Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2418/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aktın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-207/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 17 may 2022-ci il tarixdə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15.09.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent İddiaçı məxsus ünvan 1 ünvanında 17.09.2009-cu il tarixdə quraşdırılmış A270990886M131247 nömrəli AMPY(5219A) tipli elektrik sayğacına abonent İddiaçı iştiraki ilə baxış keçirilmiş, baxış zamanı sayğacın baxış tablosunda “C” fazasında yük axmasına baxmayaraq həmin fazada gərginliyin olmaması aşkar olunmuşdur. Belə ki, sayğac həmin fazadan axan yükü qeyd etmir və qeyd olunan qüsurla bağlı müvafiq olaraq NDM № 020119 nömrəli, 15.09.2020-ci il tarixli akt tərtib edilmişdir. Akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmışdır. Abonent İddiaçı qeyd olunan aktın tərtib olunmasında iştirak etsə də, aktı imzalamaqdan imtina etm işdir. 2. "xxxx" ASC-nin 16.09.2020-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər” adlı sənədin surətindən görünür ki, "xxxx" ASC-nin 020119 nömrəli, 15.09.2020-ci il tarixli aktına əsasən abonentə məxsus elektrik sayğacının baxış tablosunda “C” fazasında yük axmasına baxmayarq həmin fazada gərginliyin olmaması qüsuru müəyyən edilmiş və abonentə 11.206,36 manat məbləğində borc hesablanaraq, sayğac yeni sayğac ilə əvəz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh tərəfindən tərtib olunmuş 15.09.2020-ci il tarixli, 020119 nömrəli aktın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müra ciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək heç bir qanuni əsas olmadan akt tərtib edərək ünvanda işıq sayğacını da götürüb getmiş, bu günədək o işıqsız qalmışdır. Aktı tərtib edən əməkdaşların sözlərinə görə sayğaca kənar müdaxilə olmuşdur. İddiaçı onlara iradını bildirmişdir ki, hər ay o işıq pulu köçürür və hər dəfə gəlib sayğaca baxış keçirirlər. Belə bir müdaxilə olsa idi onlar bunu əvvəlcədən müəyyən etmiş olardılar. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları iddiaçının sözlərinə əhəmiyyət verməyərək akt tərtib etdilər. Bu səbəbdən də iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ə.Abbasova) 2(011)-5558/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 15.09.2020-ci il tarixli 020119 nömrəli akt etibarsız hesab edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən pozuntuyua yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Lakin mülki iş materiallarında olan aktdan və cavabdehin nümayəndəsinin verdiyi izahatlardan aydın olur ki, mübahisələndirilən akt qeyd edilən tələb gözlənilmədən tərtib edildiyindən məhkəmə hesab etmişdir ki, "xxxx" ASC-nin 020119 nömrəli, 19.09.2020-ci il tarixli aktı yuxarıda istinad edilən qanunun tələblərini pozmaqla tərtib edildiyindən etiba rsız hesab edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5558/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3491/2021 saylı, 28.04.2021-ci il tarixli qərardadı ilə məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında 17.09.2009-cu il tarixdə quraşdırılmış A270990886M131247 nömrəli AMPY(5219A) tipli elektrik sayğacında hər hansı nasazlığın olub-olmamasının müəyyən edilməsi və sayğacda nasazlıq müəyyən olunarsa, onun kənar müdaxilə və ya sayğacdakı texniki qüsur səbəbindən yaranmasının müəyyən edilməsi sualı qoyulmuşdur.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.08.2021-ci il tarixli məlumatından müəyyən olunur ki, ekspert sayğacın lobaratoriyada yoxlanmasının nəticələri barədə sənədlərin təqdim edilməməsi əsası ilə ekspertizanın aparılmasından imtina etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) 2(103)-207/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh “XXX” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 (011)-5558/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, qeyd etmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Lakin mülki iş materiallarında aydın olur ki, mübahisələndirilən akt qeyd edilən tələb gözlənilmədən tərtib edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi "xxxx" ASC-nin 020119 nömrəli, 19.09.2020-ci il tarixli aktın yuxarıda istinad edilən qanunun tələblərini pozmaqla tərtib e dildiyindən aktın etibarsız hesab edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayəti və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh "xxxx" ASC kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert məhkəmə qərardadını icra etməkdən əsasız surətdə imtina etmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hal nəzərə alınmamış, iş üzrə təkrar məhkəmə ekspertizasının aparılması təmin edilməmiş və iş üzrə mövcud olan sübutların qiymətləndirilməsi düzgün aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı zamanı cavabdeh "xxxx" ASC-nin hərə kətsizliyində ifadə olunan davranışının Azərbaycan Respublikası MPM-nin 106.2-ci maddəsinin təsiri altına düşməsi barədə səhv qənaətə gəlmişdir. Belə ki, məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı zamanı cavabdeh "xxxx" ASC ekspert tərəfindən qeyd edilən tədqiqat materiallarının verilməsini təmin etmiş ("xxxx" ASC-nin 12.08.2021-ci il tarixli məktubu ilə göndərilmiş sənədlər), həmçinin məhkəmə baxışı zamanı iş üçün əhəmiyyət kəsb edən sənədləri (akt, protokol və videogörüntü) məhkəməyə təqdim etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Prosessual məsələlər
17. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
18. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»
19. Bənd. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik en erjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
20. Bənd 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və apellyasiya in stansiyası məhkəməsi tərəfindən araşdırılmaqla onlara hüquqi qiymət verilmişdir.
29. Bundan başqa, kollegiya bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, enerji tədarükü və satışı sahəsində monopolist səlahiyətə malik olan təşkilat analoji aktların tərtib olunması sahəsində oturuşmuş bir təcrübə yaratmalıdır. Həm də qanunsuz müdaxilə hallarının mövcudluğu halında itirilmiş enerjiyə görə hesablanmış məbləğin ağlabatan və reallığa uyğun olması ilə bağlı normativ qərarlar qəbul edilməlidir. Belə təcrübə enerji itkisinin qarşsını almaqda daha effektli nəticələr verə bilər. Hazırkı işdə abunəçi əhali qrupuna aid olmaqla ünvan 1 ünvanında enerjidən istifadə edir. Mübahisələndirilən protokol əsasında ona 11.206,36 manat məbləğində borc hesablanmışdır. Adi halda uzun illər itifadə olunsa belə mənzildə həmin məbləğdə dəyərə uyğun elektrik enerjisindən istifadə edilməsi inandırıcı deyil. Nəticə etibarı ilə belə sənədləşmələr görülən tədbirlərin həqiqiliyinə şübhələr yaradır ki, buda bir çox hallarda obyektiv qərarların qəbul edilməsini istisna edir.
30. Nəzərə almaq lazımdır ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir (MM-nin 560.1. maddəsi).
31. Hesablanan məbləğ itirilmiş enerijinin yerinin doldurulmasına xidmət edirsə, onda məbləğ itirilmiş enerjinin məbləğinə uğun olmalıdır. Yox, əgər hesablanmış məbləğ pozuntuya görə nəzərdə tutulan sanksiyadırsa, onda müvafiq normativ aktlar və sənədləşmələr də ona uyğun tərtib edilməlidir ki, abonent həmin pozuntuya görə inzibati sanksiyanın m əbləğini əvvəlcədən bilsin.
32. Kollegiya başqa məsələni də qeyd etməyi zəruri hesab edir. Analoji pozuntular zamanı sənədləşmələrin aparılması protokolun tərtib olunması ilə müşayət olunur ki, həmin protokollar da iki hal şahidinin iştirakı ilə tərtib olunmalıdır. Lakin, hal şahidi rolunu oynaya bilən şəxslərin tapılması və bu prosesdə iştirak etməsi obyektiv səbəbdən mümkün olmur. Çünki işdə marağı olmayan şəxslərin bu sənədləşməyə cəlb edilməsi ilə bağlı çətinliklər bəlli haldır. Ən yaxşı halda bu rolu ASC-nin öz əməkdaşları həyata keçirməli olur ki, buda sənədləşmənin obyektivliyini şübhə altına alır. Ona görə belə sənədləşmələr elə aparılmalı, elə tərtib olunmalıdır ki, keçirilmiş tədbirin obyektivliyi şübhə doğurmasın. Bu zaman videoçəkilişlərdən istifadə olunması təcrübəsindən, sayğ acın çıxarılması, qablaşdırılması, laborotoriyaya göndərilməsi qaydalarına riayət edilməsi təcrübəsindən, sayğacın ekspertizası zamanı abonentin özünün iştirakı təcrübəsindən istifadə oluna bilər.
33. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə q ətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən ed ilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-207/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.