Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2418/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1865/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 05.05.2023-cü il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, istehlakçı Ramin Nəzərova məxsus və ünvan 1 ünvanında yerləşən sayğaca cavabdeh Birliyin əməkdaşları tərəfindən baxış keçirilmiş, müəyyən edilmişdir ki, mənzildə qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edilir. Dəymiş ziyan 8.856 kub metr kimi hesablanmışdır. 2. 24.05.2023-cü il tarixli, AN-İ ******* nömrəli notarial qaydasında təsdiq edilmiş “Daşınmaz Əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, satıcı X19 qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev 96R saylı ünvanında yerləşən, ümumi sahəsi 73,8 kv.m yaşayış sahəsini həmin ünvanında yerləşən 0,02 ha torpaq sahəsini alıcı olan iddiaçıya satmışdır. Müqavilənin 1 0-cu bəndinə əsasən, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, elektron, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X13 verdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli “Çıxarışından” görünür ki, Rövşən Göyüşov küçəsi, ev 96 R ünvanında yerləşən, ümumi sahəsi 73,80 kv.m olan fərdi yaşayış evi və 0,02 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi: **********39-10301).
4. İşdə olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, istehlakçı Ramin Nəzərova məxsus Bakı şəhəri, Suraxanı rayonu, ZığGöyüşov 98 ünvanında yerləşən sayğacda kənar qeyri-qanuni qaz xətti olduğu üçün 8.856 kub metr həcmində qaz itkisi hesablanmışdır.
5. İşdə olan **********00000 kodlu xx.xx.2023-cü il tarixli “Abonentin saldosundan” görünür ki, Ramin Nəzərova məxsus və Suraxanı rayonu, Zığ-Göyüşov ev 98 ünvanda yerləşən mənzilin abonentinə 2022-ci ilə görə 4.241,28 manat, 2023-cü ilə isə 2.125,44 qalıq borc hesablanmışdır. 6. xx.xx.2023-cü il tarixli, D-100689 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən” görünür ki, qazpaylayıcı ilə istehlakçı olan iddiaçı arasında fərdi yaşayış evinin qazla təmin edilməsi barədə razılığa gəlinmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə müqavilənin müddəti 3 ay kimi müəyyən edilmişdir.
7. Həmin müqavilənin şərtlərinə əsasən, istehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanılması tələb olunmur (bənd 7.3.). İstehlakçı bu müqavilənin vaxtından əvvəl ləğv edilməsi hüququnu özündə saxlayır. Lakin bu, tərəflərin müqavilə üzrə öhdəliklərinin icra edilməsi məsuliyyətindən azad etmir (bənd 7.4.).
8. İşdə olan xx.xx.2023-cü il tarixli “Qaz paylacısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə aktdan” görünür ki, cavabdeh Birliyin Bakı Regional qazın Satışı Departamenti ilə istehlakçı olan iddiaçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi qaz paylayıcı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılmışdır
9. Cavabdeh Birliyin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı borcla bağlı Birliyə müraciət etmiş, müraciətə baxılması nəticəsində müəyyən edilmişdir ki, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 96R yerləşən fərdi yaşayış evinə **********00000 saylı abonent kodu üzrə verilən qazın dayandırılması (smart kartın bloklanmasının, qaz xəttinin kəsilməsinin və ya sayğacın qaz xəttindən ayrılmasını) və borcun smartkartla vurulmuş məbləğdən çıxılması Birliyə qadağan edilmişdir. Qərardadın tələblərinin icrası ilə bağlı Birlik ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” 45 günlük D-100689 nömrəli müvəqqəti müqavilə bağlanmışdır. İstehlakçı hesabında ol an 6.970,97 manat debitor borc iddiaçı tərəfindən tam ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən 96R saylı fərdi yaşayış evinə verilmiş qaza dair X6 hesablanmış 6970,97 manat borcun ondan tələb edilməsinin qanunsuz hesab edilərək, həmin borcun onun **********00000 saylı abonent kod hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur və o, bu evin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olması ilə bağlı reyestrdən Çıxarış da almışdır. İddiaçı, həmin evə dair açılmış abonent kodunun (kod: **********00000) öz adına keçirilməsini tələb etmişdir, lakin sonradan məlum olmuşdur ki, həmin abonent kodu üzrə X5 adına hesablanmış 6366,72 manat məbləğində borc mövcuddur. O, bununla bağlı Cavabdehnə müraciət etmişdir, ona yalnız bu borcun ödənildiyi təqdirdə, abonent kodunun onun adına keçəcəyi bildirilmiş, hüquqi əsas kimi cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktları ona təqdim etmişdir. İddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən 96R saylı fərdi yaşayış evinə dair evin əvvəlki sakini X11 ilə Cavabdeh arasında bağlanmış müqavilə yə xitam verilməsini, həmin evə dair Cavabdeh ilə onun arasında yeni müqavilə bağlanmasını, həmin evə dair **********00000 saylı abonent kodunun ləğv edilərək ona yeni abonent kodu verilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh 07 avqust 2023-cü il tarixli məktubla onun müraciətindən imtina etsə də, sonradan 08 sentyabr 2023-cü il tarixində onunla Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” D-100689 saylı müqavilə imzalanmış və həmin fərdi yaşayış evi üzrə **********00000 saylı abonent kodu onun adına keçirilmişdir. Bununla əlaqədar onlar arasında 08 sentyabr 2023-cü il tarixli “Qaz paylayıcısı və istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti barədə” AKT tərtib edilmişdir. Lakin, məlum olmuşdur ki, həmin abo nent kodu üzrə X5 ödənilməmiş 6970,97 manat borcu qalmışdır, cavabdehin əməkdaşları da bu borcun Smart Kart üzrə ödənilən pul vəsaitindən tutulacağını iddiaçıya bildirmişlər. İddiaçı cavabdehə müraciət edərək həmin borcun abonent kodundan silinməsini xahiş etmişdir. Cavabdeh 21 sentyabr 2023-cü il tarixli məktubla ona cavab verərək, Suraxanı rayon məhkəməsinin 16(010)-199/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhər, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən 96R fərdi yaşayış evinə **********00000 saylı abonent kodu üzrə verilən qazın dayandırılmasının (smart kartın bloklanmasının, qaz xəttinin kəsilməsinin və ya sayğacın qaz xəttindən ayrılmasının) və borcun smartkartla vurulmuş məbləğdən çıxılması Cavabdehnə qadağan edilməsi, həmin qərardadın tələb inin icrası ilə bağlı onunla Cavabdeh İB arasında müvəqqəti müqavilə bağlanmasını bildirmiş, istehlakçı hesabında olan 6970,97 manat debitor borcun tam ödənilməsi ondan tələb edilmişdir. İddiaçı bildirmişdir ki, həmin evi 24 may 2023-də almış, evə qaz sayğacı 21 avqust 2023-cü il tarixdə quraşdırılmış, onunla müqavilə isə 08 sentyabr 2023-cü il tarixdə bağlanmışdır. O, evi alan zaman ona əvvəlki sakinin mavi qaza görə borcunun qalması bildirilməmişdir. Hər bir halda Cavabdeh qeyd edilən borca görə pulun ödənilməsini yalnız X4 tələb etmək hüququ olduğuna görə həmin borcun ondan tələb edilməsi qanunsuzdur. 12. 20.11.2023-cü il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ərizəsi göndərərək, İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı iddiasını qəbul etməməsini və id dia tələbinin əsassız olduğunu bildirmişdir. Qeyd etmişdir ki, iddiaçının iddia tələbi üzrə subyektiv hüququ yoxdur, çünki, həmin ünvanda yaşayış yeri üzrə istehlakçı X7r, iddiaçı həmin evi alqı-satqı müqaviləsinə əsasən əldə etsə də, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Birliyə müraciət edərək, istehlakçı hesabını öz adına keçirməmişdir. İddiaçının hazırda məhkəməyə təqdim etdiyi 3 aylıq müqavilə isə məhkəmənin müvəqqəti təminat tədbirinə dair qərardadının icrası ilə əlaqədar imzalanmışdır və xx.xx.2023-cü il tarixində qüvvədən düşür. Azərbaycan Respublikası NKnin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Lakin, göstərilən hallarla bağlı iddiaçı hər hansı bir tədbir görməmişdir. Yalnız məhkəmənin qərardadının icrası ilə əlaqədar hazırki iddiaçı ilə qısamüddətli müqavilə imzalanmışdır. Bundan əlavə qeyd olunan ünvanda istifadədə olan qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilərkən, həmin ünvanda sayğacdan kənar qey ri-qanuni birləşmə vasitəsilə təbii qazdan istifadə faktları aşkar olunmuşdur. Bu barədə təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlar tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. Bunun nəticəsində Birlik tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamələr tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh iddia ərizəsinin təmin olunmaması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim Firuzə Mirzəyeva) 2(010)-301/2024 nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
14. Birinci inst ansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdeh tərəfindən X6 hesablanmış borcun silinməsini tələb edir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının yaşayış evi(ünvan 3 ünvanla X5 adına olan abonent kodunda göstərilən ünvan(ünvan 4ı ilə cavabdeh arasında bağlanmış D-100689 xx.xx.2023-cü il tarixli müqavilədə göstərilmişdir. Mənzil nömrələri üst-üstə düşmədiyindən və iddiaçı tərəfindən mənzillərin eyni olması barədə məhkəməyə sübut təqdim edilmədikdən, məhkəmə hesab edir ki, iddiaçının başqa istehlakçının borcun silinməsini tələb etmək subyektiv hüququ yoxdur.
15. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı satıcı X12 ilə 24 may 2023-cü il tarixli “Daşınmaz Əmlakın alqı-satqı” müqaviləsi bağlamış, ondan ünvan 5 ünvanında yerləşən torpaq sahəsini və evi almışdır. Yəni, iddiaçıya məxsus mənzilin əvvəlki mülkiyyətçisi X11 yox, X12 olmuşdur. X4 qaz sayğacı üzrə sahibliyi X1 barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda, alğı-satqı müqaviləsinin 10-cu bəndində qeyd olunur ki, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, elektron, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür.
16. Mə hkəmə hesab etmişdir ki, Bundan başqa, qanunvericiliyin tələbinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməlidir. Məhkəmə bir də vurğulayır ki, iş materiallarına əlavə olunmuş abonent saldosunda və çıxarışda qeyd olunan mənzillərin nömrələri üst-üstə düşmür, lakin iddiaçının mənzili həmin mənzil olduğu halda, qaz sayğacını daşınmaz əmlakın ləvazimatı hesab edərək, iddiaçı borcun silinməsini hazırki cavabdehdən deyil, əvvəlki mülkiyyətçidən tələb edə bilərdi. Çünki belə olan halda, məhz mənzilin əvvəlki mülkiyyətçisi (satıcı) müqavilə üzrə öz vəzifələrini icra etmədiyindən, yeni mülkiyyətçiyə (alıcıya) ziyan vurmuş hesab olunur. Belə ki, iddi açının subyektiv hüququ müəyyən edilmir. Odur ki, iddiaçının subyektiv hüququnun olması müəyyən edilmədən (iddiaçı bunu sübut etmədən) cavabdeh tərəfindən yazılan borcun silinməsini tələb etmə hüququ yoxdur.
17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135, 568.1, 568.2, 646.1, 646.2, 648.2, 649; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,124; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, 3-cü maddəsinin 7-ci hissəsinə, 11-ci maddəsinin 1 və 6-cı hissələrinə, 13-cü maddəsinin 8 və 8-1-ci hissələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülk i işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın əsası və predmetinə düzgün qiymət vermədiyinə görə iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı başqa şəxsin borcunun silinməsini deyil, həmin borcun ona məxsus abonent kodundan silinməsini tələb edir. İddiaçı ilə müqavilə 3 aylıq bağlanmış olsa belə, iddiaçı ləğv etməsə müqavilə eyni müddətə uzanmış hesab olunacaq. Cavabdehin isə müqaviləni ləğv etmək hüququ yoxdur. Hazırda da 3 ayın tamam olmasına baxmayaraq müqavilə münasibətləri davam etməkdədir. Cavabdeh Birlik borcu Ramin Nəzərovdan tələb etməlidir. Bunun üçün məhkəməyə müraciət edə bilər. Lakin cavabdeh Birlik bazarda üstün mövqeyindən istifadə edərək iddiaçının evinə təbii qazın verilməsinin dayandırılacağı hədəsi ilə borcu iddiaçıya ödətdirməyə çalışır. İddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququ vardır. Mənzil nömrələrinin üst-üstə düşüb-düşməməsinin hazırki mübahisənin həlli üçün əhəmiyyəti yoxdur. Çünki cavabdeh Birlik öz istehlakçılarını mənzil nömrələri ilə deyil, abonent kodu ilə fərqləndirir. Bundan başqa, yaşayış sahəsinin mülkiyyətçisinin bir şəxs, həm in sahədə qazdan istifadəçinin isə başqa şəxsin olması qanunsuz deyil və mülkiyyət hüququnun başqasına keçməsi, həmin yaşayış sahəsində qazdan istifadənin də mütləq başqasına keçməsi kimi məcburi hal yoxdur. Evin əvvəlki mülkiyyətçisi də istehlakçı olmamışdır. Bundan əlavə, Rayon Məhkəməsinin qeyd etdiyinin əksinə iddiaçının Ramin Nəzərova qarşı borcun ödənilməsi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Ramin Nəzərov iddiaçıya qarşı deyil, cavabdeh Birliyə qarşı hüquq pozuntusu törətmişdir. Qaz sayğacı isə evin ləvazimatı hesab edilə bilməz. Çünki sayğac cavabdeh Birliyin balansındadır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X3, X14)2(103)1865/2024 nömrəli mülki iş üz rə 12 mart 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2024-cü il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdehnə qarşı “borcun ondan tələb edilməsinin qanunsuz hesab edilərək abonent kod hesabından silinməsi tələbi barədə” iddiasının təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən 96R saylı fərdi yaşayış evinə verilmiş qaza dair X6 hesablanmış 6.970,97 manat borcun İddiaçı tələb edilməsi qanunsuz hesab edilərək, həmin borcun İddiaçı adına olan **********00000 saylı abonent kod hesabından silinməsi qət edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmu şdur ki, cavabdeh X15 aid olan 6.970,97 manat borcun ödənilməsini iddiaçıdan tələb edir. Bu hal işin mübahisəsiz halıdır. İddiaçı isə həmin borca görə məsuliyyət daşımadığını əsas gətirərək hazırki iddianı irəli sürmüşdür. Lakin Rayon Məhkəməsi iddianın əsasını və predmetini düzgün müəyyən etməyərək əsassız olaraq iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması barədə səhv qənaətə gəlmişdir.
22. Rayon Məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” 10-cu bəndində qeyd olunur ki, alıcının sahibliyinə verilənədək əmlakın vergisi, elektron, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Bundan başqa, yuxarıda göstərilmiş qanunvericiliyin tələbi nə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməlidir. Məhkəmə bir də vurğulayır ki, iş materiallarına əlavə olunmuş abonent saldosunda və çıxarışda qeyd olunan mənzillərin nömrələri üst-üstə düşmür, lakin iddiaçının mənzili həmin mənzil olduğu halda, qaz sayğacını daşınmaz əmlakın ləvazimatı hesab edərək, iddiaçı borcun silinməsini hazırki cavabdehdən deyil, əvvəlki mülkiyyətçidən tələb edə bilərdi. Çünki belə olan halda, məhz mənzilin əvvəlki mülkiyyətçisi (satıcı) müqavilə üzrə öz vəzifələrini icra etmədiyindən, yeni mülkiyyətçiyə (alıcıya) ziyan vurmuş hesab olunur.
23. Rayon Məhkəməsi Mülki Məcəllənin 648.2-ci maddəsinə istinad edərək, qey d etmişdir ki, iddiaçı ona dəymiş zərərin əvəzini Ramin Nəzərovdan tələb edə bilər.
