Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2420/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: cavabdeh LPO Cavabdeh ASC İddia tələbi: Əqdin etibarsızlığı barədə. Açar sözlər: əqd yoxdursa müqavilə etibarsız hesab oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) X2 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Səfərli Günel Adil qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5285/2019 saylı xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim C.Tağıyev) iddia tələbinin təmin edilməsi, xx.xx.2017-ci il tarixli Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda qeyd olunan (00) **********00490 və (00) **********02429 saylı hesab nömrələri üzrə İddiaçı adına borc hesablanmasına əsas olması qeyd edilən kredit müqaviləsinin (kredit müqavilələri) etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən, məruzəçi), A.Hüseynov və V.Sadıqov, 2(103)13743/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)5285/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanılmasına əsaslanaraq xx.xx.2017-ci il tarixli Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda qeyd olunan (00) **********00490 və (00) **********02429 saylı hesab nömrələrinin ona məxsus olması nəzərdə tutulan müvafiq kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin buraxdığı səhvləri təkrar edərək iddiaçının iddia tələblərinin əsassız olması barədə cavabdehin məhkəməyə təqdim etdiyi subutlar əsasında heç bir araşdırma aparmamış, həmin subutara obyektiv hüquqi qiymət verməmiş və iddiaçının formal mülahizələrinə əsaslanaraq apellyasiya şikayətini təmin etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə iddiaçının xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə banka ödənilməmiş 1646.71 ABŞ dolları əsas borcun, 194.87 ABŞ dolları faiz borcunun qalmasının səbəblərini qeyd edilən kredit müqaviləsi üzrə İddiaçı tərəfindən öhdəliklərinin icra edilməməsi səbəbindən yaranmasını da nəz ərə almamışdır. Bu da maddi və prosessual hüquq normalarının pozulması kimi qəbul edilməlidir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Səfərli Günel Adil qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılma sına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətlən dirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında bağlanılmasına əsaslanaraq xx.xx.2017-ci il tarixli Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda qeyd olunan (00) **********00490 və (00) **********02429 saylı hesab nömrələrinin ona məxsus olması nəzərdə tutulan müvafiq kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışdan görünür ki, guya o, xx.xx.2012-ci il tarixdə Cavabdeh ASC-dən 2.965 ABŞ dolları məbləğində pul götürmüşdür, sonuncu ödəniş tarixinə – xx.xx.2017-ci il tarixə 1.646 manat 71 qəpik borc qalığı yaranmışdır. Həmin çıxarışda qeyd olunur ki, kreditin ilkin müqavilə ilə bitmə tarixi xx.xx.2012-ci il, son müqavilə ilə bitmə tarixi isə xx.xx.2017-ci il tarixdir. Məhkəmənin nəzərinə çatdırır ki, onun belə bir müqavilədən ümumiyyətlə xəbəri yoxdur. Belə ki, o, xx.xx.2012-ci il tarixdə ”Cavabdeh” ASC-dən 2.965 ABŞ dolları məbləğində borc götürməmişdir. Hətta indiyə qədər də heç bir bankdan kredit götürməmişdir. Bu kredit ona hansı müqavilə ilə, necə hesablanıb, heç bir məlumatı yoxdur. Bu barədə etdiyi müraciətlərə əsasən Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna sorğu göndərilmiş və bu sorğuya cavab olaraq bildirilmişdir ki, çıxarışda qeyd olunan (00) **** ******00490 və (00) **********02429 saylı hesab nömrələrinə aid kredit dosyesi ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisinə təhvil verilmədiyindən sözügedən kreditlə bağlı hansı məlumatların səhv, qeyri-dəqiq olduğunu müəyyən etmək mümkün deyil. Necə ola bilər ki, onun adına müqavilə olduğu halda, həmin müqavilə əsasında ona kredit hesablandığı halda belə məlumatlara rast gəlinməmiş, həmin dosye Cavabdeh ASC-nin ləğvedicisinə təhvil verilməmişdir. Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan Cavabdeh ASC-dən krediti götürməsini sübut edən müqavilə və s. sənədlərin surətlərini ona göndərməsini xahiş etsə də, ona verdikləri cavab məktubunda qeyd edilmişdir ki, müraciətlərində qeyd edilmiş (00) **********00490 və (00) **********02429 saylı hesablar üzrə olan borc ö hdəliyinin onun kredit tarixçəsində əks olunmaması ilə bağlı hər hansı düzəlişin edilməsi ləğvedicinin səlahiyyətləri xaricindədir. Bu barədə dəfələrlə X1 Palatasına da müraciət etmiş, onlar da müraciətini baxılması üçün aidiyyatı üzrə LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərmişlər. Lakin bütün bu səylər indiyə qədər də öz nəticəsini verməmişdir. Adına çıxan bu kredit problemlərinə görə ehtiyac içində ola-ola hansısa bankdan kredit götürə bilmir. Müqaviləni başqa hansı yolla ala bilər, onu da bilmir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, belə bir müqavilə varsa, həmin müqavilə üzə çıxarılmalı və ona məxsus olmadığından, müqavilə tərəfi o olmadığından etibarsız hesab edilməli, indiyə qədər yaratd ığı hüquqi nəticələr isə ləğv edilməlidir. Göründüyü kimi, iddiaçı müqavilənin (müqavilələrin) etibarsızılığı iddiasını irəli sürmüşdür. İşə baxan məhkəmələr iddianı təmin etmişlər. Məhkəmə baxışı zamanı iddiaçı ilə hansısa kredit müqaviləsi bağlanması müəyyən edilməmişdir. Cavabdeh təşkilat onlara vaxt veriləcəyi təqdirdə həmin sənədləri məhkəməyə təqdim edə biləcəyini bildirsə də (apelyasiya şikayətində) iddiaçı ilə bağlanmış hər-hansı kredit müqaviləsi aşkar edilməmişdir. İşə baxan məhkəmələr müqavilənin etibarsızlığına dair maddi hüquq normalarını tətbiq etməklə iddianı təmin etmişlər. Mülki Məcəllənin 337.1. maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd olunan normanın dispozisiyası özündə iki şərtin mövcudluğunu ehtiva edir. 1ci, əqd (müqavilə) olmalıdır, 2-ci, əqd bağlanarkən Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulduğu müəyyən edilməlidir. Hər iki şərt bir-biri ilə sıx bağlıdır, birinin olmaması, digərinin yoxlanmasını istisna edir. Əqd yoxdursa, onun bağlanması şərtlərini yoxlamaq olmaz. Çünki Mülki Məcəllənin sonrakı normalarında konkret olaraq hansı hallarda əqdin etibarsız hesab olunması (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Uydurma və yalan əqdlərin etibarsızlığı, Qeyri-ciddi əqdin etibarsızlığı, Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı və.s) halları müəyyən edilmişdir. Hazırkı işi n sübuta yetən halı ondan ibarətdir ki, iddiaçı ilə hər-hansı kredit müqaviləsi yoxdur və təqdim edilməmişdir. İddiaçı sadəcə Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda qeyd olunan məlumatlara istinad edərək onunla belə müqavilələr bağlanmışsa (entimala əsaslanaraq) onların etibarsızlığını tələb etmişdir. Mövcud olmayan əqdin etibarsız hesab olunması məntiqsizdir. Əqd yoxdursa, onun şərtləri də yoxdur, etibarsız hesab etməyə heç nə yoxdur. İşə baxan məhkəmələr maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 418.1. maddəsinə əsasən ma ddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının mövqeyi belədir ki, tərəflər arasında kredit müqaviləsinin bağlanması təsdiq olunmadığı üçün qətnamə ləğv olunaraq hazırkı iddia rədd edilməlidir. İddiaçıya izah edilməlidir ki, Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda qeyd olunan borc məbləğinin silinməsi ilə bağlı mübahisə açsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4. maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər Şərh edilənlərə və Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh LPO Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin.- Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2420/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2420/2020
30.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver