərək, qətnamənin onun iddia tələbi üzrə sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4022/20 20 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 17 yanvar 2020-ci il tarixli qətnaməsi iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

30. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məbləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır. Lakin işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi kompensasiyanın məbl əğini müəyyən etməmiş, yalnız iddiaçı tərəfindən təklif olunan məbləğ çərçivəsində mübahisənin həllinə yanaşmışdır.

31. Kassasiya instansiyası məhkəməsinin işə yenidən baxan məhkəmə üçün göstərişi ondan ibarət olmuşdur ki, istifadə hüququna xitam verilməsi üçün bazar qiyməti müəyyən edilməli, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı qətnamə qəbul edilməlidir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7711/2020 nömrəli, 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(0 11)-6746/2019 saylı, 17 oktyabr “2019-cu il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə əsasən qismən, ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair” iddia tələbi təmin edilməmiş, qətnamə apelyasiya şikayətinə münasibətdə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Azad İmanov)

33. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yusif qızı 01 iyun 2007-ci ildə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu X4 ilə ailə qurduqdan sonra Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X6 küçəsi, 3 saylı evin 38 saylı mənzilinə köçmüş və orada yaşamışlar. 2007ci ildən hazıradək mübahisəli mənzildə yalnız Cavabdeh, əri Rasif Feyziyev və üç övladları yaşayırlar. İddiaçı mübahisəli mənzilin faktiki olaraq mülkiyyətçisidir, Cavabdeh isə mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü kimi həmin yaşayış sahəsinə daimi yaşamaq üçün köçərək, orada yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu əldə etmişdir. Odur ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və üç azyaşlı uşaqları mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi həmin mənzildən istifadə hüququna malik ol an cavabdeh AmaliyaFeyziyevanın kompensasiya verilməsi yolu ilə mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlı olmuşdur.

34. Apellyasiya instansiyası iddiaçının cavabdehə kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaqda haqlı olması barədə birinci instansiya məhkəməsinin nəticəsini əsaslı hesab etsə də, təklif olunan kompensasiya məbləğini yetərli, ədalətli və ağlabatan hesab etməyib.

35. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunm asında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz.

36. Apellyasiya instansiyası iş üzrə sübutları qiymətləndirərək hesab edib ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təklif etdiyi 20.000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz.

37. Apellyasiya instansiyası işin ikinci dəfə apelyasiya baxışı zamanı iddiaçı tərəfə kompe nsasiyanın daha artıq məbləğə qaldırılması təklifini irəli sürmüşdür.

38. Apellyasiya instansiyası qeyd edib ki, Cavabdeh üç uşağı var, onlar yetkinlik yaşına çatmamışlar, Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqlar da mübahisəli yaşayış sahəsində mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onlar 13 (on üç) ildən artıq müddətdir mübahisəli mənzildə fasiləsiz yaşayırlar. Qeyd olunan halları, uşaqların mənafeyini nəzərə alaraq apellyasiya məhkəməsi kompensasiya məbləğinin qaldırılmasını təklif etmiş, buna baxmayaraq iddiaçı tərəf daha artıq kompensasiya məbləğinin təklif olunması ilə razılaşmamışdır.

39. Təklif olunan kompensasiyanın məbləği ilə də apellyaisya məhkəməsi razılaşmaçış və hesab etmişdir ki, həmin məbləğ yuxarıda qeyd olunanlar nəzərə alınmaqla daha artıq ol malıdır. Lakin iddiaçı rəsmi olaraq daha artıq məbləğdə kompensasiya təklif etmək niyyətində olmadığı üçün onun iddia tələbi təmin oluna bilməz.

40. Apellyasiya instansiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə i craatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə qərarına uyğun olaraq kompensasiyanın məbləğini müəyyən etməmiş, bununla da MPM-in 420-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

43. Kassasiya şikayətinə qarşı cavabdeh X1 tərəfindən yazılı etiraz daxil olmuşdur

44. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti heç bir tutarlı dəlilə söykənmədən, formal mülahizələr əsasında tərtib olunmuşdur. Söz yığını və bir-birini tamamlamayan qanunlardan maddələrin köçürülməsindən ibarətdir. c) Kassasiya icraa tı iştirakçılarının izahatları

45. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X3 və nümayəndəsi Məmmədov Maarif Arif oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

46. Məhkəmə kollegiyasının iclasında cavabdeh X1 və vəkili Əliyev Arif Sabir oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında təl əbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışı nın hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

48. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsindən kassasiya şikayəti verilməyib, Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarı ilə yalnız iddianın təmin edilən hissəsi məhkəmə baxışının predmeti olmuşdur. Belə olan halda, apellyasiya instansiyasının qətnaməsinin tam yoxlanılması dedikdə, qətnamənin ilk iddianın təmin edilməyən hissəsi yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, prosessual hüquq normalarına əməl edilməmişdir.

50. Əvvəla, apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4022/2019 nömrəli, 19 avqust 2020-cu il tarixli qərarında şərh edilən və hazırki qərarın 30-31-ci bəndlərində qeyd edilən göstərişlərə əməl etməmişdir. Halbuki kassasiya instansiyasında işə baxan məhkəm ənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

51. Üstəlik, qeyd edilən göstərişlərə əməl edilməsi mübahisənin qanuni və əsaslı həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir.

52. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə təklif etdiyi 20000 ABŞ dolları kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab olunmamasını müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etmiş, gəldiyi nəticəni də “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi 20000 ABŞ dolları kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya olmaması nəticəsinə də, kompensasiyanın bazar qiymətinə uyğun məbləğinin nə qədər olmasını müəyyən etməməklə səhvə yol vermişdir. Baxmayaraq ki, hazırki iş üzrə Ali Məhkəmə yuxarıda qeyd edilən qərarında məhz apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi kompensasiyanın məbləğini müəyyən etməməsini, yalnız iddiaçı tərəfindən təklif olunan məbləğ çərçivəsində mübahisənin həllinə yanaşmasını düzgün saymamışdır. 54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.

55. Hazırki işdə birinci instansiya məhkəməsi 20000 ABŞ dolları kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin adekvat, apellyasiya instansiyası isə qeyri-adekvat əvəzi olmasını müəyyən etsə də, kompensasiyanın bazar qiymətinə uyğun olaraq nə qədər olmalı olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi nin özünün də istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına görə isə bu, mütləq şəkildə müəyyən edilməlidir.

56. Bu baxımdan, apellyasiya məhkəməsinin Ali Məhkəmənin hazırki iş üzrə qərarında şərh edilən göstərişlərə əməl etməməsi barədə kassasiya şikayətinin dəlilləri əsaslıdır.

57. İddia ərizəsində göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin edir, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşını alır. İddiaçının cavabdehə 15 min manat məbləğində kompensasiya müqabilində mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiasının rədd edilməsi də bunu bir daha təsdiq edir.

58. Bundan başqa, birinci apellyasiyanın qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsindən kassasiya şikayəti verilməyib. Belə olan halda, Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarı ilə yalnız iddianın təmin edilən hissəsi apellyasiya baxışının predmeti olsa da, apellyasiya instansiyası qətnamənin nəticə hissəsində bir daha qarşılıqlı iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlamaqla məhkəmə baxışının predmetindən kənara çıxmışdır.

59. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh e dilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7711/2020 nömrəli 03 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar