Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2417/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə (yeni adı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxslər “xxxx” Açıq Səhmdar Cəmiyyəti, “xxxx” Açıq Səhmdar Cəmiyyəti, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti, Bakı Şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Ə hməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh2 ASC-nin vəkili X2, cavabdeh “xxxx” MMC-nin vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4708/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyul 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı (bundan sonra – iddiaçı), X1 və «xxxxxD» firmasından müştərək qaydada Cavabdeh2 ASC-nin xeyrinə 13 may 2014-cü il tarixli, 124385-1-10993/1 nömrəli kommersiya krediti müqaviləsi və 11 sentyabr 2014-cü il tari xli 124385-1-10993/2 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə cəmi 410.888,79 ABŞ dolları məbləğində pul vəsaitinin, ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə Azərbaycan manatı ilə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmış Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən, 159,7 kv.metr ümumi, 114,23 kv.metr yaşayış, 45,47 kv.metr yardımçı sahəsindən ibarət olan xxxxxxx nömrəli mənzilinə (bundan sonra – mübahisəli mənzil) və X4 adına qeyd alınmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 75,91 kv.metr ümumi, 58,41 kv.metr yaşayış sahəsindən ibarət olan xxxxxxxxxxxxxxmənzilinə yönəldilməsi, iddiaçıya məxsus mənzilin ilkin satış qiymətinin 400000 manat, X6 məxsus olan mənzilin ilkin s atış qiymətinin 120000 manat məbləğində müəyyən edilməsi, iddiaçıya məxsus mənzilin və X6 məxsus olan mənzilin açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, mübahisəli mənzilə tutma yönəldildikdən və həmin mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində iddiaçının həmin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, mənzilin boşaldılması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən xxxxxxxxx nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 ay müddətində X4 və digərlərinin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların mənzildən çıxarılması, mənzilin boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2016-cı il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyul 2015-ci il tarixli qətnaməsinin qismən, yəni X4 və digərlərinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, xxxxxxxxxxxxmənzilindən istifadə hüquqlarına xitam verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin cavabdeh X5 aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sonuncu qətnamə əsasında verilmiş 20 aprel 2016-cı il tarixli, 2(103)-2287/2016 nömrəli icra vərəqəsi icra olunması üçün Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmiş, mübahisəli mənzilə dair hərracın təşkili və keçirilməsi Cavabdeh1 MMC-yə sifariş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2017-ci il tarixli qərarı i lə Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2016-cı il tarixli qətnaməsi tam ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin Məhkəməyə göndərilmişdir. Bundan sonra X8 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2016-cı il tarixli, 2(103)-2287/2016 nömrəli icra sənədi üzrə hərracın təşkili və keçirilməsinin dayandırılması barədə Bakı Şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1 MMC-yə müraciət edərək, müvafiq icra sənədi üzrə hərracın təşkilinin və keçirilməsinin dayandırılmasını xahiş etmiş və müraciətə məhkəmə bildirişinin surətini əlavə etmişdir. Cavabdeh1 MMC tərəfindən mübahisəli mənzilə dair 10 noyabr 2017-ci il tarixdə saat 11:00-da keçiriləcək təkrar hərrac barədə müvafiq bildiriş 11 oktyabr 2017-ci il tarixdə X5, İddiaçı Məmmədəli qızına, Bakı Şəhəri Nəsi mi Rayon İcra Şöbəsinə, Cavabdeh2 ASC-yə göndərilmişdir. Cavabdeh1 MMC-nin 27 dekabr 2017-ci il tarixli 136 nömrəli hərracın yekunları barədə protokoluna əsasən, iddiaçıya məxsus mübahisəli mənzil 255.000 manata ipoteka saxlayan Cavabdeh2 ASC-yə təklif edilmiş və sonuncu tərəfindən əldə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə X3 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyul 2015-ci il tarixli qətnaməsi 13 may 2014-cü il tarixli, 124385-110993/1 nömrəli kommersiya krediti müqaviləsi üzrə və 11 sentyabr 2014-cü il tarixli, 124385-1-10993/2 nömrəli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə əsas kredit borcunun və faiz borcunun tutulması hissəsində dəyişdirilmişdir. İş üzrə qəbul e dilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı (üçüncü şəxslər «xxxx» ASC, «xxxx» ASC, «xxxx» QSC, Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun və əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair Cavabdeh2 ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilə quraşdırılmış elektrik, su və qaz sayğaclarının abonent kodlarının adına qaytarılması və elektrik enerjisinin, su və qazın verilməsinin dayandırılması ilə bağlı Cavabdeh2 ASC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 aprel 2016-cı il tarixli qətnaməsi Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərildikdən sonra, həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə hərracın təşkili və keçirilməsinin dayandırılması barədə Bakı Şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1 MMC-yə müraciət olunmuş və müraciətə Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxılması barədə bildirişin surəti əlavə olunmuşdur. Lakin buna baxmayaraq, hərrac keçirilmiş və iddiaçıya məxsus mənzil özgənikiləşdirilmişdir. Yaxın zamanda mənzilə işıq qəbzi təqdim olunarkən məlum olmuşdur ki, mənzilin mülkiyyətçisi Ca vabdeh2 ASC-dir. Halbuki, icra sənədi üçün əsas olmuş məhkəmə qətnaməsi ləğv olunduğu təqdirdə həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra oluna bilməz. Eyni zamanda, iddiaçının hərracda iştirak etmək hüququ təmin edilməmişdir. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair iddiaçıya və ailə üzvlərinə məlumat (bildiriş) göndərməmiş, nəticədə iddiaçı son yaşayış yeri olan mənzildən məhrum olmuşdur. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3095/2019 nömrəli iş üzrə 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia qismən təmin olunmuş, Cavabdeh1 MMC tərəfindən mübahisəli mənzilə dair keçirilmiş hərracın yekun nəticələri h aqqında 27 dekabr 2017-ci il tarixli 136 nömrəli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 27 dekabr 2017ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh2 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 06 mart 2018-ci il tarixli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hərrac məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan keçirilmiş, hərrac barədə iddiaçıya məlumat verilməmiş və beləliklə, iddiaçının ona məxsus əmlakla bağlı hərracda iştirak etmək hüququ təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, hərrac qanunla müəyyən edilmiş qaydalar pozulmaqla keçirildiyindən hərracın yekunları haqqında protokol və hərracın yekunları üzrə alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.4, 337.5, 352, 415.2, 416.1, 416.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 41.2, 41.3, 41.5, 42.1-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun) 17.1, 17.1.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 ASC apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4708/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissələrdə) dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, icra vərəqəsinin verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edildiyi halda, icra icraatı həmin ləğv edilmiş məhkəmə qərarının icrası sahəsində davam etmiş, nəticədə iddiaçının mülkiyyətində olan daşınmaz əmlak qanunsuz olaraq hə rrac vasitəsilə özdəninkiləşdirilmişdir. Eyni zamanda, iddiaçının ona məxsus əmlakla bağlı hərracda iştirak etmək hüququ təmin edilməmişdir. Qətnamədən Cavabdeh2 ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 ASC (vəkil X9) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. K assator göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “İcra haqqında” Qanunun 17.1.1-ci maddəsi hərracın nəticələrinin etibarsız hesab olunması barədə müddəaların tərkib hissəsinə daxil edilməmişdir. Həmin maddə tamamilə fərqli münasibətləri tənzimləyir və hazırkı işin hallarına tətbiq edilə bilməz. Bundan başqa, iddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03.07.2015-ci il tarixli qətnaməsini nə apellyasiya, nə də kassasiya qaydasında mübahisələndirməmişdir. Ona görə də, həmin qətnamənin ipoteka predmetinə tutma yönəldilməsi və onun ilkin satış qiyməti hissəsində heç bir dəyişiklik baş verməmişdir. Qətnamə yalnız X3 şikayəti əsasında yoxlanılmışdır, bu zaman iddiaçıya aid hissədə qətnaməyə toxunulmayaraq olduğu kimi saxlanılmışdır. İddiaçı icra və hərrac təşkilatl arına müraciət etməmiş, X3 müraciətinin nəticəsi barədə maraqlanmamışdır. Kassator, həmçinin qeyd etmişdir ki, qanunverici icra məmurunun üzərinə borclunun müraciəti əsasında icra hərəkətini dayandırmaq vəzifəsi qoymamışdır. Borclunun da icra qurumuna müraciət edərək icra sənədi üzrə icraatın dayandırılmasını tələb etmək kimi subyektiv hüququ yoxdur. Hərrac barədə iddiaçıya 07.09.2017-ci il və 17.10.2017-ci il tarixlərdə bildirişlər