Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2408/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və azyaşlı X2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mübahisələri, mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və azyaşlı X2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2106/2023 nö mrəli iş üzrə 05 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1987-ci il tarixli orderə əsasən Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 5 saylı evin 29 saylı mənzilin icarədarı olmuşdur. Həmin orderdə Cavabdeh1 icarədarın ailə üzvü kimi göstərilmişdir.
2. Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 5 saylı evin, 29 nömrəli mənzili üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Cavabdeh1 iddiaçının övladı, Cavabdeh2 gəlini, Cavabdeh3 və azyaşlı X3 isə nəvələridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instan siya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və azyaşlı X2 7500 manat məbləğində kompensasiya verilməklə onların Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 5-də yerləşən 29 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı dəqiqləşmə verərək, kompensasiyanı cavabdehlərin hər birinə 4000 manat olmaqla, cəmi 12000 manat məbləğində təklif etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 5, mənzil 29-də yerləşməklə yaşayış sahəsi 50.54 kv.m. olan 4 otaqdan ib arətdir. Bu mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatına dair xx.xx.2007-ci il tarixdə çıxarış verilmişdir. Cavabdehlərdən E.lsmayılov iddiaçının oğlu, Cavabdeh2 oğlunun həyat yoldaşı və Cavabdeh3 və Həsən İsmayılzadə isə nəvələridir. Dəfələrlə cavabdehlərlə iddiaçı arasında mübahisələr baş vermiş, cavabdehlər iddiaçıya öz mülkiyyətində, mənzilində rahat yaşamağa, əmlakı üzərində sərbəst sərəncam verməyə imkan vermirlər, hətta iddiaçıya bildirirlər ki, o bu evdən çıxmalıdır və bu mülkə hüququ yoxdur. Cavabdehlərin bu hərəkətləri iddiaçının mülkiyyət hüquqlarını pozur və buna görə də iddiaçı bu şəxslərə kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət edir. İddiaçı özü heç yerdə işləmir, yaşa görə əmək pen siyasına çıxmışdır. Başqa heç bir yerdən gəliri yoxdur, ona məxsus olan mənzildə aylıq kirayə haqqının 200 manat olmasını nəzərə almaqla iddiaçı bir ailənin üzvləri olan cavabdehlərə müvafiq kompensasiya təklif edir və bu məbləğ ailənin oxşar şəraitli bir mənzildə 3 ildən artıq bir müddətdə kirayədə yaşamalarına imkan verir.
7. Cavabdeh1 nümayəndəsi izahatında göstərmişdir ki, yaşayış sahəsinə order verilərkən ailə üzvlərinin sayı nəzərə alınaraq 4 otaqlı mənzil verilmişdir. Cavabdehlər mənzildən çıxmaq istəmirlər. Həmçinin cavabdehlər kompensasiya məbləği ilə razı deyillər. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs şəxsi vəsaiti hesabına yüksək məbləğdə xərc çəkərək mənzili təmir etdirmişdir. Odur ki, 20000 manat kompensasiya müqabilində cavabdehlər istifadə hüquqlarının xitamına etiraz et mirlər. 8. "xxxx" MMC-nin Sumqayıt şəhəri, 18-ci mikrorayon, 5 saylı evin 29 saylı mənzilə oxşar şəraitli (yerləşdiyi yer, otaqların sayı, mərtəbəsi, təmiri və s. hallar nəzərə alınmaqla) mənzilllərin aylıq kirayə haqqının müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, sözügedən mənzilə oxşar şəraitli (yerləşdiyi yer, otaqların sayı, mərtəbəsi, təmiri və s. hallar nəzərə alınmaqla) mənzilllərin aylıq kirayə haqqı 250 manat təşkil edir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2779/2023 nömrəli iş üzrə 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia təmin edilmiş, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hər birinə 4000 manat olmaqla, cəmi 12000 manat məbləğində kompensasiya ödənilməklə onların və azyaşlı X1 Sumqayıt şə həri, 18-ci mikrorayonda yerləşən 5 saylı evin, 29 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə həmin yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 100 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, cavabdehlərə kompensasiyanın ödənilməsinin və onların mənzilə istifadə hüquqlarına xitam verilməklə həmin yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılmasının eyni vaxtda icra olunması qət edilmişdir.
10. İş materiallarından göründüyü kimi iddiaçı mülkiyyətindəki mənzildən cavabdehlərin istifadə hüquqlarını mübahisələndirmədiyindən məhkəmə, sonuncuların belə hüququnun yaranıb-yaranmamasını araşdırmayaraq, kompensasiyanın məbləğinin ağlabatanlığına qiymət verərək bu nəticəyə gəlmişdir ki, iddia əsaslıdır.
11. Belə ki, üç yetkinlik yaşına çatmış şəxsdən, bir azyaşlıdan ibarət cavabdehlər birlikdə yaşayan tək ailənin üzvləri olduqlarından məhkəmə, onların digər yaşayış sahəsində də birlikdə yaşayacaqlarını ehtimal edərək, müstəqil qiymətləndiricilərin rəyinə, eləcə də müxtəlif aidiyyəti internet resurslarından götürülmüş məlumatlara əsasən iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini ağlabatan hesab etmişdir.
12. Məhkəmə daha sonra qeyd etmişdir ki, Kompensasiyanın məbləği, üzvləri göstərilən sayda olan bir ailənin oxşar parametrlərə və şəraitə malik mənzildə üç-dörd il (350 x 36 ay = 12600; 250 x 48 ay = 12000) müddətinə kirayə yaşayışının bazar qiymətinə uyğundur. Sui-istifadə hallarının, eləcə də qətnamənin icrası zamanı əngəllərin meydana çıxmasının qarşısının alınm ası məqsədilə cavabdehlərə kompensasiyanın ödənilməsi ilə onların mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməklə, əmlakları ilə birlikdə çıxarılmaları eyni vaxtda icra edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 228.2-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 220.6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşayış sahəsinə order verilərkən ailə üzvlərinin sayı nəzərə alınaraq 4 otaqlı mənzil verilmişdir. Həmin mənzili şəxsi vəsaiti hesabına yüksək məbləğdə xərc çəkərək təmir etdirmişdir. Mənzildən ona görə çıxmaq istəmirlər ki, verilən kompensasiya məbləği ilə razı deyillər. Belə ki, adam başına verilən 4000 manat, ümumilikdə 12000 manata hal-hazırda ailə üzvlərinin rahat yaşaması üçün heç bir mənzi l əldə etmək olmaz. Odur ki, 20000 manat kompensasiya müqabilində istifadə hüququnun xitam verilməsinə etiraz etmirlər. Lakin Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qətnaməsi ilə onlara ümumilikdə 12000 AZN kompensasiya ödənilməsi qət olunmuşdur. Buna görə də apellyasiya şikayəti verməyə məcbur olmuşdurlar.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2106/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X6 və X5) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(060)-2779/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi kompensasiyanın məbləğini müəyyən edərkən iddiaçının (mülkiyyətçinin) maddi və əmlak vəziyyətini, ona məxsus mənzilin şəraitini və dəyərini (real bazar qiymətini), eyni şəraitli mənzillərdə aylıq kirayə haqqının mümkün hədlərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiyanın məbləği ədalətli və tərəflərin mühüm mənafelərinə uyğundur
18. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edibetməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. İş materiallarından görünür ki, mübahisəli mənzilə oxşar mənzilin orta aylıq kirayə haqqı 300-350 manat təşkil edir. Məhkəmə həmçinin nəzərə almışdır ki, cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılmaları nəticəsində onlar yaşayış sahəsi ilə təminatsız qalmırlar. Belə ki, i ddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehlərə Sumqayıt şəhərində ağlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməklə yanaşı, hətta yaşayış sahəsi əldə edilməsi üçün əhəmiyyətli maddi dəstəkdir
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 152.1, 152.5, 157.2, 157.4, 228.1, 228.2, 228.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 77.3, 88, 218.3, 384.0.1, 402-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli, “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Resp ublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
24. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
25. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
29. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 228.1 Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdilər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
31. Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma ol madıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
32. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdilər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdilər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülk iyyətçinin ailə üzvlərinin istifadə etməək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
45. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kolle giyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikay ətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 dekabr 2023-cü il tarixli 2(105)-2106/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.