Məhkəmə qərarları › İş №2(102)-2408/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2408/2023

15.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2408/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - MPM 402.1.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)1529/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı iddia ərizəsi ilə Xəz ər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və 1898,50 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Xəzər Rayon Məhkəməsinin (hakim X1) xx.xx.2022-ci il, 2(003)-2957/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, müvafiq akt etibarsız hesab edilmiş və 1898,50 manat məbləğində borcun silinməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən F.Ş.Talışinski, hakimlər Qürbət Əsgərov və Azad İmanov) xx.xx.2023-cü il tarixli, 2(103)-1529/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin qətnamədən cavabdeh "xxxx" ASC kassasiya şikay əti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

5. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

6. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şi kayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

7. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh "xxxx" ASC tərəfindən mübahisələndirildiyi hissəsində iddianın qiyməti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 402.1-ci maddəsində müəyyən olunmuş mə bləğdən azdır.

9. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərək, cavabdehdən 1898,50 manat məbləğində borcun silinməsi qət edilmiş, həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmiş, apellyasiya şikayətini yalnız cavabdeh vermiş, apellyasiya məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hazırda cavabdehin kassasiya şikayəti ilə mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz.

11. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

12. Odur ki, MPM-in 408.1.1-ci maddəsinə əsasən cavabdeh tərəfində n verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

13. Şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 13 fevral tarixli, 2(103)-xxxx/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar