Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2416/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin standart şərtlərinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin standart şərtlərinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 7653/2021 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayə tinə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış kart vasitəsi ilə kreditin verilməsinə dair xx.xx.2019-cu il tarixli, BRED1694833A102 saylı müqaviləyə əsasən bank, iddiaçıya son istifadə tarixi xx.xx.2022-ci il olan bərpa edilən kredit xətti ayırmışdır.
2. Müqavilənin şərtlərinə əsasən: Nağdsız ödənişlər üzrə (nağdsız kredit ödənişləri istisna olunur) istifadə edilmiş məbləğin istifadə tarixindən sonra növbəti ayın 10-dək olan müddət güzəşt müddəti hesab olunur və hər bir əməliyyata ayrıca tətbiq edilir (bənd 10.1); “BirKart”la aparılan hər bir taksit əməliyyatı, əməliyyatın aparıldığı opsiyaya uyğun ayların sayına bölünərək, aylıq bərabər hissələrlə (faizsiz) ödənilir. Amma müştəri taksit əməliyyatlar çərçivəsində müvafiq əməliyyat üzrə aylıq ödənişinin (borcunun) ödənilməsini 20 gün gecikdirərsə, müvafiq taksit əməliyyatının ödəniş forması dəyişdirilir və qeyri-taksit əməliyyatları üzrə bu müqavilədə nəzərdə tutulmuş ödəniş formasına keçirilir (müvafiq taksit əməliyyatının bütün qalıq borc məbləği qədər kredit yaranır və güzəşt müddəti olmayan əməliyyatlara aid edilir). Bu halda müştəridən əməliyyat məbləğinin 1 faizi qədər xidmət haqqı tutulur və borca əlavə edilir (bənd 10.8.1); Nağdsız ödənişlər üzrə istifadə edilmiş məbləğ güzəşt müddəti ərzində tam ödənildikdə istifadə edilmiş məbləğə faiz hesablanmır. İstifadə edilmiş məbləğ güzəşt müddəti ərzində natamam ödənildikdə və ya ümumiyyətlə ödənilmədikdə istifadə edilmiş məbləğə və ya ödənilmə miş hissəsinə bu Müqavilə ilə nəzərdə tutulmuş kredit xəttinin illik faiz dərəcəsi ilə gündəlik faizlər hesablanır. Bu halda güzəşt müddəti ərzində borcun qalığına gündəlik hesablanmalı olan faizlər də Müştərinin faiz borcuna əlavə olunur (bənd 10.8.2.1).
3. İddiaçı bankdan aldığı kredit kartı ilə xx.xx.2020-ci il tarixdə 159,98 manat dəyərində, xx.xx.2020-ci il tarixdə 299,99 manat dəyərində və xx.xx.2020-ci il tarixdə 569,99 manat dəyərində məişət texnikaları əldə etmiş və ödəniş məbləğləri müvafiq olaraq 12, 12 və 24 taksitə bölünmüşdür.
4. Bank tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya SMS göndərilərək 63,02 manat aylıq borcunun olması barədə məlumat verilmiş və iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 62 manat ödəniş edilmişdir. Ödəniş tam edilmədiyi üçün gecikmə yaranmış və ba nk tərəfindən ödəniş forması dəyişdirilərək, müqavilənin 10.08.1-ci bəndində nəzərdə tutulmuş qeyri-taksit əməliyyatları üzrə ödəniş formasına keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, qanunvericiliyə zidd olduğu üçün xx.xx.2019-cu il tarixli BRED1694833A102 saylı kredit kartına dair müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndlərinin bağlandığı andan etibarsız hesab edilməsi, taksit əməliyyatının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənişin gecikməsinə görə cavabdeh tərəfindən tutulmuş cərimə, faiz və xidmət haqqı məbləğinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İ ddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, hər dəfə telefon nömrəsinə gələn sms bildirişlər əsasında öncə ilk iki məhsul üzrə 2020-ci ilin fevral ayı üzrə cəmi 40 manat, paltaryuyan aldıqdan sonra isə üç məhsula görə aprel ayı üzrə 65 manat, may ayı üzrə 63 manat, iyun ayı üzrə 64 manat, iyul ayı üzrə 62 manat, avqust ayı üzrə 65 manat, sentyabr ayı üzrə 40 manat, oktyabr ayı üzrə isə həmişəkindən çox - 75 manat ödəniş etmişdir. Bunu aydınlaşdırmaq üçün cavabdehə müraciət etdikdə isə bildirilmişdir ki, iyul ayında aylıq məbləği 80 qəpik az ödədiyinə görə taksit əməliyyatı müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndlərinə əsasən qeyri-taksit əməliyyatına dəyişdirilmişdir. Qeyd olunanlarla razılaşmadığı üçün həmin bəndlərin dəyişdirilməsini tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Hesab edir ki, bankla arsında bağlanmış müqavilə standart şərtlər əsasında bağlanmış müqavilədir. Belə ki, bank tərəfindən müqavilə forması təqdim edilmiş, o da təqdim edildiyi şəkildə imzalamışdır. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına, müştərinin isə xeyrinə təfsir edilməlidir. Eyni zamanda, qanunvericiliyə görə, məna baxımından şərtin məqbul olması üçün belə şərt müştəri tərəfindən əlavə olaraq imzalanmalı və ya həmin şərt xüsusi (müqavilənin digər şərtlərindən fərqlənən və şəxsin diqqətini cəlb edən) şriftlə yazılmalıdır. Müqavilənin sözügedən bəndləri isə xüsusi şriftlə yazılmamışdır, eləcə d ə müştəriyə hər hansı üstünlük və fayda vermədiyindən və tamamilə əlverişsiz olduğundan məqbul hesab edilə bilməz. Digər tərəfdən, aylıq ödəniş üç məhsul üzrə ümumi məbləğlə ödənildiyi halda, taksit əməliyyatının qeyri-taksit əməliyyatına keçirilməsi zamanı bu, məhz ən bahalı avadanlığa aid edilərək, ondan 569,99 manatın ödənilməmiş hissəsinin (470 manat) nağd ödənilməsi tələb olunmuşdur ki, bu da qanunsuzdur. Göründüyü kimi, iddiaçı müqavilənin həmin şərtləri barədə aldadılmışdır. Bundan başqa, ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Lakin cavabdeh rəsmi internet səhifəsində “BirKart” barədə yerləşdirdiyi elanda və reklamlarda müqavilənin əsas şərtlərindən biri olan taksit əməliyyatının qeyri-taksit əməliyyatına keçirilməsi və qeyri-taksit əməliyyatları çərçivəsində borcların ödənişi barədə heç bir məlumat yerləşdirməmişdir. Hesab edir ki, cavabdeh iyul ayı üzrə 80 qəpik borc qalması barədə ona bilərəkdən xəbərdarlıq etməyərək, bundan qəpiyə görə taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirməklə müştərini nağd ödənişə məcbur etmək üçün bir vasitə kimi istifadə etmişdir.
7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, “BirKart” bankın təqdim etdiyi faizsiz və komissiyasiz taksit imkanı verən unikal kartdır. Müştəri nə qədər ki, ona ayrılmış limitdən müqavilə şərtlərinə uyğun istifadə edir və ödəniş məbləğini vaxtında və tam olaraq banka geri qaytarır, bu halda istifadə edilmiş məbləğə faiz hesablanmır. Əks halda, müqavilə şərtləri pozulduğu üçün istifadə edilmiş məbləğə faiz hesablanır, t aksit əməliyyatı qeyri-taksit əməliyyatına çevrilir. Baxılan işdə bankla müştəri arasında imzalanmış müqavilə ilə kredit kartı və ondan istifadə qaydaları, öhdəliklərin icrası üsulu və qaydası əvvəlcədən müfəssəl şəkildə təsvir olunmuş, iddiaçı müqavilə ilə tanış olmuş və onu imzalamaqla müqavilə şərtlərini qəbul etmişdir. Lakin iddiaçı müqavilə öhdəliyini pozduğu üçün (tam və vaxtında ödəniş etmədiyi üçün) taksitlə ödəmə qaydası qeyri-taksitlə ödəmə qaydasına keçirilmişdir. Göründüyü kimi, bank müqavilə şərtlərini, əvvəlcədən vəd etdiyi işi və xidməti ümumiyyətlə dəyişməmiş, əvvəlcədən qarşılıqlı razılıq əsasında müəyyən edilmiş şərtləri işin faktiki hallarına uyğun tətbiq etmişdir. Beləliklə, müqavilənin mübahisələndirilmiş bəndləri vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hü ququnu nəzərdə tutmadığı üçün Mülki Məcəllənin 420-ci maddəsində nəzərdə tutulan mənada etibarsızlıq halına uyğun hesab edilə bilməz.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1424/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki: «İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi natamam icra etmiş və gecikmə yaranmışdır. Belə ki, müqavilənin 10.1-ci bəndinə əsasən, nağdsız ödənişlər üzrə istifadə edilmiş məbləğin istifadə tarixindən sonra növbəti ayın 10-dək ödəniş edilməli olduğu halda, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə ödəniş tam edilmədiyi üçün 21 gün gecikmə yaranmış və bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixdə bank tərəfindən SMS göndəril ərək, 63,02 manat aylıq borcunun olması barədə məlumat verilmişdir. İddiaçı isə xx.xx.2020-ci il tarixdə 62 manat ödəməklə, aylıq ödənişi natamam etmiş və müqavilə üzrə öhdəliyin icrası qaydası pozulduğu üçün bank tərəfindən müqaviləyə əsasən taksit əməliyyatı qeyri-taksit əməliyyatına keçirilmişdir.
10. Göründüyü kimi, müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, tərəflər müqaviləni sərbəst şəkildə, iradə ifadələrinə müdaxilə olunmadan bağlamışlar. Müqavilədə tərəflərin öhdəlik və vəzifələri müfəssəl şəkildə göstərilmişdir və anlaşılmazlıq yoxdur. Bu səbəbdən müqavilənin, yaxud onun bəzi bəndlərinin etibarsız hesab edilməsi üçün əsas yoxdur.
11. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş ü zrə qeyd olunan əsaslar müəyyən edilmir və iddiaçı da tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.» b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, bank tərəfindən ona verilmiş cavabda 80 qəpik, nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda isə 1,02 manat az ödənişə görə taksit əməliyyatının qeyri-taksit əməliyyatına keçirildiyi bildirilmiş, lakin bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçının kredit müqaviləsi üzrə ödənişləri tam və vaxtında, hətta müəyyən edilən məbləğdən artıq ödədiyi halda, 80 qəpik və ya 1 manat borca görə hissəli ödənişin nağd və ya faizli ödənişə keçirilməsi absurddur. Eyni zamanda, bank tərəfindən borcunun qalması barədə ona xəbardarlıq da edilməmişdir. Digər tərəfdən, məhkəmə öz mövqeyini müqavilə azadlığı prinsipinə uyğun əsaslandırmağa çalışsa da, nəzərə almamışdır ki, kredit müqavilələrində bank güclü, müştəri isə zəif tərəf olmaqla, bir qayda olaraq müştəri kredit şərtlərinin müəyyən edilməsinə təsir edə bilmir. Müqavilənin mətnini bank hazırlayır, müştəri isə bankın təklif etdiyi fürsətlərdən yararlanmaq üçün çox hallarda müqavilə şərtləri ilə tanış olmadan, onu imzalayır. Qanunvericiliyin tələbinə görə, müqavilə birtərəfli olaraq onu hazırlayanın xeyrinə, digərinin isə ziyanınadırsa, vicdanlılıq prinsi plərinə ziddirsə, həmin müqavilə etibarsızdır. Bu halda bank, sırf müqaviləni imzaladığına görə müştərini onu icra etməyə məcbur edə bilməz.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7653/2021 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı müqaviləni oxumadan imzaladığını, banklarda növbə olduğunu, müvafiq bəndlərin xüsusi şriftlə yazılmadığını bildirsə də, bu hallar müqavilənin etibarsızlığı üçün əsas deyildir. Çünki, işin hallarından iddiaçının müqavilə şərtləri ilə tanış olma imkanlarının olmaması və ya məhdudlaşdırılması ilə bağlı hər hansı hal müəyyən edilmir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının müqaviləni imzalamazdan əvvəl müqavilə şərtləri ilə tanış olma imkanları olmuşdur. Beləliklə, mübahisələndirilən müqavilə tərəfləri iradə ifadəsi ilə, sərbət şəkildə və müqavilə azadlığı prinsipinə riayət olunmaqla bağlandığından, onun etibarsızlığına səbəb ola biləcək hər hansı hal aşkar edilməmişdir.
16. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin bank tərəfindən fərqli məbləğlərdə borca istinad olunması barədə dəlilinə münasibətdə isə vurğulamışdır ki, işdə olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə ödənilməli olan məbləğ 63,02 manat olmuş, iddiaçı isə işdə ol an qəbzdən də göründüyü kimi, 62 manat ödəniş etməklə, banka 1,02 manat borcu qalmışdır.
17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390, 442, 445, 448.1, 739, 740.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr tərəflər arasında bağlanmış müqaviləyə banka vəd olun muş taksit əməliyyatını dəyişdirmək hüququ verən norma daxil edilməsi, müqavilənin standart şərtinin etimad və vicdanlılıq prinsipinə zidd olaraq iddiaçı üçün zərərli olması, cavabdehin ofertada və ona dəvətdə müqavilənin əsas şərtlərindən biri olan taksit əməliyyatlarının qeyri-taksit əməliyyatlarına keçirilməsinin mükünlüyü barədə heç bir məlumat yerləşdirilmədiyini nəzərə almamış və işdə olan sübutlara müvafiq maddi hüquq normalarının tələblərinə uyğun düzgün hüquqi qiymət verilməmişdir.
20. Şikayətin hüquqi əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408.3, 420.1.4, 420.2-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsinə qarşı verdiyi etirazla eyni dəlillərə ist inad etmiş, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Prosessual məsələlər
22. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
23. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş b irtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
1. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
2. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə t utulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Maddə 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.
27. Maddə
417. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.
28. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.
29. Maddə 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir.
30. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
31. Maddə 420.1.4. Təklif etmiş tərəfin sah ibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar etibarsız sayılıt, bir şərtlə ki, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik edilməsi şərti).
32. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
33. Maddə 420.3.4. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təkl if etmiş tərəfi müqavilənin digər tərəfini xəbərdar etməyə və ya öhdəliyin icrası üçün ona müddət verməyə dair (öhdəliyin icrası barədə xəbərdaretmə; müddət təyinetmə) qanunla nəzərdə tutulan vəzifədən azad edən müddəalar da etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
417. Kassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
37. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
38. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini ehtiva etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. İddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsasən iddia ərizəsində və apelyasiya şikayətində irəli s ürülmüş dəlillərdən ibarətdir və həmin dəlillərə məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır.
43. Kassatorun «tərəflər arasında bağlanmış müqaviləyə banka vəd olunmuş taksit əməliyyatını dəyişdirmək hüququ verən norma daxil edilməsi, müqavilənin standart şərtinin etimad və vicdanlılıq prinsipinə zidd olaraq iddiaçı üçün zərərli olması, cavabdehin ofertada və ona dəvətdə müqavilənin əsas şərtlərindən biri olan taksit əməliyyatlarının qeyri-taksit əməliyyatlarına keçirilməsinin mümkünlüyü barədə heç bir məlumat yerləşdirilmədiyini nəzərə almaması» barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil qətnamənin ləğvi üçün əsas deyildir.
44. Çünki müqavilədən göründüyü ki mi, bu müqavilədə, o cümlədən bu müqavilənin 10-cu hissəsində müəyyən olunan şərtlərlə BOKT müştəriyə qaytarılması şərti ilə kredit xətti verir. Yəni BOKT təyinatı şəxsi istehlak olan bərpa olunan kredit xətti ayırır, müştəri isə kredit üzrə (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu), habelə ona göstərilmiş müvafiq xidmətlərin haqqını tariflərə əsasən ödəyir (Müqavilənin 1-ci bəndi).
45. Müqavilənin 10-cu bəndində isə taksit və qeyri-taksitin şərtləri dəqiq müəyyən olunmuşdur. Bu şərtlərin məzmunu çətin başa düşülən və ya qeyri-müəyyən deyildir. Öhdəlik hüququnda isə müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticə lər elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun.
46. İddiaçın mübahisələndirdiyi müqavilə şərtləri qeyri-adi və ya qeyri-müəyyən olmadığından, Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələrinin tətbiq olunması üçün əsaslar yoxdur.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
48. Məhkəmə kolleg iyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7653/2021 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.