24. Həmin maddəyə əsasən, satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.
25. Rayon Məhkəməsinin mövqeyi ilə bağlı apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, yuxarıda qeyd edilmiş “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” 10-cu bəndində nəzərdə tutulmuş şərtlər Rayon Məhkəməsi tərəfindən düzgün təfsir edilməmişdir. Belə ki, müqavilə şərtlərində aydın ifadə edilmişdir ki, əvvəlki borca görə məsuliyyəti təzə mülkiyyətçi daşımır. Bu hal bir daha iddia tələbinin əsas lı olduğunu təsdiq edir. 26. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 5.6-cı bəndinə görə, qaz paylayıcısı hər bir istehlakçının adın a qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir.
28. Həmin Qaydaların 6.4-cü bəndinə görə, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alğı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanı lmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir.
29. Qeyd edilən maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, yaranmış vəziyyətdə cavabdeh Birlik borcun ödənilməsini iddiaçıdan deyil, əvvəlki abonentdən tələb edə bilər. Nəzərə alınmalıdır ki, təbii qazdan istifadə şərtləri qaz paylayıcısı ilə istehlakçı arasında bağlanan qazın alğı-satqısı barədə müqavilə ilə tənzimlənir və istehlakçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər üzrə məsuliyyət daşıyır. Cavabdeh Birlik isə iddiaçının üzərinə müqavilədən kənar öhdəlik qoymaqla onun təqsiri olmadan yaranmış borcun əsassız olaraq iddiaçıdan ödənilməsini tələb edir.
30. Ramin Nəzərova hesablanmış 6.970,97 manat məbləğində borcun ödənilməsinə görə i ddiaçının cavabdeh Birlik qarşısında nə qanun üzrə, nə də müqavilə üzrə hər hansı öhdəliyi yaranmamışdır, mövcud deyildir. Cavabdeh Birliyin həmin borcun ödənilməsini iddiaçıdan tələb etməsinin (bax: hazırki qətnamənin 25-ci bəndində qeyd edilmiş Birliyin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba (iş v. 7)) qanuni və müqavilə əsası yoxdur. Belə olan halda, cavabdeh Birlik həmin borcun ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyil. İddiaçı adına olan abonent kodundan həmin borcun silinməsini tələb etməkdə haqlıdır.
31. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 648.2; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə; Azərbaycan Respublikası, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanu nunun 11-ci maddəsinin 6-cı hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarını 5.6, 6.4-cü bəndlərinə və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edil məməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olması iş materiallarına əsasən müəyyən edilmir. Sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı tərəfindən iddia tələbində göstərilən xüsusatların (faktiki və hüquqi əsaslar) sübut edilməsi təmin edilməmişdir. Lakin hazırda iddiaçının iddia tələbi mülkiyyətində olan Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev 96R ünvanı ilə bağlı deyil. İddiaçı iddia tələbində ünvan 6 ünvanı üzrə hesablanmış borc məbləğinin hesab kodundan silinməsini xahiş etmişdir. Həmin ünvanda isə istehlakçı hesabı alğı-satqı müqaviləsinə əsasən satıcı olan Akif Əliyevin deyil, X5 adınadır. İş materiallarında isə İddiaçı həqiqətən də, ünvan 6 ünvanında yerləşən *** *******00000 saylı istehlakçı kodu verilən ünvanda yaşadığını təsdiq edən hər-hansı sübut mövcud deyil. Göstərilənlərə baxmayaraq apellyasiya instansiya məhkəməsi bu məsələdə də səhv nəticəyə gəlmişdir.
34. Apellyasiya instansiya məhkəməsi qeyd olunan hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aktlaşdırılmış, hər fakta dair ayrıca fotoşəkillər çəkilmişdir (iş materiallarında vardır). İstehlakçı tərəfindən qanunsuz çəkilmiş qaz xətti hər dəfəs ində Cavabdeh İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Xüsusi olaraq qeyd edilir ki, Cavabdeh İB əməkdaşları tərəfindən görülmüş qanunamüvafiq tədbirlər abonentin yenidən qaz xəttinə qanunsuz qoşulması kimi təkrar halları istisna etmir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Cavabdehin vurulan zərəri tələb etmək hüququnu olduğu, eyni zamanda qaz xəttinə qanunsuz qoşulmaların olduğu təsdiq olunduğu halda, apellyasiya instansiya məhkəməsi əsassız olaraq şikayəti təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir
35. Cavabdeh tərəfindən şikayətdə qeyd olunan maddi hüquq normasının tələbl ərindən də göründüyü kimi əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Lakin göstərilən hallarla bağlı hazırki iş üzrə iddiaçı hər hansı bir tədbir görməmiş, alqısatqı zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əvvəlki mülkiyyətçidən təbii qazdan istifadəyə görə borcunun olmaması barədə arayış tələb etməmiş, müəyyən edilmiş müddət ərzində qanunvericilikdə nəzərdə tutulmuş qaydada Birliyə müraciət edərək, istehlakçı hesabını öz adına keçir məmişdir. İddiaçı ilə bağlanmış 3 aylıq müqavilə isə məhkəmənin müvəqqəti təminat tədbirinə dair qərardadının icrası ilə əlaqədar bağlanmışdır və hazırda həmin qərardad qüvvədə olduğu üçün hələki müqavilə münasibətləri davam etdirilir. Lakin hazırda da ünvan 6 ünvanı üzrə Birlikdə istehlakçı kimi Ramin Nəzərov qeydiyyatdadır və həmin ünvanın istehlakçı kodu da onun adınadır. Belə olan halda isə qanunvericiliklə müəyyən olunmuş öhdəliklərini yerinə yetirmədiyinə görə yeni mülkiyyətçi əvvəlki istehlakçı ilə birlikdə məsuliyyət daşıyır. Lakin apellyasiya instansiya məhkəməsi bu halları da nəzərə almamış və qətnamə qəbul edərkən qeyd olunan maddi hüquq normasının tələblərini də pozmuşdur.
36. Apellyasiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. İddiaçının abonent kodu verilən yaşayış evində yaşaması ilə bağlı hər hansı sübutun mövcud deyil. İş materiallarında yer almış və tərəfimizdən təqdim olunmuş sübutlar apellyasiya şikayətinin tamamilə əsassız olmasını təsdiq etdiyi halda apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutlara (alğı-satqı müqaviləsindəki ünvanın iddia tələbində göstərilən ünvandan fərqli olmasına, iddiaçının iddia tələbində göstərilən ünvanda yaşamasında dair sübutun olmaması, iddiaçının subyektiv hüququnun olmaması, iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilənin məhkəmənin müvəqqəti təminat tədbirinə dair qərardadı əsasında müvəqqəti bağlanılması) düzgün hüquqi qiymət verməm iş, nəticədə də səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir.
37. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,76 88, 217-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli qərarına, Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4, 6.5-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olma qla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
42. Maddə 11...
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsə lələr qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
43. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
44. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).
45. Bənd 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülki yyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.
46. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yaranmış vəziyyətdə cavabdeh Birlik borcun ödənilməsini iddiaçıdan deyil, əvvəlki abonentdən tələb edə bilər. Nəzərə alınmalıdır ki, təbii qazdan istifadə şərtləri qaz paylayıcısı ilə istehlakçı arasında bağlanan qazın alğı-satqısı barədə müqavilə ilə tənzimlənir və istehlakçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər üzrə məsuliyyət daşıyır. Cava bdeh Birlik isə iddiaçının üzərinə müqavilədən kənar öhdəlik qoymaqla onun təqsiri olmadan yaranmış borcun əsassız olaraq iddiaçıdan ödənilməsini tələb edir.
60. Ramin Nəzərova hesablanmış 6.970,97 manat məbləğində borcun ödənilməsinə görə iddiaçının cavabdeh Birlik qarşısında nə qanun üzrə, nə də müqavilə üzrə hər hansı öhdəliyi yaranmamışdır, mövcud deyildir. Cavabdeh Birliyin həmin borcun ödənilməsini iddiaçıdan tələb etməsinin qanuni və müqavilə əsası yoxdur. Belə olan halda, cavabdeh Birlik həmin borcun ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyil. İddiaçı adına olan abonent kodundan həmin borcun silinməsini tələb etməkdə haqlıdır
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılm ış, onlara, habelə ikassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstər ilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “12” mart 2024-cü il tarixli 2(103)-1865/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.