Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2415/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndələri X5, X3 iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin "Üfüq" İstehsalat Birliyi "xxxx” MMC-ni,Bakı şəhəri Maraqlı şəxs3, Müdafiə Sənayesi Nazirliyini və Bakı Şəhər İcra Hakimiyyətini üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (N.Misirzadə) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı “xxxx” İB tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxanada, 1-ci giriş, 2-ci mərtəbə, 1 otaqlı, 18 kv.mertrlik, 26 nömrəli mənzilinə dair Cavabdeh verilmiş xx xxxxxx 2006-cı il tarixli, 0246 saylı orderin etibarsız hesab edilməsi qət edimişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov) qətnaməsi ilə Cavabdeh tərə findən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh və qeyrilərinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respubli kası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Üfüq” İstehsalat Birliyi “xxxx” Zavodu MMC-yə və Bakı şəhəri Maraqlı şəxs3nə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 26 saylı mənzilinə dair cavabdehin qanunsuz olaraq əldə etdiyi xx.xx.2006-c ı il tarixli, 0246 saylı orderin etibarsız hesab edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh ərizə ilə xx.xx.2019-cu il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 26 saylı mənzilinə dair kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Bakı “xxxx” İB tərəfindən xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxanada 1-ci giriş, 2-ci mərtəbə, sahəsi 18 kv.mertrlik, 26 nömrəli mənzilə dair verilmiş 0246 saylı orderdən görünür ki, həmin order əsasında qeyd edilən mənzil ailə tərkibi – qızı Sevda Abdullayeva olmaqla cavabdeh Cavabdeh verilmişdir. Bakı “xxxx” İB-nin HİK-nin X2 Şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birlik “xxxx” İB-də işləyən fəhlə və qulluqçularına birliyin imkanları daxilində növbə əsasında mənzili təmin edə bilməməsini nəzərə alınıb, Birliyə məxsus S.Ə.ünvan 2A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda növbə əsasında uzun illərdi yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqların nömrələri nin ləğv olunması və həmin mənzillərə yeni nömrələrin verilməsi, yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə yeni mənzil nömrələrinə əsasən order verilməsi, Birlikdə hal-hazırda yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi köçkün ailələri tərəfindən zəbt olunmuş mənzillərə növbə əsasında order verilməsi, Birliyə məxsus yataqxanalarda S.Ə.ünvan 2A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında qaçqın və məcburi köçkün ailələri torpaqlar alınan zaman və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil veriln vaxt yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, Azə rbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi ilə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti arasında təhvil-qəbul aktı tərtib edilmişdir. Bakı “xxxx” İB-nin HİK-nin X2 Şurasının və MMK-nın birgə xx.xx.2006-cı il tarixli 68 saylı protokolundan çıxarışın surətindən görünür ki, birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 2-ci mərtəbədə 18 kv.metrlik sahəsi olan 26 nömrəli otağın Cavabdeh adına sənədləşdirilməsi və pasport qeydiyyatı na salınması qərara alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi Bakı “xxxx” İB-də işləmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddia ona cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür və bu əsasın özü iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Ona görə kollegiya digər hallara dair qiymətləndirmə aparmadan hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Beləki, ddiaçı Departament ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderi vermiş hüquqi şəxs isə baxılan iş üzrə yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Halbuki iş materiallarından da görünür ki, mübahi sələndirilən order “xxxx” Zavodu tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar cavabdeh mübahisəli otaqlara köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz həmin hüquqi şəxsdir. MPM-nin 54.1-ci maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. MPM-nin 54.2-ci maddəsinə görə, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçıya izah olunmalı dır ki, əsl cavabdehə qarşı analoji tələbi irəli sürə bilər. Həmin işə baxılarkən hazırkı qətnamə ilə müəyyən edilmiş hallar yeni iddiaya baxılarkən preyudisial əhəmiyyət kəbs edə bilməz. Çünki iddia əsl cavabdehə qarşı irəli sürüldüyü təqdirdə tərəflər dəyişmiş olur və əsl tərəf çəkişmə prinspinə uyğun olaraq öz müdafiəsini qurmaqda haqlıdır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ƏRARA ALDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2415/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2415/2020
11.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver