Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2420/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10270/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları,
1. X7 xx.xx.1981-ci il tarixində, Qubadlı rayonunda anadan olmuş, atası X5, anası Ərizəçidır.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 9 saylı şəhər poliklinikasının 11 iyun 2021-ci il tarixli 155 №-li məktubuna əsasən 1981-ci il təvəllüdlü olan X7 anadangəlmə xəstədir və 2003-cü ildən “orta dərəcəli debillik” dərəcəsində ağıl zəifliyi diaqnozu ilə psixiatriya kabinetində dispanser qeydiyyatındadır və 2-ci qrup əlildir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona Tibbi Sosial Ekspertiza Komissiyasının arayışına əsasən 1981-ci il təvəllüdlü X7 ümumi xəstəlikdən müddətsiz ikinci qrup əlildir.
4. Azərbaycan Respublikası S əhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli 1659 saylı rəyinə əsasən X3 orta dərəcəli əqli gerilik müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat,
5. Ərizəçi (bundan sonra Ərizəçi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan 14 oktyabr 1981-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, 14 oktyabr 1981-ci il təvəllüdlü X7 onun oğludur. O, 2003-cü ildən Binəqədi Rayonu 9 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır, psix i qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. O, əqli inkişafdan geri qalır, nitqi tam inkişaf etməyib və onda ağıl kəmağıllığı vardır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən Əbülfəz Yaqubovun maraqlarının və mənafeyinin müdafiə edilməsi üçün mülki hüquqi fəaliyyət qabiliyyətinin əldə edilməsi və həyata keçirilməsi zəruridir.
7. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(001)-5317/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə ) Ərizə təmin edilmiş, xx.xx.1981-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir.
9. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 28.8, 33.1, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 305, 317, 321-ci maddələrə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5317/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən işdə iştiraka cəlb olunmamış, çıxarılan qətnamənin maraqlarına toxunduğu şəxs kimi Maraqlı şəxs2 apellyasiya şikayəti vermişdir.
11. Məhkəmə iclasında İşdə iştirak etməyə cəlb edilməyən qətnamənin maraqlarına toxunduğunu qeyd edən Maraqlı şəxs2 (bundan sonra maraqlı şəxs) apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ə.Y.Yaqubovun müəyyən sağlamlıq problemləri olsa da o tam anlaqlı ş əxsdir. Onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi məhkəmə qətnaməsinə əsasən Ə.Y.Yaqubovun ona ödəməli olduğu 33200 manat borcun alınmasında problemlər yaradacaqdır. Ona görə məhkəmə qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir
12. Məhkəmə iclasında ərizəçi (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5317/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10270/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5317/2021 say lı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
14. Maraqlı şəxs apellyasiya şikayətində ona istinad etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cəmi 33200 manatın X2 alınaraq X6 verilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qətnamənin icra olunmasına mane olacaqdır. Ə.Y.Yaqubovun müəyyən sağlamlıq problemləri olsa da o tam anlaqlı şəxsdir.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd etmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mə hkəmə Psixatrik X1 Məhkəmə Psixatrik Ekspertizasının 31.07 2021-ci il tarixli, 1659 saylı rəyi ilə təsdiq olunur. Maraqlı şəxs2 sabiq ərinin sağlamlıq problemləri olsa da, tam fəaliyyət qabiliyyətli olması barədə dəlili ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, X4 fəaliyyət qabiliyyətli olmamasının məhkəmə qətnaməsinin icrasına maneçilik yaratması barədə dəlil birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Ona görə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-in 28.8, MPM-nin 305, 317, 321-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, Kassasiya şikayətin in dəlilləri
17. Kassator qeyd etmişdir ki, X7 uzun illərdir ki, DİN-nin Siqnal idarəsində işləmiş, məhkəmə proseslərində müstəqil tərəf kimi iştirak etmişdir. Hazırki mərhələdə onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi yalnız bir məqsədə xidmət edir. Burada məqsəd onu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməyə görə məsuliyyətdən azad etməkdir. Belə olan halda, Yaqubova (Məhərrəmova) Mehri Həbib qızının ədalətli məhkəmə araşdırması hüququ xəyali müdafiə vasitəsinə çevrilir. Ona görə də kassator hesab etmişdir ki, hazırki mərhələdə, X4 borclu olduğu məbləğlər ödənilmədən onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tamamilə qanunsuz və əsassızdır. Mpm-nin 306.4-cü maddəsinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahi sənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. MPM-nin 320.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Lakin, iş materiallarından da göründüyü kimi, hazırki işə baxılarkən nə birinci nə də apellyasiya instansiyası məhkəməsində qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı təmin olunmamışdır. Bundan əlavə, MPM-nin 320.3- cü maddəsinə görə, məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxs in fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir. Göründüyü kimi, məhkəmə Məhərrəmova llqarə Lətif qızının öz oğlunu bilə-bilə (Çünki, o, yuxarıda sadalalnana qətnamələrdən xəbərdardır, özü də həmin mülki iş üzrə tərəf olub) əsassız olaraq fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq istəməsinə, habelə Yaqubova (Məhərrəmova) mehri həbib qızının xeyrinə olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olmaqdan ibarət vicdansız hərəkətlərini müəyyən etsə də, buna heç bir hüquqi qiymət verməmişdir.
18. Kassator öz mövqeyini əsaslandırarkən MPM-nin 306, 320-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəli lləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsi
20. Maddə 28.8 ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhk əmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 26..Maddə 305.1.3 məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.
27. Maddə 317.2-ci məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasında n asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
28. Maddə 321.2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassator kassasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Ərizəçinin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.
37. Belə ki, xx.xx.1981-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X1 Məhkəmə Psixatrik Ekspertizasının 3 1.07 2021-ci il tarixli, 1659 saylı rəyi ilə təsdiq olunur. Maraqlı şəxs2 sabiq ərinin sağlamlıq problemləri olsa da, tam fəaliyyət qabiliyyətli olması barədə dəlili ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, X4 fəaliyyət qabiliyyətli olmamasının məhkəmə qətnaməsinin icrasına maneçilik yaratması barədə dəlil apellayasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
38. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
39. MPM-nin 407.2-ci m addəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları dü zgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10270/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.