göndərilmiş, eyni zamanda “Express” və “Kaspi” qəzetlərində elan verilmişdir. Lakin bu sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, iddiaçı iddia müddətini ötürmüşdür və bu barədə məhkəməyə ərizə təqdim edilmişdir. İddiaçı həmçinin hərrac baş tutduğu tarixə qədər və sonra mübahisəli əmlakı satın almağa çalışmamışdı r. İddiaçı hazırkı iddianı qaldırmaqla hüququnun bərpasını deyil, icra icraatının uzanmasına çalışır. Şikayətdə qeyd olunmuşdur ki, Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiyası imperativ olmamaqla hərracın nəticələrinin mütləq etibarsız hesab olunması üçün əsas deyil. Bank vicdanlı alıcıdır və o, iddiaçının hər hansı hüququnu pozmamışdır. Ona görə də, onunla hərrac təşkilatı arasında bağlanmış müqavilənin etibarsız hesab olunması üçün əsas yoxdur. Məhkəmə əqdi etibarsız hesab edərkən Bankın hüququnu pozmuş və onun çəkdiyi xərclərin geri qaytarılmasını (restitusiyasını) da təmin etməmişdir. Kassasiya şikayətinə görə, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, MPM-nin 9.1, 9.3, 14.1-ci maddələrinin tələblərini pozmuş, tətbiq edilməli olan Mülki Məcəllənin 139-1, 1 40, 146, 354.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 16.6-cı maddələrini tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Cavabdeh “xxxx” MMC-nin vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxslərin nümayədələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkə mə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya insta nsiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1). Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır (maddə 415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sa yılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416). “İpoteka haqqında” Qanun Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. “İcra haqqında” Qanun İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır (maddə 17.1.7). Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır (maddə 21.1). Dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir (maddə 21.8). Kassasiy a instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qanunun mənasına görə əgər mübahisəyə baxan məhkəmə hərracın qanunvericiliyin tələblərinə zidd keçirildiyini müəyyən edərsə onu etibarsız hesab etməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, 04.10.2017-ci il tarixdə icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmış, iddiaçı bununla bağlı həm icra qurumuna, həm də hərrac təşkilatına məlumat vermişdir. “İcra haqqında” Qanunun 17.1.7, 21.1 və 21.8-ci maddələrinə əsasən bu hal icra icraatının dayandırılması üçün məcburi əsas olmuş və hər hansı icra hərəkətlərinin həyata keçirilməsini, o cümlədən, ipoteka predmetinin açıq hərracdan satışının davam etdirilməsini istisna etmişdir. Lakin buna baxmayaraq hərrac prosesi davam etdirilmiş və ipoteka predmeti olan əmlak Bank tərəfindən əldə edilmişdir. Eyni zamanda hərracın keçirildiyi dövrdə onun keçirilməsi üçün əsas olmuş icra sənədi (bu sənədin verilməsinə əsas olmuş məhkəmə aktı) artıq mövcud olmamışdır. Məhkəmə kollegiyası hazırkı mübahisəyə Mülki Məcəllənin 354.2-ci maddəsinin tətbiq edilməli olduğu barədə kassasiya şikayətinin dəlilini də əsassız hesab edir. Belə ki, həmin maddədə müəyyən edilmiş kəsici müddətlər mübahisələndirilən əqdlər üçün nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisəli əqd isə etibarsız hesab olunması üçün birbaşa qanunla məhkəmə qərarı tələb olunan əqdlərə aiddir və bu, əqdlərin etibarsızlığına səbəb olan xüsusi (ayrı) növü təşkil edir. Eyni zamanda Bank ipoteka predmeti olmuş əmlakı tutma yönəldilməsi çərçivəsində keçirilən hərracdan aldığından və hərracın keçirildiyi dövrdə həmin iş üzrə davam edən məhkəmə proseslərinin tərəfi kimi işdə iştir ak etdiyindən Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından vicdanlı əldə edən hesab oluna bilməz. Nəhayət qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmədiyi və hərracı udduğu halda tələbin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunduğu üçün hazırkı mübahisəyə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq edilməməsi maddi hüquq normasının pozuntusu kimi qiymətləndirilməməlidir. Mövcud vəziyyət Bankın təqsirli şəxslərə qarşı məruz qaldığı zərərin ödənilməsini və ya əsassız varlanmış şəxslərdən əmlakının qaytarılmasını tələb etmək hüququna mane olmur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırk ı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4708/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2417/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2417/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver