Məhkəmə qərarları › İş №2(102)-2417/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2417/2022

11.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2417/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhər 11 və Bakı şəhəri 14 saylı Notariat Ofislərinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2417/2022 (Açar sözlər: müqavilənin etibarsızlığı, tələbin qanuni əsası) Bakı şəhəri, 11 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhər 11 saylı və Bakı şəhəri 14 saylı Notariat Ofislərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11178/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 xxx qızının (bundan sonra “iddiaçı”) anasıdır.

2. X3 Bakı şəhər İcra Hakimiyyəti başçısının 06.05.2015-ci il tarixli, 190 saylı sərəncamı ilə ünvan 1mərtəbəsində, ümumi sahəsi 64,8 kv.m olan 2 otaqlı, 442 saylı mənzil verilmiş, mənzil 31.05.2020-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir.

3. X6 29.06.2020-ci il tarixdə X7 5 il müddətinə ona məxsus bütün əmlakına dair bütün səlahiyyətləri özündə əks etdirən 879535 saylı etibarnamə vermişdir.

4. X2 adından etibarnamə üzrə nümayəndəsi X9 qeyd edilən mənz ilə dair Cavabdeh1 ilə 11 saylı notariat ofisində 4Ə/219 reyestr nömrəli, 03.07.2020-ci il tarixli alqısatqı müqaviləsi bağlamışdır.

5. Cavabdeh1 da 09.09.2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında mənzili Cavabdeh2 satmış, sonuncu mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.

6. İddiaçının anası X6 07.01.2021-ci il tarixdə vəfat etmişdir. a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mənzilə dair anasının adından etibarnamə üzrə nümayəndə X9 və Cavabdeh1 arasında 03.07.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanan 4Ə/219 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin və Cavabdeh1 ilə Cavabdeh2 arasında 09.09.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat of isində bağlanan, 4Ə/1036 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası iddiaçını uşağı olmadığına görə 1973-cü ildə övladlığa götürmüş və iddiaçı anasının yeganə övladıdır. İddiaçı Ailə qurduğu 1989-cu ilədək anası ilə birgə ünvan 2ə yaşamışdır. İddiaçı ailə qurduqdan sonra anası həmin mənzili özgəninkiləşdirmiş, bundan sonra uzun müddət mənzil növbəsində qaldıqdan sonra X11 veteranı olduğu nəzərə alınaraq, anasına Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə mənzil ayrılmışdır.

9. Mənzil ayrıldıqdan sonra anasının qayğısına qalmaq istəyənlər çoxalmış, nəticədə iddiaçının anası ilə münasibətləri pisləşmişdir. Bundan sonra “havadarları”nın təlqini ilə, anası iddiaçının “ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlik hüququndan məhrum edilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir.

10. İddiaçı özü isə anasının “fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilməmişdir.

11. Anasının vəfatından sonra iddiaçıya məlum olmuşdur ki, mübahisəli mənzil 31.05.2020-ci il tarixdə mərhum anasının adına ilkin qeydiyyatdan keçirilmiş və qeyd edilən əqdlər bağlanmışdır.

12. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 337.1, 337.3, 337.4 və 339.1-ci maddələrinə istinad etmişdir.

13. Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etiraz edib və göstərib ki, mənzilə dair X2 adından etibarnamə üzrə nümayəndəsi X9 ilə Cavabdeh1 arasında 03.07.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi qanuni şəkildə bağlanıb, həmin müqavilənin etibarsız hesab edilməsi heç bir əsas yoxdur.

14. Cavabdeh2 nümayəndəsi və vəkili iddiaya etirazını onunla əsaslandırıb ki, mənzilinə dair onunla Cavabdeh1 arasında 09.09.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi qanuni şəkildə bağlanıb həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(008)-4391/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Həqiqət Məmmədova)

16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qə tnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarında alqı-satqı müqavilələrinin etibarsız hesab edilməli olduğu halları əsaslandırmamış, həmin halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarlılğına təsir göstərə biləcək hər hansı hal aşkar edilməmişdir. Belə ki, X2 adından etibarnamə üzrə nümayəndəsi X9 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanılan vaxt iddiaçının anası sağ olmuş və o, 07.01.2021-ci il tarixdə vəfat etmişdir.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəllən 144.1, 337.1, 362.1, 362.2-ci, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı ap ellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11178/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)

20. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi zamanı ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanı lmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olma sı vacibdir.

21. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, X6 29.06.2020-ci il tarixdə X7 5 il müddətli etibarnamə vermiş, etibarnamə ilə ona bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, miras qəbul etmək və yaxud ondan imtina etmək və s. hüquqlarını həvalə etmiş, mübahisəsi gedən mənzil məhz həmin etibarnamə əsasında Ədilə Ağakişiyevanın adından çıxış edən xxx tərəfindən Cavabdeh1 satılmışdır.

22. Göstərilənlərə əsasən apellyasiya instan siyası məhkəməsi belə qənaətə gəlib ki, apellyatorun irəli sürdüyü faktiki hallar onun “03.07.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; belə ki, Ədilə Ağakişiyeva müvafiq etibarnamə ilə xxxyə mənzil üzərində sərəncam vermək səlahiyyəti vermiş, müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuş, etibarnamə verilərkən Ədilə Ağakişiyevanın fəaliyyət qabiliyyətsiz olduğu isə sübuta yetirilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi xüsusilə nəzərə çatdırıb ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə Ədilə Ağakişiyevanın fəaliyyət qabiliyyətli olduğu müəyyən edilmiş, həmin işə baxılarkən keçirilən ambulator psixiatrik ekspertiza tədqiqatı zamanı o, övladlığa g ötürdüyü qızının ona biganə münasibət göstərməsindən gileylənməklə ona başqalarının qulluq etdiyini demiş, bu tarixdən daha əvvəl (yəni fəaliyyət qabiliyyətli olması ilə bağlı ekspert rəyi verilməsindən əvvəl) isə İddiaçı ləyaqətsiz vərəsə sayılmalı olması barədə iddia qaldırmışdır. İşin bu halları belə qənaətə gəlməyə əsas verir ki, Ədilə Ağakişiyevanın iddiaçı ilə münasibəti normal olmamış və o, özünün sərbəst iradəsi ilə əmlakı üzərində sərəncam verməyi məhz ona qulluq göstərən şəxsə həvalə etmişdir

24. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edib ki, mənzilin xxx tərəfindən öz nənəsi Cavabdeh1 satılmış olması da müvafiq müqavilənin etibarsızlığına əsas verən hal kimi, xüsusilə Mülki Məcəllənin 359.3-cü maddəsinin pozuntusu olaraq qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllə nin həmin normasına əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz; xxx isə mənzilə dair özü ilə əqd bağlamamış, mənzilin alqı-satqısı müqaviləsi üzrə alıcının ödədiyi vəsait notariusun bank hesabına, oradan isə Ədilə Ağakişiyevanın nümayəndəsi olaraq xxxnin depozit hesabına köçürülmüşdür. Qeyd olunmalıdır ki, təmsil edənin bağladığı əqd üzrə əldə etdiyini təmsil edilənə verməməsi həmin əqdin etibarsızlığı üçün deyil, təmsil edilənin əldə olunmuşların qaytarılması barədə iddia irəli sürməsi üçün əsas yarada bilər; həmçinin nəzərə alınmalıdır ki, X8 Həsənzadəyə verdiyi etibarnamədə “...əqdlər bağlamaq,...bu əqdlər üzrə haqq-hesab aparmaq,...əmlakı, pulu...almaq, bank hesabları üzərində sərəncam vermək” səlahiyyətləri nəzərdə tutulmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “Cavabdeh1 ilə Cavabdeh2 arasında 09.09.2020-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab olunması” tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edərək, bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görməyib – belə ki, həmin müqavilənin etibarsızlığını şərtləndirən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Belə hüquqi mövqe mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Xüsusilə nəzərə alınmalıdır ki, işin hallarından mübahisəli mənzili alan Cavabdeh2 vicdanlı alıcı olduğu müəyyən edilmişdir; bu isə o deməkdir ki, iddianın təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir

27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 324.1,324.2, 324.4, 324.5, 337.1, 339, 359.1, 362.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il və “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli və Qərarları əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək (Vəkil4) qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlilləri: - xxx mənzili nənəsi Cavabdeh1 satıb. Bu fakt göstərir ki, 03 iyul 2020-ci ildə bağlanmış müqavilə yalan əqddir və 09 sentyabr 2020-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə zəmin yaratmaq, görüntü üçün bağlanmışdır; - apellyasiya məhkəməsi Mülki Məcəllənin 404-cü maddəsinin düzgün tətbiq etməyib. Məhkəmə qətnamədə qeyd edib ki, mənzilin F. Həsənzadə tərəfindən öz nənəsinə satılması müqavilənin etibarszılığına əsas vermir. Halbuki mənzilin kimə satılması barədə heç mərhum Ədilə Ağakişiyevaya da məlumat verilməyib; - Ədilə Ağakişiyevanın mənzili satmaq niyyətini olması aydınlaşdırlmayıb; - məhkəmə Cavabdeh1 aldığı mənzili 2 aydan sonra satmasının səbəblərini araşdırmayıb, mərhumun ahıl yaşda olmasını, ona baxan şəxsdən asılı olmasını nəzərə almayıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan“əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərə fin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəf ə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilə rkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə iddiaçı tərəf indən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib. Kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə tam qiymət verilib.

36. Bel ə ki, iddiaçı alqı-satqı müqaviləsinin mərhum anasının həqiqi iradəsini ifadə etmədiyini, onun adından etibarnamə ilə çıxış edən xxxnin etibardan sui-istifadə etməklə mübahisəli mənzili öz qohumunun adına keçirdiyini, Cavabdeh1 Cavabdeh2lə görünüş üçün müqavilə bağladığını irəli sürməklə əsaslandırıb, tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337-ci və 339-cu maddələrinə istinad etsə də, apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun “03.07.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Çünki iddiaçının mərhum anası etibarnamə ilə xxxyə mənzil üzərində sərəncam vermək səlahiyyəti vermiş, müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuş, etibarnamə verilərk ən mərhumun fəaliyyət qabiliyyətsiz olduğu sübuta yetirilməmişdir.

37. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 20-26-cı bəndlərində əks edilən hüquq dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər apellyasiya məhkəməsinin hazırki qərarın 20-26-cı bəndlərində əks edilən mövqeyi ilə təkzib edilir.

39. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kass asiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11178/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar